Əliyev güzəştə getmədi, Putinin yanına qaçdılar
Ermənistan hökumətinin rəsmi saytı keçmiş Qarabağ məsələsi ilə bağlı açıqlanan əsas sənədlər (sayı 13-dür) və onların mahiyyətinə dair geniş təhlil yayıb. Bu sənədlər Ermənistan Baş naziri Nikol Paşinyanın bəyanatına uyğun olaraq, dekabrın 2-də dərc olunub. Sənədlər paketi danışıqlar prosesinin tam məntiqini göstərmək üçün yayımlanıb.
"Bakuinfo" xəbər verir ki, bu barədə “Armenpress” məlumat verib.
Ermənistan hökumətinin təhlilində deyilir:
“Yayımlanan sənədlər göstərir ki, Ermənistanda Qarabağ münaqişəsi ilə bağlı onilliklər ərzində miflər mövcud olub. Bu miflər “Qarabağ Hərəkatı”ndan hakimiyyətə gəlmiş siyasi elita (Robert Köçəryan-Serj Sərkisyan tandemi) tərəfindən yaradılıb. Miflər onların hakimiyyətə gəlməsi və qalmasını əsaslandırmaq üçün formalaşdırılıb və zamanla cəmiyyətin düşüncə tərzinə çevrilib. Bu tabular siyasi təkrarçılıq üçün istifadə olunub və hər təkrarçılıqdan sonra daha da möhkəmlənib, cəmiyyətə “mütləq həqiqət” kimi təqdim olunub”.
Analizdə qeyd edilir ki, ilk dövrdən etibarən beynəlxalq rəy “Qarabağ Hərəkatı”nın mövqeyinə zidd olub. Vurğulanır ki, danışıqlarda heç vaxt əsas mövzu “Qarabağın müstəqilliyi” və ya “Ermənistanla birləşmə” olmayıb. “Status” müzakirə edilsə də, bunun yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində olduğu bildirilir. Bu baxımdan, Azərbaycan liderləri Heydər Əliyev və İlham Əliyevin bütün danışıqlar prosesində dəyişməz prinsip və güzəştsiz mövqelərinə diqqət çəkilir.
“Bunlar Ermənistanda “öz müqəddəratını təyinetmə” anlayışının mifləşdirildiyini göstərir. “Qarabağın öz müqəddəratını təyinetmə hüququ” onun Azərbaycan daxilində muxtariyyət qazanması demək idi, müstəqillik yox”, - təhlildə bildirilir.
Ermənistan hökuməti bəyan edir ki, “Qarabağın statusu”nu Azərbaycanın razılığı olmadan müəyyən etmək mümkün deyildi. Azərbaycan da buna heç vaxt razılıq verməyib.
“Referendum ideyası da belə tərtib olunmuşdu ki, ona yalnız Qarabağda yaşayan ermənilər deyil, bütün Azərbaycan vətəndaşları qatılmalı idi. Bu isə de-fakto referendumun təkcə Qarabağda deyil, bütün Azərbaycanda keçirilməsi demək idi”, - təhlildə deyilir.
Təhlilə görə, ən diqqətçəkən sənəd Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın Rusiya Prezidenti Vladimir Putinə vəziyyəti ümumiləşdirən məktubudur.
Ermənistanın indiki hökumətinin fikrincə, məktubdan belə nəticələr çıxır:
“Sərkisyanın yüksək ehtimal verdiyi hərbi əməliyyatların yenidən başlaması
Ermənistan və Azərbaycan arasında hərbi balansının dəyişməsi;
ATƏT Minsk qrupunun orta və ya son status haqqında bəyanatlarının ərazilərin qaytarılması qarşılığında kifayət edən kompensasiya olmadığı;
Azərbaycan referendum və Qarabağın statusu ilə bağlı aydın öhdəlik götürmür və bu məsələdə Prezident Əliyev Azərbaycanın Konstitusiyasına istinad edir.
Məktub göstərir ki, Sərkisyan Rusiya tərəfindən hərbi-siyasi dəstək olmadan vəziyyətin kritik olduğunu başa düşüb, balans pozulduğu üçün müharibə qaçılmaz idi, sərt mövqelər və illərlə cəmiyyətin beyninə yeridilmiş “milli mübarizə” ideyaları müharibədən qaçmağa imkan vermirdi.
Təhlildə o da vurğulanır ki, Serj Sərkisyan Rusiyadan gözlənilən hərbi-siyasi dəstəkdə də problem görürdü, əks halda bu məktuba ehtiyac qalmazdı:
“Hərbi balans Rusiyanın Azərbaycanı aktiv şəkildə silahlandırması nəticəsində pozulmuşdu. Bundan başqa, Ermənistanın guya Qarabağ məsələsində Rusiyanın rəğbətini qazanmağa yönəlmiş birqütblü xarici siyasətinə baxmayaraq, 2016-cı ildə Ermənistan hakimiyyəti ilə Serj Sərkisyanı üz-üzə gətirən Rusiya xarici işlər naziri Sergey Lavrov (“Lavrov planı”) tərəfindən danışıqlar masası arxasında yeni yanaşmalar irəli sürülüb. Ona görə də Serj Sərkisyan bu məktubu ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin başçıları kimi ABŞ və ya Fransa prezidentlərinə deyil, Vladimir Putinin özünə ünvanlayır. Məhz bu məktubdan belə nəticə çıxara bilərik ki, Serj Sərkisyan 2016-cı ilin avqustunda ümidsiz vəziyyətdə olduğunu başa düşdü, Rusiya yanaşması dəyişməsə, müharibə qaçılmaz idi, hərbi balansın pozulması fonunda bundan qaçmaq mümkün deyildi, əslində, bu, əvvəlcədən proqnozlaşdırıla bilən nəticədir”.
Ermənistan rəhbərliyi hesab edir ki, bütün danışıqlar 1991-ci il dekabrında keçirilmiş “Qarabağ müstəqillik referendumunun legitimliyi”ni şübhə altına alıb. (Teleqraf)
Diqqət Çəkənlər
ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!
Azərbaycan bayrağı fonunda cəmi iki söz – “Be prepared” (Hazır olun). Bu qısa, amma son dərəcə sarsıdıcı mesaj ABŞ-da diqqətlə izlənilən analitik, təhlükəsizlik strateqi Lyuk Koffi tərəfindən X platformasında paylaşılıb və dərhal ciddi müzakirələrə səbəb olub. "Bakuinfo" xəbər verir ki, ABŞ siyasi dairələrinə yaxınlığı ilə tanınan Koffinin bu paylaşımı təsadüfi status deyil, geosiyasi mesaj, hətta bir növ xəbərdarlıq siqnalı kimi dəyərləndirilir. Lyuk Koffi kimdir və niyə dedikləri bu
Məşhur əliyevçi, istiqlalçı deputat, polis rəisi vəfat etdi
Şərur rayonunun sabiq polis rəisi, Ali Sovetin deputatı, polis polkovnik-leytenantı Allahverdi Həsənov vəfat edib. "Bakuinfo" xəbər verir ki, bu barədə Naxçıvan Ali Məclisinin sabiq deputatı Fərəməz Novruzoğlu məlumat yayıb. Qeyd edək ki, Allahverdi Həsənov SSRİ-nin saxlanmasının əleyhinə səs verən 43 istiqlalçı deputatdan biridir. Sadiq əliyevçi kimi tanınan polis rəisi 2007-ci ildə (55 yaşında) təqaüdə çıxmışdı.
ŞAD XƏBƏR! Prezident həmin qanunu TƏSDİQLƏDİ
Müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı sənədlərə görə rüsumdan azad edilir. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 6-cı və "Dövlət rüsumu haqqında" qanunun 26-cı maddələrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin
Son Xəbərlər
ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!
Azərbaycan bayrağı fonunda cəmi iki söz – “Be prepared” (Hazır olun). Bu qısa, amma son dərəcə sarsıdıcı mesaj ABŞ-da diqqətlə izlənilən analitik, təhlükəsizlik strateqi Lyuk Koffi tərəfindən X platformasında paylaşılıb və dərhal ciddi müzakirələrə səbəb olub. "Bakuinfo" xəbər verir ki, ABŞ siyasi dairələrinə yaxınlığı ilə tanınan Koffinin bu paylaşımı təsadüfi status deyil, geosiyasi mesaj, hətta bir növ xəbərdarlıq siqnalı kimi dəyərləndirilir. Lyuk Koffi kimdir və niyə dedikləri bu
Pezeşkian xalqı meydanlara çağırdı
İran Prezidenti Məsud Pezeşkian televiziya vasitəsilə xalqa müraciət edərək, ölkədə davam edən iğtişaşlara qarşı vətəndaşları mövqe nümayiş etdirməyə çağırıb. “Bakuinfo” xəbər verir ki, Prezident müraciətində İran xalqını meydanlara çıxmağa və iğtişaşçıların xalqın tələblərini təhrif etməsinə imkan verməməyə səsləyib. Pezeşkianın sözlərinə görə, İran cəmiyyəti dinc etirazları tanısa da, məscidləri və ictimai binaları yandıranları qəbul etmir: “Hökumət dinc etirazçıların tələblərini dinləməyə və
Nərgiz Qurbanlıya fəlsəfə doktoru elmi dərəcəsi verilib
Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi Nərgiz Qurbanlıya 05 dekabr 2025-ci il tarixli müvafiq qərara əsasən 5706.01 – Azərbaycan dili ixtisası üzrə filologiya elmləri elmi sahəsində fəlsəfə doktoru elmi dərəcəsi verilib. Nərgiz Qurbanlını təbrik edir, ona can sağlığı, fəaliyyətində yeni uğurlar arzulayırıq.
Hava kəskin soyudu: Bu tarixdə güclü qar yağacaq
Ötən gecədən Azərbaycanda və paytaxt Bakıda hava kəskin soyuyub. "Bakuinfo" bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün Bakıda havanın yağmursuz olacağı gözlənilir, bəzi rayonlara isə qar yağacaq. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək, axşam mülayim şimal-qərb küləyi ilə
Londonda İran səfirliyinə hücum olundu - Video
Londonda İran İslam Respublikasının səfirliyinin binasında etiraz aksiyası zamanı naməlum şəxs diplomatik nümayəndəliyin eyvanına çıxaraq ölkənin bayrağını şah dövrünün bayrağı ilə əvəzləyib. "Bakuinfo" xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb. Məlumata görə, hadisə yerində polis əməkdaşları var. Asayişin pozulmasının qarşısını almaq məqsədilə əlavə polis qüvvələri də əraziyə cəlb olunub.
ŞAD XƏBƏR! Prezident həmin qanunu TƏSDİQLƏDİ
Müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı sənədlərə görə rüsumdan azad edilir. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 6-cı və "Dövlət rüsumu haqqında" qanunun 26-cı maddələrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin
Məşhur əliyevçi, istiqlalçı deputat, polis rəisi vəfat etdi
Şərur rayonunun sabiq polis rəisi, Ali Sovetin deputatı, polis polkovnik-leytenantı Allahverdi Həsənov vəfat edib. "Bakuinfo" xəbər verir ki, bu barədə Naxçıvan Ali Məclisinin sabiq deputatı Fərəməz Novruzoğlu məlumat yayıb. Qeyd edək ki, Allahverdi Həsənov SSRİ-nin saxlanmasının əleyhinə səs verən 43 istiqlalçı deputatdan biridir. Sadiq əliyevçi kimi tanınan polis rəisi 2007-ci ildə (55 yaşında) təqaüdə çıxmışdı.
130 gün iş olmayacaq - RƏSMİ
2026-cı ilin istehsalat təqviminə əsasən, bayram günləri ilə yanaşı şənbə və bazar günləri də nəzərə alındıqda il ərzində ümumilikdə 130 gün iş olmayacaq. "Bakuinfo" xəbər verir ki, bu müddətə rəsmi bayramlar, qeyri-iş günləri və həftəsonları daxildir. Müvafiq təqvimə görə, qeyri-iş günlərinin böyük hissəsi həftəsonları ilə üst-üstə düşsə də, bir sıra bayram günləri əlavə istirahət imkanları yaradır. Qeyd edək ki, istehsalat təqvimi əmək qanunvericiliyinə uyğun olaraq tərtib edilir və
Rza Pəhləvi Trampdan kömək istədi
İranın devrilmiş şahının varisi Rza Pəhləvi ABŞ Prezidenti Donald Trampdan kömək istəyib. "Bakuinfo" xəbər verir ki, Pəhləvi müraciətində bildirib: "Zaman çox vacibdir. Sizdən kömək istəyirəm. Siz sübut etdiniz ki, sülhsevər və sözünüzün öhdəsindən gələn bir insansınız. Xahiş edirəm İran xalqına kömək etmək üçün müdaxilə etməyə hazır olun". Xatırladaq ki, bir gün öncə ABŞ Prezidenti Donald Tramp İran şahının oğlu Rza Pəhləvi ilə mümkün görüşə münasibət bildirib. Tramp qeyd
Azərbaycanda bu vəzifələr ləğv olundu
Azərbaycanın şəhər və rayon icra hakimiyyətlərinin aparatında ciddi struktur dəyişiklikləri edilib. Nəticədə bir sıra şöbələr ləğv edilərək sektorlarla əvəzlənib, bəzi şöbələr isə birləşdirilib. "Bakuinfo" “Yeni Sabah”a istinadən xəbər verir ki, bu proses icra hakimiyyətlərinin strukturu sayılan qəsəbə və kənd icra nümayəndəliklərini də əhatə edib. Nəticədə icra nümayəndəsinin müavini və baş mühasib vəzifələri ləğv olunub. Bu postlarda çalışan şəxslər ixtisara düşüb. Yenidən