ABŞ-da hazırlanan gizli plan Bakıda belə deşifrə edildi – Məşhur ailədə qalmaqal başladı

Siyasət 15:54, 01 yanvar 2025, 2 122
ABŞ-da hazırlanan gizli plan Bakıda belə deşifrə edildi – Məşhur ailədə qalmaqal başladı

Vaxtaşırı ABŞ və Avropada Azərbaycanla bağlı müxtəlif planlar qurulur. Bunlar əsasən müsbət planlar olmur. Azərbaycan dövlətini hədəf alan, rəsmi Bakını şantaja məruz qoyan planlardan söhbət gedir.

2024-cü ilin sonlarına yaxın Qərbin Azərbaycanla bağlı növbəti planı iflas oldu. Söhbət Rüfət Səfərovla bağlı hazırlanan məlum şoudan gedir. Məişət məsələsinə görə həbs edilən bu şəxsi Bayden administrasiyası 1 nömrəli lider kimi cəmiyyətə sırımaq istədi. Heç bir ictimai-siyasi baqajı olmayan birinin süni şəkildə şişirdilməsi və xalqa təqdim edilməsi mümkün deyil. Artıq o dövrlər geridə qalıb. “Parnik liderləri” gün işığına çıxan kimi solurlar. Necə ki, bunu Rüfətin timsalında görürük.

O, saxlananda ABŞ Dövlət Departamenti “Rüfət Səfərovun Azərbaycanda saxlanılmasından dərin narahatıq və məsələni yaxından izləyirik” bəyanatını vermişdi. Vaşinqtonun narahatlığı daha çox özünə görə idi. Rüfətlə bağlı plan tamamilə pozulmuşdu. Onu Vaşinqtonda dövlət katibi Entoni Blinkenin vasitəsilə mükafatlandırıb, təlimatlandırıb, Azərbaycana göndərməli idilər. Bununla da yeni plan işə düşməli idi. Amma plan işə yox, suya düşdü…

Bir az geriyə qayıdıb, oxucuların yaddaşını yeniləyək. Dekabrın 10-da Beynəlxalq İnsan Haqları Günü münasibətilə ABŞ Dövlət Departamentində bir neçə ölkədən insan haqları müdafiəçilərinə Dövlət katibinin İnsan Hüquqları Müdafiəçisi Mükafatları təqdim olundu.

Amerikalıların “qaliblərindən” biri Azərbaycan insan hüquqları müdafiəçisi, “Müdafiə Xətti” təşkilatının həmtəsisçisi Rüfət Səfərov olub. Digər mükafat alan isə “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı idi. Mükafatları onlara şəxsən E.Blinken verməli idi.

sebeb

Rüfət Səfərov

Xatırladaq ki, Rüfət Səfərov 2024-cü ilin 4 dekabr tarixində torpaq alqı-satqısı ilə bağlı münaqişəyə görə saxlanılıb və haqqında dələduzluq, xuliqanlıq maddələri ilə cinayət işi açılıb. Göründüyü kimi, ortada siyasi, yaxud başqa bir səbəb yoxdur.

Qərb bu həbsi siyasiləşdirib, Bakıya təzyiq rıçaqları əldə etməyə çalışır. Lakin ortadakı gerçəklik tamam başqadır. Nədir o səbəb? Ailə amili! Daha doğrusu, Rüfətin atası Eldar Sabiroğlunun (Səfərovun) biabırçı əməlləri. Rüfət Səfərovun və atasının milli dəyərlərə, əxlaqa, mənəvi göstəricilərə əməl etməməsi oğul Səfərovun “paketdən açılmış yeni lider” kimi cəmiyyətə sırınmasına mane olur.

Eldar Sabiroğlunun internetdə yayılan səs yazısından, yəqin, çoxlarının məlumatı var. O səs yazılarından belə anlaşılır ki, Eldar Sabiroğlu yaxın qohumu (deyilənə görə, baldızı qızı, yəni arvadının bacısı qızı – red.) olan gənc qızla intim münasibət yaşayır. Yayılan səs yazılarında onların arasındakı dialoq bunu deməyə əsas verir. O səs yazılarında Səfərovlar ailəsində nə qədər iyrənc və mənəviyyata zidd mühitin olduğu tam çılpaqlığı ilə üzə çıxır. Eldar Sabiroğlu həmin səs yazılarında oğlu və arvadı haqda alçaldıcı, təhqiramiz sözlər işlədir. Səs yazıları həddən artıq iyrənc olduğundan və etik çərçivələri aşdığından onların linklərini verməyi məqsədəuyğun hesab etmirik. Amma Yutub və Quqlda Eldar Sabiroğlunun adı ilə axtarışa verdikdə dərhal üzə çıxır.

Əldə etdiyimiz məlumata görə, Rüfətin ailəsində yenə gərginlik yaşanır. Atası Eldarın baldızı qızı ilə səs yazıları ailəni əməlli-başlı sarsıdıb. Bildirilir ki, Eldar Sabiroğlunun qızı Turan Səfərova Rüfətdən və atasından qeyrətli çıxıb. Atasına deyib ki, onun pozğun hərəkətləri qəbuledilməzdir. Atasına xatırladıb ki, 90-ci illərdə dövlət ona xaricdə ağır ürək əməliyyatı keçirməsi üçün kömək edib. Sonra isə Eldar Sabiroğlu Müdafiə Nazirliyində yüksək posta – mətbuat xidmətinin rəisi vəzifəsinə gətirilib. O, keçmiş müdafiə naziri Səfər Əbiyevlə birləşib, dövlətə qarşı çıxıblar, ona xəyanət ediblər. Eldar Sabiroğlu Səfər Əbiyevin orduda yol verdiyi qanunsuzluqların, özübaşınalıqların ört-basdır edilməsində canfəşanlıq göstərib. Bu haqda yazan mətbuat orqanlarının məhkəməyə verilməsində “ilana ağı verən kərtənkələ” rolunu oynayıb.

eldar sabiroglu 000

Eldar Sabiroğlu

Azərbaycan ordusunda ən böyük maliyyə yeyintisi, qanunsuzluq, dərəbəylik, “dedovşina” məhz Səfər Əbiyevin nazir olduğu, Eldar Sabiroğlu isə mətbuat xidmətinin rəisi işlədiyi dövrə təsadüf edir. S.Əbiyevin Qərbin kəşfiyyat orqanlarına bağlı biri olduğu barədə Azərbaycan mediasında bir neçə dəfə yazılıb. Təsadüfü deyil ki, o, vəzifədən çıxarıldıqdan sonra Çexiyaya sığınıb. Hətta deyilənə görə, oranın vətəndaşlığını alıb. Çexiya Şərqi Avropada Vaşinqtonun əsas kəşfiyyat bazası hesab edilir.

Rüfət Səfərovun Feysbuk hesabı xaricdə yaşayan müxalif jurnalist Azər Kazımzadə tərəfindən idarə olunur. O da, öz növbəsində, təlimatları Avropa ölkələrindən alır.

Bir məqama diqqət edək: Qərbin potensial lider hesab etdiyi şəxslər – hansılara ki investisiya qoyublar – tamamilə keyfiyyətsiz olurlar. Bir zamanlar ABŞ dövlət katibi Hillari Klintonun himayəsində olan Bəxtiyar Hacıyevin necə bir əxlaq və həyat tərzinə sahib olduğunu hər kəs gec də olsa bildi. Onu qızğın şəkildə müdafiə edən yüzlərlə insan sosial şəbəkələrdə bu əməllərindən peşman olduqlarını yazdılar. Rüfət Səfərov da öz səviyyəsiz və kriminal hərəkətlərinə görə cəmiyyətin içində nüfuz qazana bilməyib. Axırda da kriminal hadisələrə görə həbs edilib.

Bu da onu göstərir ki, Qərbin ağıllı və potensiallı bilib irəli çəkmək istədiyi, lider kimi sırımağa çalışdı şəxslər Azərbaycanda nəinki nüfuza malikdirlər, hətta qanunlara belə riayət etmirlər. Çünki öz Vətəninə xəyanət etməyə hazır olan insanlar heç vaxt hörmət qazana bilməzlər.

Bir sözlə, Səfərovlar əl birliyi ilə Qərbin planını sıfırladılar. Bunun hesab-fakturasını isə Azərbaycan iqtidarının ayağına yazmağa çalışırlar…

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Bunu etmək rəsmən qadağan edildi - Prezident TƏSDİQLƏDİ

Sayt və sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik hərəkətləri qadağan edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib. Qanuna əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan

15:05, 15 yanvar Sosial

Meyiti tapılan tələbə məşhur iş adamının qızı imiş

Xəbər verdiyimiz kimi, Naxçıvan Dövlət Universitetinin Türkiyədən olan iki tələbəsi dünyasını dəyişib. "Bakuinfo" xəbər verir ki, onlardan biri - tibb ixtisası üzrə təhsil alan II kurs tələbəsi Büşra Aksu əslən Türkiyənin Ordu ilindəndir. Tələbə Orduda tanınmış iş adamı Sezai Aksunun qızıdır. Xatırladaq ki, tələbələr ötən gün dəm qazından zəhərlənərək ölüblər. (Unikal.az)

12:30, 15 yanvar Sosial

Bu nazirliklər birləşdirilir

Ermənistan Əmək və Sosial Məsələlər Nazirliyi Səhiyyə Nazirliyi ilə birləşməklə vahid agentlik yaratmaq barədə müzakirələr aparır. "Bakuinfo" "Joğovurd" qəzetinə istinadən xəbər verir ki, plan Arsen Torosyanın rəhbərlik etmək niyyətində olduğu vahid struktur yaratmaqdır. Qeyd olunur ki, təşəbbüs nazirlik işçiləri arasında narazılığa səbəb olub. Qəzet bildirir ki, sistem daxilində təklif olunan dəyişikliklər idarəetmə islahatı deyil, hakimiyyəti cəmləşdirmək və

11:15, 15 yanvar Dünya

Son Xəbərlər

Həmzət Çimayev ölüb?

Adam Kadırovun iştirak etdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı yeni iddialar yayılıb. Musavat.com-un məlumatına görə, qəza zamanı avtomobildə Adamlə birlikdə UFC döyüşçüsü Həmzət Çimayevin də olduğu və onun ağır xəsarətlər aldığı bildirilir. Eyni zamanda, bəzi kanallarda Həmzət Çimayevin öldüyü iddiaları da paylaşılır. Lakin hazırda bu məlumatların heç biri rəsmi qurumlar və ya döyüşçünün yaxınları tərəfindən təsdiqlənməyib. Hadisə ilə bağlı Çeçenistanın rəsmi strukturları, eləcə də Adam

02:30, 17 yanvar Dünya

Bu tarix də bayramlar sırasına daxil edildi - RƏSMİ

20 Sentyabr – Dövlət Suverenliyi Günü iş günü hesab edilən bayram günü olub. "Bakuinfo" bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb Qanuna əsasən, Dövlət Suverenliyi Günü Azərbaycan Respublikasının bayramları sırasına daxil edilib.

22:50, 16 yanvar Sosial

Kadırovun oğlu qəzaya düşdü

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adəm Kadırovun olduğu kortej Qroznıda qəzaya uğrayıb. “Bakuinfo" xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb. Bildirilib ki, hadisə nəticəsində yaralanan Adəm Kadırov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib Qeyd edilib ki, o, hazırda reanimasiyadadır və Moskva şəhərinə təxliyə üçün hazırlanır. Qəzada bir nəfərin öldüyü də vurğulanıb. İnternetdə yayılan məlumatlara görə, Adəm Kadırovun korteji yüksək sürətlə hərəkət edib.

22:33, 16 yanvar Dünya

Bütün KFC restoranları bağlandı

Rusiyada KFC (Kentucky Fried Chicken - ing. 1930-cu ildə ABŞ-də yaradılan fastfud şəbəkəsi) restoranları bağlanıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat dərc edib. Qeyd olunur ki, bütün restoranlar "Rostic" brendi altında fəaliyyət göstərir və inkişaf edir. Hazırda "Rostic"in müəssisələrinin ümumi sayı 1,3 mini keçib.

18:23, 16 yanvar Dünya

Yeni sədr Əfqan Cəlilov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezidentin bu gün imzaladığı Sərəncamla Əfqan Süleyman oğlu Cəlilov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədr təyin edilib. "Bakuinfo" xəbər verir ki, o, bu təyinatadək Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədrinin əvəzi vəzifəsində çalışıb. Belə ki, Əfqan Süleyman oğlu Cəlilov 1978-ci ildə anadan olub. 1995 – 2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsi üzrə bakalavr, daha

17:18, 16 yanvar Sosial

“Şöhrət” ordeni ilə təltif olunan Nadejda İsmayılova kimdir? – DOSYE

Azərbaycan Respublikasında jurnalistika sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Nadejda Vasilyevna İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib. “Bakuinfo” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Dövlət başçısının qərarı Nadejda İsmayılovanın Azərbaycan mətbuatının inkişafında göstərdiyi xüsusi xidmətlərin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir. Nadejda İsmayılova kimdir? – Qısa dosye Nadejda Vasilyevna İsmayılova Azərbaycan

17:15, 16 yanvar Sosial

Nadejda İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi

Azərbaycan Respublikasında jurnalistika sahəsində xüsusi xidmətlərinə görə Nadejda Vasilyevna İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

17:11, 16 yanvar Ölkə

İlham Əliyev onu sədr təyin etdi - SƏRƏNCAM

Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Əfqan Süleyman oğlu Cəlilov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri təyin edilib.

17:10, 16 yanvar Ölkə

Sabiq icra başçısının oğlu Yevlaxda adam güllələdi

Bu gün Yevlaxda silahlı insident baş verib. "Bakuinfo" xəbər verir ki, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində 46 yaşlı tanışının ayaq nahiyəsinə xəsarət yetirib. Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Əldə etdiyimiz digər məlumata görə, Zaur Səmədov Yevlaxın sabiq icra başçısı Qoca

15:39, 16 yanvar Kriminal

Nəsimi rayonuna artıq o rəhbərlik edəcək

Xəbər verdiyimiz kimi, ötən ilin dekabrında Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Elxan İbrahimov vəzifəsindən uzaqlaşdırıldı. Bundan sonra yerli KİV-də onun səlahiyyətlərinin müvəqqəti olaraq birinci müavin Gülarə Verdiyevaya tapşırılması ilə xəbərlər yayılmışdı. "Bakuinfo" xəbər verir ki, Gülarə Verdiyevaya tapşırılan səlahiyyətlər ondan alınıb. Hazırda isə icra başçısının səlahiyyətlərini müvəqqəti icrası digər müavin Zahid Xəlilovdur. Fotoda Zahid Xəlilov Nəsimi

15:23, 16 yanvar Sosial

Powered by MirTech