“Azərbaycan İranın qorxusundan...” - Bakıya növbəti hücum
Tehranın siyasi elitasının mediası Zəngəzurla bağlı rolumuzu kiçiltməyə çalışıb - İrana qarşı beynəlxalq koalisiya qururuq?
İranın siyasi elitasının qəzeti kimi tanınan “Tehran Tayms” (The Tehran Times) başlığı ilə diqqət çəkib. “Zəngəzur: Qafqazı dağıda biləcək dəhliz. İranın qəti şəkildə qarşı çıxdığı bu qeyri-qanuni marşrut üçün yenidən səslənən çağırışlar regionu xaosa sürükləyəcək”, - deyə nəşr qeyd edib. Qəzet iddia edir ki, “Bakı İranın Zəngəzur dəhlizinə qarşı çıxdığını yaxşı başa düşür, eyni zamanda, Tehranla birbaşa münaqişədən qaçmaq istəyir. Buna görə də Azərbaycan İranın bu məsələyə potensial siyasi və hərbi müdaxiləsinin qarşısını almaq üçün İsrail, İngiltərə, ABŞ və NATO kimi müxtəlif beynəlxalq oyunçuları prosesə cəlb etməyə çalışır”.
Məqalədə deyilir ki, İslam İnqilabı rəhbərinin baş müşaviri Əli Əkbər Vilayəti Zəngəzur məsələsini bu günə qədər ən sərt şəkildə pisləyib. Sitat: “Dəhliz əlaqələri gücləndirmək və iqtisadi layihələri inkişaf etdirməkdən çox, İranın Cənubi Qafqazda mövqeyini zəiflətmək, İran və Rusiyaya quru yolla blokada tətbiq etmək və son nəticədə İran daxilində separatizmi qızışdırmaq məqsədi daşıyır”.
Qeyd edək ki, İran son vaxtlar Zəngəzur dəhlizi layihəsinə qarşı açıq təbliğatını kəskin artırıb. Maraqlıdır ki, qonşu ölkədən xoşagəlməz bəyanatlar fonunda Azərbaycan rəsmiləri İran səfiri Müctəba Dəmirçilu ilə görüşüblər. Əvvəl xarici işlər nazirinin müavini Araz Əzimov səfirlə görüşüb. Görüşdə ikitərəfli əlaqələrin mövcud durumu, habelə bir sıra regional və qlobal məsələlər nəzərdən keçirilib. Səfir iki ölkə arasındakı əlaqələrin dostluq və qardaşlıq prinsiplərinə söykənərək inkişaf etdiyini diqqətə çatdırıb. Elə həmin gün səfiri baş nazirin müavini Şahin Mustafayev də qəbul edib. Görüş zamanı iki ölkə arasında iqtisadi əməkdaşlıqda son vəziyyət müzakirə olunub.
Tərəflər ticarət, investisiya, nəqliyyat, energetika və infrastruktur layihələri üzrə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsini, eyni zamanda, əvvəlki sazişlərin icrası prosesinin sürətləndirilməsinin və iki ölkənin mövcud iqtisadi potensialından daha çox istifadə edilməsinin vacibliyini vurğulayıblar. Bundan sonra səfirin Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə ilə görüşməsi xəbəri yayılıb. Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Müctəba Dəmirçilu ilə ölkələr arasında media sahəsində əməkdaşlığın inkişafı istiqamətləri müzakirə edib. Görüş zamanı həmçinin media nümayəndə heyətlərinin mübadiləsi və iki ölkənin xəbər agentlikləri arasında əməkdaşlığın artırılması diqqət mərkəzində olub.
Göründüyü kimi, bir gün ərzində səfirə xüsusi diqqət göstərilib. Bəllidir ki, bundan bir gün əvvəl Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian arasında telefon danışığı olub. İran KİV-nin yazdığına görə, telefon danışığı zamanı Azərbaycan prezidentinin köməkçisi qarşı tərəfə İsrail-İran gərginliyi zamanı həlak olan şəxslərlə bağlı başsağlığı verib. Tərəflər həmçinin ikitərəfli münasibətlərin inkişaf etdiriməsini və iki ölkə prezidentlərinin əldə etdiyi razılaşmaların icrasının vacibliyini vurğulayıblar. Bununla yanaşı, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Azərbaycana planlaşdırılan səfəri müzakirə olunub.
Təmaslardan da aydın olur ki, hökumət səviyyəsində əlaqələr inkişafdadır, amma dəhliz məsələsinə gələndə İran əsl simasını göstərir. Belə yerdə deyərlər: “Bu nə pəhriz, bu nə turşu”?!
Bunun üzərinə İran Prezidenti Pezeşkianın son açıqlamasını da əlavə etsək, belə nəticə hasil olur ki, rəsmi Tehran Bakı ilə münasibətlərin genişlənməsində maraqlıdır, dini rəhbərliyə yaxın SEPAH, onun media resursları dəhlizlə bağlı anti-Azərbaycan fəaliyyəti davam etdirir. Pezeşkian günahı İranda axtarmaq lazım gəldiyini etiraf edib: “Necə ola bilər ki, mən ora gedib razılığa gəlmirəm? Biz onlarla qonşu ola-ola əlaqə yarada bilmirik. Necə olur ki, İsrail bunu kənardan gəlib edə bilir?” İran Prezidenti əlavə edib ki, əgər iki qonşu ölkə arasında əlaqələr qurulmasa, məsuliyət İran tərəfinin üzərinə düşür: “Əgər rabitə qurulmazsa, deməli, günah bizdədir”.

Asif Nərimanlı
Siyasi təhlilçi Asif Nərimanlının sözlərinə görə, İran nəşrinin yaydıqları təsadüfi deyil, az əvvəl Vilayəti də Zəngəzur dəhlizi ilə bağlı köhnə iddiaları yenidən gündəmə gətirmişdi: “O, iddia edir ki, bu dəhliz NATO-nun Cənubi Qafqaza, Xəzər regionu və Mərkəzi Asiyaya nüfuz etməsinə şərait yaradacaq. Və İranla Rusiyanı regionun cənubunda blokadaya salacaq. Vilayətinin iddiaları - dəhliz layihəsini geosiyasi mübarizənin elementi kimi təqdim etməsi, xüsusilə Rusiyaya təhlükə yaratması haqda dedikləri Moskva ilə gündəliyini eyniləşdirmək və onun dəstəyini əldə etmək məqsədi daşıyır. Vurğunu məhz NATO təhlükəsi və Rusiya üçün strateji regionlar üzərinə yönəltməsi də buna hesablanıb”.
Siyasi şərhçi situasiyanın dəyişdiyini müşahidə edir: “Bakı, Ankara və İrəvan xəttində müzakirə edilən regional kommunikasiyanın açılması prosesində Moskvanın birbaşa iştirakı arxa plana keçib. İranın son dövrlər Zəngəzur dəhlizi ilə bağlı intensiv açıqlamalarının birinci səbəbi budur: Moskvanı öz cəbhəsinə çəkmək, xüsusilə Tramp Administrasiyasının təklifləri fonunda. İkinci səbəb İsraillə 12 günlük müharibədən sonra regionda İranın gücünə olan inamın azalmasıdır, xüsusilə indiyə qədər Tehranı alternativ ”qapı" olaraq görən İrəvan üçün. Buna görə İran proseslərə yeganə müdaxilə imkanı olan Ermənistan amilindən məhrum olmaq riski ilə üzləşib. Vilayətinin “qırmızı xətlərdən” bəhs etməsi və “dəhlizin qarşısını biz aldıq” deməsi Ermənistana xatırlatmadır".

Aqşin Kərimov
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimovun qənaətinə görə, Zəngəzur dəhlizi ilə əlaqədar son bəyanatlar, cənub qonşumuzun mediasında dərc edilən materiallar Rusiya-Qərb rəqabətinin arasında İran maraqlarını təmin etmək planını ifadə edir. Onun fikrincə, İranın Azərbaycan-Türkiyə strateji ittifaqına, bu müttəfiqliyin yaratdığı böyük ölçülü tərəfdaşlıq xəttinə müqavimət göstərmək potensialı qalmayıb. “Azərbaycan-İran münasibətlərində açıq qalan strateji mahiyyətli məsələlər çoxdur. Zəngəzur korridoru regional və beynəlxalq strateji zərurətlərdən irəli gələrək yeni münasibətlər sistemi yaratmaq vəzifələrini müəyyən edir. Müəyyənedici faktorun lokomotivi Azərbaycan və Türkiyə strateji ittifaqıdır. Yerdə qalanlar isə koridora geoiqtisadi və geosiyasi komponent kimi yanaşmalarla maraqlarını təmin etməyə çalışanlardır. Bu cəhətdən İranın dəhlizə qarşı mövqeyi dar motivasiyalıdır və Tehranın Azərbaycanın maraqlarına qarşı geniş şəkildə müqavimət göstərə bilmək potensialı getdikcə daha da məhdudlaşacaq”, - deyə siyasi şərhçi bildirib.
Diqqət Çəkənlər
Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi
Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.
Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
Ermənistan Suriyaya 2020-ci ildə Azərbaycan tərəfdə döyüşdüyü üçün əsir götürdüyünü iddia etdiyi iki nəfəri təhvil verib. "Bakuinfo" xəbər verir ki, hər iki şəxs Ermənistanda ömürlük həbsə məhkum edilmişdilər. Ermənistan Ədliyyə Nazirliyi bu məlumatı 4 erməni məhbusun bu gün Ermənistana təhvil verilməsi barədə yayılan məlumat fonunda paylaşıb. Qeyd edilib ki, 14 yanvar 2026-cı ildə Ermənistan Türkiyə vasitəsilə Suriyaya iki hərbi əsiri - Muhrab Məhəmməd əl-Şəhri və Yusif Alabet
Vaqif Xaçatryandan Ermənistanda İLK AÇIQLAMA
Vaqif Xaçatryanın əhvalı yaxşıdır, hazırda vətəni Ermənistandadır və səbirsizliklə qohumları ilə görüşü gözləyir". "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, Bakıda həbsxanadan Ermənistana gətirilən Vaqif Xaçatryan bu gün xəstəxanaya aparılıb və orada müayinədən keçib. "Hazırda müayinədən keçir. Bilirik ki, onun xroniki ürək xəstəliyi var idi, ona görə də əlavə müayinələr aparmalıyıq.
Son Xəbərlər
Bu nazirliklər birləşdirilir
Ermənistan Əmək və Sosial Məsələlər Nazirliyi Səhiyyə Nazirliyi ilə birləşməklə vahid agentlik yaratmaq barədə müzakirələr aparır. "Bakuinfo" "Joğovurd" qəzetinə istinadən xəbər verir ki, plan Arsen Torosyanın rəhbərlik etmək niyyətində olduğu vahid struktur yaratmaqdır. Qeyd olunur ki, təşəbbüs nazirlik işçiləri arasında narazılığa səbəb olub. Qəzet bildirir ki, sistem daxilində təklif olunan dəyişikliklər idarəetmə islahatı deyil, hakimiyyəti cəmləşdirmək və
Misir Mərdanovdan Mehdiyevin xanımı ilə bağlı AÇIQLAMA
Son günlər sabiq təhsil naziri Misir Mərdanovun ətrafında söhbətlər səngimək bilmir. Yayılan iddialara görə, Misir Mərdanov Bakı Dövlət Universitetinin Hesablama riyaziyyat kafedrasında Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanı kafedra müdiri postunda əvəzləyəcək. Maraqlı burasındadır ki, universitetin rəsmi səhifəsində Hesablama riyaziyyat kafedrasına başqa şəxsin rəhbərlik etdiyi məlum olur, Qalina Mehdiyevanın adına rast gəlmək mümkün deyil. "Bakuinfo" xəbər verir ki,
Paşinyan: Azərbaycan sayəsində onları darmadağın edirik
“Dekabrın 25-dən indiyədək Ermənistan vətəndaşlarının cibində onlarla milyard dram qalıb”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında Azərbaycandan benzin və dizel idxalı məsələsindən danışarkən deyib. Baş nazir qeyd edib ki, Ermənistan Azərbaycandan yanacaq tədarük etməklə, nəqliyyat xərclərində qənaət edə bilir: “Dəqiq hesablamamışam, indi söyləyə bilərlər ki, onlarla milyard deyil, 9 milyard 876 milyondur, amma bu, məsələnin
İran Ermənistana qarşı hərəkətə keçdi
İranın İrəvandakı səfiri Xəlil Şirqulaminin mətbuat konfransında söylədikləri İran-Ermənistan münasibətlərində dönüş nöqtəsi sayıla bilər. Ermənistan müstəqillik qazandıqdan bu yana İranla sıx münasibətləri olub və bu iki dövlətin bir-birinə iradları olmayıb. Ancaq Ermənistan Baş naziri Nikol Paşinyanın İran rejiminin düşməni ABŞ-la müxtəlif sahələrdə tərəfdaşlığını genişləndirməsi, üstəgəl, ərazisində “Tramp yolu”nun inşasına imza atması Tehranı hərəkətə keçməyə sövq edib.
Naxçıvanda ölən tələbələrin FOTOSU
Xəbər verdiyimiz kimi, Naxçıvanda Ahmet və Buşra adlı türkiyəli tələbələr dəm qazından zəhərlənərək ölüblər. "Bakuinfo" xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi 61 ünvanında qeydə alınıb.
Azərbaycanda bu şəxslər hər ay 140 manat müavinət ala bilər
Ailə başçısını itirmiş və 18 yaşınadək əlilliyi müəyyən edilmiş, hazırda isə 18 yaşdan yuxarı əlilliyi olan şəxslər üçün dövlət tərəfindən sosial müavinət təyin edilir. "Bakuinfo" xəbər verir ki, mövcud qaydalara əsasən, bu kateqoriyaya aid şəxslərə aylıq 140 manat məbləğində maddi dəstək göstərilir. Müavinətin təyin olunması üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, eləcə də ailə başçısının vəfatını təsdiq edən rəsmi sənəd tələb olunur. Ailə başçısı itkin düşmüş və ya ölmüş elan
Azərbaycan benzini Ermənistan bazarını alt-üst etdi
Son günlərdə Ermənistanda benzinin qiyməti xeyli aşağı düşüb. "Bakuinfo" xəbər verir ki, "Sputnik Armenia" ölkədə fəaliyyət göstərən demək olar ki, bütün əsas yanacaqdoldurma məntəqələri arasında hansı müəssisələrin benzinin qiymətlərini aşağı saldığını və hansı səbəblərdən endirdiyini müəyyən etmək üçün sorğu keçirib. Sürücülər qiymətlərin aşağı düşməsinin əsas səbəbi kimi Azərbaycandan idxal edilən benzini göstərirlər. Lakin ölkədə fəaliyyət göstərən bir çox
Danimarka ABŞ-ı dayandıra bilmədi
Danimarka ABŞ-ı Qrenlandiyanı ələ keçirmək niyyətindən imtina etməyə razı sala bilməyib. "Bakuinfo" xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Danimarka və ABŞ Qrenlandiya ətrafında yaranmış vəziyyətin müzakirəsi üçün yüksək səviyyəli birgə işçi qrupunun yaradılması barədə qərar qəbul ediblər. “Biz irəliyə doğru ümumi yolun tapılması imkanlarını araşdırmaq üçün yüksək
ABŞ vizaları BAĞLAYIR, Azərbaycan isə YENİ QAPILAR AÇIR
ABŞ miqrant vizaları ilə bağlı sərt qərar qəbul etdiyi bir vaxtda, Azərbaycan viza siyasətində fərqli istiqamət seçir. Rəsmi Vaşinqton onlarla ölkə üçün viza prosesini dayandırarkən, Bakı yeni dövlətlərlə vizasız gediş-gəlişlə bağlı razılaşmalar imzalayır. "Bakuinfo" xəbər verir ki, ABŞ Dövlət Departamenti “müraciət edənlərin daha ciddi yoxlanması” çərçivəsində 75 ölkənin vətəndaşları üçün miqrant vizalarının verilməsini dayandırır. Qərarın 21 yanvardan qüvvəyə minəcəyi bildirilir.
Vaqif Xaçatryandan Ermənistanda İLK AÇIQLAMA
Vaqif Xaçatryanın əhvalı yaxşıdır, hazırda vətəni Ermənistandadır və səbirsizliklə qohumları ilə görüşü gözləyir". "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, Bakıda həbsxanadan Ermənistana gətirilən Vaqif Xaçatryan bu gün xəstəxanaya aparılıb və orada müayinədən keçib. "Hazırda müayinədən keçir. Bilirik ki, onun xroniki ürək xəstəliyi var idi, ona görə də əlavə müayinələr aparmalıyıq.