Makron Azərbaycana axırıncı pisliyini də etdi
Fransa Milli Assambleyası növbəti dəfə erməni separatçılara “qucaq açıb” - sərt etiraz
Fransa Milli Assambleyası növbəti dəfə erməni separatçılara “qucaq açıb”. Tribunainfo.az-ın məlumatına görə, parlamentdə qondarma “artsax /Dağlıq Qarabağ/, etnik təmizləmədən iki il sonra” təxribatçı mövzusunda konfrans keçiriləcək.
Tədbir deputat, Fransa-Ermənistan dostluq qrupunun vitse-prezidenti Emmanuel Mandonun təşəbbüsü ilə təşkil olunacaq. Konfransda Fransa, İsveçrə və Avropa parlamentlərinin üzvləri, yerli hakimiyyət orqanlarının nümayəndələri, diplomatlar, universitet tələbələri və jurnalistlər iştirak edəcək.
Ali dəyərlərdən dəm vuran, digər dövlətlərə və xalqlara dərs keçməyə çalışan Fransa xarici və daxili siyasətdə uğursuzluqlar yaşayır. İndiki rəhbərliyin yarıtmaz siyasətinin nəticəsidir ki, ölkə problemlərdən çıxa bilmir. Bunun da tək bir səbəbi var - ədalətsiz və qərəzli mövqe.
Qarabağ müharibəsində əldə etdiyi qələbə ilə ərazi bütövlüyünü bərpa edən Azərbaycana qarşı yürütdüyü siyasət də bu qəbildəndir. Emmanuel Makronun Fransası məhz bu qələbədən sonra qlobal erməni şəbəkəsi ilə birlikdə yeni mübarizəyə start verdi. Son beş ildə ölkəmizə qarşı beynəlxalq hüquq müstəvisində və informasiya cəbhəsində irimiqyaslı şər-böhtan kampaniyası aparılır.
Fransa həm öz qanunverici orqanları, həm də üzv olduğu bütün beynəlxalq təşkilatlar vasitəsilə anti-Azərbaycan gündəliyini irəli aparmağa çalışır. Ölkəmizə qarşı qətnamə layihələri irəli sürür, yalan və böhtanlarla dolu informasiya müharibəsi aparır, Ermənistanı müasir hücum silahları ilə təchiz edərək regionumuzda militarizasiya siyasətini həyata keçirir.
Maraqlıdır ki, Fransanın anti-Azərbaycan təşəbbüsləri dəfələrlə uğursuz nəticələnsə də, geri çəkilmir. Faktlara müraciət edək. 2020-ci ilin oktyabrında BMT Təhlükəsizlik Şurasında (TŞ) Fransa tərəfindən də dəstəklənən TŞ sədrinin bəyanatı fiasko ilə nəticələnib. 2021-ci ilin iyununda BMT TŞ-də Fransa tərəfindən qətnamə layihəsi qeyri-rəsmi irəli sürülüb, lakin bu layihəni irəlilətmək mümkün olmayıb. 2022-ci il sentyabrın 13-də Ermənistanın müraciəti və Fransanın birbaşa dəstəyi ilə BMT TŞ-nin Azərbaycan-Ermənistan mövzusunda açıq müzakirələri keçirilib. Fransa TŞ adından mətbuat bəyanatının qəbul edilməsi təşəbbüsünü irəli sürsə də, buna da nail olmayıb. 2022-ci il dekabrın 20-də Laçın yolunun “bağlanması” ilə əlaqədar Ermənistanın rəsmi müraciəti ilə BMT TŞ-nin açıq müzakirələri keçirilib və iclasda Fransa TŞ Sədrinin Bəyanatının qəbul edilməsi təşəbbüsünü elan edib. Fransa Senatı və Milli Assambleyasında anti-Azərbaycan qətnamələr qəbul olunub.
Fransa hakimiyyəti yenidən gərginlik yaratmaq, sülhü əngəlləmək üçün müxtəlif vasitələrə əl atır. İyulun 22-də bu ölkənin Milli Assambleyasında Respublikaçılar Partiyasının təşəbbüsü ilə antiAzərbaycan məzmunu daşıyan qətnamə layihəsinin irəli sürülməsində də məqsəd məhz budur. İndi ki ortada artıq paraflanmış sülh sazişi var, Paşinyan Qarabağın Azərbaycana aid olduğunu qəbul edib, Fransa parlamenti isə “artsax” mövzusunda konfrans keçirir...

Şəhla Cəlilzadə
Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, beynəlxalq münasibətlər üzrə ekspert Şəhla Cəlilzadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülh yaxınlaşdıqca qlobal erməni şəbəkəsinin təşəbbüsləri də genişlənir: “İsveçrə Sülh Təşəbbüsü”, bu qrupun təşəbbüsü ilə ABŞ Konqresində keçirilən dinləmələr, 87 ABŞ konqresmeninin Dövlət Departamentinə ünvanlandığı müraciət, Britaniya parlamentində bu qrup tərəfindən aparılan iş və nəticə etibarilə Dini etiqad azadlığı üzrə parlament ittifaqında 100 parlamentarinin iştirakı ilə bəyan edilən hökumətə çağırış, Belçika parlamentində qəbul edilən anti-Azərbaycan çağırışları, 2025-ci ilin mart ayında Avropa Parlamentində Azərbaycanda saxlanan keçmiş qondarma rejimin üzvləri, siyasi-hərbi elitasının, hərbi cinayətkarların azad edilməsinə çağırış edən qətnaməyə daha biri - Fransa parlamentində iyulun 22-də təqdim edilən qətnamə də əlavə olunub. Təəssüf ki, Azərbaycanla Ermənistan sülhü təsis etməkdə ikən qlobal erməni şəbəkəsi, revanşist qüvvələr və onların qlobal havadarları bu sülhü pozmaq üçün əllərindən gələni etməyə çalışırlar. Bu çərçivədə Azərbaycanın işğaldan azad etdiyi ərazilər “artsax respublikası” və ətraf ərazilər adlandırılır, Azərbaycana qarşı müxtəlif çağırışlar olur, cümlədən Qarabağ ermənilərinin geridönüş məsələsi gündəmə gətirilir. Belə təşəbbüslər 2024-cü ilin sentyabr ayında ABŞ Konqresinə təqdim olunan “artsaxın müdafiəsi akt”ı kimi qəbul edilməyən qətnamə layihəsindən başqa heç nə deyil. Bununla yanaşı, qlobal müstəvidə Azərbaycanla Ermənistan arasında sülhü bərqərar etməyə çalışan sülhyönümlü təşəbbüslərin fonunda suyu bulandırma və prosesə zərər vurmaq məqsədi daşıyır".
Onun sözlərinə görə, Fransa hakimiyyətində qlobal revanşist qüvvələrin dəstəkçiləri çoxdur: “Məhz buna görə də bu ölkənin müvafiq qüvvələri bu cür təşəbbüsləri irəli sürməyə çalışırlar. Lakin bu təşəbbüslər heç bir nəticə verməyəcək. Xüsusilə 8 avqust Vaşinqtonda sülh sazişi paraflandıqdan sonra bu aydın göründü. Belə ki, "İsveçrə Sülh Təşəbbüsü" keçmiş qondarma rejim nümayəndəliyinin Azərbaycan tərəfi ilə görüşünün təşkili və Qarabağ ermənilərinin geridönüşünün həyata keçirilməsi üçün “sülh forumu”nun çağırılması məqsədilə ortaya atılıb. Onların fəaliyyəti bu il xüsusilə aktiv olub. Bu təşəbbüs demək olar ki, uğursuzluğa düçar olub. Beləliklə, bu cür təşəbbüslərin, xüsusilə 8 avqust Vaşinqton zirvəsindən sonra hər hansı əhəmiyyətinin olmadığı, nəticə verməyəcəyi məlumdur".
Diqqət Çəkənlər
Prezidentdən su ilə bağlı şad xəbər
“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr
Ermənistan işğalla hədələndi
Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj
Prezidentdən Məcnun Məmmədovla bağlı SƏRƏNCAM
Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri kənd təsərrüfatı naziri Məcnun Məmmədov təyin edilib. Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə
Son Xəbərlər
İcra başçısı bu iş adamına görə “vurulub”
Nəsimi rayon icra hakimiyyətinin başçısı vəzifəsində cəmi 47 gün çalışan Elxan İbrahimovun tutduğu postan uzaqlaşdırılmasına prezident İlham Əliyev də reaksiya verdi. Belə ki, yerli televiziya kanallarına müsahibəsində İlham Əliyev deyib ki, yeni təyin etdiyi icra başçısı etimadını doğrultmayıb:”Bu yaxınlarda Bakının rayonlarının birinə icra başçısı təyin edilmişdir. Özü də noyabr ayındakı o təyinatda qrup şəklində bir neçə icra başçısı təyin edilirdi. İnsanlara diqqət, iş adamlarına dəyməmək,
Vüsalənin anası xəstəxanaya yerləşdirildi
Aparıcı Vüsalə Əlizadənin anası Lütviyyə Əlizadə xəstəxanaya yerləşdirilib. "Bakuinfo" xəbər verir ki, bu barədə aparıcı özü paylaşım edib. O bildirib ki, anası əməliyyat olunub. "Sən mənim döyünən ürəyim, görən gözüm, gücüm, qüvvətimsən, ana, tez sağal" deyə bildirib.
Adnan Əhmədzadə haqda - Yeni qərar
İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin həbsdə saxlanılma müddəti uzadılıb. “Bakuinfo" xəbər verir ki, Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında yeni qərar qəbul edib. Məhkəmə iri həcmli iş üzrə istintaq hərəkətlərinin hərtərəfli və maneəsiz aparılmasını təmin etmək məqsədilə Adnan Əhmədzadənin həbs müddətinin uzadılmasına qərar verib. Qeyd edək ki, dünyaca məşhur
Bu xanıma yüksək vəzifə verildi
Azərbaycan Respublikası Kino Agentliyinin Kino mədəniyyətinin təbliği şöbəsinə yeni müdir təyin edilib. "Bakuinfo" xəbər verir ki, bu vəzifəyə Səbinə Bağırova təyin olunub. Səbinə Bağırova faktı APA-ya təsdiqləyib. Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəni Turan Məmmədli icra edib.
Hava kəskin soyuyur: Bu tarixdə Bakıya QAR YAĞACAQ
Sabah Azərbaycanda hava necə olacaq? Yanvarın 14-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə "Bakuinfo"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4°
İrana hücum hazırlıqları başladı
ABŞ İrana hücuma hazırlıqlara başlayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" anonim amerikalı mənbəyə istinadən məlumat yayıb. Mənbə bildirib ki, İrana qarşı güc tətbiq etmək planları inkişaf mərhələsindədir və bu ssenarilər situasiyadan asılı olaraq hazırlanır. Onun sözlərinə görə, Yaxın Şərqdəki Amerika hərbi kontingenti istənilən ssenariyə və öz maraqlarını müdafiə etməyə hazırdır.
Ermənistan işğalla hədələndi
Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj
“Bir gün də yubanma olmamalıdır” - Prezident İlham Əliyev tapşırıq verdi
“Proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən”. “Bakuinfo” xəbər verir ki, bunu Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan bugünkü müşavirədə Prezident İlham Əliyev bildirib. Ölkə başçısı çıxışında Proqramın icrasına ictimai nəzarətin mütləq olmalı
Binalarda "Komendant pulu" ləğv olunur
Azərbaycanda daşınmaz əmlak sektorunun ən həssas yerlərindən biri - binaların idarə olunması və kommunal xidmət haqlarının yığılması məsələsi yenidən gündəmə gəlib. Onilliklərdir davam edən tikinti bumu paytaxtın simasını dəyişsə də, həm "köhnə", həm də "yeni" binaların idarəetmə modelində ciddi xaos hökm sürür. Sovet dövründə inşa edilmiş binalarda vəziyyət ziddiyyətlidir. Rəsmi olaraq 2009-cu ildən Mənzil Kommunal İstismar Sahələri (JEK) ləğv edilsə də, faktiki olaraq bu
Fuad Qəhrəmanlı DTX-yə çağırıldı - “Boz kardinal”ın işinə görə
Hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı da xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi ilə bağlı ifadə verməyə çağırılıb. “Bakuinfo" xəbər verir ki, F.Qəhrəmanlı bu barədə özü məlumat yayıb. “Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”. Qeyd edək ki, Prezident