Bakı Zəngəzura görə dost ölkəni itirir?
Son illərdə Cənubi Qafqazda dəyişən geosiyasi mənzərə Gürcüstanın regional və beynəlxalq gündəmdəki mövqeyini nəzərəçarpacaq dərəcədə zəiflədib. Ənənəvi olaraq Qərblə, xüsusilə ABŞ və Avropa İttifaqı ilə sıx münasibətləri ilə tanınan bu ölkə hazırda həm regional proseslərdən, həm də beynəlxalq güclərin prioritetlərindən kənarda qalır.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ABŞ lideri Donald Trampa yazdığı məktubda qeyd etdiyi narahatlıq və çağırışlar da bu vəziyyətin açıq təzahürüdür. O, məktubda “dərin dövlət“i Gürcüstanı müharibəyə sürükləməkdə, Qərblə münasibətlərini pozmağa çalışmaqda suçlayıb. Kavelaşvili Trampın son aylar Gürcüstanın qonşuları ilə sıx əlaqələr qurduğunu, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına uğurlu töhfə verdiyini, lakin Gürcüstan barədə heç nə demədiyini vurğulayır
Gürcüstanın qlobal güclər üçün əhəmiyyəti azalıbmı? Beynəlxalq birliyin Zəngəzur dəhlizi ilə bağlı son illər artan marağı Tbilisini arxa plana atıb?
Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, Gürcüstanın hazırkı vəziyyəti və Qərblə münasibətlərindəki durğunluq bilavasitə hakimiyyətin öz seçiminin nəticəsidir:
“Bu ölkənin Konstitusiyasında Avro-Atlantik məkana inteqrasiya açıq şəkildə qeyd edilib. Təxminən iki onillik ərzində Gürcüstan bu istiqamətdə ciddi institusional addımlar atıb. İndi isə geri çəkilmə müşahidə edilir. Belə olan halda Qərb tərəfindən diqqətin azalması, əslində, cavab reaksiyası kimi dəyərləndirilə bilər.
Fərhad Məmmədov
Lakin hazırda regionun geosiyasi və geoiqtisadi məzmunu Azərbaycan və Gürcüstanın həyata keçirdiyi strateji tərəfdaşlıqdan irəli gəlir. Bu şəraitdə Gürcüstanı tamamilə arxa plana atmaq mümkün deyil.
O ki qaldı Zəngəzur dəhlizinin açılmasının Gürcüstanın mövqeyinə təsir etməsinə, bunun real olacağını düşünmürəm. Xüsusilə də ABŞ-ın nəzarət etməyə maraqlı olduğu bir dəhlizdə Gürcüstanın kənarda qalması inandırıcı deyil”.
Diqqət Çəkənlər
Ermənistan işğalla hədələndi
Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj
Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi
Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.
“Bir gün də yubanma olmamalıdır” - Prezident İlham Əliyev tapşırıq verdi
“Proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən”. “Bakuinfo” xəbər verir ki, bunu Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan bugünkü müşavirədə Prezident İlham Əliyev bildirib. Ölkə başçısı çıxışında Proqramın icrasına ictimai nəzarətin mütləq olmalı
Son Xəbərlər
Bakıda 7 rayonda söküntü işləri aparılacaq: Ərazilər AÇIQLANDI
"Bakı şəhəri, Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nəsimi, Sabunçu, Suraxanı rayonlarında qəzalı və istismar müddətini başa vuran binaların sökülməsi planlaşdırılır". "Bakuinfo" xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib. O bildirib ki, bu ərazilərdə qəzalı binalar müəyyənləşdirilib və aktlaşdırılıb: "Sözügedən binaların söküntüsü planlaşdırılır. Söküntüdən əvvəl dövlət xətti ilə dövlət
Əminağa Sadıqovun elmi adı buna görə LƏĞV EDİLİB
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədr müavini, Sumqayıt Dövlət Universitetinin rektor əvəzi Əminağa Sadıqovun professor elmi dərəcəsindən məhrum edilməsinin səbəbini açıqlayıb. Bu barədə APA-nın sorğusuna cavab olaraq Komissiyasının sədr müvini Sakin Cabbarov məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 26.12.2025-ci il tarixli
Yük gəmisi Xəzər dənizində qəzaya uğradı - 14 nəfər...
Xəzər dənizində İranın “Rona” yük gəmisi qəzaya uğrayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, gəmidə olan 14 nəfərin hamısı xilas edilib.
Prezidentdən Mədəniyyət Nazirliyi ilə bağlı SƏRƏNCAM
“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncam Azərbaycan Respublikasında milli-mənəvi dəyərlərin qorunmasını təmin edən müasir mədəniyyət modelinin yaradılması, mədəniyyət sahəsində sistemli və dayanıqlı inkişafın təmin olunması məqsədilə imzalanıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi konsepsiyada nəzərdə tutulan
Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi
Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.
Bu şəxslər Ermənistana təhvil verildi
Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekyan Ermənistana təhvil verilib. “Bakuinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş naziri Nikol Paşinyan feysbuk hesabında açıqlayıb. Onun sözlərinə görə, həmin şəxslər Həkəri körpüsü vasitəsilə qarşı tərəfə
İcra başçısı bu iş adamına görə “vurulub”
Nəsimi rayon icra hakimiyyətinin başçısı vəzifəsində cəmi 47 gün çalışan Elxan İbrahimovun tutduğu postan uzaqlaşdırılmasına prezident İlham Əliyev də reaksiya verdi. Belə ki, yerli televiziya kanallarına müsahibəsində İlham Əliyev deyib ki, yeni təyin etdiyi icra başçısı etimadını doğrultmayıb:”Bu yaxınlarda Bakının rayonlarının birinə icra başçısı təyin edilmişdir. Özü də noyabr ayındakı o təyinatda qrup şəklində bir neçə icra başçısı təyin edilirdi. İnsanlara diqqət, iş adamlarına dəyməmək,
Vüsalənin anası xəstəxanaya yerləşdirildi
Aparıcı Vüsalə Əlizadənin anası Lütviyyə Əlizadə xəstəxanaya yerləşdirilib. "Bakuinfo" xəbər verir ki, bu barədə aparıcı özü paylaşım edib. O bildirib ki, anası əməliyyat olunub. "Sən mənim döyünən ürəyim, görən gözüm, gücüm, qüvvətimsən, ana, tez sağal" deyə bildirib.
Adnan Əhmədzadə haqda - Yeni qərar
İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin həbsdə saxlanılma müddəti uzadılıb. “Bakuinfo" xəbər verir ki, Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında yeni qərar qəbul edib. Məhkəmə iri həcmli iş üzrə istintaq hərəkətlərinin hərtərəfli və maneəsiz aparılmasını təmin etmək məqsədilə Adnan Əhmədzadənin həbs müddətinin uzadılmasına qərar verib. Qeyd edək ki, dünyaca məşhur
Bu xanıma yüksək vəzifə verildi
Azərbaycan Respublikası Kino Agentliyinin Kino mədəniyyətinin təbliği şöbəsinə yeni müdir təyin edilib. "Bakuinfo" xəbər verir ki, bu vəzifəyə Səbinə Bağırova təyin olunub. Səbinə Bağırova faktı APA-ya təsdiqləyib. Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəni Turan Məmmədli icra edib.