AzTV Rusiyanı yıxıb sürüdü - "Rusların tərbiyəsizliyini gördük, oyun bitdi" - Video
Azərbaycan Dövlət Televiziyası (AzTV) Rusiyanı sərt tənqid edib.
"Bakuinfo" xəbər verir ki, televiziyanın rəhbəri, siyasi icmalçı Rövşən Məmmədovun müəllifi olduğu "Həftə" analitik-informasiya proqramının yanvarın 19-da efirə gedən buraxılışında Bakı-Moskva əlaqələrinə, AZAL-a məxsus təyyarənin Rusiyada vurulduqdan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra baş verən proseslərə, son günlər Rusiya mətbuatında Azərbaycanın ünvanına səsləndirilən tənqid və təhqirlərə, bunun arxasında kimlərin dura biləcəyinə geniş toxunulub.

Verilişdə qeyd olunub ki, Rusiya-Ukrayna müharibəsində, Vaşinqton-Moskva və Rusiya-Avropa İttifaqı ziddiyyətlərində Azərbaycan hər zaman obyektiv mövqe tutub, heç zaman Qərbin digər region ölkələrinə, xüsusilə də Şimal ölkəsinə qarşı həyata keçirdiyi əsassız sanksiya kampaniyasına qoşulmayıb.
AzTV sədri vurğulayıb ki, bütün bunlara baxmayaraq, düşündürücü məqamlar var. Məsələn, Ermənistan bütün siyasətini Rusiyanın maraqlarını və nüfuzunu tapdalamaq üzərində qurduğu halda, Moskvadan İrəvan əleyhinə rəsmi səviyyədə yalnız yumuşaq bəyanatlar verilir: "Görəsən niyə? Azərbaycan isə regional maraqları qoruduğu, Qərbin bölgə ölkələrinə, ilk növbədə Rusiyaya qarşı hesablanmış oyunlarına alət olmadığı, region dövlətləri, həm də Rusiya ilə əlaqələri üstün tutduğu halda, ölkəmiz elə Şimaldan gah neonasistlərin dili ilə hədələnir, təhqir olunur, gah da rəsmi Kremlin birbaşa media ruporu olan “Komsomolskaya Pravda” qəzetinin dili ilə Azərbaycan barədə həqiqətdən uzaq, uydurma informasiyalar dövriyyə buraxılır.
Son günlər bu əks-təbliğat daha çox Bakı-Qroznu təyyarəsinin vurulması ətrafında gedir. Pilotların danışıqlarını yayaraq izi azdırmağa, diqqəti əsas məsələdən yayındıraraq Azərbaycanı günahkar çıxarmağa cəhdlər göstərilir. Etiraf edək ki, biz Rusiyadan obyektiv davranma, hadisənin obyektiv və hərtərəfli araşdırılmasını gözləyirdik. Yəni baş vermiş hadisədə günahı olan ölkə mütləq şəkildə üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Ancaq bu gün bunun əksi baş verir. Görünür, ruslar oyun oynamağa həvəslidirlər.
Sadəcə bilsinlər ki, bu oyunlar, günahı üzərindən atmaq taktikası, Bakının haqlı tələblərindən boyun qaçırmaq ikitərəfli münasibətlərə də ciddi zərbə vurur. Onu da bilsinlər ki, istər Rusiya, istərsə də Qərb olsun, beynəlxalq prosesləri yalnız özlərinin müəyyən etdiyi "Yol xəritəsi" əsasında inkişaf etdirə, həyata keçirə bilməzlər. Başqa dövlətlərə və xalqlara hörmət, hüquqlarına dəyər vermək hər kəsin, o cümlədən Rusiyanın borcudur.

Bu gün məhz Moskvanın hakimiyyət dairələrinin nəzarətində olan media resurslarında Azərbaycan xalqının və dövlətinin təhqir olunması həm anlaşılmaz, həm də yolverilməzdir. Biz başa düşmədik, təyyarəsi vurulan biz, vətəndaşlarını və təcrübəli pilotlarını itirən biz, təhqir olunan da biz!. Əvvəla, baş vermiş hadisəyə münasibətdə hər kəs öz tərbiyəsini ortaya qoyur. Rusların tərbiyəsini və ya tərbiyəsizliyini gördük".
Verilişdə vurğulanıb ki, Rusiya suallara cavab verməlidir: "Suallara cavab vermək mütləqdir, önəmlidir, hörmətli Kreml rəsmiləri. Daha, ucuz şoular və təhqirlər lazım deyil. Azərbaycan haqlı olaraq hesab edir ki, bu təhqir və hədələrin kökü məhz Kremlə qədər gedib çıxır. Bu adi bir media orqanının yazdığı təhqir və hədə deyil. Ucuz şouya və yaxud komediyaya da məhz orada, birbaşa Federal Təhlükəsizlik Xidmətinin əli ilə start verilib".
AzTV-də yayımlanan həmin süjeti təqdim edirik:
Diqqət Çəkənlər
Bunu etmək rəsmən qadağan edildi - Prezident TƏSDİQLƏDİ
Sayt və sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik hərəkətləri qadağan edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib. Qanuna əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan
Meyiti tapılan tələbə məşhur iş adamının qızı imiş
Xəbər verdiyimiz kimi, Naxçıvan Dövlət Universitetinin Türkiyədən olan iki tələbəsi dünyasını dəyişib. "Bakuinfo" xəbər verir ki, onlardan biri - tibb ixtisası üzrə təhsil alan II kurs tələbəsi Büşra Aksu əslən Türkiyənin Ordu ilindəndir. Tələbə Orduda tanınmış iş adamı Sezai Aksunun qızıdır. Xatırladaq ki, tələbələr ötən gün dəm qazından zəhərlənərək ölüblər. (Unikal.az)
Bu nazirliklər birləşdirilir
Ermənistan Əmək və Sosial Məsələlər Nazirliyi Səhiyyə Nazirliyi ilə birləşməklə vahid agentlik yaratmaq barədə müzakirələr aparır. "Bakuinfo" "Joğovurd" qəzetinə istinadən xəbər verir ki, plan Arsen Torosyanın rəhbərlik etmək niyyətində olduğu vahid struktur yaratmaqdır. Qeyd olunur ki, təşəbbüs nazirlik işçiləri arasında narazılığa səbəb olub. Qəzet bildirir ki, sistem daxilində təklif olunan dəyişikliklər idarəetmə islahatı deyil, hakimiyyəti cəmləşdirmək və
Son Xəbərlər
Həmzət Çimayev ölüb?
Adam Kadırovun iştirak etdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı yeni iddialar yayılıb. Musavat.com-un məlumatına görə, qəza zamanı avtomobildə Adamlə birlikdə UFC döyüşçüsü Həmzət Çimayevin də olduğu və onun ağır xəsarətlər aldığı bildirilir. Eyni zamanda, bəzi kanallarda Həmzət Çimayevin öldüyü iddiaları da paylaşılır. Lakin hazırda bu məlumatların heç biri rəsmi qurumlar və ya döyüşçünün yaxınları tərəfindən təsdiqlənməyib. Hadisə ilə bağlı Çeçenistanın rəsmi strukturları, eləcə də Adam
Bu tarix də bayramlar sırasına daxil edildi - RƏSMİ
20 Sentyabr – Dövlət Suverenliyi Günü iş günü hesab edilən bayram günü olub. "Bakuinfo" bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb Qanuna əsasən, Dövlət Suverenliyi Günü Azərbaycan Respublikasının bayramları sırasına daxil edilib.
Kadırovun oğlu qəzaya düşdü
Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adəm Kadırovun olduğu kortej Qroznıda qəzaya uğrayıb. “Bakuinfo" xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb. Bildirilib ki, hadisə nəticəsində yaralanan Adəm Kadırov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib Qeyd edilib ki, o, hazırda reanimasiyadadır və Moskva şəhərinə təxliyə üçün hazırlanır. Qəzada bir nəfərin öldüyü də vurğulanıb. İnternetdə yayılan məlumatlara görə, Adəm Kadırovun korteji yüksək sürətlə hərəkət edib.
Bütün KFC restoranları bağlandı
Rusiyada KFC (Kentucky Fried Chicken - ing. 1930-cu ildə ABŞ-də yaradılan fastfud şəbəkəsi) restoranları bağlanıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat dərc edib. Qeyd olunur ki, bütün restoranlar "Rostic" brendi altında fəaliyyət göstərir və inkişaf edir. Hazırda "Rostic"in müəssisələrinin ümumi sayı 1,3 mini keçib.
Yeni sədr Əfqan Cəlilov kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Prezidentin bu gün imzaladığı Sərəncamla Əfqan Süleyman oğlu Cəlilov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədr təyin edilib. "Bakuinfo" xəbər verir ki, o, bu təyinatadək Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədrinin əvəzi vəzifəsində çalışıb. Belə ki, Əfqan Süleyman oğlu Cəlilov 1978-ci ildə anadan olub. 1995 – 2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsi üzrə bakalavr, daha
“Şöhrət” ordeni ilə təltif olunan Nadejda İsmayılova kimdir? – DOSYE
Azərbaycan Respublikasında jurnalistika sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Nadejda Vasilyevna İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib. “Bakuinfo” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Dövlət başçısının qərarı Nadejda İsmayılovanın Azərbaycan mətbuatının inkişafında göstərdiyi xüsusi xidmətlərin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir. Nadejda İsmayılova kimdir? – Qısa dosye Nadejda Vasilyevna İsmayılova Azərbaycan
Nadejda İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi
Azərbaycan Respublikasında jurnalistika sahəsində xüsusi xidmətlərinə görə Nadejda Vasilyevna İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
İlham Əliyev onu sədr təyin etdi - SƏRƏNCAM
Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Əfqan Süleyman oğlu Cəlilov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri təyin edilib.
Sabiq icra başçısının oğlu Yevlaxda adam güllələdi
Bu gün Yevlaxda silahlı insident baş verib. "Bakuinfo" xəbər verir ki, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində 46 yaşlı tanışının ayaq nahiyəsinə xəsarət yetirib. Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Əldə etdiyimiz digər məlumata görə, Zaur Səmədov Yevlaxın sabiq icra başçısı Qoca
Nəsimi rayonuna artıq o rəhbərlik edəcək
Xəbər verdiyimiz kimi, ötən ilin dekabrında Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Elxan İbrahimov vəzifəsindən uzaqlaşdırıldı. Bundan sonra yerli KİV-də onun səlahiyyətlərinin müvəqqəti olaraq birinci müavin Gülarə Verdiyevaya tapşırılması ilə xəbərlər yayılmışdı. "Bakuinfo" xəbər verir ki, Gülarə Verdiyevaya tapşırılan səlahiyyətlər ondan alınıb. Hazırda isə icra başçısının səlahiyyətlərini müvəqqəti icrası digər müavin Zahid Xəlilovdur. Fotoda Zahid Xəlilov Nəsimi