İlham Əliyev Davosda Andre Esteveslə görüşdü
Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Braziliyanın aparıcı investisiya banklarından və aktivlərin idarə edilməsi şirkətlərindən biri olan "BTG Pactual" şirkətinin sədri Andre Esteves ilə görüşüb.
"Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın makroiqtisadi sabitliyinə və fiskal intizamına, həmçinin uzunmüddətli inkişaf strategiyasına toxunaraq, bu istiqamətdə həyata keçirilən siyasətin ölkəmizin beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsinə müsbət təsir göstərdiyini dedi.
Dövlət başçısı vurğuladı ki, dünyanın beynəlxalq reytinq agentlikləri ölkəmizin kredit reytinqini daha da artıraraq, investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırıb.
Rəhbərlik etdiyi şirkətin qlobal fəaliyyət coğrafiyası və institusional investorlarla iş təcrübəsi barədə danışan Andre Esteves "BTG Pactual"ın müxtəlif regionlarda tətbiq etdiyi investisiya yanaşmaları barədə məlumat verdi.
Qeyd olundu ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə bu şirkət arasında son dövrlərdə mümkün əməkdaşlıq istiqamətləri və strateji prioritetlər ətrafında ilkin müzakirələr aparılır, qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoq davam etdirilir.
Söhbət zamanı qlobal iqtisadi proseslər, beynəlxalq maliyyə bazarlarında mövcud vəziyyət və institusional investorların müxtəlif regionlara yanaşması, həmçinin inkişaf etməkdə olan bazarlarda investisiya mühiti, uzunmüddətli investisiya yanaşmaları və qarşılıqlı investisiya layihələri ilə bağlı fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, 1983-cü ildə təsis edilmiş "BTG Pactual" təxminən yarım trilyon ABŞ dollarından çox aktivləri idarə edir.
Diqqət Çəkənlər
Sabah qar yağacaq, şaxta olacaq - HAVA PROQNOZU
Azərbaycanda yanvarın 19-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin 18-dən 19-na keçən gecə və axşam saatlarında arabir yağıntılı olacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq
Azərbaycan yük təyyarələri Ermənistan səmasında... - Foto
Azərbaycanın yük aviaşirkəti “Silk Way”in təyyarələri Ermənistan hava məkanından uçuşlara başlayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Nəşr iddia edib ki, bu yaxınlarda “Flightradar24” xidmətində Ermənistan hava məkanı üzərindən belə bir uçuş qeydə alıb. Təyyarə Naxçıvandan Bakıya uçub. Bundan öncə yük təyyarələri Azərbaycan paytaxtından Gürcüstan və Türkiyə vasitəsilə Naxçıvana uçurdu. “Armaeronavigation” Ermənistan ərazisi üzərindən uçuşu
İlham İsmayıl xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır
Ekspert İlham İsmayıl xəstəxanaya yerləşdirilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı ekspertin bacısı Bəsti İsmayıl feysbuk hesabında paylaşım edib. O bildirib ki, İ.İsmayıl daxili qanaxma diaqnozu ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalına yerləşdirilib. Bəsti İsmayıl həmçinin qeyd edib ki, qardaşı Reanimasiya şöbəsində müalicə alır.
Son Xəbərlər
Ceyhun Bayramov Rubio ilə telefon danışığı apardı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 19-da ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Azərbaycan Xarici işlər Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı Azərbaycanla ABŞ arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional vəziyyət və Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə edilib. 8 avqust Vaşinqton Sülh Sammitindən sonra Strateji Tərəfdaşlıq
İranı hədələyib, Qəzza ilə bağlı xəbərdarlıq etdi
İsrailin Baş naziri Benyamin Netanyahu İranı təhdid edib. "Bakuinfo" xəbər verir ki, Netanyahu İrana xəbərdarlıq edərək deyib: "Əgər İran səhv edib bizə hücum edərsə, biz İrana əvvəllər heç vaxt rast gəlmədiyi bir güclə zərbə endirəcəyik". Baş nazir Qəzza ilə də bağlı açıqlama verib. O bildirib ki, Qəzzada nə türk, nə də qətərli əsgərlər olacaq. "Qəzzada prosesə nəzarət edəcək məsləhət şurası ilə bağlı amerikalılarla fikir ayrılıqlarımız var", - deyə Netanyahu qeyd
Kamçatkada 50 ilin ən dəhşətli soyuqları ölümə səbəb oldu - Fotolar
Rusiyanın Kamçatka yarımadasında 50 ilin ən kəskin qar fırtınası nəticəsində iki nəfər həyatını itirib. “Bakuinfo” xəbər verir ki, bu barədə “Meduza” nəşri məlumat yayıb. Bildirilib ki, Petropavlovsk-Kamçatski şəhərində yağıntıların miqdarı rekord həddə çataraq dekabrda aylıq normanın 316%-ni, yanvarın ilk yarısında isə daha 150%-ni təşkil edib. Məlumata görə, hazırda bölgədə fövqəladə vəziyyət rejimi davam edir. Regional Hidrometeorologiya Mərkəzinin rəhbəri Vera Polyakova bu vəziyyətin
Sabah Bakıya qar yağacaq
Bakıda və Abşeron yarımadasında yanvrın 20-də havanın soyuq və arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi, sulu qara, nisbətən yüksək ərazilərdə isə qara keçəcəyi gözlənilir. "Bakuinfo" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal küləyi arabir güclənəcək. Havanın temperaturu gecə və gündüz 0-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət 75-85% təşkil edəcək. Azərbaycanın rayonlarında
Sabah bu yollar bağlanacaq
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək. "Bakuinfo" xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edənlərin
İsrailin Azərbaycandakı sabiq səfiri vəfat etdi
İsrailin Azərbaycandakı keçmiş səfiri Eitan Naeh 63 yaşında vəfat edib. “Bakuinfo” xəbər verir bu barədə İsrailin Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, Eitan Naeh 2001-2005-ci illərdə Azərbaycanda fəaliyyət göstərib və İsraillə Azərbaycan arasında dostluq, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayıb.
İlham İsmayıl xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır
Ekspert İlham İsmayıl xəstəxanaya yerləşdirilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı ekspertin bacısı Bəsti İsmayıl feysbuk hesabında paylaşım edib. O bildirib ki, İ.İsmayıl daxili qanaxma diaqnozu ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalına yerləşdirilib. Bəsti İsmayıl həmçinin qeyd edib ki, qardaşı Reanimasiya şöbəsində müalicə alır.
Xabi Alonso yenidən Qurban Qurbanova qarşı?
Almaniyanın “Ayntraxt” klubu baş məşqçi postu üçün Xabi Alonsonu əsas namizədlərdən biri kimi nəzərdən keçirir. “Bakuinfo" xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Məlumata görə, klub rəhbərliyi yeni mövsüm öncəsi komandanın oyun üslubunu yeniləmək və daha ambisiyalı layihəyə başlamaq üçün ispan mütəxəssisi ciddi variant kimi qiymətləndirir. Xabi Alonso hazırda Avropada ən perspektivli gənc məşqçilərdən biri sayılır və onun çalışdırdığı komandalar hücumameyilli, dinamik
Azərbaycan yük təyyarələri Ermənistan səmasında... - Foto
Azərbaycanın yük aviaşirkəti “Silk Way”in təyyarələri Ermənistan hava məkanından uçuşlara başlayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Nəşr iddia edib ki, bu yaxınlarda “Flightradar24” xidmətində Ermənistan hava məkanı üzərindən belə bir uçuş qeydə alıb. Təyyarə Naxçıvandan Bakıya uçub. Bundan öncə yük təyyarələri Azərbaycan paytaxtından Gürcüstan və Türkiyə vasitəsilə Naxçıvana uçurdu. “Armaeronavigation” Ermənistan ərazisi üzərindən uçuşu
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTOLAR
Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib. "Bakuinfo" xəbər verir ki, dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. X X X 20 Yanvar hadisələri Azərbaycan xalqının tarixinə həm faciəli, kədərli, həm də qəhrəmanlıq, rəşadət səhifəsi kimi daxil olub, müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə