Bəzi nazirliklərin ləğvi gündəmdə - hazırlıq gedir

Siyasət 19:18, 25 noyabr 2025, 283
Bəzi nazirliklərin ləğvi gündəmdə - hazırlıq gedir

Hökumətin dövlət aparatının yığcamlaşdırılması istiqamətində addımları gözlənilir; idarəetmədə yeni dövr başlanır

Azərbaycanda dövlət aparatının böyüməsi və idarəetmə mexanizminin səmərəliliyi son illərdə ən çox müzakirə edilən məsələlərdəndir. Dövlət idarəçiliyinin yenilənməsi və müasirləşdirilməsi artıq dövrün obyektiv tələbidir. Ötən illərdə bu istiqamətdə xeyli işlər həyata keçirilib və optimallaşdırma nəticəsində həm dövlətin yükü azalıb, həm də lazımsız xərclərdən qənaət edilib.

Qlobal təcrübə göstərir ki, dövlət aparatının yığcamlaşdırılması, paralel funksiyaların optimallaşdırılması və strukturun sadələşdirilməsi idarəçiliyin daha çevik olmasına, qərarların daha operativ şəkildə icrasına şərait yaradır.

Modern.az geniş yazısında qeyd edir ki, dövlət qurumlarının fəaliyyət istiqamətlərinə yenidən baxılması, funksional yanaşmanın gücləndirilməsi və strukturun dövrün çağırışlarına uyğunlaşdırılması islahat gündəminin əsas mövzularından biridir. Təklif olunan islahatlardan biri Dövlət Gömrük Komitəsinin və Dövlət Vergi Xidmətinin Maliyyə Nazirliyinin tərkibində birləşdirilməsidir.

Sayt yazır ki, Fövqəladə Hallar Nazirliyinin strukturunun optimallaşdırılaraq icrayönümlü dövlət xidmətinə çevrilməsi ilə bağlı təkliflər də son illər müzakirələrdə tez-tez səslənir. Ekspertlər bildirirlər ki, qurumun əsas funksiyaları, yəni yanğınsöndürmə, axtarış-xilasetmə, fövqəladə halların idarə olunması daha çox operativ icra xarakteri daşıdığından, nazirlik statusunun saxlanması əlavə inzibati yük yaradır.

Səhiyyə Nazirliyinin, səhiyyə ilə bağlı digər dövlət qurumlarının sosial blok üzrə vahid idarəetmə mexanizminin formalaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə birləşdirilməsi və yeni ad altında fəaliyyət göstərməsi ilə bağlı fikirlər də son dövrlər müzakirələrdə geniş yer tutur. Sosial müdafiə, səhiyyə xidmətləri və həssas qruplarla bağlı siyasətin eyni mərkəzdən idarə olunması daha sistemli yanaşma yarada, paralel icra mexanizmlərini azaltmaqla vətəndaş müraciətlərini sadələşdirə bilər.

Mədəniyyət, Gənclər və İdman nazirliklərinin bir çətir altında birləşdirilməsi həm büdcə xərclərini azalda, həm də idarəçilik funksiyalarını asanlaşdıra bilər. Energetika və İqtisadiyyat nazirliklərinin birləşdirilməsi iqtisadi siyasətin vahid strateji mərkəzdən idarə olunmasını təmin edə, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birləşdirilməsi isə torpaq, su ehtiyatları, meşə fondu, təbiətdən istifadə kimi sahələrdə daha balanslı idarəetmə yarada bilər.

Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin AZCON-nun tərkibində olmaması ciddi maraq doğuran məsələdir. Bu qurumun niyə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində deyil, sualına cavab vermək asan deyil. Dövlət komitələri, agentliklərin perspektivdə gözlənilən islahatların hədəfində olması isə qaçılmaz görünür.

Bu təkliflər və çağırışlar reallaşa bilərmi?

Mütəllim Rəhimli Meydan Babayevə cavab verdi: Onlar 3-4 nəfərdirlər! |  Modern.az

Mütəllim Rəhimli 

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli “Yeni Müsavat”a söylədi ki, texnologiyaların inkişafı və qlobal iqtisadi dəyişikliklər dövlət idarəçiliyini daha səmərəli, şəffaf və vətəndaşa yaxın etməyi tələb edir: “Azərbaycanda son illərdə bu istiqamətdə ciddi addımlar atılıb: rəqəmsal transformasiya, elektron hökumət sistemləri və struktur islahatları vasitəsilə bürokratiya azaldılır, resurslar optimallaşdırılır. 2024-2025-ci illərdə bir sıra qurumlar birləşdirilib və ya ləğv edilib, lakin prosesin davam etdirilməsinə ehtiyac var”.

Onun sözlərinə görə, Azərbaycanda dövlət idarəçiliyi son 20 ildə əhəmiyyətli dəyişikliklər keçib, lakin strukturun mürəkkəbliyi hələ də problem yaradır: “Belə ki, sosial olaraq, vətəndaşlar uzun və bezikdirici, eləcə də süni yaradılmış prosedurlardan şikayətlənirlər. İqtisadi olaraq, büdcə xərcləri, nazirliklərin maaş fondları və infrastrukturun saxlanması xərcləri dövlətin yükünü artırır. Nəzərə almaq lazımdır ki, 2024-cü ildə dövlət büdcəsinin 30 faizindən çoxu idarəetməyə sərf olunub. Aparılan struktur islahatları beynəlxalq təcrübəyə və tövsiyələrə uyğundur və regionlarda məşğulluğu artıracaq. Bunun üçün zahiri qərarlar əvəzinə elmi-metodoloji yanaşma lazımdır. Analiz və simulyasiyadan istifadə vacibdir, çünki səhv islahatlar effektivliyi azalda bilər”.

Partiya sədri düşünür ki, İqtisadiyyat Nazirliyi ilə Energetika Nazirliyinin birləşdirilməsi, habelə Dövlət Gömrük Komitəsi ilə Dövlət Vergi Xidmətinin Maliyyə Nazirliyinə inteqrasiyası mümkündür: “Paralel iqtisadi siyasət və fiskal nəzarət funksiyalarının təkrarlanması bunu zəruri edir. İcbari Tibbi Sığorta və TƏBİB-in Səhiyyə Nazirliyinə, eləcə də Mədəniyyət Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin birləşdirilməsi reallığı çoxdur. Hətta Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birləşdirilməsi ehtimalını da istisna etmək olmaz. Sosial xidmətlərin vahid idarə edilməsi və resursların optimallaşdırılması bütün bunları gündəliyə gətirir. Həmçinin Kənd Təsərrüfatı Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birləşdirilməsi çox yaxşı olardı. Bu zaman təbii resursların inteqrasiyalı idarə edilməsinə nail olmaq olar”.

Natiq Cəfərli REAL-ın sədri oldu | Modern.az

Natiq Cəfərli

Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin sədri, iqtisadçı ekspert Natiq Cəfərli isə bir sıra təkliflərlə çıxış etdi: “Ölkədə indi ciddi qənaət rejiminə keçməyə ehtiyac var. Hökumətin effektivliyi artırılmalıdır. Çünki Azərbaycanın makroiqtisadi göstəriciləri yaxşı deyil. İnsanların gəlirləri sürətlə azalır. Bir çox sahələrdə qonşu ölkələrdən geri qalırıq. Onun üçün kiçik və effektiv hökumət modelinə keçid çox önəmlidir. Bu model həm də məsuliyyətin və səlahiyyətin doğru-düzgün bölünməsinə xidmət edəcək. Bu gün şəhərsalmaya, nəqliyyata, səhiyyəyə, tikintiyə və.s istiqamətlərə bir neçə dövlət qurumu nəzarət edir. Nəticədə məsuliyyəti də problem yaşanarkən bir-birilərinin üzərlərinə atmağa çalışırlar. Kiçik və effektiv hökumət modelində səlahiyyət və məsuliyyət bölgüsü əsasən dəqiq olmalıdır. Bundan başqa da qanunverici baza yenilənməlidir”.

Onun fikrincə, nazirliklərin və dövlət qurumlarının birləşdirilməsi çox vacibdir: “Amma bunun qanunverici bazası da yaradılmalıdır. Yəni Vergi, Gömrük məcəlləsi bu işlə paralel aparılmalıdır. Bundan başqa, təbii ki, ixtisarlar olacaq. Minlərlə insan ixtisar olacaqsa, bunların işlə təminatı üçün kiçik və orta sahibkarlığın artırılması, genişləndirilməsi, onların fürsətlərinin artırılması yolları tapılmalıdır. Yəni insanlar işsiz qalacaqlarsa, ciddi problemlər yaranacaq”.

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Azərbaycan bayrağı fonunda cəmi iki söz – “Be prepared” (Hazır olun). Bu qısa, amma son dərəcə sarsıdıcı mesaj ABŞ-da diqqətlə izlənilən analitik, təhlükəsizlik strateqi Lyuk Koffi tərəfindən X platformasında paylaşılıb və dərhal ciddi müzakirələrə səbəb olub. "Bakuinfo" xəbər verir ki, ABŞ siyasi dairələrinə yaxınlığı ilə tanınan Koffinin bu paylaşımı təsadüfi status deyil, geosiyasi mesaj, hətta bir növ xəbərdarlıq siqnalı kimi dəyərləndirilir. Lyuk Koffi kimdir və niyə dedikləri bu

22:46, 11 yanvar Siyasət

Məşhur əliyevçi, istiqlalçı deputat, polis rəisi vəfat etdi

Şərur rayonunun sabiq polis rəisi, Ali Sovetin deputatı, polis polkovnik-leytenantı Allahverdi Həsənov vəfat edib. "Bakuinfo" xəbər verir ki, bu barədə Naxçıvan Ali Məclisinin sabiq deputatı Fərəməz Novruzoğlu məlumat yayıb. Qeyd edək ki, Allahverdi Həsənov SSRİ-nin saxlanmasının əleyhinə səs verən 43 istiqlalçı deputatdan biridir. Sadiq əliyevçi kimi tanınan polis rəisi 2007-ci ildə (55 yaşında) təqaüdə çıxmışdı.

20:11, 10 yanvar Sosial

ŞAD XƏBƏR! Prezident həmin qanunu TƏSDİQLƏDİ

Müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı sənədlərə görə rüsumdan azad edilir. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 6-cı və "Dövlət rüsumu haqqında" qanunun 26-cı maddələrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin

21:09, 10 yanvar Sosial

Son Xəbərlər

Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti 6 ay azaldıldı

Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Qanuna əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət

13:54, 12 yanvar Hərbi

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Azərbaycan bayrağı fonunda cəmi iki söz – “Be prepared” (Hazır olun). Bu qısa, amma son dərəcə sarsıdıcı mesaj ABŞ-da diqqətlə izlənilən analitik, təhlükəsizlik strateqi Lyuk Koffi tərəfindən X platformasında paylaşılıb və dərhal ciddi müzakirələrə səbəb olub. "Bakuinfo" xəbər verir ki, ABŞ siyasi dairələrinə yaxınlığı ilə tanınan Koffinin bu paylaşımı təsadüfi status deyil, geosiyasi mesaj, hətta bir növ xəbərdarlıq siqnalı kimi dəyərləndirilir. Lyuk Koffi kimdir və niyə dedikləri bu

22:46, 11 yanvar Siyasət

Pezeşkian xalqı meydanlara çağırdı

İran Prezidenti Məsud Pezeşkian televiziya vasitəsilə xalqa müraciət edərək, ölkədə davam edən iğtişaşlara qarşı vətəndaşları mövqe nümayiş etdirməyə çağırıb. “Bakuinfo” xəbər verir ki, Prezident müraciətində İran xalqını meydanlara çıxmağa və iğtişaşçıların xalqın tələblərini təhrif etməsinə imkan verməməyə səsləyib. Pezeşkianın sözlərinə görə, İran cəmiyyəti dinc etirazları tanısa da, məscidləri və ictimai binaları yandıranları qəbul etmir: “Hökumət dinc etirazçıların tələblərini dinləməyə və

20:19, 11 yanvar Dünya

Nərgiz Qurbanlıya fəlsəfə doktoru elmi dərəcəsi verilib

Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi Nərgiz Qurbanlıya 05 dekabr 2025-ci il tarixli müvafiq qərara əsasən 5706.01 – Azərbaycan dili ixtisası üzrə filologiya elmləri elmi sahəsində fəlsəfə doktoru elmi dərəcəsi verilib. Nərgiz Qurbanlını təbrik edir, ona can sağlığı, fəaliyyətində yeni uğurlar arzulayırıq.

23:41, 10 yanvar Sosial

Hava kəskin soyudu: Bu tarixdə güclü qar yağacaq

Ötən gecədən Azərbaycanda və paytaxt Bakıda hava kəskin soyuyub. "Bakuinfo" bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün Bakıda havanın yağmursuz olacağı gözlənilir, bəzi rayonlara isə qar yağacaq. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək, axşam mülayim şimal-qərb küləyi ilə

23:25, 10 yanvar Sosial

Londonda İran səfirliyinə hücum olundu - Video

Londonda İran İslam Respublikasının səfirliyinin binasında etiraz aksiyası zamanı naməlum şəxs diplomatik nümayəndəliyin eyvanına çıxaraq ölkənin bayrağını şah dövrünün bayrağı ilə əvəzləyib. "Bakuinfo" xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb. Məlumata görə, hadisə yerində polis əməkdaşları var. Asayişin pozulmasının qarşısını almaq məqsədilə əlavə polis qüvvələri də əraziyə cəlb olunub.

22:48, 10 yanvar Dünya

ŞAD XƏBƏR! Prezident həmin qanunu TƏSDİQLƏDİ

Müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı sənədlərə görə rüsumdan azad edilir. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 6-cı və "Dövlət rüsumu haqqında" qanunun 26-cı maddələrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin

21:09, 10 yanvar Sosial

Məşhur əliyevçi, istiqlalçı deputat, polis rəisi vəfat etdi

Şərur rayonunun sabiq polis rəisi, Ali Sovetin deputatı, polis polkovnik-leytenantı Allahverdi Həsənov vəfat edib. "Bakuinfo" xəbər verir ki, bu barədə Naxçıvan Ali Məclisinin sabiq deputatı Fərəməz Novruzoğlu məlumat yayıb. Qeyd edək ki, Allahverdi Həsənov SSRİ-nin saxlanmasının əleyhinə səs verən 43 istiqlalçı deputatdan biridir. Sadiq əliyevçi kimi tanınan polis rəisi 2007-ci ildə (55 yaşında) təqaüdə çıxmışdı.

20:11, 10 yanvar Sosial

130 gün iş olmayacaq - RƏSMİ

2026-cı ilin istehsalat təqviminə əsasən, bayram günləri ilə yanaşı şənbə və bazar günləri də nəzərə alındıqda il ərzində ümumilikdə 130 gün iş olmayacaq. "Bakuinfo" xəbər verir ki, bu müddətə rəsmi bayramlar, qeyri-iş günləri və həftəsonları daxildir. Müvafiq təqvimə görə, qeyri-iş günlərinin böyük hissəsi həftəsonları ilə üst-üstə düşsə də, bir sıra bayram günləri əlavə istirahət imkanları yaradır. Qeyd edək ki, istehsalat təqvimi əmək qanunvericiliyinə uyğun olaraq tərtib edilir və

22:33, 09 yanvar Sosial

Rza Pəhləvi Trampdan kömək istədi

İranın devrilmiş şahının varisi Rza Pəhləvi ABŞ Prezidenti Donald Trampdan kömək istəyib. "Bakuinfo" xəbər verir ki, Pəhləvi müraciətində bildirib: "Zaman çox vacibdir. Sizdən kömək istəyirəm. Siz sübut etdiniz ki, sülhsevər və sözünüzün öhdəsindən gələn bir insansınız. Xahiş edirəm İran xalqına kömək etmək üçün müdaxilə etməyə hazır olun". Xatırladaq ki, bir gün öncə ABŞ Prezidenti Donald Tramp İran şahının oğlu Rza Pəhləvi ilə mümkün görüşə münasibət bildirib. Tramp qeyd

21:54, 09 yanvar Dünya

Powered by MirTech