Rusiyanın Dərbənd xofu: Əgər Azərbaycan döyüş qərarı veribsə...

Siyasət 17:42, 02 sentyabr 2025, 1 225
Rusiyanın Dərbənd xofu: Əgər Azərbaycan döyüş qərarı veribsə...
Raşizmin təbliğat maşının aparıcı isimlərindən biri olan Vladimir Solovyovun “Əgər Azərbaycan Dərbənd uğrunda döyüşmək qərarına gəlibsə, ona qarşı İranla birgə “xüsusi hərbi əməliyyat” keçirə bilərik” açıqlaması Rusiyanın gücünün deyil, gücsüzlüyünün və əlacsızlığının göstəricidir.
Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib.
O bildirib ki, bu açıqlamasında Solovyov Dərbəndin Azərabycana aid olmadığına dair bir ifadə səsləndirməyib:
“Əgər Dərbənd Böyük Azərbaycanın bir parçası olmasaydı, Solovyov bunu istehza ilə qarşılar, bu isə bizə ən güclü cavab olardı. Ancaq Solovyov bunu edə bilmir. Ukrayna şəhərlərinin “qədim rus” şəhərləri olmasını sübut etmək üçün tarixə ekskursiya etməyi sevən Solovyov Dərbəndlə bağlı eyni şeyi etmir. Azərbaycanın dəyərli tarixçiləri dəfələrlə Dərbəndin qədim Azərbaycan şəhəri olduğunu sübut edən fundamental elmi əsərlər yazıblar. Ancaq onların heç birinə Rusiyanın təbliğat maşını reaksiya verməyib.
Solovyovun isterikasında diqqət çəkən ikinci məqam İranla birgə “xüsusi hərbi əməliyyat”dan bəhs etməsidir. Solovyovun isterikası Rusiyanın gücsüzlüyü ilə yanaşı, Dərbənd davasının güneyli-quzeyli Azərbaycanın haqq davasına çevrilməsinin nəticəsidir. Solovyovu bilgi və məlumatlarla təmin edən Rusiya kəşfiyyatı Güney Azərbaycanın Dərbənd davasına sahiblənməsindən heç şübhəsiz ki, məlumatlıdır. Güney Azərbaycanın milli kimlik davasının əsas şüarı olan “Təbriz, Bakı, Ankara - biz hara farslar hara”nın ifadəsinin “Təbriz, Bakı, Dərbənd - biz hara farslar hara”ya çevrilməsi bizləri sevindirdiyi kimi, rusların kabusuna çevrilib.
Ruslar çox yaşı bilirlər ki, Quzey Azərbaycanın təkbaşına Dərbəndi Rusiya işğalından qurtarmaq gücü yoxdur. Ancaq 50 milyonluq Azərbaycan xalqı Dərbənd uğrunda mübarizəyə qalxarsa, Rusiya Dərbəndi əsarətdə saxlaya bilməz. Rusiyanın hətta Azərbaycanla müharibədən də çəkinəcəyinə əminəm. Moskvada gözəl bilirlər ki, Ukraynanın müqaviməti nə qədər rəşadətli olsa da, Rusiyaya qarşı xalqların müharibəsini doğurmur və doğura da bilməz. Ancaq 50 milyonluq Azərbaycanın Rusiya ilə mübarizəsi Moskvaya qarşı xalqların müharibəsini alovlandıra bilər.
Solovyovun təmsilçisi olduğu Rusiya müstəmləkəçiliyi yalnız fars şovinizmi ilə birlikdə hərəkət etdikdə Azərbaycana qalib gələ bilir. İndi də Solovyov Moskvanı farslarla birlikdə hərəkət etməyə çağırır. Ancaq unudur ki, Azərbaycan da indi təkbaşına deyil. Əsasları atılmaqda olan “Xəzər asayişi” Alyansı tam formalaşmamış halında belə rus-fars cütlüyünü Qafqazda məğlub etmək gücündədir. Çox yaxın gələcək bunu sübut edəcək!
Bizim üzərimizə düşən vəzifə isə Rusiyanın kabusuna çevrilən “Dərbənd İttifaqı”nın təşkilatlanmasını sürətləndirməkdir!”

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi

Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.

16:58, 14 yanvar Ölkə

Ermənistan işğalla hədələndi

Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj

23:00, 12 yanvar Dünya

Sabah lopa-lopa qar yağacaq, 16 dərəcə şaxta olacaq

Yanvarın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən "Bakuinfo"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında fasilələrlə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın

19:20, 14 yanvar Sosial

Son Xəbərlər

Prezidentdən nazirin qardaşı ilə bağlı SƏRƏNCAM

Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib "Bakuinfo" xəbər verir ki, bu barədə müvafiq Sərəncam imzalanıb. A.Bayramov uzun müddət idi ki, maliyyə nazirinin müavini vəzifəsində çalışırdı.

22:07, 14 yanvar Ölkə

Sabah lopa-lopa qar yağacaq, 16 dərəcə şaxta olacaq

Yanvarın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən "Bakuinfo"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında fasilələrlə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın

19:20, 14 yanvar Sosial

Sevinc Osmanqızı və digərləri ilə bağlı QƏRAR VERİLDİ

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Sevinc Mirzəyeva (Osmanqızı), Abid Qafarov və Beydulla Manafovun cinayət işi üzrə məhkəmə yekunlaşıb. "Bakuinfo" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub. Hökmə əsasən, Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafov hər biri 8 il müddətinə azadlıqdan məhrum olunub. Qeyd edək ki, Sevinc Osman qızı Mirzəyeva barəsində Cinayət Məcəlləsinin 281.2-ci

19:18, 14 yanvar Kriminal

Aqil Dadaşova yeni vəzifə verildi

Lənkəran Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi həyata keçirilib. “Bakuinfo” xəbər verir ki, icra başçısı Taleh Qaraşov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, Aqil Dadaşov struktur dəyişikliyi nəticəsində ləğv edilən Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsindən azad edilib. O, yeni yaradılan Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri təyin olunub. Qeyd edək ki, A.Dadaşov 2024-cü ildən Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışırdı. Daha əvvəl

19:14, 14 yanvar Sosial

Bakıda 7 rayonda söküntü işləri aparılacaq: Ərazilər AÇIQLANDI

"Bakı şəhəri, Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nəsimi, Sabunçu, Suraxanı rayonlarında qəzalı və istismar müddətini başa vuran binaların sökülməsi planlaşdırılır". "Bakuinfo" xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib. O bildirib ki, bu ərazilərdə qəzalı binalar müəyyənləşdirilib və aktlaşdırılıb: "Sözügedən binaların söküntüsü planlaşdırılır. Söküntüdən əvvəl dövlət xətti ilə dövlət

18:50, 14 yanvar Sosial

Əminağa Sadıqovun elmi adı buna görə LƏĞV EDİLİB

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədr müavini, Sumqayıt Dövlət Universitetinin rektor əvəzi Əminağa Sadıqovun professor elmi dərəcəsindən məhrum edilməsinin səbəbini açıqlayıb. Bu barədə APA-nın sorğusuna cavab olaraq Komissiyasının sədr müvini Sakin Cabbarov məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 26.12.2025-ci il tarixli

18:02, 14 yanvar Sosial

Yük gəmisi Xəzər dənizində qəzaya uğradı - 14 nəfər...

Xəzər dənizində İranın “Rona” yük gəmisi qəzaya uğrayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, gəmidə olan 14 nəfərin hamısı xilas edilib.

17:39, 14 yanvar Dünya

Prezidentdən Mədəniyyət Nazirliyi ilə bağlı SƏRƏNCAM

“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncam Azərbaycan Respublikasında milli-mənəvi dəyərlərin qorunmasını təmin edən müasir mədəniyyət modelinin yaradılması, mədəniyyət sahəsində sistemli və dayanıqlı inkişafın təmin olunması məqsədilə imzalanıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi konsepsiyada nəzərdə tutulan

17:05, 14 yanvar Ölkə

Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi

Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.

16:58, 14 yanvar Ölkə

Bu şəxslər Ermənistana təhvil verildi

Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekyan Ermənistana təhvil verilib. “Bakuinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş naziri Nikol Paşinyan feysbuk hesabında açıqlayıb. Onun sözlərinə görə, həmin şəxslər Həkəri körpüsü vasitəsilə qarşı tərəfə

16:40, 14 yanvar Siyasət

Powered by MirTech