Leyla Əliyeva Londonda iqlim dialoqunda iştirak edib - FOTOLAR

Siyasət 11:29, 08 oktyabr 2025, 3
Leyla Əliyeva Londonda iqlim dialoqunda iştirak edib - FOTOLAR


Londonda yerləşən tarixi Marlboro Sarayında “Dəniz səviyyəsinin dəyişməsi və qeyri-bərabər nəticələr: Xəzər dənizi və inkişaf etməkdə olan kiçik ada dövlətləri (SIDS) üzrə təcrübələr” adlı yüksəksəviyyəli iqlim dialoqu keçirilib.
 
“Bakuinfo” xəbər verir ki, 56 ölkəni birləşdirən Millətlər Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edilən tədbirdə Londondakı diplomatik korpusun nümayəndələri, həmçinin diplomatik korpusun marşalı, Böyük Britaniya Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının nümayəndələri, kiçik ada dövlətlərinin təmsilçiləri, iqlim təşkilatları və media nümayəndələri, Millətlər Birliyi Katibliyinin əməkdaşları, gənc liderlər və digər qonaqlar iştirak ediblər.
 
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə çıxış edərək Xəzər dənizinin səviyyəsinin azalması probleminə diqqət yönəldib. O qeyd edib ki, son 30 ildə dünyanın ən böyük göllərinin su itkisinə məruz qalması və plastik tullantılarla çirklənməsi vəziyyəti daha da ağırlaşdırır. O, Azərbaycanda COP29-un uğurla keçirildiyini xatırladaraq, COP30-a gedən yolda artıq ideyalardan çox əməli addımların atılmasının vacibliyini vurğulayıb.
 
Leyla Əliyeva rəhbəri olduğu IDEA İctimai Birliyinin təbiətin qorunması və gənclərin bu prosesə cəlb edilməsi istiqamətində apardığı fəaliyyətlərdən də söz açıb. O, çıxışının sonunda qeyd edib ki, təbiətə münasibət insanlığa münasibətin göstəricisidir və Xəzərə laqeyd yanaşmamaq onun həyat dolu gələcəyinə ümid yaradır.
 
COP29-un Sədri və Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev çıxışında beynəlxalq birliyi Xəzər üçün də Amazon və digər tropik meşələr kimi həmrəylik göstərməyə çağırıb və bildirib ki, Azərbaycan bu məqsədlə BMT-nin Ətraf Mühit Proqramı ilə birlikdə 2025–2035-ci illəri əhatə edən “Xəzər dənizinin səviyyə enməsi üzrə Fəaliyyət Planı” üzərində işləyir. O, Prezident İlham Əliyevin təşəbbüsü ilə COP29 çərçivəsində Xəzəryanı dövlətlərin birgə bəyannamə qəbul etdiyini və əməkdaşlığın gücləndirildiyini xatırladıb.
 
Sədr IDEA kampaniyasının Xəzərin biomüxtəlifliyinin qorunmasında mühüm rol oynadığını xüsusi qeyd edib. O həmçinin Azərbaycanın iqlim dəyişikliyindən əziyyət çəkən kiçik ada dövlətləri ilə həmrəylik göstərdiyini, bu ölkələrdə davamlı inkişaf və adaptasiya layihələrinə dəstək verdiyini bildirib. Muxtar Babayev çıxışının sonunda qeyd edib ki, COP29-da verilən vədlərin yerinə yetirilməsi və iqlim maliyyəsinin artırılması beynəlxalq etimadın bərpası üçün vacibdir və Azərbaycan bundan sonra da qlobal iqlim həmrəyliyi istiqamətində fəal rol oynayacaq.
 
Millətlər Birliyinin Baş katibinin müavini Suddhu Arjun Millətlər Birliyinə daxil olan ölkələrin əksəriyyətinin iqlim dəyişikliyinin mənfi təsirlərinə məruz qaldığı barədə danışıb. O bildirib ki, Azərbaycanın COP29 Sədrliyinin xüsusilə kiçik ada dövlətlərinin üzləşdiyi problemlərə həssaslıqla yanaşması və bu problemlərin həlli istiqamətində konkret addımlar atması olduqca təqdirəlayiqdir. Bu baxımdan, o, COP29 Sədrliyi ilə Millətlər Birliyi arasında 2024-cü ildə imzalanmış Anlaşma Memorandumu əsasında Millətlər Birliyinə daxil olan kiçik ada dövlətlərində iqlim fəaliyyətinə töhfə verməyi hədəfləyən əməkdaşlıq layihəsinə diqqət yönəldib.
 
Britaniya Xarici İşlər Nazirliyinin Kiçik Ada Dövlətləri üzrə xüsusi elçisi Tim Hemminqs çıxışında ötən il COP29-un əldə etdiyi uğurlara nəzər yetirib, dəyişən su səviyyələrinin yaratdığı problemlərin miqyasını nəzərə alaraq Britaniya XİN-in bu istiqamətdə məsələlərə dəstək vermək üçün bir sıra layihələr həyata keçirdiyini deyib. O, COP29 Sədrliyinin Millətlər Birliyi ilə Londonda bu mövzuda tədbir təşkil etməsinin alqışalayiq olduğunu söyləyib.
 
“Whale Guardians” təşkilatının həmtəsisçisi və icraçı direktoru Maykl Fişbek Xəzər dənizinin bioloji müxtəlifliyinə diqqət yönəldərək nəzərə çatdırıb ki, Xəzərin suyunun azalması qlobal okeanlarda baş verə biləcək daha genişmiqyaslı proseslərin xəbərçisidir. O, buna görə də Xəzərin qorunması ilə bağlı təxirəsalınmaz addımların atılmasının vacibliyini deyib.
 
Fişbek Azərbaycanın ölkə Prezidentinin rəhbərliyi altında COP29 zamanı göstərdiyi liderliyi və yaşıl enerji sahəsində planlarını yüksək qiymətləndirib. O, çıxışının sonunda bildirib ki, məqsədi təkcə balina və digər dəniz canlılarını qorumaq deyil, Xəzər dənizi kimi dəniz ekosistemlərini də qorumaq və onların yenidən canlanmasına töhfə verməkdir.
 
Tədbirdə Baham, Maldiv, Antiqua və Barbuda kimi kiçik ada dövlətlərinin Londondakı səfirləri danışaraq dəniz səviyyəsinin qalxmasının bu ölkələrin mövcudluğu üçün birbaşa təhlükə yaratdığını deyib, COP29 Sədrliyinə belə vacib məsələyə diqqət yönəltdiyi üçün təşəkkür ediblər.
 
Tədbirdə Azərbaycan təbiətinə həsr olunmuş sərgi də nümayiş etdirilib. Tədbir sərgiyə baxış və rəsmi qəbulla yekunlaşıb. (Qafqazinfo)
leyla-eliyeva-londonda-yuksekseviyyeli-iqlim-dialoqunda

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Prezidentdən su ilə bağlı şad xəbər

“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr

16:12, 12 yanvar Sosial

Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti 6 ay azaldıldı

Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Qanuna əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət

13:54, 12 yanvar Hərbi

Ermənistan işğalla hədələndi

Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj

23:00, 12 yanvar Dünya

Son Xəbərlər

Adnan Əhmədzadə haqda - Yeni qərar

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin həbsdə saxlanılma müddəti uzadılıb. “Bakuinfo" xəbər verir ki, Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında yeni qərar qəbul edib. Məhkəmə iri həcmli iş üzrə istintaq hərəkətlərinin hərtərəfli və maneəsiz aparılmasını təmin etmək məqsədilə Adnan Əhmədzadənin həbs müddətinin uzadılmasına qərar verib. Qeyd edək ki, dünyaca məşhur

18:45, 13 yanvar Kriminal

Bu xanıma yüksək vəzifə verildi

Azərbaycan Respublikası Kino Agentliyinin Kino mədəniyyətinin təbliği şöbəsinə yeni müdir təyin edilib. "Bakuinfo" xəbər verir ki, bu vəzifəyə Səbinə Bağırova təyin olunub. Səbinə Bağırova faktı APA-ya təsdiqləyib. Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəni Turan Məmmədli icra edib.

18:02, 13 yanvar Sosial

Hava kəskin soyuyur: Bu tarixdə Bakıya QAR YAĞACAQ

Sabah Azərbaycanda hava necə olacaq? Yanvarın 14-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə "Bakuinfo"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4°

13:52, 13 yanvar Sosial

İrana hücum hazırlıqları başladı

ABŞ İrana hücuma hazırlıqlara başlayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" anonim amerikalı mənbəyə istinadən məlumat yayıb. Mənbə bildirib ki, İrana qarşı güc tətbiq etmək planları inkişaf mərhələsindədir və bu ssenarilər situasiyadan asılı olaraq hazırlanır. Onun sözlərinə görə, Yaxın Şərqdəki Amerika hərbi kontingenti istənilən ssenariyə və öz maraqlarını müdafiə etməyə hazırdır.

10:34, 13 yanvar Dünya

Ermənistan işğalla hədələndi

Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj

23:00, 12 yanvar Dünya

“Bir gün də yubanma olmamalıdır” - Prezident İlham Əliyev tapşırıq verdi

“Proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən”. “Bakuinfo” xəbər verir ki, bunu Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan bugünkü müşavirədə Prezident İlham Əliyev bildirib. Ölkə başçısı çıxışında Proqramın icrasına ictimai nəzarətin mütləq olmalı

22:07, 12 yanvar Sosial

Binalarda "Komendant pulu" ləğv olunur

Azərbaycanda daşınmaz əmlak sektorunun ən həssas yerlərindən biri - binaların idarə olunması və kommunal xidmət haqlarının yığılması məsələsi yenidən gündəmə gəlib. Onilliklərdir davam edən tikinti bumu paytaxtın simasını dəyişsə də, həm "köhnə", həm də "yeni" binaların idarəetmə modelində ciddi xaos hökm sürür. Sovet dövründə inşa edilmiş binalarda vəziyyət ziddiyyətlidir. Rəsmi olaraq 2009-cu ildən Mənzil Kommunal İstismar Sahələri (JEK) ləğv edilsə də, faktiki olaraq bu

20:53, 12 yanvar Sosial

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı - “Boz kardinal”ın işinə görə

Hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı da xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi ilə bağlı ifadə verməyə çağırılıb. “Bakuinfo" xəbər verir ki, F.Qəhrəmanlı bu barədə özü məlumat yayıb. “Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”. Qeyd edək ki, Prezident

19:54, 12 yanvar Kriminal

Prezidentdən Məcnun Məmmədovla bağlı SƏRƏNCAM

Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri kənd təsərrüfatı naziri Məcnun Məmmədov təyin edilib. Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə

17:11, 12 yanvar Ölkə

Prezidentdən su ilə bağlı şad xəbər

“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr

16:12, 12 yanvar Sosial

Powered by MirTech