Zəngəzurda iki istiqamətdən hücum var – Paşinyan Bakıya kömək etməlidir

Siyasət 10:50, 19 avqust 2025, 1 102
Zəngəzurda iki istiqamətdən hücum var – Paşinyan Bakıya kömək etməlidir

Vaşinqtonda keçirilən Zirvə görüşündən 10 gün ötüb, lakin Zəngəzur dəhlizi ilə bağlı hər hansı dinamika müşahidə olunmur. ABŞ-ın vasitəçiliyi ilə Ağ Evdə imzalanan razılaşma nəinki regionun nəqliyyat xəritəsini yenidən çəkir, həm də Cənubi Qafqazda balansı dəyişdirə biləcək geopolitik dönüş nöqtəsi hesab edilir.

Maraqlıdır, “TRIPP” layihəsi nə vaxt tam icra ediləcək?

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Vaşinqton görüşü tarixi əhəmiyyət daşıyır:

“Bu görüşün ən böyük uğuru, şübhəsiz, maneəsiz hərəkətin təmin olunmasıdır. Hər nə qədər adı “TRIPP” dəhlizi olsa da, hesab edirəm ki, mahiyyəti dəyişməz qalıb, yəni bizim istəyimiz reallaşıb – Zəngəzur dəhlizi açılıb.

Qabil Hüseynli

Maneəsiz hərəkətin təmin edilməsi üçün hələ uzun yol keçmək lazım gələcək. Çünki Azərbaycan bütün infrastrukturu çoxdan hazır edib, amma Ermənistanın edəcəkləri qarşıdadır. Bu, vaxt aparacaq. Digər tərəfdən, Paşinyan bu detalı hələ daxili auditoriyaya qəbul etdirə bilməyib.

Hesab edirəm ki, təmkinli olmaq faydalıdır. Yəni sürətli, amma natamam olmaqdansa, gec, lakin birdəfəlik və tam icra olunması daha məqsədəuyğundur. Ona görə səbirli olmaq lazımdır. Hər halda Trampın vasitəçiliyi ilə Ermənistan öhdəlik götürüb. Hər hansı neqativ hal baş verərsə, İrəvan məsuliyyət daşıyır. Bakı isə haqlı mövqedədir”.

Politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ-da Azərbaycan və Ermənistan liderlərinin birgə görüşü və Zəngəzur dəhlizinin açılması ilə bağlı üçtərəfli bəyannamə regionda yeni bir siyasi mərhələnin başlanğıcıdır:

“İlk növbədə, ABŞ “Tramp körpüsü” adlandırdığı bu dəhlizin açılmasını tezləşdirmək üçün hərəkətə keçməlidir. Görünür, Tramp diqqəti daha çox Rusiya–Ukrayna müharibəsinin həllinə yönəldib. Hesab edir ki, Cənubi Qafqazda problem həll olunub və dəhlizin açılmasını növbəti mərhələdə həyata keçirə bilər. Amma biz görürük ki, Rusiya və İran Zəngəzur dəhlizi ilə bağlı mənfi, ikibaşlı mövqe sərgiləyir. Xüsusilə Rusiya 10 noyabr Birgə Bəyannamənin qüvvədə olduğunu vurğulayır. İran isə sərhəddə hərbçilərinin mövcudluğunu olmamasını tələb edir.


Məhəmməd Əsədullazadə

Politoloq qeyd edib ki, Rusiya və İran Zəngəzur dəhlizi mövzusunda barışmaz mövqe sərgiləyirlər və belə olan halda Ermənistan Baş naziri Nikol Paşinyan Bakıya dəstək olmalı, məsələnin həlli üçün aktivləşməlidir:

“Sentyabrdan başlayaraq Paşinyan dəhlizdə infrastrukturun qurulması üçün ABŞ-la layihələr həyata keçirməlidir. Azərbaycan isə bu kontekstdə Ağ Evi məlumatlandırmalı və işlərin başlanmasına çağırmalıdır. Çünki proses uzandıqca bundan ən çox faydalanan tərəf Rusiya olacaq.

Düşünürəm ki, bu proses sentyabrdan başlaya bilər. Bundan əlavə, Rusiya 102-ci bazada hərbi mövcudluğunu artırır. Bu da Zəngəzur dəhlizi ilə bağlıdır. Artıq 102-ci bazanın çıxarılması üçün etiraz aksiyaları təşkil olunur. Göründüyü kimi, Paşinyan Rusiya hərbi bazasına təzyiqi artırmaqla Zəngəzur dəhlizində işlərə başlaya bilər”.

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi

Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.

16:58, 14 yanvar Ölkə

Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi

Ermənistan Suriyaya 2020-ci ildə Azərbaycan tərəfdə döyüşdüyü üçün əsir götürdüyünü iddia etdiyi iki nəfəri təhvil verib. "Bakuinfo" xəbər verir ki, hər iki şəxs Ermənistanda ömürlük həbsə məhkum edilmişdilər. Ermənistan Ədliyyə Nazirliyi bu məlumatı 4 erməni məhbusun bu gün Ermənistana təhvil verilməsi barədə yayılan məlumat fonunda paylaşıb. Qeyd edilib ki, 14 yanvar 2026-cı ildə Ermənistan Türkiyə vasitəsilə Suriyaya iki hərbi əsiri - Muhrab Məhəmməd əl-Şəhri və Yusif Alabet

22:34, 14 yanvar Siyasət

Sabah lopa-lopa qar yağacaq, 16 dərəcə şaxta olacaq

Yanvarın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən "Bakuinfo"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında fasilələrlə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın

19:20, 14 yanvar Sosial

Son Xəbərlər

Paşinyan: Azərbaycan sayəsində onları darmadağın edirik

“Dekabrın 25-dən indiyədək Ermənistan vətəndaşlarının cibində onlarla milyard dram qalıb”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında Azərbaycandan benzin və dizel idxalı məsələsindən danışarkən deyib. Baş nazir qeyd edib ki, Ermənistan Azərbaycandan yanacaq tədarük etməklə, nəqliyyat xərclərində qənaət edə bilir: “Dəqiq hesablamamışam, indi söyləyə bilərlər ki, onlarla milyard deyil, 9 milyard 876 milyondur, amma bu, məsələnin

02:10, 15 yanvar Dünya

İran Ermənistana qarşı hərəkətə keçdi

İranın İrəvandakı səfiri Xəlil Şirqulaminin mətbuat konfransında söylədikləri İran-Ermənistan münasibətlərində dönüş nöqtəsi sayıla bilər. Ermənistan müstəqillik qazandıqdan bu yana İranla sıx münasibətləri olub və bu iki dövlətin bir-birinə iradları olmayıb. Ancaq Ermənistan Baş naziri Nikol Paşinyanın İran rejiminin düşməni ABŞ-la müxtəlif sahələrdə tərəfdaşlığını genişləndirməsi, üstəgəl, ərazisində “Tramp yolu”nun inşasına imza atması Tehranı hərəkətə keçməyə sövq edib.

01:03, 15 yanvar Dünya

Naxçıvanda ölən tələbələrin FOTOSU

Xəbər verdiyimiz kimi, Naxçıvanda Ahmet və Buşra adlı türkiyəli tələbələr dəm qazından zəhərlənərək ölüblər. "Bakuinfo" xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi 61 ünvanında qeydə alınıb.

00:27, 15 yanvar Sosial

Azərbaycanda bu şəxslər hər ay 140 manat müavinət ala bilər

Ailə başçısını itirmiş və 18 yaşınadək əlilliyi müəyyən edilmiş, hazırda isə 18 yaşdan yuxarı əlilliyi olan şəxslər üçün dövlət tərəfindən sosial müavinət təyin edilir. "Bakuinfo" xəbər verir ki, mövcud qaydalara əsasən, bu kateqoriyaya aid şəxslərə aylıq 140 manat məbləğində maddi dəstək göstərilir. Müavinətin təyin olunması üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, eləcə də ailə başçısının vəfatını təsdiq edən rəsmi sənəd tələb olunur. Ailə başçısı itkin düşmüş və ya ölmüş elan

00:26, 15 yanvar Sosial

Azərbaycan benzini Ermənistan bazarını alt-üst etdi

Son günlərdə Ermənistanda benzinin qiyməti xeyli aşağı düşüb. "Bakuinfo" xəbər verir ki, "Sputnik Armenia" ölkədə fəaliyyət göstərən demək olar ki, bütün əsas yanacaqdoldurma məntəqələri arasında hansı müəssisələrin benzinin qiymətlərini aşağı saldığını və hansı səbəblərdən endirdiyini müəyyən etmək üçün sorğu keçirib. Sürücülər qiymətlərin aşağı düşməsinin əsas səbəbi kimi Azərbaycandan idxal edilən benzini göstərirlər. Lakin ölkədə fəaliyyət göstərən bir çox

00:17, 15 yanvar Siyasət

Danimarka ABŞ-ı dayandıra bilmədi

Danimarka ABŞ-ı Qrenlandiyanı ələ keçirmək niyyətindən imtina etməyə razı sala bilməyib. "Bakuinfo" xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Danimarka və ABŞ Qrenlandiya ətrafında yaranmış vəziyyətin müzakirəsi üçün yüksək səviyyəli birgə işçi qrupunun yaradılması barədə qərar qəbul ediblər. “Biz irəliyə doğru ümumi yolun tapılması imkanlarını araşdırmaq üçün yüksək

00:15, 15 yanvar Dünya

ABŞ vizaları BAĞLAYIR, Azərbaycan isə YENİ QAPILAR AÇIR

ABŞ miqrant vizaları ilə bağlı sərt qərar qəbul etdiyi bir vaxtda, Azərbaycan viza siyasətində fərqli istiqamət seçir. Rəsmi Vaşinqton onlarla ölkə üçün viza prosesini dayandırarkən, Bakı yeni dövlətlərlə vizasız gediş-gəlişlə bağlı razılaşmalar imzalayır. "Bakuinfo" xəbər verir ki, ABŞ Dövlət Departamenti “müraciət edənlərin daha ciddi yoxlanması” çərçivəsində 75 ölkənin vətəndaşları üçün miqrant vizalarının verilməsini dayandırır. Qərarın 21 yanvardan qüvvəyə minəcəyi bildirilir.

23:55, 14 yanvar Siyasət

Vaqif Xaçatryandan Ermənistanda İLK AÇIQLAMA

Vaqif Xaçatryanın əhvalı yaxşıdır, hazırda vətəni Ermənistandadır və səbirsizliklə qohumları ilə görüşü gözləyir". "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, Bakıda həbsxanadan Ermənistana gətirilən Vaqif Xaçatryan bu gün xəstəxanaya aparılıb və orada müayinədən keçib. "Hazırda müayinədən keçir. Bilirik ki, onun xroniki ürək xəstəliyi var idi, ona görə də əlavə müayinələr aparmalıyıq.

23:43, 14 yanvar Siyasət

Tramp düyməyə basdı – Azərbaycan da bundan təsirlənəcək

İranda baş verən son hadisələr və iqtisadi gərginlik region ölkələri, o cümlədən Azərbaycan üçün mümkün təsirlərlə bağlı müzakirələri gündəmə gətirib. Paytaxt bazarları və topdansatış mərkəzlərində bu ölkədən idxal olunan məhsulların qiymətləri diqqətlə izlənilir. İrandan Azərbaycana hansı məhsullar gətirilir? Qonşu ölkədəki etirazlar idxal və ixrac məsələlərinə necə təsir edəcək? Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, İranla Azərbaycan arasında ticarət dövriyyəsi ötən il

23:12, 14 yanvar Siyasət

Azərbaycanda iki tələbə dəm qazından öldü

Naxçıvanda dəm qazı sızması nəticəsində iki tələbə ölüb. "Bakuinfo"xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Nizami küçəsi, 61 ünvanında qeydə alınıb. Dəm qazının sızması nəticəsində Türkiyə vətəndaşı olan iki tələbə - Ahmet və Büşra həyatını itirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. (APA)

22:43, 14 yanvar Hadisə

Powered by MirTech