Azərbaycandan Hindistana jest

Siyasət 10:37, 15 oktyabr 2025, 1
Azərbaycandan Hindistana jest


Rəsmi Bakı bir daha öz böyüklüyünü dünyaya nümayiş etdirdi; Yeni Dehli bunu necə qiymətləndirəcək?
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) hazırkı sədri olan Azərbaycan Hindistanın 2026-cı ildə foruma ev sahibliyi etmək xahişini dəstəkləyib. Son on ildə foruma ənənəvi olaraq Çin sədrlik edir. “Economic Times”ın öyrəndiyi kimi, Bakı hazırkı sədr kimi Hindistan üçün bir ilk olan foruma ev sahibliyi etmək istəyində bu ölkəni dəstəkləməyə razılaşıb.
 
"Bakuinfo" xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Hindistan Dünya İşləri Şurasının (ICWA) himayəsi altında foruma ev sahibliyi edəcək.
 
AQEM-in çağırılması haqqında təşəbbüs ilk dəfə 5 oktyabr 1992-ci ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı irəli sürülüb. Bu təşəbbüsün irəli sürülməsində əsas məqsəd Asiyada sülh və təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal təşkilat təsis etmək olub.
 
Hazırda 28 üzvü olan AQEM-in fəaliyyətini tənzimləyən əsas sənədlər 1999-cu ildə qəbul edilmiş “AQEM üzv dövlətləri arasında münasibətlərin rəhbər prinsipləri haqqında Bəyannamə” və 2002-ci ildə qəbul edilmiş “Almatı Aktı”dır. Müşavirənin inzibati orqanı Astana şəhərində yerləşən Katiblikdir. AQEM-in əsas qərar qəbul etmə orqanları Dövlət və Hökumət Başçılarının Şurası və Xarici İşlər Nazirləri Şurasıdır.
 
AQEM Nazirlər Şurasının 19 mart 2024-cü il tarixli qərarı ilə 2024-2026-cı illər üzrə Müşavirəyə sədrlik ölkəmizə keçib. AQEM-ə sədrlik çərçivəsində AQEM-in Biznes Şurasına və Gənclər Şurasına sədrliyin də həmin dövr üçün Azərbaycan tərəfindən həyata keçirilməsi nəzərdə tutulub.
 
Yada salaq ki, ötən ay Hindistanın Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük müraciətini yenidən blokladığı haqda xəbər yayılmışdı.
 
Bildirilirdi ki, Çin Azərbaycanın ŞƏT-ə üzvlüyünü dəstəkləsə də, Hindistan yenidən Bakının tamhüquqlu üzvlük təklifini bloklayıb. Bu ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysvalın guya rəsmi Dehlinin Azərbaycanın ŞƏT-ə üzvlüyünü əngəlləmədiyi haqda açıqlama vermişdi. Mənbələrin fikrincə, Hindistanın bu addımı Azərbaycan və Pakistanın sıx əlaqələri ilə bağlıdır, çoxtərəfli diplomatiya prinsiplərinə və “Şanxay ruhu”na ziddir, həmçinin Hindistanın məhdud yanaşmasını nümayiş etdirir.
 
Azərbaycan çoxtərəfli diplomatiya prinsiplərinə sadiq qalaraq Hindistanın BMT Baş Assambleyasına təqdim etdiyi qətnamələrin qəbuluna mane olmayıb və bu prinsipi pozmayıb. Amma XİN vəd vermişdi ki, Dehlinin bu ucuz və düşmənçi mövqeyinə cavab olaraq bundan sonra Hindistanın təqdim etdiyi qətnamələrə eyni yanaşma olmayacaq. Amma belə görünür ki, diplomatik düşərgələrdə hansısa qarşılıqlı təmaslar var.
 
Hindistan 44 günlük müharibədən sonra Ermənistana raketlər, artilleriya qurğuları, raket sistemləri, radarlar, zirehlər və gecəgörmə cihazları, eləcə də geniş çeşiddə sursat və artilleriya mərmilərini idxal etdiyi üçün Bakı ilə münasibətləri korlayıb. Prezident İlham Əliyev ölkəmizin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdığını deyib. Bunun ölkəmiz üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan dövlət başçısı qeyd edib ki, Azərbaycan üçün Pakistanla qardaşlıq münasibətləri hər şeydən üstündür. Bəs Bakının bu jestini necə qiymətləndirmək olar, pərdəarxası hansısa danışıqlar ehtimalı varmı?
 
Fikrət Yusifov
 
Sabiq maliyyə naziri, professor, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a dedi ki, son illər ərzində Azərbaycanın beynəlxalq siyasi müstəvidə atdığı addımlar ona böyük uğur qazandırıb: “Diplomatiyamızın uğurları getdikcə daha da böyüyür. Baxın, bu gün Azərbaycan dünyanın iki nəhəngi - ABŞ və Çinlə hansı münasibətlər qurub və onları necə inkişaf etdirir? Avropa İttifaqı 44 günlük müharibə və bir günlük antiterror əməliyyatından sonra başda Fransa olmaqla, Azərbaycana qarşı basqılar etməyə qalxsa da, sonda Azərbaycan diplomatiyasının uğurları qarşısında geriyə addım atmaq məcburiyyətində qaldı. Bu gün Azərbaycanın Hindistanla münasibətlərində müsbət hər hansı məqamlar qeydə alınırsa, bu o deməkdir ki, Azərbaycan özünün xarici siyasət strategiyasına sadiqdir və o, hər bir ölkə ilə normal, sağlam əməkdaşlığa söykənən münasibətlər qurmaq yolundadır. Hindistanla Azərbaycan arasında yaranmış gərginliyin kökləri bəllidir. Ortada qardaş Pakistan amili var. Ancaq bu o demək deyil ki, biz Hindistanla düşmən münasibətdə qalmalı və onu davam etdirməliyik. Dünyanın düzəni indi əsaslı şəkildə dəyişir. Yaxın Şərqdə ABŞ başda olmaqla, sülhün yaradılması istiqamətində dünya gücləri tərəfindən atılan addımlar dünya düzəninin dəyişməsinin bir nümunəsidir. Yeni reallıqlar dövlətləri münaqişələrə, düşmənçiliyə deyil, sülhə, əməkdaşlığa çağırır. Azərbaycan da məhz bu prizmadan çıxış edir. Əgər biz otuz il torpaqlarımızı işğal altında saxlayan Ermənistanla sülhə gələ biliriksə, nədən Hindistanla sağlam münasibətlər yaratmaq haqqında düşünməyək? Odur ki, bu yolda atdığımız addımları müsbət dəyərləndirirəm. Hesab edirəm ki, bu gün iqtisadiyyatı üstün sürətlə inkişaf edən Asiya qitəsinin sayılı dövlətlərindən biri olan Hindistanla münasibətlərin normallaşdırılması hər iki tərəfə fayda gətirəcək”.
 
Azər Badamov
 
Milli Məclisin deputatı Azər Badamov Azərbaycanın bir daha böyüklük nümayiş etdirdiyini önə çəkdi: “Dövlətlərin böyüklüyü, nüfuzu və sözün gücü onun ərazisi və əhalisi ilə ölçülmür. O dövlətlər güclüdür ki, onun güclü və uzaqgörən diplomatik siyasəti var. Bu baxımdan dünya siyasətində Azərbaycan Prezident İlham Əliyevin liderliyi sayəsində əhali və ərazicə bizdən dəfələrlə böyük dövlətlərdən daha böyük görünür. O cümlədən bu gün Azərbaycan dünyanın siyasi kursunun müəyyən edilməsində iştirak edən və istiqamət vermək imkanında olan dövlətə çevrilib. Həm də yürütdüyümüz beynəlxalq siyasət heç kimin diktəsi ilə müəyyən olunmur və heç kimə qarşı deyil. Bu baxımdan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) hazırkı sədri olan Azərbaycan Hindistanın 2026-cı ildə foruma ev sahibliyi etmək xahişini dəstəkləməsi də böyüklüyümüzdür. Həm də bir misal var, "yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir". Hindistan Çinin irəli sürdüyü ŞƏT+ formatına ölkəmizin üzvlüyünə qəbul olunmasını blokladı. Amma Azərbaycan AQEM-lə bağlı özünün jesti ilə Hindistanı utandırır. Bəli, bizim heç kimdən qisas almaq və ya kin çəkmək fikrimiz yoxdur. Azərbaycan qarşılıqlı hörmət və fayda əsasında bütün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etməyə hər zaman hazırdır. Həm də kimlərinsə maraqlarına görə dostları ilə münasibətlərini dayandırmağı heç vaxt düşünmür. Ölkəmiz hətta bir-biri ilə düşmən ölkələrlə də dostluq və əməkdaşlıq etməklə barışın əldə olunmasına töhfələr verir. Hindistan Pakistanla dostluğumuza görə ölkəmizin ŞƏT+ formatına üzv olmağını dayandırmamalı idi. Əksinə, bu quruma üzv olmağımızdan istifadə edərək Pakistanla münasibətlərinin normallaşdılması üçün ölkəmizin səylərindən istifadə etməli idi. Onda Hindistanın doğru siyasət yürütdüyünü görərdik. Amma Hindistanın ölkəmizə qarşı etdiyi hərəkətə təəssüf edirik və bu əmələ görə adekvat cavab yox, onları düşündürən jest edirik. Bu bizim beynəlxalq siyasətdə əsas üstünlüyümüzdür". (Yeni Müsavat)

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Prezidentdən su ilə bağlı şad xəbər

“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr

16:12, 12 yanvar Sosial

Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti 6 ay azaldıldı

Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Qanuna əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət

13:54, 12 yanvar Hərbi

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Azərbaycan bayrağı fonunda cəmi iki söz – “Be prepared” (Hazır olun). Bu qısa, amma son dərəcə sarsıdıcı mesaj ABŞ-da diqqətlə izlənilən analitik, təhlükəsizlik strateqi Lyuk Koffi tərəfindən X platformasında paylaşılıb və dərhal ciddi müzakirələrə səbəb olub. "Bakuinfo" xəbər verir ki, ABŞ siyasi dairələrinə yaxınlığı ilə tanınan Koffinin bu paylaşımı təsadüfi status deyil, geosiyasi mesaj, hətta bir növ xəbərdarlıq siqnalı kimi dəyərləndirilir. Lyuk Koffi kimdir və niyə dedikləri bu

22:46, 11 yanvar Siyasət

Son Xəbərlər

Adnan Əhmədzadə haqda - Yeni qərar

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin həbsdə saxlanılma müddəti uzadılıb. “Bakuinfo" xəbər verir ki, Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında yeni qərar qəbul edib. Məhkəmə iri həcmli iş üzrə istintaq hərəkətlərinin hərtərəfli və maneəsiz aparılmasını təmin etmək məqsədilə Adnan Əhmədzadənin həbs müddətinin uzadılmasına qərar verib. Qeyd edək ki, dünyaca məşhur

18:45, 13 yanvar Kriminal

Bu xanıma yüksək vəzifə verildi

Azərbaycan Respublikası Kino Agentliyinin Kino mədəniyyətinin təbliği şöbəsinə yeni müdir təyin edilib. "Bakuinfo" xəbər verir ki, bu vəzifəyə Səbinə Bağırova təyin olunub. Səbinə Bağırova faktı APA-ya təsdiqləyib. Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəni Turan Məmmədli icra edib.

18:02, 13 yanvar Sosial

Hava kəskin soyuyur: Bu tarixdə Bakıya QAR YAĞACAQ

Sabah Azərbaycanda hava necə olacaq? Yanvarın 14-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə "Bakuinfo"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4°

13:52, 13 yanvar Sosial

İrana hücum hazırlıqları başladı

ABŞ İrana hücuma hazırlıqlara başlayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" anonim amerikalı mənbəyə istinadən məlumat yayıb. Mənbə bildirib ki, İrana qarşı güc tətbiq etmək planları inkişaf mərhələsindədir və bu ssenarilər situasiyadan asılı olaraq hazırlanır. Onun sözlərinə görə, Yaxın Şərqdəki Amerika hərbi kontingenti istənilən ssenariyə və öz maraqlarını müdafiə etməyə hazırdır.

10:34, 13 yanvar Dünya

Ermənistan işğalla hədələndi

Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj

23:00, 12 yanvar Dünya

“Bir gün də yubanma olmamalıdır” - Prezident İlham Əliyev tapşırıq verdi

“Proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən”. “Bakuinfo” xəbər verir ki, bunu Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan bugünkü müşavirədə Prezident İlham Əliyev bildirib. Ölkə başçısı çıxışında Proqramın icrasına ictimai nəzarətin mütləq olmalı

22:07, 12 yanvar Sosial

Binalarda "Komendant pulu" ləğv olunur

Azərbaycanda daşınmaz əmlak sektorunun ən həssas yerlərindən biri - binaların idarə olunması və kommunal xidmət haqlarının yığılması məsələsi yenidən gündəmə gəlib. Onilliklərdir davam edən tikinti bumu paytaxtın simasını dəyişsə də, həm "köhnə", həm də "yeni" binaların idarəetmə modelində ciddi xaos hökm sürür. Sovet dövründə inşa edilmiş binalarda vəziyyət ziddiyyətlidir. Rəsmi olaraq 2009-cu ildən Mənzil Kommunal İstismar Sahələri (JEK) ləğv edilsə də, faktiki olaraq bu

20:53, 12 yanvar Sosial

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı - “Boz kardinal”ın işinə görə

Hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı da xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi ilə bağlı ifadə verməyə çağırılıb. “Bakuinfo" xəbər verir ki, F.Qəhrəmanlı bu barədə özü məlumat yayıb. “Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”. Qeyd edək ki, Prezident

19:54, 12 yanvar Kriminal

Prezidentdən Məcnun Məmmədovla bağlı SƏRƏNCAM

Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri kənd təsərrüfatı naziri Məcnun Məmmədov təyin edilib. Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə

17:11, 12 yanvar Ölkə

Prezidentdən su ilə bağlı şad xəbər

“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr

16:12, 12 yanvar Sosial

Powered by MirTech