Xocalı qatilləri Bakıya təhvil verilə bilər
Paşinyan tərəfdarlarının Xocalı qatillərini Azərbaycana ekstradisiya etmək istəyi reallaşa bilərmi?
“Nikol Paşinyan Ermənistanın keçmiş prezidentlərinin Azərbaycana ekstradisiya olunması prosesinə başlayıb”.
"Bakuinfo" xəbər verir ki, bu barədə Ermənistanda “HayaQue” hərəkatının üzvü Menua Soqomonyan deyib. Soqomonyan paraflanmış sülh sazişinin 8-ci maddəsinə diqqət çəkib. “Orada bildirilir ki, tərəflər separatizmə qarşı mübarizə aparmaq öhdəliyi götürür. İndi Nikol Paşinyan keçmiş prezidentləri Qarabağı (keçmiş qondarma rejim-red.) dəstəkləməkdə, separatizmi müdafiə etməkdə ittiham edəndə bunu nəzərdə tutur. Sosial şəbəkələrdə Nikolun tərəfdarlarının keçmiş prezidentlərin ekstradisiya edilməsi ilə bağlı tələblərini gördük. Düşünürəm ki, bu, baş verə bilər. Artıq keçmiş prezidentlərin ekstradisiya edilib-edilməməsini müzakirə edirik. Deyəcəklər ki, onları təhvil verməsək, müharibə olacaq”, - o bildirib.
Qeyd edək ki, Paşinyan Ermənistanın keçmiş prezidentlərini - Levon Ter-Petrosyanı, Robert Köçəryanı və Serj Sarkisyanı 18 yaşlı erməni əsgərləri Ermənistan sərhədlərindən kənarda - Qarabağda yerləşdirməkdə günahlandırıb. Seçki yaxınlaşdıqca isə qarşılıqlı ittihamlar yağdırılır, hətta iqtidar tərəfdarları keçmiş prezidentləri Azərbaycana təhvil verməyə çağırır.
Təbii ki, xüsusən Köçəryanla Sərkisyanın yeri Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasıdır. Onlar da Araik Aryutunyan, Ruben Vardanyan, Bako Saakyan, Arkadi Qukasyanla yanaşı oturmalı və mühakimə edilməlidirlər. Hətta birinci elə keçmiş prezidentlər - Xocalı caniləri həbs olunmalıdır. Çünki onlar azərbaycanlıların qətlində iştirak edib, əlləri qana batıb. Azərbaycanda hər iki Xocalı qatili haqda cinayət işi açılıb. Sərkisyan isə Xocalı soyqırımını törətdiklərini etiraf edib və müsahibələrinin birində bəyan edib ki, bu cinayətləri qəsdən ediblər, mülki əhalini də öldürə biləcəklərini göstərmək istəyiblər. Eyni zamanda, hər iki cani Qarabağdan Ermənistana gedərək hakimiyyətə gəlib. Onlar ərazilərimizdə terrorçuluğa, xunta rejiminə rəhbərlik ediblər. Ermənistanın birinci prezidenti Ter-Petrosyana gəldikdə, onun dövründə torpaqlarımız işğal olunub və digərlərindən az məsuliyyət daşımır.
Ancaq indiki reallıqda Paşinyanın hər üç eks-prezidentləri Bakıya təhvil verməsi nə qədər realdır? Erməni baş nazir bunu edərmi, yoxsa daxili didişmələr səbəbindən iqtidar tərəfdarları bu cür çağırışlar edirlər?

Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadənin “Yeni Müsavat”a bildirdiyinə görə, hər üç keçmiş prezident Azərbaycan həbsxanasına layiqdir. Hüquq müdafiəçisi Köçəryanla Sərkisyana cinayət işi açıldığını xatırladıb və deyib ki, beynəlxalq hüquq onların Azərbaycana təhvil verilməsinə qarşı deyil: “Sadəcə, işin hüquqi tərəfindən daha çox siyasi mahiyyəti var. Ermənistan hakimiyyəti bu addımı atmaq niyyətində deyil. Çünki Paşinyan daxildə satqın obrazı qazana bilər və Azərbaycana işləməkdə ittiham olunar. Sadəcə, siyasi rəqabətdə keçmiş ”Qarabağ klanı"na aid liderlərin ifşası davam etdirilir. Hakimiyyət və onun tərəfdarlarının təbliğatı rəqiblərini daha da gözdən salmağa hesablanıb. Onsuz da onlara erməni cəmiyyəti nifrət edir. Amma bir qrup revanşist düşüncəli adamlar da dəstək verir. Ona görə də Paşinyanın siyasi iradəsi buna getməyə yol verməz. Amma onlar Azərbaycanda mühakimə olunmağa ən layiqli cinayətkarlardır. Gələcəkdə diplomatik əlaqələr yaranarsa, Azərbaycan Ermənistan hakimiyyətindən bunu tələb edə bilər, yaxud Paşinyan özü onların cəzalandırılmasını istəyər".
Ç.Qənizadə bildirib ki, Paşinyan 2026 seçkilərində qalib gələrsə, bu revanşist qüvvələr siyasi səhnədən tamamilə silinəcək: “Onlarla birlikdə Ohanyan, Balasanyan və digər qatillər də cəzalanmalıdırlar. Bu terrorçular Qarabağda günahsız insanları qətlə yetiriblər, sərvətlərimizi talayıblar, ərazi bütövlüyümüzə qəsd ediblər. 44 günlük müharibədə ədalət öz yerini tapdı. Amma Azərbaycan və erməni xalqlarının düşmənləri olan bu canilərin nəfəs almağa belə haqqı yoxdur. İnanıram ki, ədalət bu məsələdə də öz yerini tapacaq, onlar həbs ediləcəklər. Əgər Paşinyan hakimiyyəti onları bizə təhvil verərsə, yaxud özləri onlaı mühakimə edərsə, daha bir ”Nürnberq prosesi" qurula bilər".
Ç.Qənizadə yada salıb ki, Azərbaycan onları İnterpola verib: “Azərbaycan İnterpolun üzvüdür. O deməkdir ki, onları hava limanında saxlayıb Azərbaycana təhvil vermək olar. Özləri də bilirlər ki, Azərbaycan onları beynəlxalq axtarışa verib. Ona görə hər ölkəyə gedə bilmirlər.
Qeyd edək ki, Bakıda hərbi canilərin məhkəməsində Ermənistanın müdafiə nazirinin sabiq müavini Manvel Qriqoryanın mətbuata müsahibəsinin cinayət işi üzrə sübut kimi tədqiq olunması ilə davam etdirilib. Müsahibədə Manvel Qriqoryan Ermənistanın keçmiş prezidentləri Robert Köçəryanın və Serj Sarkisyanın Azərbaycan ərazilərinin vaxtilə işğal edilməsində iştirakından da danışıb.
O, Ermənistandan yüksəkrütbəli hərbçilərin, general və polkovniklərin Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərində hərbi bölmələr yaratmaq üçün göndərildiyini də söyləyib. Generallardan birinin isə adını çəkərək, onun Gümrüdən gəlmiş Artuşa olduğunu deyib.
“Ermənistandan bizə avtomat, ümumiyyətlə vertolyotla nəyi gətirmək mümkündürsə, onu gətirə bilirdilər”, - deyə o əlavə edib. Manvel Qriqoryan azərbaycanlıların qətlə yetirildiyini, kəndlərin talan edildiyini də etiraf edib və deyib. (Yeni Müsavat)
![]()
Diqqət Çəkənlər
Prezidentdən su ilə bağlı şad xəbər
“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr
Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti 6 ay azaldıldı
Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Qanuna əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət
Ermənistan işğalla hədələndi
Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj
Son Xəbərlər
Adnan Əhmədzadə haqda - Yeni qərar
İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin həbsdə saxlanılma müddəti uzadılıb. “Bakuinfo" xəbər verir ki, Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında yeni qərar qəbul edib. Məhkəmə iri həcmli iş üzrə istintaq hərəkətlərinin hərtərəfli və maneəsiz aparılmasını təmin etmək məqsədilə Adnan Əhmədzadənin həbs müddətinin uzadılmasına qərar verib. Qeyd edək ki, dünyaca məşhur
Bu xanıma yüksək vəzifə verildi
Azərbaycan Respublikası Kino Agentliyinin Kino mədəniyyətinin təbliği şöbəsinə yeni müdir təyin edilib. "Bakuinfo" xəbər verir ki, bu vəzifəyə Səbinə Bağırova təyin olunub. Səbinə Bağırova faktı APA-ya təsdiqləyib. Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəni Turan Məmmədli icra edib.
Hava kəskin soyuyur: Bu tarixdə Bakıya QAR YAĞACAQ
Sabah Azərbaycanda hava necə olacaq? Yanvarın 14-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə "Bakuinfo"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4°
İrana hücum hazırlıqları başladı
ABŞ İrana hücuma hazırlıqlara başlayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" anonim amerikalı mənbəyə istinadən məlumat yayıb. Mənbə bildirib ki, İrana qarşı güc tətbiq etmək planları inkişaf mərhələsindədir və bu ssenarilər situasiyadan asılı olaraq hazırlanır. Onun sözlərinə görə, Yaxın Şərqdəki Amerika hərbi kontingenti istənilən ssenariyə və öz maraqlarını müdafiə etməyə hazırdır.
Ermənistan işğalla hədələndi
Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj
“Bir gün də yubanma olmamalıdır” - Prezident İlham Əliyev tapşırıq verdi
“Proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən”. “Bakuinfo” xəbər verir ki, bunu Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan bugünkü müşavirədə Prezident İlham Əliyev bildirib. Ölkə başçısı çıxışında Proqramın icrasına ictimai nəzarətin mütləq olmalı
Binalarda "Komendant pulu" ləğv olunur
Azərbaycanda daşınmaz əmlak sektorunun ən həssas yerlərindən biri - binaların idarə olunması və kommunal xidmət haqlarının yığılması məsələsi yenidən gündəmə gəlib. Onilliklərdir davam edən tikinti bumu paytaxtın simasını dəyişsə də, həm "köhnə", həm də "yeni" binaların idarəetmə modelində ciddi xaos hökm sürür. Sovet dövründə inşa edilmiş binalarda vəziyyət ziddiyyətlidir. Rəsmi olaraq 2009-cu ildən Mənzil Kommunal İstismar Sahələri (JEK) ləğv edilsə də, faktiki olaraq bu
Fuad Qəhrəmanlı DTX-yə çağırıldı - “Boz kardinal”ın işinə görə
Hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı da xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi ilə bağlı ifadə verməyə çağırılıb. “Bakuinfo" xəbər verir ki, F.Qəhrəmanlı bu barədə özü məlumat yayıb. “Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”. Qeyd edək ki, Prezident
Prezidentdən Məcnun Məmmədovla bağlı SƏRƏNCAM
Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri kənd təsərrüfatı naziri Məcnun Məmmədov təyin edilib. Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə
Prezidentdən su ilə bağlı şad xəbər
“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr