Azay Quliyev Vyanada Xəzər dənizinin dayazlaşması barədə çıxış etdi

Siyasət 17:07, 29 oktyabr 2025, 22
Azay Quliyev Vyanada Xəzər dənizinin dayazlaşması barədə çıxış etdi

Azay Quliyev Vyanada Xəzər dənizinin dayazlaşması və Cənubi Qafqazda formalaşan yeni siyasi reallıq barədə çıxış edib.  

Vyana, 29 oktyabr 2025-ci il.

ATƏT-in “Fəlakətlərə qarşı dayanıqlılığın və cavab tədbirlərinin gücləndirilməsində ATƏT-in rolunun artırılması” mövzusunda keçirilən Ətraf Mühit və İqtisadiyyat Ölçüsü üzrə 2025-ci il İcra İclasında çıxış edən ATƏT Parlament Assambleyasının İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitəsinin Sədri, millət vəkili Azay Quliyev çağırış xarakterli nitqində iqlim dəyişikliyi, münaqişələr və korrupsiyanın qarşılıqlı təsirlərinə diqqət çəkərək, bu problemlərin birgə şəkildə həllinin ATƏT-in təhlükəsizliyə dair hərtərəfli yanaşmasının mərkəzində dayanmalı olduğunu bildirib.

Quliyev çıxışına Finlandiya Sədrliyinə və ATƏT-in İqtisadi və Ətraf Mühit üzrə Fəaliyyətlər Koordinatoru səfir Bakıt Cüsupova təşəkkür etməklə başlayıb və ATƏT PA-nın bu istiqamətdə gördüyü işləri təqdim edib:

“ATƏT Parlament Assambleyası 323 milli parlament nümayəndəsini birləşdirərək təhlükəsizlik, iqtisadi sabitlik və ekoloji dayanıqlılıq sahəsində siyasi iradənin formalaşdırılmasına xidmət edir. Bizim vəzifəmiz fəlakətlərə qarşı mübarizədə yalnız öhdəlikləri deyil, real nəticələri təmin etməkdir.”

İqlim dəyişikliyi və qlobal təhlükəsizlik

Millət vəkili vurğulayıb ki, iqlim dəyişikliyi nəticəsində baş verən təbii fəlakətlərin artması artıq təkcə ekoloji deyil, həm də geosiyasi və sosial sabitlik problemi halını alıb:

“Ekstremal hava hadisələri, resursların tükənməsi və enerji sistemlərinin kövrəkləşməsi ekosistemləri, sülhü və sosial həmrəyliyi ciddi sınaq qarşısında qoyur. 2023-cü ildən bəri üç il ardıcıl rekord isti hava şəraiti ilə yadda qaldı, lakin cavab tədbirlərimiz hələ də yetərli deyil. Biz həm zərərin azaldılmasına, həm də uyğunlaşmaya paralel diqqət yetirməli, ən əsası – maliyyələşmə mexanizmlərini təmin etməliyik.”

Bu kontekstdə Quliyev 2025-ci ilin Porto Bəyannaməsində iqlim və təhlükəsizlik əlaqəsinin ön plana çəkildiyini xatırladıb və ATƏT-in bu istiqamətdə praktiki fəaliyyətini gücləndirməyə çağırıb.

Münaqişələr və onların ekoloji təsirləri

Azay Quliyev çıxışında Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzkar müharibəsini qətiyyətlə pisləyərək, onun yalnız humanitar deyil, həm də ekoloji fəlakətlərə yol açdığını bildirib:

“Bu müharibə istixana qazı emissiyalarının artmasına, su hövzələrinin çirklənməsinə, meşələrin məhv edilməsinə və bioloji müxtəlifliyin itirilməsinə səbəb olub. Ukraynanın bu şəraitdə nümayiş etdirdiyi dözümlülük bizim birgə fəaliyyətimiz üçün nümunədir.”

O, həmçinin ATƏT PA-nın Ukraynaya Dəstək Komandasının (PSTU) fəaliyyətindən danışaraq, parlament diplomatiyasının müharibədən sonrakı bərpa və enerji təhlükəsizliyi proseslərində rolunu vurğulayıb.

Qəzzada vəziyyət və humanitar fəlakət

Quliyev Qəzzadakı müharibənin də ağır humanitar və ekoloji nəticələrə gətirib çıxardığını diqqətə çatdırıb və atəşkəsin əldə olunmasını, girovların azad edilməsini və humanitar yardımın çatdırılmasını müsbət inkişaf kimi dəyərləndirib:

“İnsan təhlükəsizliyinin bərpası gələcək sülh danışıqları üçün əsas ilkin şərtdir. Dayanıqlılıq yalnız siyasi deyil, həm də humanitar məsuliyyət tələb edir.”

Azərbaycan və Cənubi Qafqazda yeni mərhələ

Nitqinin ən mühüm hissəsində Azay Quliyev Azərbaycan və Ermənistan arasında sülh sazişinin 8 avqust 2025-ci ildə Vaşinqtonda paraflanmasını və ATƏT-in Minsk Qrupunun fəaliyyətinə son qoyulmasını Cənubi Qafqazda yeni siyasi reallığın yaranması kimi dəyərləndirib:

“Azərbaycanın müharibədən sonra atdığı cəsarətli addımlar, o cümlədən işğal zamanı Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətlərin tam aradan qaldırılması regionda sülh, təhlükəsizlik və iqtisadi əməkdaşlıq üçün tarixi fürsət yaradır. Bu, həm də iqlim və iqtisadi çağırışların birgə həlli üçün yeni imkanların qapısını açır.”

Korrupsiya və dayanıqlılıq: təhlükəli dövran

Millət vəkili korrupsiyanın dayanıqlılığa vurduğu zərbəni xüsusi vurğulayaraq, onu “ekoloji və institusional sabitliyi dağıdan zəhərli dövran” adlandırıb:

“Ekoloji tənəzzül korrupsiyanı, korrupsiya isə ictimai inamı və dövlətlərin fəlakətlərə qarşı cavab vermə qabiliyyətini sarsıdır. Bu zərərli dövranı qırmaq ATƏT-in prioritet vəzifələrindən biri olmalıdır.”

Tövsiyə olunan prioritet istiqamətlər

Azay Quliyev fəlakət risklərinin azaldılması və hazırlığın gücləndirilməsi üçün dörd əsas istiqamətdə əməkdaşlığı genişləndirməyi təklif edib:

Ümumi erkən xəbərdarlıq sistemlərinin yaradılması;

Risk xəritələşdirmə və məlumat mübadiləsinin artırılması;

Fövqəladə hallara hazırlıq və cavab mexanizmlərinin təkmilləşdirilməsi;

İqlimlə bağlı təbii fəlakətlər üçün fövqəladə maliyyə fondlarının yaradılması.

O əlavə edib ki, süni intellekt və kvant texnologiyaları risklərin proqnozlaşdırılması və erkən xəbərdarlıq sistemlərində inqilabi rol oynaya bilər.

Xəzər dənizinin dayazlaşması: regional çağırış

Azay Quliyev Xəzər dənizinin su səviyyəsinin azalması problemini “təkcə ekoloji deyil, həm də sosial və iqtisadi təhlükə” kimi xarakterizə edib:

“Suyun azalması milyonlarla insanın dolanışığına, bioloji müxtəlifliyə və sahil infrastrukturlarına birbaşa təsir edir. İqlim dəyişikliyi ilə yanaşı, suyun qeyri-effektiv istifadəsi və koordinasiyanın çatışmazlığı vəziyyəti daha da ağırlaşdırır. Buna görə də, Xəzəryanı dövlətlər arasında koordinasiyanın gücləndirilməsi həyati əhəmiyyət daşıyır.”

COP 29-da qəbul olunan tarixi qərarlar

Quliyev xatırladıb ki, rəhbərlik etdiyi Komitə 2024-cü ildə Dublində və 2025-ci ildə Vyanada keçirilən sessiyalarda iqlimlə bağlı miqrasiya və ekoloji təhlükəsizlik mövzularına xüsusi diqqət ayırıb.

O, həmçinin COP29-un Bakıda uğurla keçirilməsini və 300 milyard ABŞ dolları illik iqlim maliyyəsi hədəfinin qəbulunu “tarixi nailiyyət” adlandırıb:

“İndi əsas məsələ COP29 qərarlarını konkret addımlara çevirməkdir. Qlobal Dayanıqlılıq Çərçivəsi və karbon bazarlarının tənzimlənməsi kimi qərarlar iqlim təhlükəsizliyinin yeni arxitekturasını müəyyənləşdirəcək.”

Sonda Quliyev parlamentlərin roluna toxunaraq bildirib:

“İctimai dəstək olmadan hökumətlərin səyləri davamlı nəticə verə bilməz. Parlamentlər bu dəstəyin təminatçısı, xalqla dövlət arasında körpü rolunu oynayır. ATƏT PA hökumətlərlə çiyin-çiyinə işləməyə hazırdır – planetimiz, xalqlarımız və gələcəyimiz naminə!”

 

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Prezidentdən su ilə bağlı şad xəbər

“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr

16:12, 12 yanvar Sosial

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Azərbaycan bayrağı fonunda cəmi iki söz – “Be prepared” (Hazır olun). Bu qısa, amma son dərəcə sarsıdıcı mesaj ABŞ-da diqqətlə izlənilən analitik, təhlükəsizlik strateqi Lyuk Koffi tərəfindən X platformasında paylaşılıb və dərhal ciddi müzakirələrə səbəb olub. "Bakuinfo" xəbər verir ki, ABŞ siyasi dairələrinə yaxınlığı ilə tanınan Koffinin bu paylaşımı təsadüfi status deyil, geosiyasi mesaj, hətta bir növ xəbərdarlıq siqnalı kimi dəyərləndirilir. Lyuk Koffi kimdir və niyə dedikləri bu

22:46, 11 yanvar Siyasət

Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti 6 ay azaldıldı

Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Qanuna əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət

13:54, 12 yanvar Hərbi

Son Xəbərlər

Ermənistan işğalla hədələndi

Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj

23:00, 12 yanvar Dünya

“Bir gün də yubanma olmamalıdır” - Prezident İlham Əliyev tapşırıq verdi

“Proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən”. “Bakuinfo” xəbər verir ki, bunu Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan bugünkü müşavirədə Prezident İlham Əliyev bildirib. Ölkə başçısı çıxışında Proqramın icrasına ictimai nəzarətin mütləq olmalı

22:07, 12 yanvar Sosial

Binalarda "Komendant pulu" ləğv olunur

Azərbaycanda daşınmaz əmlak sektorunun ən həssas yerlərindən biri - binaların idarə olunması və kommunal xidmət haqlarının yığılması məsələsi yenidən gündəmə gəlib. Onilliklərdir davam edən tikinti bumu paytaxtın simasını dəyişsə də, həm "köhnə", həm də "yeni" binaların idarəetmə modelində ciddi xaos hökm sürür. Sovet dövründə inşa edilmiş binalarda vəziyyət ziddiyyətlidir. Rəsmi olaraq 2009-cu ildən Mənzil Kommunal İstismar Sahələri (JEK) ləğv edilsə də, faktiki olaraq bu

20:53, 12 yanvar Sosial

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı - “Boz kardinal”ın işinə görə

Hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı da xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi ilə bağlı ifadə verməyə çağırılıb. “Bakuinfo" xəbər verir ki, F.Qəhrəmanlı bu barədə özü məlumat yayıb. “Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”. Qeyd edək ki, Prezident

19:54, 12 yanvar Kriminal

Prezidentdən Məcnun Məmmədovla bağlı SƏRƏNCAM

Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri kənd təsərrüfatı naziri Məcnun Məmmədov təyin edilib. Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə

17:11, 12 yanvar Ölkə

Prezidentdən su ilə bağlı şad xəbər

“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr

16:12, 12 yanvar Sosial

Şəkildə ilk nə gördün? (Psixoloji vəziyyətin haqqında acı həqiqət)

İnsan beyni bəzən sadə bir mürəkkəb ləkəsində belə öz ruhunun gizli şifrələrini tapır. Sənin bu qarışıq formalarda ilk gördüyün şey əslində xarakterinin ən dərin qatlarından gələn bir mesajdır. Bu test sadəcə vizual qavrayış deyil, şüuraltının sənə açdığı gizli bir pəncərədir. Bəlkə sən hər kəsin görmədiyini görən bir xəyalpərəst, bəlkə də hər şeyi incəliyinə qədər hesablayan bir strateqsən – bunu öyrənməyin vaxtı gəldi! Nəticələr səni elə təəccübləndirəcək ki, özün haqqında bu vaxta qədər

15:33, 12 yanvar Maraqlı

Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic olur...

Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır. Düzdür, bu, təkcə Bakıda, Azərbaycanda deyil. "Bakuinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında deyib. Dövlətimizin başçısı əlavə edib ki, yağış sularının idarə olunması üçün Bakının 30

15:33, 12 yanvar Sosial

QHT-lərin vəzifəli şəxslərinə cinayət işi açıldı

Qanunsuz medallar təsis edərək çoxsaylı şəxslərə təqdim etmiş QHT-lərin vəzifəli şəxsləri barəsində ibtidai istintaq tamamlanıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir. Bildirilib ki, əvvəllər məlumat verildiyi kimi, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq

15:31, 12 yanvar Kriminal

Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti 6 ay azaldıldı

Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Qanuna əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət

13:54, 12 yanvar Hərbi

Powered by MirTech