Rusiya Ermənistana ordu yığır: Paşinyanı devirmək və Azərbaycana qarşı yeni hərbi ssenarini hazırlanır?

Siyasət 17:11, 26 iyul 2025, 10
Rusiya Ermənistana ordu yığır: Paşinyanı devirmək və Azərbaycana qarşı yeni hərbi ssenarini hazırlanır?

Ermənistandakı mənbələr, xüsusilə də müxalif mövqedə olan “Hraparak” nəşri ciddi və narahatedici məlumat yayıb.

"Bakuinfo" xəbər verir ki, nəşrin Gümrü şəhərindəki mənbələrə istinadla yazdığına görə, 102-ci Rusiya hərbi bazasına son həftələrdə intensiv şəkildə silah, texnika və sursat daşınır. Məlumatlara əsasən, hər gün bir neçə Rusiya hərbi yük təyyarəsi bazaya enir və bu axın səngimək bilmir.

Erməni ictimaiyyəti və bəzi siyasi dairələr artıq bu hərbi yığmanın sadəcə bazanın rotasiya və texniki təminat proqramı olmadığını, daha geniş məqsədlərə hesablandığını düşünməyə başlayıb. “Hraparak” yazır ki, Kreml Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İttifaqından çıxmasını gözləyir və bu addımlar tamamlandıqdan sonra Ermənistanda Paşinyan hökumətinə qarşı açıq çevriliş ssenarisini reallaşdıra bilər.

Bu məlumatlar fonunda Musavat.com-un təhlili göstərir ki, Ermənistanın müstəqil qərarlar verməyə başladığı və Qərbə inteqrasiya etdiyi hər mərhələdə Rusiya tərəfindən təzyiqlər güclənir. Paşinyan hökuməti KTMT və Avrasiya İqtisadi İttifaqından çıxmağa dair açıq siqnallar verdikcə, Kreml bu prosesin qarşısını almaq üçün hərbi təsir vasitəsinə keçid edə bilər.

Azərbaycan da bu prosesləri diqqətlə izləyir. Çünki Ermənistanda Rusiyaya bağlı qüvvələrin çevriliş yolu ilə hakimiyyətə gətirilməsi və bu qüvvələrin Azərbaycanla 2020-ci ildə bağlanmış sülh razılaşmalarını pozması ehtimalı regionda yeni eskalasiya təhlükəsi doğura bilər.

Maraqlıdır ki, Azərbaycanın sabiq baş naziri, təhlilçi  Pənah Hüseyn Musavat TV-yə verdiyi müsahibəsində bu ehtimala toxunaraq bildirmişdi:

“Rusiya Ermənistanda Paşinyanı devirdikdən sonra onun yerinə özünə sadiq qüvvələri gətirib, həmin hökumətin vasitəsilə Azərbaycana təzyiq və ya hərbi müdaxilə planlaya bilər. Bu, real təhlükədir.”

Sual yaranır: Ukrayna cəbhəsində ağır itkilər verən, Qərbin sanksiyaları altında iqtisadi və hərbi baxımdan sıxışdırılan Rusiya nə üçün bu qədər resursunu Ermənistana yönəldir? Bu, sadəcə mövcud bazanın qorunmasıdır, yoxsa Gümrü bazası yaxın aylarda aktiv hərbi ssenaridə iştirakçı olacaq?

Hərbi müşahidəçilər bu məsələdə iki ehtimalı önə çəkirlər:

  1. Rusiya Ermənistanda çevrilişə hazırlaşır. Paşinyanın getməsi və onun yerinə Moskvaya bağlı qüvvələrin gətirilməsi həm Rusiyanın Cənubi Qafqazda yenidən güc nümayiş etdirməsi, həm də Zəngəzur dəhlizi layihəsinin qarşısını almaq cəhdi ola bilər.
  2. Yeni bir eskalasiya ssenarisi hazırlanır. Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu artırması eyni zamanda Azərbaycan sərhədlərinə təzyiq mexanizmi kimi istifadə edilə bilər. Bu, həm Ermənistanın revanşist hissələrini, həm də Rusiya təbliğatını qidalandıracaq addım ola bilər.

Bütün hallarda bölgədə vəziyyət yenidən kritik həddə yaxınlaşır. Əminik ki, Azərbaycanın milli təhlükəsizlik orqanları və diplomatik çevrələri bu cür prosesləri yaxından izləyir və ehtimal olunan təhdidlərə qarşı müttəfiqlərlə – xüsusilə Türkiyə ilə sıx koordinasiya içində fəaliyyət göstərir.

Rusiya rəhbərliyi anlamalıdır ki, Ermənistan üzərində nəzarəti bərpa etmək məqsədilə bölgədə sabitliyi pozmaq cəhdi nə regional, nə də beynəlxalq müstəvidə qəbul olunacaq. Azərbaycan istənilən təxribat planına cavab verməyə tam hazırdır.

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi

Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.

16:58, 14 yanvar Ölkə

Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi

Ermənistan Suriyaya 2020-ci ildə Azərbaycan tərəfdə döyüşdüyü üçün əsir götürdüyünü iddia etdiyi iki nəfəri təhvil verib. "Bakuinfo" xəbər verir ki, hər iki şəxs Ermənistanda ömürlük həbsə məhkum edilmişdilər. Ermənistan Ədliyyə Nazirliyi bu məlumatı 4 erməni məhbusun bu gün Ermənistana təhvil verilməsi barədə yayılan məlumat fonunda paylaşıb. Qeyd edilib ki, 14 yanvar 2026-cı ildə Ermənistan Türkiyə vasitəsilə Suriyaya iki hərbi əsiri - Muhrab Məhəmməd əl-Şəhri və Yusif Alabet

22:34, 14 yanvar Siyasət

Vaqif Xaçatryandan Ermənistanda İLK AÇIQLAMA

Vaqif Xaçatryanın əhvalı yaxşıdır, hazırda vətəni Ermənistandadır və səbirsizliklə qohumları ilə görüşü gözləyir". "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, Bakıda həbsxanadan Ermənistana gətirilən Vaqif Xaçatryan bu gün xəstəxanaya aparılıb və orada müayinədən keçib. "Hazırda müayinədən keçir. Bilirik ki, onun xroniki ürək xəstəliyi var idi, ona görə də əlavə müayinələr aparmalıyıq.

23:43, 14 yanvar Siyasət

Son Xəbərlər

Bu nazirliklər birləşdirilir

Ermənistan Əmək və Sosial Məsələlər Nazirliyi Səhiyyə Nazirliyi ilə birləşməklə vahid agentlik yaratmaq barədə müzakirələr aparır. "Bakuinfo" "Joğovurd" qəzetinə istinadən xəbər verir ki, plan Arsen Torosyanın rəhbərlik etmək niyyətində olduğu vahid struktur yaratmaqdır. Qeyd olunur ki, təşəbbüs nazirlik işçiləri arasında narazılığa səbəb olub. Qəzet bildirir ki, sistem daxilində təklif olunan dəyişikliklər idarəetmə islahatı deyil, hakimiyyəti cəmləşdirmək və

11:15, 15 yanvar Dünya

Misir Mərdanovdan Mehdiyevin xanımı ilə bağlı AÇIQLAMA

Son günlər sabiq təhsil naziri Misir Mərdanovun ətrafında söhbətlər səngimək bilmir. Yayılan iddialara görə, Misir Mərdanov Bakı Dövlət Universitetinin Hesablama riyaziyyat kafedrasında Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanı kafedra müdiri postunda əvəzləyəcək. Maraqlı burasındadır ki, universitetin rəsmi səhifəsində Hesablama riyaziyyat kafedrasına başqa şəxsin rəhbərlik etdiyi məlum olur, Qalina Mehdiyevanın adına rast gəlmək mümkün deyil. "Bakuinfo" xəbər verir ki,

11:10, 15 yanvar Sosial

Paşinyan: Azərbaycan sayəsində onları darmadağın edirik

“Dekabrın 25-dən indiyədək Ermənistan vətəndaşlarının cibində onlarla milyard dram qalıb”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında Azərbaycandan benzin və dizel idxalı məsələsindən danışarkən deyib. Baş nazir qeyd edib ki, Ermənistan Azərbaycandan yanacaq tədarük etməklə, nəqliyyat xərclərində qənaət edə bilir: “Dəqiq hesablamamışam, indi söyləyə bilərlər ki, onlarla milyard deyil, 9 milyard 876 milyondur, amma bu, məsələnin

02:10, 15 yanvar Dünya

İran Ermənistana qarşı hərəkətə keçdi

İranın İrəvandakı səfiri Xəlil Şirqulaminin mətbuat konfransında söylədikləri İran-Ermənistan münasibətlərində dönüş nöqtəsi sayıla bilər. Ermənistan müstəqillik qazandıqdan bu yana İranla sıx münasibətləri olub və bu iki dövlətin bir-birinə iradları olmayıb. Ancaq Ermənistan Baş naziri Nikol Paşinyanın İran rejiminin düşməni ABŞ-la müxtəlif sahələrdə tərəfdaşlığını genişləndirməsi, üstəgəl, ərazisində “Tramp yolu”nun inşasına imza atması Tehranı hərəkətə keçməyə sövq edib.

01:03, 15 yanvar Dünya

Naxçıvanda ölən tələbələrin FOTOSU

Xəbər verdiyimiz kimi, Naxçıvanda Ahmet və Buşra adlı türkiyəli tələbələr dəm qazından zəhərlənərək ölüblər. "Bakuinfo" xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi 61 ünvanında qeydə alınıb.

00:27, 15 yanvar Sosial

Azərbaycanda bu şəxslər hər ay 140 manat müavinət ala bilər

Ailə başçısını itirmiş və 18 yaşınadək əlilliyi müəyyən edilmiş, hazırda isə 18 yaşdan yuxarı əlilliyi olan şəxslər üçün dövlət tərəfindən sosial müavinət təyin edilir. "Bakuinfo" xəbər verir ki, mövcud qaydalara əsasən, bu kateqoriyaya aid şəxslərə aylıq 140 manat məbləğində maddi dəstək göstərilir. Müavinətin təyin olunması üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, eləcə də ailə başçısının vəfatını təsdiq edən rəsmi sənəd tələb olunur. Ailə başçısı itkin düşmüş və ya ölmüş elan

00:26, 15 yanvar Sosial

Azərbaycan benzini Ermənistan bazarını alt-üst etdi

Son günlərdə Ermənistanda benzinin qiyməti xeyli aşağı düşüb. "Bakuinfo" xəbər verir ki, "Sputnik Armenia" ölkədə fəaliyyət göstərən demək olar ki, bütün əsas yanacaqdoldurma məntəqələri arasında hansı müəssisələrin benzinin qiymətlərini aşağı saldığını və hansı səbəblərdən endirdiyini müəyyən etmək üçün sorğu keçirib. Sürücülər qiymətlərin aşağı düşməsinin əsas səbəbi kimi Azərbaycandan idxal edilən benzini göstərirlər. Lakin ölkədə fəaliyyət göstərən bir çox

00:17, 15 yanvar Siyasət

Danimarka ABŞ-ı dayandıra bilmədi

Danimarka ABŞ-ı Qrenlandiyanı ələ keçirmək niyyətindən imtina etməyə razı sala bilməyib. "Bakuinfo" xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Danimarka və ABŞ Qrenlandiya ətrafında yaranmış vəziyyətin müzakirəsi üçün yüksək səviyyəli birgə işçi qrupunun yaradılması barədə qərar qəbul ediblər. “Biz irəliyə doğru ümumi yolun tapılması imkanlarını araşdırmaq üçün yüksək

00:15, 15 yanvar Dünya

ABŞ vizaları BAĞLAYIR, Azərbaycan isə YENİ QAPILAR AÇIR

ABŞ miqrant vizaları ilə bağlı sərt qərar qəbul etdiyi bir vaxtda, Azərbaycan viza siyasətində fərqli istiqamət seçir. Rəsmi Vaşinqton onlarla ölkə üçün viza prosesini dayandırarkən, Bakı yeni dövlətlərlə vizasız gediş-gəlişlə bağlı razılaşmalar imzalayır. "Bakuinfo" xəbər verir ki, ABŞ Dövlət Departamenti “müraciət edənlərin daha ciddi yoxlanması” çərçivəsində 75 ölkənin vətəndaşları üçün miqrant vizalarının verilməsini dayandırır. Qərarın 21 yanvardan qüvvəyə minəcəyi bildirilir.

23:55, 14 yanvar Siyasət

Vaqif Xaçatryandan Ermənistanda İLK AÇIQLAMA

Vaqif Xaçatryanın əhvalı yaxşıdır, hazırda vətəni Ermənistandadır və səbirsizliklə qohumları ilə görüşü gözləyir". "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, Bakıda həbsxanadan Ermənistana gətirilən Vaqif Xaçatryan bu gün xəstəxanaya aparılıb və orada müayinədən keçib. "Hazırda müayinədən keçir. Bilirik ki, onun xroniki ürək xəstəliyi var idi, ona görə də əlavə müayinələr aparmalıyıq.

23:43, 14 yanvar Siyasət

Powered by MirTech