Rusiyadan Zəngəzur dəhlizinə HÜCUM PLANI
Rusiya indi rəsmi İrəvandan izahat tələb etməklə, həm Ermənistana, həm də ABŞ və Qərbə açıq təhdid mesajı göndərir... Kreml Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin Rusiyanın iştirakı olmadan açılmayacağını diqtə etməyə çalışır...
Ukraynada içindən çıxılmaz "savaş bataqlığı"na salınmış Rusiyanın qlobal mövqeləri artıq ciddi şəkildə sarsılaraq, zəifləyib. Ona görə də, Kreml hazırda Rusiyanın bəzi regionlarda geopolitik maraqlarını qorumaqda açıq-aşkar çətinlik çəkir. Xüsusilə də, postsovet məkanında Rusiya artıq hegemon hərbi-siyasi güc mərkəzi statusunu itirmək üzrədir. Və bu, Rusiyanın Cənubi Qafqazda geostrateji əhəmiyyət daşıyan geoiqtisadi layihələrdən kənarda qalması ilə bağlı ehtimalları da gücləndirir.
Onu da qeyd etmək lazımdır ki, Kremldə indi Rusiyanın Zəngəzur dəhlizində iştirakdan kənarda qalması olduqca ciddi təşviş doğurub. Çünki Rusiya siyasi dairələri artıq anlayırlar ki, Zəngəzur dəhlizi Cənubi Qafqazda yeni geopolitik düzənin formalaşmasında əsas təyinedici mexanizm rolunu oynayır. Rusiya bu layihədən kənarda qalarsa, Cənubi Qafqaz Kreml üçün həmişəlik itirilmiş regiona çevrilə bilər. Və bu səbəbdən də, Kreml isterik vəziyyətdə həm Azərbaycana, həm də Ermənistana Zəngəzur dəhlizi ilə bağlı təzyiq göstərməyə çalışır.
Maraqlıdır ki, Kremlin rəsmi Bakıya təzyiq cəhdləri hələlik tamamilə iflasa uğramaqda davam edir. Çünki Azərbaycan artıq Rusiyadan asılı vəziyyətdə deyil. Hətta indi Azərbaycan Rusiya üçün əlçatmaz dövlətdir. Üstəlik, rəsmi Bakı mövcud imkanlarını tam dəqiqliyi ilə dəyərləndirməklə, Rusiyanın Azərbaycana qarşı təzyiq mexanizmlərini iflasa uğramağı bacarır. Və Azərbaycana təsir göstərmək imkanları olmayan Rusiya indi bütün təzyiq gücünü Ermənistana yönəltmək məcburiyyətində qalıb.
![]()
Məsələ ondadır ki, Kreml Zəngəzur dəhlizi ilə bağlı rəsmi İrəvandan israrla izahat tələb etməyə başlayıb. Kremli narahat edən əsas məsələ odur ki, Zəngəzur dəhlizinin iştirakçıları sırasında Rusiya ABŞ ilə əvəzlənib. Yəni, Rusiya bu qlobal əhəmiyyətli regional layihədən kənarlaşdırılıb. Və bu addımın atılmasında isə məhz Rusiyanın hərbi müttəfiqi Ermənistan xüsusi rol oynayıb, ABŞ-ın Zəngəzur dəhlizi layihəsinə daxil olmasına nail olub.
Ona görə də, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bu barədə açıqlaması Cənubi Qafqazda yeni geopolitik gərginliyin anonsu kimi də dəyərləndirilə bilər. Çünki o, bildirib ki, Rusiya Ermənistanla nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələsində dialoqu davam etdirməkdə maraqlıdır. Eyni zamanda, Mariya Zaxarova açıq şəkildə vurğulayıb ki, “Tramp marşrutu” (Zəngəzur dəhlizi) ilə bağlı yalnız konkret detallar təqdim olunduqdan sonra məsələni anlamaq mümkün olacaq. Və bu, əslində, Rusiyanın İrəvandan ciddi izahat gözlədiyi deməkdir.
Maraqlıdır ki, Ermənistan ictimaiyyətində və Qərb siyasi dairələrində son vaxtlar Zəngəzur dəhlizi ilə bağlı “Tramp marşrutu” ifadəsi xüsusi olaraq, müzakirə edilir. Bu geoiqtisadi layihədə ABŞ-ın birbaşa iştirakı Tramp adminstrasiyasının Cənubi Qafqaz ilə bağlı daha uzaqgedən strateji planlar qurması kimi izah olunur. Qərbə inteqrasiya kursu yürüdən rəsmi İrəvanın Rusiyanin nəzarətindən kənar alternativ iqtisadi-ticari marşrutlar axtarışı Ağ Evin strateji hədəflərinə paralellik təşkil edir. Və bu isə Rusiyanın strateji maraqlarını ümumiyyətlə, boşa çıxara biləcək məqamdır.
![]()
Rusiya Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərini yalnız iqtisadi layihə kimi görmür. Kreml üçün bu, həm də regiona geopolitik nəzarət alətidir. 2020-ci ilin 10 noyabr bəyanatından sonra Kreml Zəngəzur dəhlizi üzərində faktiki nəzarətini təmin etməyə çalışırdı. Ermənistanın ABŞ və Qərbin dəstəklədiyi alternativ “Tramp marşrutu” variantını gündəmə gətirməsi isə Rusiyanın bu planını sıradan çıxartmış olur.
Düzdür, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarovanın açıqlamasında açıq sərtlik mövcud deyil. Ancaq bu açıqlamada Rusiyanın ciddi şəkildə qıcıqlandığı biruzə verilir. Onun “İzahat gözləyirik” mesajı isə əslində, Paşinyan hakimiyyətinə dolayısı xəbərdarlıqdır. Və rəsmi İrəvana Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı Rusiya yoxsa, ABŞ-ın iştirakına yönəlik variantlardan hansını seçməli olduğunu diqtə etmək cəhdidir.
Halbuki, Paşinyan hakimiyyəti uzun müddətdir ki, Rusiyanın diktə etdiyi “kommunikasiya açılışı” modelini qəbul etmək istəmədiyini qətiyyən gizlətmir. Çünki bu halda, həm Azərbaycanın, həm də Rusiyanın bölgədə təsiri daha da artacaq. Alternativ marşrut ideyaları — istər “Tramp marşrutu”, istərsə də Avropa İttifaqının dəstəklədiyi Brüssel platforması isə Ermənistanın manevr məkanını genişləndirməyə imkan verə bilər. Bu siyasətlə rəsmi İrəvan həm Qərbə loyal görsənməyə, həm də Rusiya qarşısında əlavə rıçaq əldə etməyə çalışır. Və bu balans oyunu Ermənistan üçün hələlik çox risklidir.
Məsələ ondadır ki, Kremlin Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin fəaliyyətini yalnız Rusiyanin iştirakı ilə legitim hesab etmısi vəziyyəti ciddi şəkildə qəlizləşdirir. Çünki Ermənistanın Qərbə yönəlik təşəbbüsləri Rusiyanın təsir dairəsinin əridilməsi prosesinin tərkib hissəsidir. Və bu, Rusiyani Ermənistana sərt təzyiq metodları axtarmağa sövq edir.
![]()
Digər tərəfdən, ABŞ və Qərb Ermənistanı regionda “geopolitik laboratoriya”ya çevirməkdə maraqlıdır. Xüsusilə də, “Tramp körpüsü” ilə bağlı geoiqtisadi təşəbbüs Ermənistanın ABŞ-ın yeni Cənubi Qafqaz planında yer tutması üçün əsas ssenaridir. Bu, Rusiyanın bölgədəki mövqelərini daha da zəiflədə və növbəti mərhələdə ümumiyyətlə, aradan qaldıra bilər.
Göründüyü kimi, “Tramp marşrutu” ifadəsi hələlik konkret layihədən çox, geopolitik mexanizm xarakteri daşıyır. Ancaq bu, artıq indidən Rusiya və Ermənistan arasında yeni gərginlik nöqtəsinə çevrilib. Kreml indi rəsmi İrəvandan izahat tələb etməklə, həm Ermənistana, həm də ABŞ və Qərbə açıq mesaj göndərir. Və Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin Rusiyanın iştirakı olmadan açıla bilməyəcəyini təlqin etməyə çalışır.
Belə anlaşılır ki, hazırda Ermənistan balans oyunu apararaq, həm ABŞ və Qərbin, həm də Rusiyanın təzyiqləri arasında sıxışmağa başlayıb. Üstəlik, mövcud situasiyada rəsmi İrəvanın manevr məkanı genişlənmək əvəzinə, daha da darala bilər. Və ona görə də, indi Ermənistanın Kremlin təhdidkar təzyiqlərindən yayınması ABŞ-ın Rusiyanı Cənubi Qafqazın "Tramp körpüsü"ndən aşağı atıb-atmayacağından asılı olacaq.
Diqqət Çəkənlər
Ermənistan işğalla hədələndi
Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj
“Bir gün də yubanma olmamalıdır” - Prezident İlham Əliyev tapşırıq verdi
“Proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən”. “Bakuinfo” xəbər verir ki, bunu Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan bugünkü müşavirədə Prezident İlham Əliyev bildirib. Ölkə başçısı çıxışında Proqramın icrasına ictimai nəzarətin mütləq olmalı
Binalarda "Komendant pulu" ləğv olunur
Azərbaycanda daşınmaz əmlak sektorunun ən həssas yerlərindən biri - binaların idarə olunması və kommunal xidmət haqlarının yığılması məsələsi yenidən gündəmə gəlib. Onilliklərdir davam edən tikinti bumu paytaxtın simasını dəyişsə də, həm "köhnə", həm də "yeni" binaların idarəetmə modelində ciddi xaos hökm sürür. Sovet dövründə inşa edilmiş binalarda vəziyyət ziddiyyətlidir. Rəsmi olaraq 2009-cu ildən Mənzil Kommunal İstismar Sahələri (JEK) ləğv edilsə də, faktiki olaraq bu
Son Xəbərlər
Prezidentdən Mədəniyyət Nazirliyi ilə bağlı SƏRƏNCAM
“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncam Azərbaycan Respublikasında milli-mənəvi dəyərlərin qorunmasını təmin edən müasir mədəniyyət modelinin yaradılması, mədəniyyət sahəsində sistemli və dayanıqlı inkişafın təmin olunması məqsədilə imzalanıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi konsepsiyada nəzərdə tutulan
Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi
Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.
Bu şəxslər Ermənistana təhvil verildi
Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekyan Ermənistana təhvil verilib. “Bakuinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş naziri Nikol Paşinyan feysbuk hesabında açıqlayıb. Onun sözlərinə görə, həmin şəxslər Həkəri körpüsü vasitəsilə qarşı tərəfə
İcra başçısı bu iş adamına görə “vurulub”
Nəsimi rayon icra hakimiyyətinin başçısı vəzifəsində cəmi 47 gün çalışan Elxan İbrahimovun tutduğu postan uzaqlaşdırılmasına prezident İlham Əliyev də reaksiya verdi. Belə ki, yerli televiziya kanallarına müsahibəsində İlham Əliyev deyib ki, yeni təyin etdiyi icra başçısı etimadını doğrultmayıb:”Bu yaxınlarda Bakının rayonlarının birinə icra başçısı təyin edilmişdir. Özü də noyabr ayındakı o təyinatda qrup şəklində bir neçə icra başçısı təyin edilirdi. İnsanlara diqqət, iş adamlarına dəyməmək,
Vüsalənin anası xəstəxanaya yerləşdirildi
Aparıcı Vüsalə Əlizadənin anası Lütviyyə Əlizadə xəstəxanaya yerləşdirilib. "Bakuinfo" xəbər verir ki, bu barədə aparıcı özü paylaşım edib. O bildirib ki, anası əməliyyat olunub. "Sən mənim döyünən ürəyim, görən gözüm, gücüm, qüvvətimsən, ana, tez sağal" deyə bildirib.
Adnan Əhmədzadə haqda - Yeni qərar
İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin həbsdə saxlanılma müddəti uzadılıb. “Bakuinfo" xəbər verir ki, Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında yeni qərar qəbul edib. Məhkəmə iri həcmli iş üzrə istintaq hərəkətlərinin hərtərəfli və maneəsiz aparılmasını təmin etmək məqsədilə Adnan Əhmədzadənin həbs müddətinin uzadılmasına qərar verib. Qeyd edək ki, dünyaca məşhur
Bu xanıma yüksək vəzifə verildi
Azərbaycan Respublikası Kino Agentliyinin Kino mədəniyyətinin təbliği şöbəsinə yeni müdir təyin edilib. "Bakuinfo" xəbər verir ki, bu vəzifəyə Səbinə Bağırova təyin olunub. Səbinə Bağırova faktı APA-ya təsdiqləyib. Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəni Turan Məmmədli icra edib.
Hava kəskin soyuyur: Bu tarixdə Bakıya QAR YAĞACAQ
Sabah Azərbaycanda hava necə olacaq? Yanvarın 14-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə "Bakuinfo"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4°
İrana hücum hazırlıqları başladı
ABŞ İrana hücuma hazırlıqlara başlayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" anonim amerikalı mənbəyə istinadən məlumat yayıb. Mənbə bildirib ki, İrana qarşı güc tətbiq etmək planları inkişaf mərhələsindədir və bu ssenarilər situasiyadan asılı olaraq hazırlanır. Onun sözlərinə görə, Yaxın Şərqdəki Amerika hərbi kontingenti istənilən ssenariyə və öz maraqlarını müdafiə etməyə hazırdır.
Ermənistan işğalla hədələndi
Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj