İcra başçılarına QADAĞALAR qoyuldu

Siyasət 11:37, 18 yanvar 2025, 85
İcra başçılarına QADAĞALAR qoyuldu

Son illərdə ölkənin müxtəlif bölgələrində, həmçinin paytaxt Bakıda icra başçılarının “tikinti maqnatı” kimi fəaliyyət göstərməsi və bu sahədə qanunsuz addımlar atması ilə bağlı xəbərlər geniş müzakirə mövzusu olub. Qeyri-qanuni yollarla inşa edilən və satılan binalar həm əmlak bazarında neqativ təsirlər göstərib, həm də tikinti sahəsində qanunvericiliyin pozulması ilə bağlı ciddi narahatlıqlara səbəb olub. 

“Bakuinfo”  “modern.az”a istinadən xəbər verir ki, Bakıda icra başçılarının bina tikintisi ilə məşğul olmasına qadağa qoyulub.

Artıq icra başçıları paytaxt ərazisində çoxmərtəbəli binaların, həmçinin həyət evlərinin tikintisi və satışı ilə məşğul ola bilməyəcəklər. 

Bakı şəhərində qanunsuz tikinti hallarının qarşısını almaq məqsədilə yeni qaydaların tətbiq olunduğu bildirilir. Bu qadağa ilə paytaxt ərazisində qanunsuz tikintilərin azalması və tikinti sahəsində şəffaflığın təmin edilməsi məqsədinin güdüldüyü qeyd olunur. 

Məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, qərar yerli icra strukturlarının fəaliyyətinə daha ciddi nəzarət ediləcəyini göstərir. Qərarın qəbul edilməsində ötən il təsdiqlənmiş Bakının Baş Planı da mühüm rol oynayıb. Baş Plan paytaxtın şəhərsalma qaydalarının nizamlanması, qeyri-qanuni tikintilərin qarşısının alınması və müasir şəhərsalma standartlarının tətbiqi məqsədi daşıyır. Bu sənəd çərçivəsində Bakı şəhərində tikinti sahəsində fəaliyyətlərin ciddi nəzarət altına alınması və şəffaflığın artırılması nəzərdə tutulur. 

Ekspertlər deyir ki, icra başçılarının tikinti fəaliyyətinə qadağa qoyulmasının əmlak bazarına və şəhərsalma qaydalarına mühüm təsiri olacaq. Qeyri-qanuni tikintilərin azalması nəticəsində bazarda rəqabət mühiti sağlamlaşacaq. 

Eyni zamanda tikinti sahəsindəki bu qərar şəhərin ümumi arxitekturasının Baş Plana uyğun şəkildə inkişafına töhfə verəcək və şəhərsalma qaydalarının daha dəqiq tətbiqinə imkan yaradacaq.

Bu dəyişikliklərin tikinti sektoru və əmlak bazarına nə kimi təsiri olacaq? 

Onu da nəzərə çatdıraq ki, Prezident İlham Əliyev dəfələrlə şəhərsalma qaydalarına riayət olunmasının vacibliyini vurğulayıb və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılığı olmadan heç bir binanın tikilməməsi barədə xəbərdarlıq etmişdi. 

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb:

“Bakı şəhərinin ən son Baş Planı 1986-cı ildə təsdiq edilmişdi ki, artıq bütün tikililər ona uyğun olaraq inşa olunmalı idi. Lakin daha sonra Sovet İttifaqının dağılması, Birinci Qarabağ müharibəsi və digər amillər insanların böyük bir hissəsinin böyük şəhərlərə, xüsusən də Bakıya axın etməsinə səbəb oldu. Zamanında tikilmiş pərakəndə şəkildə çoxmənzilli yaşayış binaları və evlər demək olar ki, paytaxtın bütün infrastrukturunu alt-üst etdi və Bakı plansız şəkildə tikildi.

2018-ci ilə qədər çoxmənzilli binaların inşası ilə bağlı sərəncamları yerli icra hakimiyyətləri verirdi ki, 2018-ci ildən sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yarandı və tikinti ilə bağlı, xüsusən də çoxmənzilli yaşayış binalarına dair bütün sərəncam hüquqları bu komitə tərəfindən təsdiqlənir. Zamanında tikilmiş pərakəndə şəkildə çoxmənzilli yaşayış binaları artıq yeni Baş Planın qurulmasına ciddi şəkildə problemlər yaradır və sıxlıq əmələ gəlir ki, bu da həmçinin insan sıxlığı ilə bərabər, avtomobillərin də hərəkətində ciddi problemlər yaradır. Tikinti işlərini həyata keçirən insanların böyük bir hissəsi vəzifəli şəxslər olub ki, onların himayədarlığı ilə Bakı şəhərində bu qədər pərakəndə çoxmənzilli yaşayış binaları plansız şəkildə tikilib”.

Ekspert qeyd edir ki, əksər hallarda hansısa tikinti sahibi görünməyən tərəf olur.

Görünən tərəf sıradan bir şəxs, yəni icraçı direktor qismində görünür. İstər icra hakimiyyətləri, istərsə də digər böyük vəzifəli şəxslər adətən tikintilərlə bağlı bu cür addımlar atırlar. Tikintini maliyyələşdirən, yaxud digər icazələrin alınması həmin şəxslərin özləri tərəfindən aparılsa da, görünən tərəflər tam başqadır. Hazırda vəzifəli şəxsin böyük biznes fəaliyyəti ilə məşğul olması qanunvericilikdə qadağan olunduğu üçün onlar istər tikinti, istərsə də digər sahələrdə də görünməyən tərəf kimi çıxış edirlər. Təbii ki, gələcəkdə də bu cür hallar baş verə bilər, çünki həmin şəxslər rəsmi olaraq həmin şirkətlərdə görünmürlər, həmin şirkətləri yalnız və yalnız maliyyələşdirən və kənardan idarə edən şəxslərdir.

Ölkəmizdə tikinti ilə bağlı peşəkar şirkətlər mövcuddur və həmin peşəkar şirkətlər bu gün də fəaliyyət göstərirlər, lakin onların daha sürətlə quruculuq işlərində rollarının olması üçün xüsusən də tikinti şirkətlərinə müəyyən güzəştlər tətbiq olunmalıdır. Çünki Bakı şəhərinin Baş Planı təsdiq olunub və 2040-cı ilə qədər paytaxt Baş Planda əks olunan formada olmalıdır.

Təbii ki, həmin söküntü və tikinti işləri, xüsusən də köhnə yaşayış məntəqələrinin sökülməsi və yenidən tikilməsi daha çox özəl sektor tərəfindən həyata keçirilir. Özəl sektorun bu işi daha sürətlə apara bilməsi üçün müvafiq sahəyə ciddi şəkildə dəstək olunması tələb olunur. Əks halda, paytaxtda mövcud olan yüzlərlə, hətta minlərlə istismar müddətini başa vurmuş binanın gələcəkdə sökülməsi gecikərsə, zəlzələ, sürüşmə və təbii fəlakət baş verəndə artıq paytaxt şəhərində çox sayda çoxmənzilli binaların uçub dağılması qaçılmaz ola bilər".

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Bunu etmək rəsmən qadağan edildi - Prezident TƏSDİQLƏDİ

Sayt və sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik hərəkətləri qadağan edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib. Qanuna əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan

15:05, 15 yanvar Sosial

Meyiti tapılan tələbə məşhur iş adamının qızı imiş

Xəbər verdiyimiz kimi, Naxçıvan Dövlət Universitetinin Türkiyədən olan iki tələbəsi dünyasını dəyişib. "Bakuinfo" xəbər verir ki, onlardan biri - tibb ixtisası üzrə təhsil alan II kurs tələbəsi Büşra Aksu əslən Türkiyənin Ordu ilindəndir. Tələbə Orduda tanınmış iş adamı Sezai Aksunun qızıdır. Xatırladaq ki, tələbələr ötən gün dəm qazından zəhərlənərək ölüblər. (Unikal.az)

12:30, 15 yanvar Sosial

Bu nazirliklər birləşdirilir

Ermənistan Əmək və Sosial Məsələlər Nazirliyi Səhiyyə Nazirliyi ilə birləşməklə vahid agentlik yaratmaq barədə müzakirələr aparır. "Bakuinfo" "Joğovurd" qəzetinə istinadən xəbər verir ki, plan Arsen Torosyanın rəhbərlik etmək niyyətində olduğu vahid struktur yaratmaqdır. Qeyd olunur ki, təşəbbüs nazirlik işçiləri arasında narazılığa səbəb olub. Qəzet bildirir ki, sistem daxilində təklif olunan dəyişikliklər idarəetmə islahatı deyil, hakimiyyəti cəmləşdirmək və

11:15, 15 yanvar Dünya

Son Xəbərlər

Həmzət Çimayev ölüb?

Adam Kadırovun iştirak etdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı yeni iddialar yayılıb. Musavat.com-un məlumatına görə, qəza zamanı avtomobildə Adamlə birlikdə UFC döyüşçüsü Həmzət Çimayevin də olduğu və onun ağır xəsarətlər aldığı bildirilir. Eyni zamanda, bəzi kanallarda Həmzət Çimayevin öldüyü iddiaları da paylaşılır. Lakin hazırda bu məlumatların heç biri rəsmi qurumlar və ya döyüşçünün yaxınları tərəfindən təsdiqlənməyib. Hadisə ilə bağlı Çeçenistanın rəsmi strukturları, eləcə də Adam

02:30, 17 yanvar Dünya

Bu tarix də bayramlar sırasına daxil edildi - RƏSMİ

20 Sentyabr – Dövlət Suverenliyi Günü iş günü hesab edilən bayram günü olub. "Bakuinfo" bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb Qanuna əsasən, Dövlət Suverenliyi Günü Azərbaycan Respublikasının bayramları sırasına daxil edilib.

22:50, 16 yanvar Sosial

Kadırovun oğlu qəzaya düşdü

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adəm Kadırovun olduğu kortej Qroznıda qəzaya uğrayıb. “Bakuinfo" xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb. Bildirilib ki, hadisə nəticəsində yaralanan Adəm Kadırov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib Qeyd edilib ki, o, hazırda reanimasiyadadır və Moskva şəhərinə təxliyə üçün hazırlanır. Qəzada bir nəfərin öldüyü də vurğulanıb. İnternetdə yayılan məlumatlara görə, Adəm Kadırovun korteji yüksək sürətlə hərəkət edib.

22:33, 16 yanvar Dünya

Bütün KFC restoranları bağlandı

Rusiyada KFC (Kentucky Fried Chicken - ing. 1930-cu ildə ABŞ-də yaradılan fastfud şəbəkəsi) restoranları bağlanıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat dərc edib. Qeyd olunur ki, bütün restoranlar "Rostic" brendi altında fəaliyyət göstərir və inkişaf edir. Hazırda "Rostic"in müəssisələrinin ümumi sayı 1,3 mini keçib.

18:23, 16 yanvar Dünya

Yeni sədr Əfqan Cəlilov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezidentin bu gün imzaladığı Sərəncamla Əfqan Süleyman oğlu Cəlilov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədr təyin edilib. "Bakuinfo" xəbər verir ki, o, bu təyinatadək Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədrinin əvəzi vəzifəsində çalışıb. Belə ki, Əfqan Süleyman oğlu Cəlilov 1978-ci ildə anadan olub. 1995 – 2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsi üzrə bakalavr, daha

17:18, 16 yanvar Sosial

“Şöhrət” ordeni ilə təltif olunan Nadejda İsmayılova kimdir? – DOSYE

Azərbaycan Respublikasında jurnalistika sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Nadejda Vasilyevna İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib. “Bakuinfo” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Dövlət başçısının qərarı Nadejda İsmayılovanın Azərbaycan mətbuatının inkişafında göstərdiyi xüsusi xidmətlərin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir. Nadejda İsmayılova kimdir? – Qısa dosye Nadejda Vasilyevna İsmayılova Azərbaycan

17:15, 16 yanvar Sosial

Nadejda İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi

Azərbaycan Respublikasında jurnalistika sahəsində xüsusi xidmətlərinə görə Nadejda Vasilyevna İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

17:11, 16 yanvar Ölkə

İlham Əliyev onu sədr təyin etdi - SƏRƏNCAM

Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Əfqan Süleyman oğlu Cəlilov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri təyin edilib.

17:10, 16 yanvar Ölkə

Sabiq icra başçısının oğlu Yevlaxda adam güllələdi

Bu gün Yevlaxda silahlı insident baş verib. "Bakuinfo" xəbər verir ki, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində 46 yaşlı tanışının ayaq nahiyəsinə xəsarət yetirib. Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Əldə etdiyimiz digər məlumata görə, Zaur Səmədov Yevlaxın sabiq icra başçısı Qoca

15:39, 16 yanvar Kriminal

Nəsimi rayonuna artıq o rəhbərlik edəcək

Xəbər verdiyimiz kimi, ötən ilin dekabrında Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Elxan İbrahimov vəzifəsindən uzaqlaşdırıldı. Bundan sonra yerli KİV-də onun səlahiyyətlərinin müvəqqəti olaraq birinci müavin Gülarə Verdiyevaya tapşırılması ilə xəbərlər yayılmışdı. "Bakuinfo" xəbər verir ki, Gülarə Verdiyevaya tapşırılan səlahiyyətlər ondan alınıb. Hazırda isə icra başçısının səlahiyyətlərini müvəqqəti icrası digər müavin Zahid Xəlilovdur. Fotoda Zahid Xəlilov Nəsimi

15:23, 16 yanvar Sosial

Powered by MirTech