Rusiyaya pomidor sata bilməsək...

Siyasət 13:00, 16 iyul 2025, 11
Rusiyaya pomidor sata bilməsək...

Ekspert: “Azərbaycan pomidorunun yerini nə dad, nə davamlılıq baxımından heç bir məhsul doldura bilmir”

Azərbaycan pomidoru yenə də Moskva-Bakı münasibətlərinin barometrinə çevrilib. Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsullarına qarşı növbəti dəfə “fitosanitar zərbə” endirib. Krasnodar diyarında fəaliyyət göstərən Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin əməkdaşları Azərbaycandan gətirilmiş 18 ton şaftalı və nektarini məhv etdiklərini açıqlayıblar. Qurumun iddiasına görə, məhsulda “Qərb çiçək tripsləri” adlı zərərverici aşkarlanıb. Daha sonra isə 15 ton pomidorda “Cənubi Amerika mina güvəsi” tapılıb və həmin məhsullar da dərhal məhv edilib.

Rusiyanın Azərbaycan məhsullarını sıradan çıxarmaq üçün göstərdiyi əsaslardan biri də guya aşkar edilmiş zərərvericilərdir. Amma diqqət çəkən məqam onların adlarıdır: “Qərb çiçək tripsi”, “Cənubi Amerika mina güvəsi”. Məhz Qərb və Amerika mənşəli təhlükələrdən bəhs olunması təsadüfdür? Aydındır ki, bu, sadəcə biologiya terminləri deyil. Bu adların özü bir ideoloji mesaj mahiyyəti daşıyır.  Rusiya ictimai rəyində illərdir formalaşan “Qərbdən gələn hər şey təhlükəlidir” ritorikası artıq kənd təsərrüfatına da sirayət edib. Azərbaycan meyvəsi, tərəvəzi, sadəcə, məhsul kimi yox, geopolitik simvol kimi etiketlənir. Bioloji izahatın arxasında siyasi altqat açıq-aydın hiss olunur. Belə olan halda, zərərverici həşəratlar da diplomatik münasibətlər qədər kodlu danışır.

İllərdir Azərbaycandan Rusiyaya tonlarla pomidor göndərilirdi. Amma indi görünən odur ki, tonlarla pomidor siyasətin daşına tuş gəlib. Hər dəfə diplomatik münasibətlərdə soyuqluq yarananda, ilk zərbəni pomidor alır. Sərhəddə günlərlə saxlanılan məhsullar, “güvə” bəhanəsi, dərhal məhv edilən tonlarla ərzaq ssenarisi artıq tanışdır. Əgər pomidor siyasətin göstəricisinə çevrilibsə, bu siyasət dəyişməlidir. Azərbaycan bu məsələdə həm iqtisadi möhkəmlik, həm də diplomatik ağıl nümayiş etdirməlidir. Əks halda, hər dəfə sərhəddə pomidorlar yox, millətin əziyyəti və gəliri məhv olacaq. Rusiya hər dəfə Azərbaycandan bəzi meyvə və tərəvəzlərin idxalına qadağa qoyacaq.

Bu, iqtisadi tədbir kimi göstərilsə də, əslində diplomatik jest, yəni siyasi narazılığın “kənd təsərrüfatı dili”ndə ifadəsi kimi dəyərləndirilir. Xüsusilə də son günlərdə Yekaterinburq hadisələri, Azərbaycanın sərt ritorikası və ardınca Rusiya tərəfinin “səssiz reaksiyası” fonunda...

Pomidorla danışan diplomatiya haqda Rusiya mediası  yazır ki, bu addımlar Azərbaycan üçün 1,2 milyard dollar həcmində ixrac itkisinə səbəb ola bilər. Bəs bu rəqəm realdırmı?

Xalid Kərimli: “ƏDV-nin geri qaytarılması tikinti sektorunun  şəffaflaşdırılmasını genişləndirir”

Xalid Kərimli

İqtisadçı ekspert Xalid Kərimli “Yeni Müsavat”a deyib ki, bu rəqəm illik ziyanı deyil, orta və uzunmüddətli dövrdə mümkün itkiləri əks etdirir: “Dövlət Gömrük Komitəsinin rəsmi statistikasına əsasən, Azərbaycan ildə 150-200 milyon dollar dəyərində pomidor, 300-350 milyon dollar dəyərində isə meyvə (alma, xurma, şaftalı, nektarin və s.) ixrac edir. Bu məhsulların 95-98 faizi məhz Rusiya bazarına yönəldilir. Əgər sanksiyalar 3-4 il davam edərsə və Azərbaycan alternativ bazarlar tapa bilməzsə, ümumi zərərin 1 milyard dollardan çox olması real ehtimaldır”.

Ekspertin sözlərinə görə, fitosanitar bəhanə ilə ticarətin bloklanması Rusiya diplomatiyasının klassik metodudur. Bu, yalnız Azərbaycanla deyil, digər MDB ölkələri ilə də baş verib. Lakin budəfəki hadisə həm zamanlamasına, həm də kəskinliyinə görə fərqlənir: “Bu, klassik "yumşaq təzyiq" metodudur. Rəsmi Moskva narazıdırsa, qəzəbini Azərbaycan pomidorunun üzərində göstərir. Və bu narazılığın əsasında həm siyasi, həm də geosiyasi amillər dayanır". 

Bəs Azərbaycan pomidorundan imtina olunarsa, ruslar nə yeyəcək?

Xalid Kərimli bu sualın cavabını da verir. Onun sözlərinə görə, Azərbaycan pomidoru Rusiya bazarında keyfiyyət və dad baxımından dominantdır: “Türkiyə pomidoru bahalıdır və məhdud mövsümdə mövcuddur. İran pomidoru ucuzdur, lakin keyfiyyət və görünüş baxımından Azərbaycan məhsulundan geri qalır. Özbəkistan və Tacikistan məhsulları isə logistik baxımından uzaqdır və davamlılıq zəifdir. Rusiyadaxili istehsal isə yalnız 2-3 ay açıq sahədə mövcuddur, istixana pomidoru isə həm bahadır, həm də dadı "plastikdir"".

Ekspert bildirir ki, əgər Kreml bu siyasətə davam edərsə, əslində əsas zərəri rus alıcılar çəkəcək:  “Supermarketlərdə qiymət artacaq, keyfiyyət aşağı düşəcək. Çünki Azərbaycan pomidorunun yerini nə dad, nə davamlılıq, nə də həcm baxımından heç bir məhsul doldura bilmir”. 

İqtisadçı ekspert bildirir ki, bu böhrandan çıxış yolu sadədir: "Planlaşdırılmış, strateji yanaşma ortaya qoyulmalı, yeni ixrac bazarlarının tapılmalıdır. Körfəz ölkələri, Orta Asiya, Cənubi Asiya, xüsusilə Hindistan və  Pakistan istiqamətləri araşdırılmalıdır. Logistika və infrastrukturun gücləndirilməsi vacibdir. Soyuducu anbarlar, keyfiyyətli daşınma sistemləri qurulmalı, məhsulların uzaq bazarlara da çatdırılması təmin olunmalıdır. Fitosanitar nəzarətin gücləndirilməsi və beynəlxalq sertifikatlaşdırma işləri də inkişaf etdirilməlidir. Məhsulların keyfiyyəti və təhlükəsizliyi beynəlxalq standartlara uyğun sertifikatlarla təmin olunmalıdır. Fermerlərə və ixracatçılara dövlət dəstəyi real olmalıdır. Güzəştli kreditlər, ixrac subsidiyaları, vergi tətilləri və bazar tənzimləməsi vasitələri ilə sektorda panikanın qarşısı alınmalıdır".

 Xalid Kərimlinin fikrincə, hazırkı vəziyyət bir həqiqəti ortaya qoyur: “Pomidor artıq sadəcə kəndli malı deyil, dövlətin iqtisadi və siyasi alətidir. Əgər bu alət düzgün idarə olunmazsa, fermer də, dövlət büdcəsi də ziyan çəkəcək”.

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi

Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.

16:58, 14 yanvar Ölkə

Vaqif Xaçatryandan Ermənistanda İLK AÇIQLAMA

Vaqif Xaçatryanın əhvalı yaxşıdır, hazırda vətəni Ermənistandadır və səbirsizliklə qohumları ilə görüşü gözləyir". "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, Bakıda həbsxanadan Ermənistana gətirilən Vaqif Xaçatryan bu gün xəstəxanaya aparılıb və orada müayinədən keçib. "Hazırda müayinədən keçir. Bilirik ki, onun xroniki ürək xəstəliyi var idi, ona görə də əlavə müayinələr aparmalıyıq.

23:43, 14 yanvar Siyasət

Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi

Ermənistan Suriyaya 2020-ci ildə Azərbaycan tərəfdə döyüşdüyü üçün əsir götürdüyünü iddia etdiyi iki nəfəri təhvil verib. "Bakuinfo" xəbər verir ki, hər iki şəxs Ermənistanda ömürlük həbsə məhkum edilmişdilər. Ermənistan Ədliyyə Nazirliyi bu məlumatı 4 erməni məhbusun bu gün Ermənistana təhvil verilməsi barədə yayılan məlumat fonunda paylaşıb. Qeyd edilib ki, 14 yanvar 2026-cı ildə Ermənistan Türkiyə vasitəsilə Suriyaya iki hərbi əsiri - Muhrab Məhəmməd əl-Şəhri və Yusif Alabet

22:34, 14 yanvar Siyasət

Son Xəbərlər

Məhkəmə Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi

Ankara İnzibati Məhkəməsi Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib. "Bakuinfo" xəbər verir ki, bu barədə özü sosial şəbəkə hesabında məlumat paylaşıb: “Artıq iki aya yaxındır ki, Türkiyədə Çatalca Geri Göndərmə Mərkəzində qapalı həbsxana şəraitində saxlanılıram. Ötən gün İstanbul İnzibati Məhkəməsi barəmdə verilmiş deportasiya qərarının dayandırılması ilə bağlı müraciətimə baxaraq şikayətimi təmin etməyib"'. Hacıbəyli bildirib ki, bu gün Ankara İnzibati Məhkəməsi

15:31, 15 yanvar Kriminal

Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq

Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Sənədə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) enerji effektivliyi informasiya sistemi vasitəsilə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarəti, enerji auditorlarının və

15:22, 15 yanvar Ölkə

Hava kəskin dəyişir: Altı gün qar yağacaq - XƏBƏRDARLIQ

Yanvarın 17-si gündüzdən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. "Bakuinfo" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Bunu Xidmətin rəis müavini Gülnarə Abbasova bildirib. O qeyd edib ki, bu müddət ərzində

15:18, 15 yanvar Sosial

Bakıda binada yanğın başladı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən "Bakuinfo"ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.

15:11, 15 yanvar Hadisə

Bunu etmək rəsmən qadağan edildi - Prezident TƏSDİQLƏDİ

Sayt və sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik hərəkətləri qadağan edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib. Qanuna əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan

15:05, 15 yanvar Sosial

Azərbaycanlı müğənni Trampa məktub yazdı: Sözünüzə əməl edin

Azərbaycanəsilli iranlı müğənni Ququş ABŞ Prezidenti Donald Trampa ünvanladığı məktubda ondan verdiyi vədlərə əməl etməyi və İran hakimiyyətinin xalqa qarşı həyata keçirdiyi qırğınlar qarşısında dərhal və qətiyyətli addımlar atmağı xahiş edib. "Bakuinfo" xəbər verir ki, o, həmçinin Amerika liderindən İranın sonuncu şahının oğlu Rza Pəhləvi ilə əməkdaşlıq etməsini istəyib. Ququş məktubunda yazıb: “Vaxtilə səsi İslam Respublikası hakimiyyəti tərəfindən əlindən alınmış iranlı sənətçi

14:41, 15 yanvar Dünya

Azərbaycanda yeni park yaradıldı - FƏRMAN

Azərbaycanda Qərb Sənaye Parkı yaradılıb. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Park Gəncə şəhərinin və Şəmkir rayonunun ərazisində yaradılıb. Müəyyən edilib ki, Qərb Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, sahibkarların

13:11, 15 yanvar Sosial

DSMF sədrindən pensiya yaşı ilə bağlı MÜHÜM AÇIQLAMA

Azərbaycanda pensiya yaşının artırılması və ya azaldılması ilə bağlı məsələyə aydınlıq gətirilib. “Bakuinfo” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən danışıb. O bildirib ki, 2026-cı ildə aparılacaq hüquqi islahatlarda pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil. Qeyd edək ki, 2026-cı il iyulun 1-dən qadınların pensiya yaşı 65 olacaq. Bununla da Azərbaycandaa kişilər və

13:05, 15 yanvar Sosial

İdarə rəisi Elvin Quliyev işdən çıxarıldı - FOTO

Gənclər və İdman Nazirliyi Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev tutduğu vəzifədən azad olunub. "Bakuinfo" xəbər verir ki, onunla bağlanmış müqavilə uzadılmayıb və vəzifəsinə xitam verilib. Məlumat üçün bildirək ki, E.Quliyev Gəncə-Daşkəsən Regional Gənclər və İdman idarəsinin rəisi vəzifəsində 1 il 3 ay işləyib. (Teleqraf)

13:02, 15 yanvar Sosial

Pensiyalarla bağlı sevindirici xəbər - Bu qədər artacaq

2026-cı ildə əmək pensiyalarında indeksləşdirmə ilə 9 faiz civarında artım gözlənilir. "Bakuinfo" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev bu gün Bakıda 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib. Onun sözlərinə görə, ötən il artımlar indeksləşdirmə ilə 8.1 faiz olub: "Əmək pensiyalarında artım Qanunda nəzərdə tutulduğu kimi indeksləşdirmə ilə həyata

12:55, 15 yanvar Sosial

Powered by MirTech