Pezeşkian sos siqnalı verdi: təhlükə Azərbaycana yaxınlaşır – “Hazır olun!”
İranda quraqlıq səbəbindən paytaxt sakinlərinin təxliyəsi bir sıra məsələləri gündəmə gətirib. Bildirilir ki, bu hadisə su qıtlığı probleminin təkcə Tehranla məhdudlaşmadığını göstərir və region ölkələri üçün də ciddi xəbərdarlıq siqnalı olmalıdır. Ekspertlər hesab edirlər ki, Azərbaycan da oxşar risklərlə üz-üzədir. Belə ki, son illərdə yağıntıların azalması, qarın demək olar ki, yağmaması, Kür çayında su səviyyəsinin aşağı düşməsi, xüsusilə Bakının su təchizatına mənfi təsir göstərir. İddialara görə, bəzi ərazilərdə artıq suyun fasilələrlə verilməsi təcrübəsi tətbiq edilir. Bundan başqa, Oğuz-Qəbələ-Bakı su xəttində də azalmaların müşahidə olunduğu deyilir.
Azərbaycanda su böhranı yarana bilərmi? Problemin qarşısını necə almaq olar?
Globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, Cənubi Qafqaz da daxil olmaqla, bütün Yaxın Şərqdə iqlim dəyişikliyinə görə su böhranı dərinləşir:
“Azərbaycanda da oxşar tendensiyalar müşahidə olunur. Kür çayının səviyyəsi aşağı düşüb, bəzi bölgələrdə yeraltı suların həcmi azalıb. Bu isə Bakının əsas su mənbələrinin – Kür su təchizatı sistemi və Oğuz–Qəbələ–Bakı su kəmərinin dayanıqlığını birbaşa təhdid edir. Son aylarda həmin kəmərdə də müəyyən azalmalar və təmir məhdudiyyətləri qeydə alınıb. Hazırda Bakı üçün dərhal “kritik təxliyə səviyyəsində” böhran təhlükəsi yoxdur, lakin orta müddətli perspektivdə risklər var. Əgər yağıntıların azlığı, qar örtüyünün zəifliyi və çay axınlarının azalması davam etsə, paytaxtın 2026–2027-ci illərdə mövsümi su çatışmazlığı ilə üzləşməsi mümkündür. Bu, xüsusilə yay aylarında içməli su təchizatında fasilələrin artması, təzyiqin azalması və sənaye sektoruna su məhdudiyyətlərinin tətbiqi ilə müşayiət oluna bilər”.
Cəmşid Bəxtiyar
Ekoloq qeyd edib ki, problemin kökündə bir sıra səbəblər dayanır:
“Yağıntı və qar ehtiyatlarının azalması ilə dağ çaylarının qidalanması zəifləyib. Kür hövzəsində antropogen təzyiq, suvarma, sənaye və məişət tələbatı artıb. Bəzi məlumatlara görə, şəbəkə boyu su itkisi 35-40 faizə çatır. İqlim dəyişməsinə adaptasiya proqramlarının ləngliyi – ehtiyat mənbələr və desalinasiya hələ ilkin mərhələdədir”.
C.Bəxtiyar bildirib ki, su qənaəti “milli prioritet” kimi elan olunmalıdır:
“Həm əhali, həm müəssisələr üçün real qənaət mexanizmləri tətbiq edilməlidir. Ən azı 10% azalma ildə milyonlarla kubmetr suya qənaət deməkdir. Dəniz suyunun təmizlənməsi istiqamətində Xəzər sahili boyunca pilot layihələr tezləşdirilməlidir. Parklar, yol yaşıllaşdırması və sənaye üçün təmizlənmiş tullantı sularından təkrar istifadə edilməlidir. Oğuz–Qəbələ quyularının rejimi elmi nəzarət altında saxlanmalıdır. Azərbaycanın su təhlükəsizliyi problemi iqlim, iqtisadiyyat və milli təhlükəsizlik məsələsidir. Dövlət səviyyəsində “Su resurslarının adaptiv idarəetmə strategiyası” qəbul olunmalı, bu sənəd iqlim proqnozları, enerji-su balansı və regionlararası paylanmanı nəzərə almalıdır”.
Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynlinin sözlərinə görə, BMT-nin hesabatlarına əsasən, Azərbaycan dünyada su ilə bağlı risk daşıyan 80 ölkə arasında yer alır və 2050-ci ilə qədər ciddi su böhranı ilə üzləşə bilər:
“Ölkəmizin əsas su mənbələri olan Kür və Araz transsərhəd çaylardır. Kür çayı Türkiyədən başlayaraq Gürcüstan ərazisindən, Araz çayı isə İranla sərhəd boyunca axaraq Sabirabadda birləşir və Xəzər dənizinə tökülür. Çayların mənbəyi Azərbaycanın hüdudlarından kənarda yerləşdiyinə görə, ölkənin su təhlükəsizliyi xarici amillərdən də asılıdır. Bu baxımdan vaxtında iri su anbarlarının yaradılması mühüm əhəmiyyət kəsb edib. Məsələn, Kür üzərində inşa edilmiş Mingəçevir su anbarı müəyyən müddət bu istiqamətdə riskləri azaltmağa imkan verir. Ceyranbatan su sistemi isə daxili çaylar hesabına formalaşır və tənzimlənir. Lakin daxili su ehtiyatlarının qorunması üçün qar və yağıntıların olması vacibdir. Hazırda Bakının əsas su təchizatı Kür çayı üzərindən həyata keçirilir. Oğuz-Qəbələ-Bakı və Şollar sistemləri isə şəhərin yalnız kiçik hissəsini təmin edir. Yağıntıların və qar örtüyünün azalması su ehtiyatlarının azalmasına səbəb olur. Bu, ölkə üçün ciddi risk yaradır”.
Pezeşkian sos siqnalı verdi: təhlükə Azərbaycana yaxınlaşır – "Hazır olun!"
İlqar Hüseynli
İB sədri vurğulayıb ki, İranda artıq su qıtlığı ilə bağlı fövqəladə tədbirlər görülür və bu, regionda vəziyyətin ciddi olduğuna nümunədir:
“İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, yağıntılar bərpa olunmasa, bəzi ərazilərdə əhalinin evakuasiyası zəruri ola bilər. Azərbaycanda da 2030-cu ilə qədər vəziyyətin daha da kəskinləşəcəyi ehtimal edilir. Bu səbəbdən Xəzərin suyunun içməli suya çevrilməsi məqsədilə zavod tikintisinə başlanılıb. Hələlik layihənin effektivliyi barədə danışmaq çətindir, lakin bu, alternativ mənbə kimi əhəmiyyətlidir. Bundan əlavə, Azərbaycanın yeraltı su ehtiyatları da mövcuddur. Xüsusilə Qarabağda işğaldan əvvəl fəaliyyət göstərən kəhrizlər kəndlərin su təminatında mühüm rol oynayırdı. Hazırda həmin kəhrizlərin bərpası və istismarı yenidən gündəmdədir. Eyni zamanda, Kür-Araz bölgəsində 35-50 metr dərinlikdə yerləşən şirin yeraltı suların istifadəsi mümkündür. Bu baxımdan, ölkədə həm yerüstü, həm də yeraltı su mənbələrinin səmərəli istismarına diqqət artırılmalı, su ehtiyatlarının idarə olunması istiqamətində sistemli tədbirlər görülməlidir”.
Diqqət Çəkənlər
Prezidentdən su ilə bağlı şad xəbər
“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr
ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!
Azərbaycan bayrağı fonunda cəmi iki söz – “Be prepared” (Hazır olun). Bu qısa, amma son dərəcə sarsıdıcı mesaj ABŞ-da diqqətlə izlənilən analitik, təhlükəsizlik strateqi Lyuk Koffi tərəfindən X platformasında paylaşılıb və dərhal ciddi müzakirələrə səbəb olub. "Bakuinfo" xəbər verir ki, ABŞ siyasi dairələrinə yaxınlığı ilə tanınan Koffinin bu paylaşımı təsadüfi status deyil, geosiyasi mesaj, hətta bir növ xəbərdarlıq siqnalı kimi dəyərləndirilir. Lyuk Koffi kimdir və niyə dedikləri bu
Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti 6 ay azaldıldı
Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Qanuna əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət
Son Xəbərlər
Ermənistan işğalla hədələndi
Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj
“Bir gün də yubanma olmamalıdır” - Prezident İlham Əliyev tapşırıq verdi
“Proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən”. “Bakuinfo” xəbər verir ki, bunu Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan bugünkü müşavirədə Prezident İlham Əliyev bildirib. Ölkə başçısı çıxışında Proqramın icrasına ictimai nəzarətin mütləq olmalı
Binalarda "Komendant pulu" ləğv olunur
Azərbaycanda daşınmaz əmlak sektorunun ən həssas yerlərindən biri - binaların idarə olunması və kommunal xidmət haqlarının yığılması məsələsi yenidən gündəmə gəlib. Onilliklərdir davam edən tikinti bumu paytaxtın simasını dəyişsə də, həm "köhnə", həm də "yeni" binaların idarəetmə modelində ciddi xaos hökm sürür. Sovet dövründə inşa edilmiş binalarda vəziyyət ziddiyyətlidir. Rəsmi olaraq 2009-cu ildən Mənzil Kommunal İstismar Sahələri (JEK) ləğv edilsə də, faktiki olaraq bu
Fuad Qəhrəmanlı DTX-yə çağırıldı - “Boz kardinal”ın işinə görə
Hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı da xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi ilə bağlı ifadə verməyə çağırılıb. “Bakuinfo" xəbər verir ki, F.Qəhrəmanlı bu barədə özü məlumat yayıb. “Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”. Qeyd edək ki, Prezident
Prezidentdən Məcnun Məmmədovla bağlı SƏRƏNCAM
Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri kənd təsərrüfatı naziri Məcnun Məmmədov təyin edilib. Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə
Prezidentdən su ilə bağlı şad xəbər
“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr
Şəkildə ilk nə gördün? (Psixoloji vəziyyətin haqqında acı həqiqət)
İnsan beyni bəzən sadə bir mürəkkəb ləkəsində belə öz ruhunun gizli şifrələrini tapır. Sənin bu qarışıq formalarda ilk gördüyün şey əslində xarakterinin ən dərin qatlarından gələn bir mesajdır. Bu test sadəcə vizual qavrayış deyil, şüuraltının sənə açdığı gizli bir pəncərədir. Bəlkə sən hər kəsin görmədiyini görən bir xəyalpərəst, bəlkə də hər şeyi incəliyinə qədər hesablayan bir strateqsən – bunu öyrənməyin vaxtı gəldi! Nəticələr səni elə təəccübləndirəcək ki, özün haqqında bu vaxta qədər
Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic olur...
Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır. Düzdür, bu, təkcə Bakıda, Azərbaycanda deyil. "Bakuinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında deyib. Dövlətimizin başçısı əlavə edib ki, yağış sularının idarə olunması üçün Bakının 30
QHT-lərin vəzifəli şəxslərinə cinayət işi açıldı
Qanunsuz medallar təsis edərək çoxsaylı şəxslərə təqdim etmiş QHT-lərin vəzifəli şəxsləri barəsində ibtidai istintaq tamamlanıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir. Bildirilib ki, əvvəllər məlumat verildiyi kimi, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq
Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti 6 ay azaldıldı
Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Qanuna əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət