Paşinyanın Bakıdan gözləntiləri - Rəylər

Siyasət 15:00, 30 sentyabr 2025, 2
Paşinyanın Bakıdan gözləntiləri - Rəylər


Erməni baş nazir BMT tribunasından Naxçıvana maneəsiz keçidin adı və “həbs olunanların problemini” qaldırmaqla bizdən nə umur? - rəylər
“İtkin düşmüş sayılan şəxslərin taleyinə aydınlıq gətirilməsi, uzun müddətdir davam edən münaqişənin nəticəsi kimi həbs olunanların probleminin həlli bizim gündəlik fəaliyyətimizin mühüm tərkib hissəsidir”.
 
"Bakuinfo" xəbər verir ki, bu sözləri ötən həftəsonu BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında Ermənistanın baş naziri Nikol Paşinyan söyləyib.
 
Paşinyan həmçinin bildirib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərdə artıq dönüş yaranıb. “Sərhəd demarkasiyası komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamə ratifikasiya olunmaqla ali hüquqi qüvvə qazanıb. Ermənistan və Azərbaycan dövlətlərarası münasibətlərin yaradılması haqqında Sazişi razılaşdıra bilib və sənəd avqustda ABŞ-də paraflanıb. Fədakarlığı, ardıcıllığı və dürüstlüyü ilə qeyri-mümkün kimi görünənləri mümkün edən ABŞ Prezidenti Donald Trampın bu sülh prosesində rolu mühümdür. Beləliklə, sülh bərqərar oldu, lakin bu, gündəlik qayğı tələb edir”, - baş nazir qeyd edib.
 
O, çıxışında həmçinin Zəngəzur dəhlizi ifadəsinin Vaşinqtonda imzalanmış razılaşmalarda əks olunmadığını xüsusi vurğulayaraq, bunun rəsmi diskursda işlədilməməli olduğunu xahiş edib. Bu zaman unudub ki, Ağ Evdə imzalanan sənədlərdə əksini tapmış “Naxçıvana maneəsiz keçid” elə dəhliz məntiqi deməkdir.
 
İkincisi, Paşinyan BMT tribunasından “həbs olunanların problemini” qaldırmaqla nəyi nəzərdə tutur, Bakıdan nə umur? Bura hərbi cinayətlərdə ittiham olunan və məhkəməsi gedənlər də daxildimi? Sülh sənədi imzalanana və ya qonşu ölkədə növbəti parlament seçkilərinədək erməni dustaqların bir qismi qaytarıla bilərmi?
Elxan Şahinoğlu “Real” TV-də veriliş açıb: “Bu sahədə boşluq var idi” |  Modern.az
Elxan Şahinoğlu
 
Politoloq Elxan Şahinoğlu bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi məsələsini bu şəkildə dilə gətirməklə yenə özü-özünü təkzib edib: “O BMT Baş Assambleyasındakı çıxışında Azərbaycanda "Zəngəzur dəhlizi" ifadəsinin gündəmdən çıxarılması gərəkliyini bildirib. Ona toxunan odur ki, 8 avqustda Vaşinqtonda əldə edilən razılaşmadan sonra həmin layihə qısa adı “Tramp dəhlizi” (“Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”) kimi çağırılmalıdır. Halbuki Paşinyan bir neçə həftə əvvəl İrəvandakı açıqlamalarının birində Azərbaycanın layihəni “Zəngəzur dəhlizi” adlandırmasına etiraz etməməsini belə əsaslandırmışdı: “Bu ad (Zəngəzur dəhlizi) Azərbaycanda çox populyardır və orada hansısa infrastruktur, o cümlədən "Tramp marşrutu"na qoşulacaq layihə belə adlandırıla bilər".
 
Görünür, Paşinyana təsir edən odur ki, Azərbaycandakı auditoriya ilə yanaşı beynəlxalq aləmdə də “Zəngəzur dəhlizi” ifadəsi populyardır, bir qism hallarda xarici mediadakı məqalələrdə də bu addan istifadə olunur. 1990-cı illərin sonlarında beynəlxalq tədbirlərin birində erməni ekspertlə adla bağlı mübahisəmi xatırlayıram. Çıxışımda Xankəndi söylədikcə o əsəbiləşirdi, fasilədə mənə yaxınlaşaraq “Stepanakert qəbul olunmuş addır, niyə reallığı qəbul etmək istəmirsiz” deyə sual etmişdi. “Kimin necə adlandırmasından asılı olmayaraq bizim üçün həmin şəhər Xankəndidir” demişdim və sonda biz deyən oldu, bu gün beynəlxalq aləm də bu adı qəbul edib. İndi ermənilər kefləri istədikləri qədər “Tramp dəhlizi” ifadəsindən istifadə edə bilərlər, biz bu adla yanaşı, “Zəngəzur dəhlizi” ifadəsindən də istifadə edəcəyik. Bu ada dəhlizin ikinci adının müəllifi olan Ağ Ev sahibi də etiraz etmir. Əsas olan Azərbaycan vətəndaşlarının Zəngəzur və Tramp dəhlizindən maneəsiz istifadəsinin təmin edilməsidir. Paşinyan bunu reallaşdırmalıdır, özünün istifadə etdiyi “Tramp dəhlizinin” də əsas şərti məhz budur".
 
Politoloq qeyd etdi ki, Nikol Paşinyan üçün Bakıda məhkəməsi gedən separatçıların məsələsi əsas məsələ deyil: “Əslində həmin cinayətkar dəstənin nə azad olunmasını, nə də Ermənistana verilməsini Paşinyan istəyir. Sadəcə, seçkilər yaxınlaşdıqca erməni cəmiyyəti, daxili auditoriya üçün son vaxtlar Paşinyan Bakıda həbsdə olan ermənilərin məsələsi” kimi fikirlər səsləndirir. Məqsəd seçkiqabağı dövrdə müxalifətin, revanşistlərin, Qarabağ klanının əlinə “Paşinyan Bakıda həbsdə saxlanan ermənilərin məsələsini dilinə gətirmir” kimi antitəbliğat üçün bəhanə verməməkdir. Şübhəsiz ki, Bakı da bunu bu cür qəbul edir və Paşinyanın qaldırdığı məsələyə Bakı “qaldırdığın məsələni qəbul edirik” kimi cavab verəsi deyil. Separatçı canilərin məhkəməsi gedir və onlar qanun qarşısında cavab verirlər, cəzalarını da alacaqlar. O ki qaldı müharibə zamanı itkin düşmüş şəxslərin məsələsinin qaldırılmasına, Ermənistan özü ilk növbədə bu məsələdə cavab verməli tərəfdir. 4 minə yaxın azərbaycanlı Birinci Qarabağ müharibəsində itkin düşüb və onların böyük əksəriyyəti Ermənistan tərəfindən əsir götürülüb. Ermənistanın heç bir hökuməti bu qədər azərbaycanlının taleyi haqda məlumat vermir. Azərbaycanın bu məsələ barədə İrəvan qarşısında tələbi qüvvədə qalır. Paşinyan ilk növbədə bunun cavabını verməlidir".
Xəyal Bəşirov: "Cəmiyyətimizdə çox sürətlə ciddi hadisələr və dəyişikliklər  baş verməkdədir" » Newscenter.az
Xəyal Bəşirov
Politoloq Xəyal Bəşirov isə bildirdi ki, Nikol Paşinyan BMT Baş Assambleyasında təxminən 25 dəqiqəlik çıxışının daha çox hissəsini Azərbaycan Prezidenti İlham Əliyevin orada etdiyi çıxış əsasında qurub: “Sanki Paşinyan daha çox Azərbaycan Prezidentinin çıxışındakı fikirlərə cavaba fokuslanmışdı. Erməni baş nazir itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsini istədiyini deyir. Bu tələblə Azərbaycan illərdir ki, çıxış edir. Azərbaycanın Birinci Qarabağ müharibəsində 4 minə yaxın vətəndaşı itkin düşüb. Onların çoxunun Ermənistan tərəfindən girov və əsir götürüldüyü məlumdur. Ermənistan bu günə qədər həmin şəxslərin sonrakı taleyi barədə Azərbaycana, müvafiq beynəlxalq təşkilatlara məlumat verməyib. Bu, əslində Ermənistanın beynəlxalq konvensiyaların tələblərini pozmasıdır. Ermənistan özünün törətdiyi cinayətlərin üstünün açılmaması üçün məlumatları gizli saxlamaqla növbəti cinayətə yol verir. Bu faktor Azərbaycanla Ermənistan arasında sülh prosesinə təsir edə biləcək çox həssas faktorlardandır. Səmimi və əbədi sülh istəyiriksə, bu cür məsələlərə aydınlıq gəlməli və suallar qalmamalıdır”.
 
Politoloq bildirdi ki, Zəngəzur dəhlizi söhbətini Paşinyanın gündəmə gətirməsi Ermənistanın yenə də kəlmələr üzərində oyun qurmağa başlamasıdır: “Məsələnin bu şəkildə qoyulması sülh prosesinə mənfi təsir göstərir. Ərazinin tarixi adı Zəngəzurdursa, oradan keçən yolun adının Zəngəzur olmasında qeyri-adi nə isə axtarmaq düzgün deyil. Ola bilsin ki, Paşinyan erməni xalqını sakitləşdirmək üçün o cür fikirlər səsləndirir. Bakıda həbsdə saxlanan ermənilərin məsələsini BMT tribunasından səsləndirməsi də Paşinyanın erməni cəmiyyətinə hesablanmış fikirləridir. Paşinyan əslində Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan və digərlərinin bu gün buraxılmasını və gedib Ermənistanda yaşamalarını istəmir”. (Yeni Müsavat)

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Prezidentdən su ilə bağlı şad xəbər

“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr

16:12, 12 yanvar Sosial

Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti 6 ay azaldıldı

Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Qanuna əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət

13:54, 12 yanvar Hərbi

Ermənistan işğalla hədələndi

Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj

23:00, 12 yanvar Dünya

Son Xəbərlər

Adnan Əhmədzadə haqda - Yeni qərar

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin həbsdə saxlanılma müddəti uzadılıb. “Bakuinfo" xəbər verir ki, Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında yeni qərar qəbul edib. Məhkəmə iri həcmli iş üzrə istintaq hərəkətlərinin hərtərəfli və maneəsiz aparılmasını təmin etmək məqsədilə Adnan Əhmədzadənin həbs müddətinin uzadılmasına qərar verib. Qeyd edək ki, dünyaca məşhur

18:45, 13 yanvar Kriminal

Bu xanıma yüksək vəzifə verildi

Azərbaycan Respublikası Kino Agentliyinin Kino mədəniyyətinin təbliği şöbəsinə yeni müdir təyin edilib. "Bakuinfo" xəbər verir ki, bu vəzifəyə Səbinə Bağırova təyin olunub. Səbinə Bağırova faktı APA-ya təsdiqləyib. Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəni Turan Məmmədli icra edib.

18:02, 13 yanvar Sosial

Hava kəskin soyuyur: Bu tarixdə Bakıya QAR YAĞACAQ

Sabah Azərbaycanda hava necə olacaq? Yanvarın 14-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə "Bakuinfo"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4°

13:52, 13 yanvar Sosial

İrana hücum hazırlıqları başladı

ABŞ İrana hücuma hazırlıqlara başlayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" anonim amerikalı mənbəyə istinadən məlumat yayıb. Mənbə bildirib ki, İrana qarşı güc tətbiq etmək planları inkişaf mərhələsindədir və bu ssenarilər situasiyadan asılı olaraq hazırlanır. Onun sözlərinə görə, Yaxın Şərqdəki Amerika hərbi kontingenti istənilən ssenariyə və öz maraqlarını müdafiə etməyə hazırdır.

10:34, 13 yanvar Dünya

Ermənistan işğalla hədələndi

Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj

23:00, 12 yanvar Dünya

“Bir gün də yubanma olmamalıdır” - Prezident İlham Əliyev tapşırıq verdi

“Proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən”. “Bakuinfo” xəbər verir ki, bunu Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan bugünkü müşavirədə Prezident İlham Əliyev bildirib. Ölkə başçısı çıxışında Proqramın icrasına ictimai nəzarətin mütləq olmalı

22:07, 12 yanvar Sosial

Binalarda "Komendant pulu" ləğv olunur

Azərbaycanda daşınmaz əmlak sektorunun ən həssas yerlərindən biri - binaların idarə olunması və kommunal xidmət haqlarının yığılması məsələsi yenidən gündəmə gəlib. Onilliklərdir davam edən tikinti bumu paytaxtın simasını dəyişsə də, həm "köhnə", həm də "yeni" binaların idarəetmə modelində ciddi xaos hökm sürür. Sovet dövründə inşa edilmiş binalarda vəziyyət ziddiyyətlidir. Rəsmi olaraq 2009-cu ildən Mənzil Kommunal İstismar Sahələri (JEK) ləğv edilsə də, faktiki olaraq bu

20:53, 12 yanvar Sosial

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı - “Boz kardinal”ın işinə görə

Hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı da xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi ilə bağlı ifadə verməyə çağırılıb. “Bakuinfo" xəbər verir ki, F.Qəhrəmanlı bu barədə özü məlumat yayıb. “Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”. Qeyd edək ki, Prezident

19:54, 12 yanvar Kriminal

Prezidentdən Məcnun Məmmədovla bağlı SƏRƏNCAM

Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri kənd təsərrüfatı naziri Məcnun Məmmədov təyin edilib. Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə

17:11, 12 yanvar Ölkə

Prezidentdən su ilə bağlı şad xəbər

“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr

16:12, 12 yanvar Sosial

Powered by MirTech