Zəngəzurla bağlı yeni sensasiya - Azərbaycan razılaşsa...

Siyasət 14:54, 15 iyul 2025, 515
Zəngəzurla bağlı yeni sensasiya - Azərbaycan razılaşsa...

Dəhlizə nəzarət uğrunda güc mərkəzlərinin mübarizəsi sərtləşir; bu düyün necə çözüləcək? - şərh

“Tramp Nobel mükafatı almaq istəyir və bunun üçün müəyyən sülh olmalıdır. 12 günlük İran-İsrail müharibəsi bir yana, Rusiya-Ukrayna müharibəsi ilə bağlı Tramp heç nəyə nail ola bilmədi. Dövlət katibi Rubio ilə görüşündə isə o, Ermənistan-Azərbaycan probleminin sülh müqaviləsi yolu ilə həllinə əsasların olduğunu bildirdi”. Bu sözləri erməni politoloq Stepan Danielyan deyib.

Zəngəzur dəhlizindən və bu məsələdə ABŞ-ın rolundan danışan Danielyan ardınca qeyd edib: “Çoxları Sünik yolunu (Zəngəzur dəhlizi - red.) Süveyş kanalı ilə müqayisə edir. Yəni o, hansısa fundamental yola çevrilə bilər və böyük dövriyyəyə malikdir. Aydındır ki, söhbət Çindən gedir. ABŞ-ın siyasəti isə Çinin bütün mümkün yollarını bağlamaqdır. Çin yeni yollar tikir. Onlardan biri Pakistandan keçərək İrana uzanır. Pekin ora külli miqdarda pul yatırıb və yeni dəmir yolu çəkir, tikinti artıq başlayıb. Yol Qırğızıstana, Özbəkistana, Türkmənistana gedir, oradan da şaxələnməyə başlamalı, biri İrandan keçərək Bəndərabas limanına, digəri Türkmənistan limanına gedəcək, bundan sonra Bakıya və Sünik (Zəngəzur) dəhlizi ilə davam etməlidir”.

Erməni politoloq daha sonra vurğulayır ki, Azərbaycanın Çinlə strateji əlaqələri var, Gürcüstanın da analoji sazişi var, Ermənistanın isə yoxdur: “Əgər bu yol Sünikdən (Qərbi Zəngəzur - red.) keçərsə, Azərbaycanın ona nəzarət etməsi lazım gələcək. Bakı deyir: mən müharibədə qalib gəlmişəm, bu yol mənim olsun. Bakının Rusiya və İranla münasibətlərinin gərginləşdiyi vaxtda ABŞ fürsətdən istifadə edir. Azərbaycanın Rusiya-Ukrayna müharibəsinin bitəcəyi səbəbilə çox az vaxtı var. Hazırda fürsət pəncərəsi açılıb və o üzdən Bakı yolun ABŞ-ın nəzarətində olmasına razılıq verə bilər. Belə olan halda isə ABŞ istədiyi vaxt yolu açıb bağlaya biləcək”.

Erməni ekspert nə dərəcədə haqlı? Doğrudanmı dəhlizin təhlükəsizliyi ABŞ-a tapşırılsa, o öz maraqları naminə istədiyi vaxt yolu açıb-bağlaya bilər?

Mütəllim Rəhimli: "Məni üzvülükdən çıxara bilməzlər" - AzPost.info

Mütəllim Rəhimli

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli “Yeni Müsavat”a bildirdi ki, Zəngəzur dəhlizinin açılması Azərbaycan-Ermənistan sülh danışıqlarının predmetindən çıxarılsa da, görünür, onu bu prosesdə nəzərə almamaq mümkün deyil: “Əslində belə bir görüntü yaranıb ki, Zəngəzur dəhlizi ilə bağlı açıq qalan məsələlər iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına mane olur. Hazırda dəhlizə nəzarət uğrunda bir mübarizə gedir. Rusiya, İran, ABŞ, Fransa və onun timsalında Avropa İttifaqı güzəştsiz mövqe sərgiləməkdədir. Zəngəzur dəhlizində Çinin də böyük marağı var. Bizim üçün Zəngəzur dəhlizinin açılması və Azərbaycana xüsusi status verilməsi maraqlıdır. Çünki Naxçıvanla maneəsiz əlaqələrin yaradılması bu dəhliz vasitəsilə həyata keçiriləcək”. Onun fikrincə, ABŞ Zəngəzur dəhlizi üzərində Karnegi Fondunun nəzarət etməsini təklif edir: “Rusiya isə 8 noyabr 2020-ci il razılaşmasına əsasən dəhliz uzərində yalnız özünün nəzarət etməli olduğunu bildirir. İran isə ümumiyyətlə bu dəhlizə beynəlxalq status verilməsinin əleyhinədir. Avropa İttifaqı Zəngəzur dəhlizinə özünün enerji təhlükəsizliyinin bir hissəsi kimi baxdığından, onun uzərində nəzarət hüququnu itirmək niyyətində deyil. Belə mürəkkəb bir situasiyada "fürsət pəncərəsi" açılmasından danışmaq tezdir".

M.Rəhimlinin sözlərinə görə, Ermənistanın isə imkanı var ki, heç olmasa dövlətçilik tarixində bir dəfə də olsa iradə nümayiş etdirsin: “Zəngəzur dəhlizi onun ərazisindən keçdiyinə görə, söz sahibi olduğundan qəti qərar vermək də Ermənistanın üzərinə düşür. Ermənistan dəhliz üzərində nəzarəti öz əlinə almalı və regiona kənar qüvvələri cəlb etməməlidir. Təəssüf ki, Ermənistan yenə də ənənəsinə sadiq qalaraq kiminsə forpostu rolunu ifa etməkdən imtina edə bilmir. Bu isə regiona sabitlik və sülh vəd etmir”.

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi

Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.

16:58, 14 yanvar Ölkə

Meyiti tapılan tələbə məşhur iş adamının qızı imiş

Xəbər verdiyimiz kimi, Naxçıvan Dövlət Universitetinin Türkiyədən olan iki tələbəsi dünyasını dəyişib. "Bakuinfo" xəbər verir ki, onlardan biri - tibb ixtisası üzrə təhsil alan II kurs tələbəsi Büşra Aksu əslən Türkiyənin Ordu ilindəndir. Tələbə Orduda tanınmış iş adamı Sezai Aksunun qızıdır. Xatırladaq ki, tələbələr ötən gün dəm qazından zəhərlənərək ölüblər. (Unikal.az)

12:30, 15 yanvar Sosial

Vaqif Xaçatryandan Ermənistanda İLK AÇIQLAMA

Vaqif Xaçatryanın əhvalı yaxşıdır, hazırda vətəni Ermənistandadır və səbirsizliklə qohumları ilə görüşü gözləyir". "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, Bakıda həbsxanadan Ermənistana gətirilən Vaqif Xaçatryan bu gün xəstəxanaya aparılıb və orada müayinədən keçib. "Hazırda müayinədən keçir. Bilirik ki, onun xroniki ürək xəstəliyi var idi, ona görə də əlavə müayinələr aparmalıyıq.

23:43, 14 yanvar Siyasət

Son Xəbərlər

Xameneinin oğlu Dubaya 1,5 milyard köçürdü

Son 48 saat ərzində İrandan Dubaya təxminən 1,5 milyon ABŞ dolları köçürülüb. “Bakuinfo” xəbər verir ki, bu barədə məlumatı İsrailin “14-cü kanal”ı İslam İnqilabı Keşikçilər Korpusu ilə əlaqəli şəxsə istinadən yayıb. Köçürmələrin bank sistemi vasitəsilə deyil, kriptovalyutalar yolu ilə həyata keçirildiyi bildirilir. Vəsaitlərin köçürülməsində iştirak edənlər arasında İranın ali lideri Əli Xameneinin oğlu Müctəba Xameneinin də olduğu iddia edilir. Məlumata görə, M.Xamenei təxminən 328 milyon

16:20, 15 yanvar Dünya

İş adamı Yusif Xəlilovun restoranı söküləcək

Rusiyanın 19-cu Apellyasiya Arbitraj Məhkəməsi Voronej şəhərində yerləşən “Yardi Superbar” restoranının sökülməsi haqqında qərarı təsdiqləyib. “Bakuinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, məhkəmə instansiyası Voronejdə “Alekseevski” bazarının həmsahibi, azərbaycanlı iş adamı Yusif Xəlilova məxsus tikilinin qanunsuz olması ilə bağlı bələdiyyənin iddiasını təmin edən regional arbitraj məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bildirilir ki, sözügedən restoran Voronej şəhərində

16:18, 15 yanvar Sosial

Hacıbala Abutalıbov paytaxtı tərk etdi – Harada yaşadığı MƏLUM OLDU

Uzun illər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutmuş Hacıbala Abutalıbov paytaxtdan köçüb. "Bakuinfo" xəbər verir ki, bu barədə onun ailə üzvləri bildirib. Məlumata görə, keçmiş mer Qaxın Ağçay kəndində özü üçün inşa etdirdiyi kiçik villada yaşayır. Onun bu kəndə köçməsinə səbəb isə həyat yoldaşının məhz Ağçaydan olmasıdır. Yaxınları deyi ki, Hacıbaba Abutalıbov təsadüfi hallarda kənd arasında olur. “Yaşlanıb, özü üçün həyət-bacada gəzir” – deyə yaxınları bildirib.

16:06, 15 yanvar Sosial

Prezident TƏSDİQLƏDİ: Bu proses artıq ödənişlidir

Müəllimlərin işə qəbulu (MİQ) ilə əlaqədar keçirilən müsabiqədə iştirak ödənişli olacaq. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib. Qeyd edilib ki, dəyişikliklərə əsasən, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə

16:02, 15 yanvar Sosial

İqbal Hüseynov işdən çıxarıldı - SƏRƏNCAM

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Əli oğlu Hüseynov vəzifəzindən azad edilib. "Bakuinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Qeyd edək ki, İ.Hüseynov müxtəlif vəzifələrdə çalışıb, 2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun iqtisadi məsələlər üzrə rəis müavini, 2010-2026-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini vəzifələrində çalışıb. (APA)

15:43, 15 yanvar Ölkə

Tanınmış azərbaycanlı alim ABŞ-da həbs olundu

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tanınmış azərbaycanlı alim, neyrobioloq və Buffalo Universitetinin (Nyu York) professoru Şövqi Hüseynovu həbs edib və onu deportasiya etməyə hazırlaşır. "Bakuinfo" xəbər verir ki, bu həbs Prezident Donald Trampın kütləvi deportasiya proqramının icrası ilə əlaqələndirilir. “The Investigative Post” nəşri Ş.Hüseynov üzərində heç bir cinayət əməlinin olmadığını yazıb. "Onun 2029-cu ilə qədər ABŞ-da işləməyə icazə verən vizası var. 7

15:38, 15 yanvar Sosial

Məhkəmə Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi

Ankara İnzibati Məhkəməsi Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib. "Bakuinfo" xəbər verir ki, bu barədə özü sosial şəbəkə hesabında məlumat paylaşıb: “Artıq iki aya yaxındır ki, Türkiyədə Çatalca Geri Göndərmə Mərkəzində qapalı həbsxana şəraitində saxlanılıram. Ötən gün İstanbul İnzibati Məhkəməsi barəmdə verilmiş deportasiya qərarının dayandırılması ilə bağlı müraciətimə baxaraq şikayətimi təmin etməyib"'. Hacıbəyli bildirib ki, bu gün Ankara İnzibati Məhkəməsi

15:31, 15 yanvar Kriminal

Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq

Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Sənədə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) enerji effektivliyi informasiya sistemi vasitəsilə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarəti, enerji auditorlarının və

15:22, 15 yanvar Ölkə

Hava kəskin dəyişir: Altı gün qar yağacaq - XƏBƏRDARLIQ

Yanvarın 17-si gündüzdən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. "Bakuinfo" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Bunu Xidmətin rəis müavini Gülnarə Abbasova bildirib. O qeyd edib ki, bu müddət ərzində

15:18, 15 yanvar Sosial

Bakıda binada yanğın başladı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən "Bakuinfo"ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.

15:11, 15 yanvar Hadisə

Powered by MirTech