Bakı Kremlə bu jesti də etdi – Sərhədimizə ordu yığan Rusiyanın 3 hədəfi, sonra isə...

Siyasət 19:38, 26 iyul 2025, 3 616
Bakı Kremlə bu jesti də etdi – Sərhədimizə ordu yığan Rusiyanın 3 hədəfi, sonra isə...

Bakı-Moskva münasibətlərində ikincinin günahı üzündən gərginlik aşağı-yuxarı eyni olaraq qalır. Hərçənd son günlərdə Azərbaycan tərəfi Rusiyaya iki mühüm jest edib. Onlardan biri İlham Əliyevin qəzaya uğrayan AN 24 sərnişin təyyarəsi ilə bağlı Putinə başsağlığı verməsidir.

Digərini Prezidentin köməkçisi Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində dilə gətirib. O, tərəflərin maraqlı olduğu təqdirdə Bakıda Rusiya-Ukrayna danışıqlarının keçirilməsi üçün bütün zəruri şəraitin təmin ediləcəyini söyləyib (Hərgah müsahibədə Hacıyev Bakıdan Qroznıya uçan təyyarənin vurulmasına görə Moskvanın nəhayət, məsuliyyəti öz üzərinə götürəcəyini və bu işdə ədaləti təmin edəcəyini gözlədyimizi də vurğulayıb).

Di gəl, əvəzində Rusiyada bu ölkənin vətəndaşı olan azərbaycanlı iş adamlarının da sıxışdırıldığı müşahidə olunmaqdadır. Artıq onların Azərbaycana qayıtmağa başladığı haqda xəbərlər gəlməkdədir. Məlumatlı mənbənin dediyinə görə, azərbaycanlı iş adamları, xüsusilə maddi imkanları geniş olan şəxslər Rusiyanı kütləvi şəkildə tərk edir. Bildirilir ki, İsgəndər Xəlilov olayı, bu xüsusda, sadəcə, başlanğıcdır, ona görə ki: “Rusiyadakı azərbaycanlı iş adamlarının siyahısı hazırlanıb. Onların ofislərinə ardıcıllıqla basqın ediləcək. Xəlilovla bağlı yaşanan hadisələr Yekaterinqburqdan sonra bu prosesin bütün ölkə üzrə davam edəcəyinin siqnalıdır. O səbəbə azərbaycanlı iş adamlarının böyük əksəriyyəti ailə üzvləri ilə Rusiyanı tərk edir” (Axar.az)...

Keçək indi Ermənistana.

Qeyd edilənlərin fonunda Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazaya hərbi yük daşıması davam edir. Erməni mediası yazıb ki, hər gün bir neçə belə təyyarə Gümrüyə eniş edir. Söz yox ki, Nikol Paşinyan hökumətinin razılığı olmadan, bu, mümkünsüzdür. Ya da daşımalar tərəflər arasında 2044-cü ilədək qüvvədə olacaq (əgər ona kimi ləğv edilməzsə) Strateji Tərəfdaşlıq Sazişi əsasında həyata keçirilir. Hər necə olmasa, Ermənistan BMT üzvü olan müstəqil dövlətdir. İstənilən ölkənin ərazisinə onun razılığı olmadan başqa dövlətin silah-sursat daşıması isə işğala və ya digər hansısa bəd işlərə birbaşa hazırlıqdır.

Ona da şəkk-şübhə yox ki, qərbçi Nikol Vovayeviç ABŞ kəşfiyyatı hesabına hərbi yüklərin xarakterindən tam məlumatlıdır. Deməli, o, “fors-major” vəziyyətlə bağlı Amerikadan müvafiq xəbərdarlıq və təlimat da alıb. Unutmayaq ki, İrəvandakı ABŞ səfirliyi əməkdaşlarının sayına görə (3000), MDB məkanında ən böyük, dünyada isə İraqdan sonra ikinci böyük səfirlikdir. Yəni İrəvandakı amerikalı diplomatların böyük qismi diplomat missiyası daşımır. Onlar təhlükəsizlik və məxfi xidmət əməkdaşlarıdır...

Bu mənada silahlarla bağlı vəziyyətin tezliklə öz kulminasiya nöqtəsinə çatacağını proqnoz eləmək mümkündür. Ermənistanda daxili vəziyyət xeyli dərəcə bundan asılı olacaq. İstənilən halda müşahidə edilən budur ki, Moskva Güney Qafqazı “xilas eləmək” üçün mümkün olandan yapışıb. Bu da onun regionda yeganə legitim hərbi bazasının yerləşdiyi Ermənistandır. Hansı ki, Kremlin iradəsindən kənar Azərbaycan və Türkiyə ilə barışığın faktiki bir addımlığına gəlib çıxıb.

Belə bir barışıq, özəlliklə Bakı ilə sülh müqaviləsinin imzalanması və ya ilkin mərhələdə paraflanması, ardınca sərhədlərin açılması əlbəttə ki, Rusiyanın Ermənistanda hərbi varlığını mənasız edəcək. Çünki “xoxan Türk” təbliğatı daha kara gəlməyəcək. O səbəbə istisna deyil ki, Kreml “bir güllə ilə üç dovşan vurmağı” hədəfləyib: özünə sadiq birini və ya hansısa desantı hakimiyyətə gətirməklə həm Paşinyandan canını qurtarır, həm sülh müqaviləsinin imzalanmasını qeyri-müəyyən müddətə (özünə sərfəli variant hazırlanana) qədər gündəmdən çıxarır, həm də “xoxan Türk” obrazını bərpa eləməklə Ermənistanda hərbi mövcudluğuna təhlükəni aradan qaldırmış olur...

Paşinyanla problem “yoluna qoyulandan” sonra isə sıra yəqin ki, Azərbaycana çatacaq. Düzdür, biz ərazisində minlərlə rus hərbçisi olan Ermənistan deyilik. “Banan ölkə” heç deyilik. Azərbaycan iqtisadi cəhətcə özünü təmin edən və Rusiyadan asılı olmayan, sərbəst şəkildə öz ayaqları üstdə duran güclü bir dövlətdir. Döyüşkən, faktiki NATO stilində orduya sahib məmləkətdir. Üstəgəl, Türkiyə yanımızda. Üstəgəl, Şuşa Bəyannaməsi, Pakistan faktoru, İsrail amili, daxili sabitlik. Daxildəki “5-ci kolonçu”lar isə yetərli güc, cəmiyyətdə təsir yiyəsi deyillər.

Amma və lakin arxayınlaşmağa əsas yox. Bu, müdriklik olmaz. Şər deməsən, xeyir də gəlməz. Çünki qarşımızdakı Rusiya. Məşhur ifadədə deyildiyi kimi, “Rusiyanı ağılla anlamaq çətin”. Dəqiq olan odur ki, şimal qonşumuz yalnız real güc görəndə qınına yığılır. Ukrayna müharibəsi buna bariz sübutdur.

İnanaq ki, Kremldəkilər düşdükləri Ukrayna bataqlığından düzgün dərs götürəcək və digər bir qonşuya qarşı eyni avantürist sevdaya düşməzdən öncə iki-üç dəfə fikirləşəcək, özləri üçün bunun ağır fəsadlarını hesablaya biləcəklər. Bizə isə böyür-başımızda Rusiyanın artan müəmmalı hərəkətliliyini (müəmmalımı?) diqqətlə izləmək və gərəkən ön tədbirləri görmək qalır. Vaxtında. Əminik ki, görülür də...

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi

Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.

16:58, 14 yanvar Ölkə

Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi

Ermənistan Suriyaya 2020-ci ildə Azərbaycan tərəfdə döyüşdüyü üçün əsir götürdüyünü iddia etdiyi iki nəfəri təhvil verib. "Bakuinfo" xəbər verir ki, hər iki şəxs Ermənistanda ömürlük həbsə məhkum edilmişdilər. Ermənistan Ədliyyə Nazirliyi bu məlumatı 4 erməni məhbusun bu gün Ermənistana təhvil verilməsi barədə yayılan məlumat fonunda paylaşıb. Qeyd edilib ki, 14 yanvar 2026-cı ildə Ermənistan Türkiyə vasitəsilə Suriyaya iki hərbi əsiri - Muhrab Məhəmməd əl-Şəhri və Yusif Alabet

22:34, 14 yanvar Siyasət

Vaqif Xaçatryandan Ermənistanda İLK AÇIQLAMA

Vaqif Xaçatryanın əhvalı yaxşıdır, hazırda vətəni Ermənistandadır və səbirsizliklə qohumları ilə görüşü gözləyir". "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, Bakıda həbsxanadan Ermənistana gətirilən Vaqif Xaçatryan bu gün xəstəxanaya aparılıb və orada müayinədən keçib. "Hazırda müayinədən keçir. Bilirik ki, onun xroniki ürək xəstəliyi var idi, ona görə də əlavə müayinələr aparmalıyıq.

23:43, 14 yanvar Siyasət

Son Xəbərlər

Bu nazirliklər birləşdirilir

Ermənistan Əmək və Sosial Məsələlər Nazirliyi Səhiyyə Nazirliyi ilə birləşməklə vahid agentlik yaratmaq barədə müzakirələr aparır. "Bakuinfo" "Joğovurd" qəzetinə istinadən xəbər verir ki, plan Arsen Torosyanın rəhbərlik etmək niyyətində olduğu vahid struktur yaratmaqdır. Qeyd olunur ki, təşəbbüs nazirlik işçiləri arasında narazılığa səbəb olub. Qəzet bildirir ki, sistem daxilində təklif olunan dəyişikliklər idarəetmə islahatı deyil, hakimiyyəti cəmləşdirmək və

11:15, 15 yanvar Dünya

Misir Mərdanovdan Mehdiyevin xanımı ilə bağlı AÇIQLAMA

Son günlər sabiq təhsil naziri Misir Mərdanovun ətrafında söhbətlər səngimək bilmir. Yayılan iddialara görə, Misir Mərdanov Bakı Dövlət Universitetinin Hesablama riyaziyyat kafedrasında Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanı kafedra müdiri postunda əvəzləyəcək. Maraqlı burasındadır ki, universitetin rəsmi səhifəsində Hesablama riyaziyyat kafedrasına başqa şəxsin rəhbərlik etdiyi məlum olur, Qalina Mehdiyevanın adına rast gəlmək mümkün deyil. "Bakuinfo" xəbər verir ki,

11:10, 15 yanvar Sosial

Paşinyan: Azərbaycan sayəsində onları darmadağın edirik

“Dekabrın 25-dən indiyədək Ermənistan vətəndaşlarının cibində onlarla milyard dram qalıb”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında Azərbaycandan benzin və dizel idxalı məsələsindən danışarkən deyib. Baş nazir qeyd edib ki, Ermənistan Azərbaycandan yanacaq tədarük etməklə, nəqliyyat xərclərində qənaət edə bilir: “Dəqiq hesablamamışam, indi söyləyə bilərlər ki, onlarla milyard deyil, 9 milyard 876 milyondur, amma bu, məsələnin

02:10, 15 yanvar Dünya

İran Ermənistana qarşı hərəkətə keçdi

İranın İrəvandakı səfiri Xəlil Şirqulaminin mətbuat konfransında söylədikləri İran-Ermənistan münasibətlərində dönüş nöqtəsi sayıla bilər. Ermənistan müstəqillik qazandıqdan bu yana İranla sıx münasibətləri olub və bu iki dövlətin bir-birinə iradları olmayıb. Ancaq Ermənistan Baş naziri Nikol Paşinyanın İran rejiminin düşməni ABŞ-la müxtəlif sahələrdə tərəfdaşlığını genişləndirməsi, üstəgəl, ərazisində “Tramp yolu”nun inşasına imza atması Tehranı hərəkətə keçməyə sövq edib.

01:03, 15 yanvar Dünya

Naxçıvanda ölən tələbələrin FOTOSU

Xəbər verdiyimiz kimi, Naxçıvanda Ahmet və Buşra adlı türkiyəli tələbələr dəm qazından zəhərlənərək ölüblər. "Bakuinfo" xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi 61 ünvanında qeydə alınıb.

00:27, 15 yanvar Sosial

Azərbaycanda bu şəxslər hər ay 140 manat müavinət ala bilər

Ailə başçısını itirmiş və 18 yaşınadək əlilliyi müəyyən edilmiş, hazırda isə 18 yaşdan yuxarı əlilliyi olan şəxslər üçün dövlət tərəfindən sosial müavinət təyin edilir. "Bakuinfo" xəbər verir ki, mövcud qaydalara əsasən, bu kateqoriyaya aid şəxslərə aylıq 140 manat məbləğində maddi dəstək göstərilir. Müavinətin təyin olunması üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, eləcə də ailə başçısının vəfatını təsdiq edən rəsmi sənəd tələb olunur. Ailə başçısı itkin düşmüş və ya ölmüş elan

00:26, 15 yanvar Sosial

Azərbaycan benzini Ermənistan bazarını alt-üst etdi

Son günlərdə Ermənistanda benzinin qiyməti xeyli aşağı düşüb. "Bakuinfo" xəbər verir ki, "Sputnik Armenia" ölkədə fəaliyyət göstərən demək olar ki, bütün əsas yanacaqdoldurma məntəqələri arasında hansı müəssisələrin benzinin qiymətlərini aşağı saldığını və hansı səbəblərdən endirdiyini müəyyən etmək üçün sorğu keçirib. Sürücülər qiymətlərin aşağı düşməsinin əsas səbəbi kimi Azərbaycandan idxal edilən benzini göstərirlər. Lakin ölkədə fəaliyyət göstərən bir çox

00:17, 15 yanvar Siyasət

Danimarka ABŞ-ı dayandıra bilmədi

Danimarka ABŞ-ı Qrenlandiyanı ələ keçirmək niyyətindən imtina etməyə razı sala bilməyib. "Bakuinfo" xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Danimarka və ABŞ Qrenlandiya ətrafında yaranmış vəziyyətin müzakirəsi üçün yüksək səviyyəli birgə işçi qrupunun yaradılması barədə qərar qəbul ediblər. “Biz irəliyə doğru ümumi yolun tapılması imkanlarını araşdırmaq üçün yüksək

00:15, 15 yanvar Dünya

ABŞ vizaları BAĞLAYIR, Azərbaycan isə YENİ QAPILAR AÇIR

ABŞ miqrant vizaları ilə bağlı sərt qərar qəbul etdiyi bir vaxtda, Azərbaycan viza siyasətində fərqli istiqamət seçir. Rəsmi Vaşinqton onlarla ölkə üçün viza prosesini dayandırarkən, Bakı yeni dövlətlərlə vizasız gediş-gəlişlə bağlı razılaşmalar imzalayır. "Bakuinfo" xəbər verir ki, ABŞ Dövlət Departamenti “müraciət edənlərin daha ciddi yoxlanması” çərçivəsində 75 ölkənin vətəndaşları üçün miqrant vizalarının verilməsini dayandırır. Qərarın 21 yanvardan qüvvəyə minəcəyi bildirilir.

23:55, 14 yanvar Siyasət

Vaqif Xaçatryandan Ermənistanda İLK AÇIQLAMA

Vaqif Xaçatryanın əhvalı yaxşıdır, hazırda vətəni Ermənistandadır və səbirsizliklə qohumları ilə görüşü gözləyir". "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, Bakıda həbsxanadan Ermənistana gətirilən Vaqif Xaçatryan bu gün xəstəxanaya aparılıb və orada müayinədən keçib. "Hazırda müayinədən keçir. Bilirik ki, onun xroniki ürək xəstəliyi var idi, ona görə də əlavə müayinələr aparmalıyıq.

23:43, 14 yanvar Siyasət

Powered by MirTech