Rusiya TDT-nin genişlənən fəaliyyətindən narahatdır

Siyasət 14:57, 09 oktyabr 2025, 4
Rusiya TDT-nin genişlənən fəaliyyətindən narahatdır
Rusiyanın “İzvestiya” portalı Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Toplantısı barəsində “Arxadan yatağan (qədim türk xəncəri – red.): TDT Rusiyaya qarşı hərbi təlim keçirməyi planlaşdırır” adlı məqalə yayımlayıb. Məqalədə Rusiyanın TDT-nin genişlənən fəaliyyətindən, xüsusilə gələcək birgə hərbi təlimlər keçirəcəyindən ciddi şəkildə narahat olduğu üzə çıxır.
 
"Bakuinfo" sözügedən məqaləni təqdim edir:
 
TDT-nin 12-ci Zirvə Toplantısına Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan üzv kimi, Türkmənistan, Macarıstan və yalnız Türkiyə tərəfindən tanınan Şimali Kipr respublikası isə müşahidəçi qismində qatılıb. Tərəflər ortaq kökləri, birliyi, hərbi və müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib. Konkret olaraq gələn il Azərbaycanda hərbi təlimlər keçirməyi planlaşdırırlar. Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun bərpasında göstərdikləri köməyə görə TDT-yə üzv ölkələrə təşəkkür edib. Özbəkistan Füzulidə Mirzə Uluq bəyin adına məktəb, Qazaxıstan Kurmanqazı adına uşaq yaradıcılıq mərkəzi, Qırğızıstan isə Ağdamda Manas adına məktəb tikdirib. Macarıstan Cəbrayılda təhsil müəssisəsi tikir, Türkiyə şirkətləri çoxsaylı tunellərin, yolların, körpülərin tikintisində iştirak edir. Bu dəfə liderlər Türkmənistanın Füzulidə tikəcəyi məscidin təməlini də qoyublar. Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev çıxışında “sərhəd tanımayan yeni təhlükəyə” qarşı durmağın və kiberhücumlara qarşı mübarizə üçün Kibertəhlükəsizlik Şurasının yaradılmasının zəruriliyindən danışıb. Həmçinin Avrasiya nəqliyyat çərçivəsinin strateji həlqəsinə çevrilmiş Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mühüm rolunu vurğulayıb, üzv olan ölkələri Orta dəhliz boyunca bütün zəruri infrastrukturu modernləşdirməyə çağırıb. Ən çox səs salan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan olub. O, TDT-ni təkcə mədəni birlik kimi deyil, həm də strateji əməkdaşlıq platforması kimi xarakterizə edib. Ərdoğanın sözlərinə görə, Təşkilat istənilən bir vəziyyətə hazırdır. Tərəflər beynəlxalq oyunçu kimi mövqeyini möhkəmləndirmək üçün Təşkilatın “Türk Dövlətləri Təşkilatı+”a çevirərək digər dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəlib. İclasın yekununda 121 bənddən ibarət Qəbələ Bəyannaməsi imzalanıb. 13-cü bənddə türkdilli ölkələr arasında strateji tərəfdaşlıqdan, əbədi dostluqdan və qardaşlıqdan bəhs edilir. Əliyev tərəfdaşlarına 2026-cı ildə Azərbaycanda hərbi təlimlər keçirməyi təklif edib.
 
İddialı təşəbbüslərə baxmayaraq, ölkələr arasında daxili ticarət dövriyyəsi kifayət qədər aşağı olaraq qalır. Qarşılıqlı ticarət üzvlərin ümumi xarici ticarət dövriyyəsinin cəmi 7%-ni təşkil edir, çünki Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin əsas tərəfdaşları Rusiya, Çin və digər Asiya dövlətləri olaraq qalır. TDT çərçivəsində azad ticarət zonasının yaradılmasına bir neçə amil mane olur: Aİİ və MDB-yə üzvlük kompleks tarif koordinasiyasını tələb edir və Türkiyənin də AB ilə ayrıca azad ticarət zonası var, bu da ümumi inteqrasiya siyasətinin inkişafına mane olur.
 
Rusiyalı türkoloq Vladimir Avatkov bildirib ki, TDT-nin məqsədi türk dünyası deyil, Türkiyə dünyası yaratmaqdır:
 
“Əslində dünyada ən çox türk xalqlarının yaşadığı ölkə Rusiyadır. Biz türklərin vətəniyik. Burda isə Türkiyə və ətrafı özlərini əsas hesab edir, başqalarını isə bu məntiqə əməl etməyə məcbur edir. Yeri gəlmişkən, macarlar da türk təşkilatlarına qoşularaq türkləşdilər. Onlar başqalarını da gətirə bilər: finlər, yaponlar və monqollar müzakirə edilir. Niyə olmasın? TDT üzv ölkələrin mədəniyyət və dil sahəsində suverenliyini azaltması tendensiyası da təhlükəlidir. Yeri gəlmişkən, artıq ümumi süni əlifba qəbul edilib – onun nə vaxt tətbiq olunacağı sual altındadır. Müdafiə ilə bağlı ilk addım Budapeştdə TDT-nin qeyri-rəsmi sammitinin yekunu üzrə imzalanmış Bəyannamədə öz əksini tapıb. İndi Ərdoğan məmnundur: o, türkmərkəzlik sistemini uğurla qurur, burada Türkiyə Cənibi Qafqaz və Orta Asiya türkləri timsalında zirvədə olacaq. Təşkilat ölkələri müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəlib, birgə təlimlərə hazırlıq elan edib. Görünür, onlar Türkiyənin NATO standartlarına əsaslanacaq. Bəs bütün bunların KTMT və Aİİ ilə əlaqəsi necə olacaq? Qorxuram ki, olmayacaq. Və əsas sual budur: ölkələr kimə qarşı təlim keçəcək?” (Axar.az)

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Prezidentdən su ilə bağlı şad xəbər

“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr

16:12, 12 yanvar Sosial

Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti 6 ay azaldıldı

Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Qanuna əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət

13:54, 12 yanvar Hərbi

Ermənistan işğalla hədələndi

Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj

23:00, 12 yanvar Dünya

Son Xəbərlər

Adnan Əhmədzadə haqda - Yeni qərar

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin həbsdə saxlanılma müddəti uzadılıb. “Bakuinfo" xəbər verir ki, Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında yeni qərar qəbul edib. Məhkəmə iri həcmli iş üzrə istintaq hərəkətlərinin hərtərəfli və maneəsiz aparılmasını təmin etmək məqsədilə Adnan Əhmədzadənin həbs müddətinin uzadılmasına qərar verib. Qeyd edək ki, dünyaca məşhur

18:45, 13 yanvar Kriminal

Bu xanıma yüksək vəzifə verildi

Azərbaycan Respublikası Kino Agentliyinin Kino mədəniyyətinin təbliği şöbəsinə yeni müdir təyin edilib. "Bakuinfo" xəbər verir ki, bu vəzifəyə Səbinə Bağırova təyin olunub. Səbinə Bağırova faktı APA-ya təsdiqləyib. Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəni Turan Məmmədli icra edib.

18:02, 13 yanvar Sosial

Hava kəskin soyuyur: Bu tarixdə Bakıya QAR YAĞACAQ

Sabah Azərbaycanda hava necə olacaq? Yanvarın 14-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə "Bakuinfo"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4°

13:52, 13 yanvar Sosial

İrana hücum hazırlıqları başladı

ABŞ İrana hücuma hazırlıqlara başlayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" anonim amerikalı mənbəyə istinadən məlumat yayıb. Mənbə bildirib ki, İrana qarşı güc tətbiq etmək planları inkişaf mərhələsindədir və bu ssenarilər situasiyadan asılı olaraq hazırlanır. Onun sözlərinə görə, Yaxın Şərqdəki Amerika hərbi kontingenti istənilən ssenariyə və öz maraqlarını müdafiə etməyə hazırdır.

10:34, 13 yanvar Dünya

Ermənistan işğalla hədələndi

Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj

23:00, 12 yanvar Dünya

“Bir gün də yubanma olmamalıdır” - Prezident İlham Əliyev tapşırıq verdi

“Proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən”. “Bakuinfo” xəbər verir ki, bunu Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan bugünkü müşavirədə Prezident İlham Əliyev bildirib. Ölkə başçısı çıxışında Proqramın icrasına ictimai nəzarətin mütləq olmalı

22:07, 12 yanvar Sosial

Binalarda "Komendant pulu" ləğv olunur

Azərbaycanda daşınmaz əmlak sektorunun ən həssas yerlərindən biri - binaların idarə olunması və kommunal xidmət haqlarının yığılması məsələsi yenidən gündəmə gəlib. Onilliklərdir davam edən tikinti bumu paytaxtın simasını dəyişsə də, həm "köhnə", həm də "yeni" binaların idarəetmə modelində ciddi xaos hökm sürür. Sovet dövründə inşa edilmiş binalarda vəziyyət ziddiyyətlidir. Rəsmi olaraq 2009-cu ildən Mənzil Kommunal İstismar Sahələri (JEK) ləğv edilsə də, faktiki olaraq bu

20:53, 12 yanvar Sosial

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı - “Boz kardinal”ın işinə görə

Hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı da xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi ilə bağlı ifadə verməyə çağırılıb. “Bakuinfo" xəbər verir ki, F.Qəhrəmanlı bu barədə özü məlumat yayıb. “Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”. Qeyd edək ki, Prezident

19:54, 12 yanvar Kriminal

Prezidentdən Məcnun Məmmədovla bağlı SƏRƏNCAM

Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri kənd təsərrüfatı naziri Məcnun Məmmədov təyin edilib. Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə

17:11, 12 yanvar Ölkə

Prezidentdən su ilə bağlı şad xəbər

“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr

16:12, 12 yanvar Sosial

Powered by MirTech