Bakıda üçtərəfli görüş keçiriləcək - Rusiya nümayəndəsi də gəlir

Siyasət 12:09, 25 sentyabr 2025, 5
Bakıda üçtərəfli görüş keçiriləcək - Rusiya nümayəndəsi də gəlir


Azərbaycan şimal və cənub qonşuları ilə Araz dəhlizinin reallaşmasını sürətləndirir - masada Zəngəzur da var... 
Gələn ay İran, Azərbaycan və Rusiya arasında üçtərəfli görüşün keçiriləcəyi planlaşdırılır. Bunu İranın yol və şəhərsalma naziri, İran-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın həmsədri Fərzanə Sadiq Tehranda səfərdə olan baş nazirin müavini Şahin Mustafayevlə görüşündə bildirib. 

"Bakuinfo" xəbər verir ki, nazirin sözlərinə görə, yaxın vaxtlarda yaradılacaq müştərək işçi qrup nəqliyyat və gömrük problemlərini nəzərdən keçirəcək. O qeyd edib ki, Kəlalə-Ağbənd körpüsü və sərhəd terminalı layihəsi Novruz bayramına qədər tamamlanacaq, eyni zamanda Kəlalə-Culfa yolunun genişləndirilməsi nəzərdə tutulur. Nazir Fərzanə Sadiq bildirib ki, İran və Azərbaycan arasında güzəştli ticarət sazişinin yekunlaşdırılması iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 650 milyon dollardan 1 milyard dollara çatdıra bilər. 

Görüş zamanı müzakirə olunan digər mövzulara müştərək neft bloklarının işlənməsi, qaz mübadiləsi sazişinin Naxçıvanadək uzadılması, Rusiya qazının Azərbaycan üzərindən İrana ötürülməsi və üç ölkə arasında elektrik şəbəkəsinin inkişafı daxildir. 

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Şəhid Rəcai limanına səfəri və liman əməkdaşlığı üzrə memorandumun imzalanması da planlaşdırılıb. Fərzanə Sadiq iki ölkə arasında səyahət və əməkdaşlığın hərtərəfli artım və tərəqqiyə səbəb olacağına ümid etdiyini vurğulayıb. 

Qeyd edək ki, son bir ilə yaxın müddətdir Azərbaycan-Rusiya münasibətləri soyuqdur. Lakin logistika və iqtisadi sektorlarda problem yoxdur. Göründüyü kimi, müzakirə masasında müştərək neft bloklarının işlənməsi, qaz mübadiləsi sazişinin Naxçıvanadək uzadılması, Rusiya qazının Azərbaycan üzərindən İrana ötürülməsi və üç ölkə arasında elektrik şəbəkəsinin inkişafı daxildir. 
Yeri gəlmişkən, baş nazirin müavini Şahin Mustafayevin İrana səfəri və keçirdiyi görüşlər də Bakı-Tehran münasibətlərinin normallaşması baxımından təqdirolunandır. Ş.Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadeqlə birgə Təbriz və Culfaya gedib, Araz dəhlizində görülən işlərlə tanış olublar. Nazirlər Kabinetindən Musavat.com-a verilən xəbərə görə, Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən sədri Şahin Mustafayev İrana səfəri çərçivəsində Şərqi Azərbaycan Əyalətinin mərkəzi Təbriz və Culfa şəhərlərində olub, əyalətin valisi Bəhram Sərmətslə görüşüb. Görüşdə əyalətin Azərbaycan-İran əlaqələrində mühüm rolu vurğulanıb və Azərbaycanın regionları ilə iqtisadi-ticari əməkdaşlığının genişləndirilməsinin əhəmiyyəti qeyd olunub. Baş nazirin müavini Şahin Mustafayev əyalətə səfəri çərçivəsində İran İslam Respublikasının yol və şəhərsalma naziri, Dövlət Komissiyasının İran tərəfindən sədri Fərzanə Sadeqlə birgə Araz dəhlizi üzrə həyata keçirilən Ağbənd-Kəlalə körpüsünə, Culfa-Kəlalə yoluna da baş çəkərək, körpünün tikintisi və yolun genişləndirilməsinin icra vəziyyəti ilə yerində tanış olub. Səfər çərçivəsində həmçinin tikilməsi nəzərdə tutulan Ordubad-Siyahrud körpüsünün yerləşmə nöqtəsi üzrə mövcud imkanlar müzakirə olunub və yerləşmə ərazisinə baxış keçirilib. Azərbaycan alternativlərə üstünlük verdiyini dəfələrlə nümayiş etdirib və Zəngəzur dəhlizinin aktuallaşması fonunda Araz dəhlizi ilə bağlı işlərin sürətləndirilməsi də rəsmi Bakının öz mövqeyində nə qədər sabit olmasının göstəricisidir. Bu mənada İranda Zəngəzur dəhlizini hay-küylə qarşılayanların əsassız iddialarının da Araz çayına düşdüyünü söyləmək mümkündür. 

Belə bir ərəfədə Ermənistanın iqtisadiyyat nazirinin ABŞ-yə dəvət olunması, Vaşinqtonun Zəngəzur dəhlizinə 145 milyonluq tranş ayırması kimi yeniliklər Vaşinqton razılaşmasının da geridönməz olduğunu söyləməyə imkan verir.    

Bəs qarşıdakı toplantılarda tərəflər arasında Zəngəzur dəhlizi də müzakirə edilə bilərmi? Tehran koridora qarşıdır, Moskva dəhlizə nəzarəti itirib, amma bu layihədən istifadə fürsəti var. Bu mənada masada Zəngəzur dəhlizi - Tramp marşrutunun olması mümkündürmü? 

Barassociation.az - Mətbuat səhifələrindən - “Ölkə rəhbərliyi vəkillik  institutuna dəyər verir” – Sahib Məmmədov
Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında təsdiqlədi ki, həqiqətən də Rusiya ilə münasibətlərdə gərginliyin olmasına baxmayaraq, iqtisadi münasibətlərdə, o cümlədən nəqliyyat sahəsində hər hansı problem yoxdur: “İstisna Rusiyanın "pomidor sanksiyası" tipli ənənəvi gedişləridir. Bu da keçici bir məsələdir. “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş" də qüvvədədir. Bir müddət əvvəl Həştərxan şəhərində Rusiya baş nazirinin müavini ilə Azərbaycan baş nazirinin müavininin görüşü də iqtisadi və nəqliyyat infrastrukturu ilə bağlı olub. Rusiya yaxşı anlayır ki, İranla iqtisadi əməkdaşlığın genişlənməsi üçün Azərbaycan ərazisindən keçən Şimal-Cənub dəmiryol xətti müstəsna əhəmiyyətə malikdir. O cümlədən İran da bu nəqliyyat yolunun, eləcə də qaz kəmərlərinin, elektrik şəbəkəsinin inkişafında maraqlıdır". 

S.Məmmədov vurğuladı ki, İran tərəfinin Kəlalə-Ağbənd körpüsü ilə əlaqəli işlərlə bağlı mövqeyi də başadüşüləndir: “İran bizim Zəngəzur dəhizi, Ermənistanın "Tramp marşrutu" dediyi nəqliyyat dəhlizinə mane ola bilməyəcəyini anlayır, bu baxımdan bir növ Kəlalə-Ağbənd körpüsü və İran ərazisindən keçməklə Naxçıvana yolların çəkilməsinə alternativ kimi baxır".  

STM-in icraçı direktoru qeyd etdi ki, gözlənilən üçtərəfli görüşdə Zəngəzur dəhlizi də müzakirə oluna bilər, amma bu məsələnin iqtisadi tərəflərindən daha çox siyasi tərəfləri var: “Bu isə komissiyanın mandatından kənar məsələdir. Əslində isə Azərbaycan öz tərəfindən Zəngəzur dəhlizi ilə bağlı edilməli olan hər şeyi edib”. 

S.Məmmədov perspektivlə bağlı nikbin proqnozlarını bölüşdü: “Əlbəttə, görüşün Azərbaycanda keçirilməsi onun iqtisadi xarakterli olmasıdan asılı olmayaraq, Rusiya-Azərbaycan münasibətlərində "buzların əriməsinə" töhfə verə bilər. Rusiya tərəfi praqmatik yanaşma nümayiş etdirərsə və Azərbaycanın haqlı tələblərinə həssaslıq göstərərsə, münasibətlərdə yaranan problemlər aradan qalxa bilər". 

Belarus Ermənistana görə heç vaxt Azərbaycanla...” –
Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Məsud Pezekianın İran Prezidenti seçilməsindən sonra İran-Azərbaycan münasibətlərində normallaşma prosesi başlayıb: “İrandakı mühafizəkarlar münasibətlərə zərər vurmaq, Azərbaycanın daxili işlərinə qarışmaq istəsələr də, Məsud Pezeşkian fərqli siyasət yürüdür. O, qonşu ölkələrlə, o cümlədən Azərbaycanla ikitərəfli əməkdaşlığın inkişafına üstünlük verir. Doğru olan da budur. Bu səbəbdən Pezeşkian komandasının üzvlərinə də Azərbaycanla əməkdaşlığın inkişafına xidmət edən layihələrin icrasını sürətləndirməyi tapşırıb. Azərbaycan da İranla ticarətin inkişafında və ortaq layihələrin icrasında maraqlıdır. Pezeşkianın Azərbaycana səfərindən dərhal sonra Bakı-Təbriz təyyarə reysinin açılması da buna sübutdur. İki ölkə arasında dəmiryol əlaqəsinin qurulması da faydalı olacaq”.  

E.Şahinoğlu qeyd etdi ki, bu arada, İran Azərbaycan üzərindən Rusiya ilə ticarət əlaqələrini genişləndirmək istəyir: “Azərbaycanla Rusiya arasında siyasi münasibətlərdə bəlli gərginlik olsa da, Bakı 3 ölkə arasında ticarət əlaqələrinin genişlənməsinin, məhsulların Şimal-Cənub nəqliyyat dəhlizi ilə nəqlinin tərəfdarıdır. Rusiya Qərbin sanksiyaları ilə üz-üzədir. Bu ölkənin Avropaya çıxış imkanları məhdudlaşıb. Ona görə də Rusiya üçün indiki vəziyyətdə alternativ istiqamətlərdən biri Şərq bazarlarına çıxışdır. Azərbaycandan keçən Şimal-Cənub nəqliyyat dəhlizi buna şərait yaradır. Bu sırada Rusiya qazının Azərbaycan üzərindən İrana ötürülməsi və üç ölkə arasında elektrik şəbəkəsinin inkişafı perspektivi də mümkündür. Zəngəzur dəhlizinin işə düşməsindən sonra Rusiya və İran da bu imkandan faydalana biləcəklər. Buna görə də, İrandakı mühafizəkarların Zəngəzur dəhlizi əleyhinə siyasəti məntiqsizdir, dəhliz işə düşəndən sonra özləri də bunu anlayacaqlar”. (Yeni Müsavat)

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Prezidentdən su ilə bağlı şad xəbər

“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr

16:12, 12 yanvar Sosial

Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti 6 ay azaldıldı

Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Qanuna əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət

13:54, 12 yanvar Hərbi

Ermənistan işğalla hədələndi

Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj

23:00, 12 yanvar Dünya

Son Xəbərlər

İcra başçısı bu iş adamına görə “vurulub”

Nəsimi rayon icra hakimiyyətinin başçısı vəzifəsində cəmi 47 gün çalışan Elxan İbrahimovun tutduğu postan uzaqlaşdırılmasına prezident İlham Əliyev də reaksiya verdi. Belə ki, yerli televiziya kanallarına müsahibəsində İlham Əliyev deyib ki, yeni təyin etdiyi icra başçısı etimadını doğrultmayıb:”Bu yaxınlarda Bakının rayonlarının birinə icra başçısı təyin edilmişdir. Özü də noyabr ayındakı o təyinatda qrup şəklində bir neçə icra başçısı təyin edilirdi. İnsanlara diqqət, iş adamlarına dəyməmək,

12:19, 14 yanvar Sosial

Vüsalənin anası xəstəxanaya yerləşdirildi

Aparıcı Vüsalə Əlizadənin anası Lütviyyə Əlizadə xəstəxanaya yerləşdirilib. "Bakuinfo" xəbər verir ki, bu barədə aparıcı özü paylaşım edib. O bildirib ki, anası əməliyyat olunub. "Sən mənim döyünən ürəyim, görən gözüm, gücüm, qüvvətimsən, ana, tez sağal" deyə bildirib.

12:03, 14 yanvar Sosial

Adnan Əhmədzadə haqda - Yeni qərar

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin həbsdə saxlanılma müddəti uzadılıb. “Bakuinfo" xəbər verir ki, Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında yeni qərar qəbul edib. Məhkəmə iri həcmli iş üzrə istintaq hərəkətlərinin hərtərəfli və maneəsiz aparılmasını təmin etmək məqsədilə Adnan Əhmədzadənin həbs müddətinin uzadılmasına qərar verib. Qeyd edək ki, dünyaca məşhur

18:45, 13 yanvar Kriminal

Bu xanıma yüksək vəzifə verildi

Azərbaycan Respublikası Kino Agentliyinin Kino mədəniyyətinin təbliği şöbəsinə yeni müdir təyin edilib. "Bakuinfo" xəbər verir ki, bu vəzifəyə Səbinə Bağırova təyin olunub. Səbinə Bağırova faktı APA-ya təsdiqləyib. Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəni Turan Məmmədli icra edib.

18:02, 13 yanvar Sosial

Hava kəskin soyuyur: Bu tarixdə Bakıya QAR YAĞACAQ

Sabah Azərbaycanda hava necə olacaq? Yanvarın 14-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə "Bakuinfo"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4°

13:52, 13 yanvar Sosial

İrana hücum hazırlıqları başladı

ABŞ İrana hücuma hazırlıqlara başlayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" anonim amerikalı mənbəyə istinadən məlumat yayıb. Mənbə bildirib ki, İrana qarşı güc tətbiq etmək planları inkişaf mərhələsindədir və bu ssenarilər situasiyadan asılı olaraq hazırlanır. Onun sözlərinə görə, Yaxın Şərqdəki Amerika hərbi kontingenti istənilən ssenariyə və öz maraqlarını müdafiə etməyə hazırdır.

10:34, 13 yanvar Dünya

Ermənistan işğalla hədələndi

Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj

23:00, 12 yanvar Dünya

“Bir gün də yubanma olmamalıdır” - Prezident İlham Əliyev tapşırıq verdi

“Proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən”. “Bakuinfo” xəbər verir ki, bunu Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan bugünkü müşavirədə Prezident İlham Əliyev bildirib. Ölkə başçısı çıxışında Proqramın icrasına ictimai nəzarətin mütləq olmalı

22:07, 12 yanvar Sosial

Binalarda "Komendant pulu" ləğv olunur

Azərbaycanda daşınmaz əmlak sektorunun ən həssas yerlərindən biri - binaların idarə olunması və kommunal xidmət haqlarının yığılması məsələsi yenidən gündəmə gəlib. Onilliklərdir davam edən tikinti bumu paytaxtın simasını dəyişsə də, həm "köhnə", həm də "yeni" binaların idarəetmə modelində ciddi xaos hökm sürür. Sovet dövründə inşa edilmiş binalarda vəziyyət ziddiyyətlidir. Rəsmi olaraq 2009-cu ildən Mənzil Kommunal İstismar Sahələri (JEK) ləğv edilsə də, faktiki olaraq bu

20:53, 12 yanvar Sosial

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı - “Boz kardinal”ın işinə görə

Hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı da xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi ilə bağlı ifadə verməyə çağırılıb. “Bakuinfo" xəbər verir ki, F.Qəhrəmanlı bu barədə özü məlumat yayıb. “Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”. Qeyd edək ki, Prezident

19:54, 12 yanvar Kriminal

Powered by MirTech