Rusiya FTX-si Azərbaycana qarşı GÖRÜN NƏ EDİB - SENSASİYA!

Siyasət 12:35, 22 yanvar 2025, 205
Rusiya FTX-si Azərbaycana qarşı GÖRÜN NƏ EDİB - SENSASİYA!

AzTV-nin rəhbəri müəllif proqramında Rusiyanın davranışlarını sərt tənqid etdi; qarayaxma kampaniyasının arxasında dayanan güc...

Son vaxtlar Kremlə yaxın mediada Azərbaycana qarşı yönəlik  qarayaxma kampaniyası müşahidə edilir. Məlumdur ki, AZAL-ın  təyyarəsinin vurulmasından sonra Bakı günahkarların cəzalandırılmasını tələb edib. Bu anti-Azərbaycan yazılar da məhz bundan sonra tirajlanmağa başlayıb. 

Rusiyanın bu qəzada günahkar olması beynəlxalq müstəvidə də xüsusi vurğulanır. Azərbaycan təyyarə qəzası zamanı Rusiyanın ünvanına heç bir böhtan və ya təhqir səsləndirməyib. Ölkəmiz, sadəcə, ədalətli istintaqın aparılmasını, günahkarların məsuliyyətə cəlb olunması tələbini irəli sürüb. Lakin görünən budur ki, Rusiyada diqqət məsələnin əsas mövzusundan yayındırılmağa, Azərbaycanın günahkar çıxarılmasına yönəlib. Halbuki Azərbaycan ictimaiyyəti yalnızca məsələnin obyektiv şəkildə araşdırılmasını və ədalətin təmin edilməsini tələb edir. 

Bu, həm də dövlət maşınının öz günahını susdurmaq və qurbanı qaralamaq üçün mediadakı imkanlarından necə istifadə etdiyini göstərir. Azərbaycan xalqının həqiqəti tələb etmək, ədalətin bərpasını, məsuliyyətin qəbul edilməsini və zərərçəkmişlərə təzminat ödənilməsini istəmək tam haqqıdır. Günahın etiraf edilməsi, günahkarların cəzalandırılması və bütün zərərçəkmişlər qarşısında üzrxahlıq da Rusiya tərəfinin minimum yerinə yetirməli olduğu tələbdir. Bunun əvəzində media vasitəsilə Azərbaycana hücum Rusiyaya heç bir başucalığı gətirmir. 

“Azərbaycan, Qazaxıstan və Rusiyada təyyarə qəzası ilə bağlı cinayət işi açılıb”. Baş prokuror Kamran Əliyev deyib ki, hazırda hər üç ölkə özünə uyğun sübutları toplayıb istintaqa təqdim edib. O bildirib ki, hər üç ölkədə cinayət işi başlanılıb, istintaq aparılır: “Hər üç dövlət özünə aid sübutları toplayır, sonradan bu sübutların birgə tədqiqi aparılacaq və təqsirkar şəxslərin müəyyənləşdirilməsi istiqamətində işlər görüləcək”. Qeyd edək ki, dekabrın 25-də qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla, 38 nəfər həyatını itirib.

Bakı-xeber.com isə yazır ki, qarayaxma kampaniyası Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən idarə olunur. 

Azərbaycana qarşı media, sosial şəbəkə kampaniyalarının Federal Təhlükəsizlik Xidməti üzərindən aparılmasının nə anlamı var? Niyə bunu FTX üzərindən aparırlar, bu işi niyə ona həvalə ediblər? Rusiyanın bu cür mövqeyi onun etibarsız tərəfdaş olduğunu göstərir, yoxsa bəzi dairələr iki ölkə arasında münasibətlərin gərginləşməsində maraqlıdır? 

Professor Qabil Hüseynlinin 70 ili - yubilyara təbrik mesajı...

Qabil Hüseynli

Politoloq Qabil Hüseynli Rusiya mediasının total nəzarətdə olduğunu nəzərə almağı vacib sayır. Onun fikrincə, tapşırıq FTX-dən gələ bilər, elə Kremldəki dairələrdən də: “Əsas olan budur ki, Rusiya üstümüzə gəlir. Öz hərbi cinayətini ört-basdır etmək üçün hər bir manipulyasiyaya əl atılır. Biz dost davranış gözləyirik və tələblərimizin icrasını istəyirik, onlar isə əvəzində media vasitəsilə bizə hücum edirlər. İstənilən halda, bu hadisə münasibətlərdə soyuqluq yaradıb. Artıq AzTV-də Rusiyanın ünvanına sərt tənqidlər səsləndi. Bu da ondan xəbər verir ki, Azərbaycan dövləti Rusiyanın hazırkı rəftarından ciddi narazıdır. Hadisə ötən il dekabrın 25-də olub, üzərindən bir aya yaxın vaxt keçir, Rusiyada məsuliyyət daşıyanlar istintaqa cəlb olunmayıblar”. Q.Hüseynli hesab edir ki, Azərbaycan geri çəkilməməli və tələblərini yerinə yetirilənədək davam etdirməlidir: “Biz istintaqın yekunlaşmasını gözləyirik. Görək, bu dəfə Rusiya nə deyəcək. Ötən həftə Lavrov verdiyi açıqlama ilə Moskvanın başqa niyyətdə olduğunu nümayiş etdirmişdi. Əgər Rusiya sona qədər bu mövqeyi dəyişməsə, o zaman Bakı ilə münasibətlərdə yaranmış problemin müqəssiri də özü olacaq. Rusiyaya isə belə şəraitdə Azərbaycanı itirmək qətiyyən sərf etmir”.

Mütəllim Rəhimlinin yeni kitabı nəşr olunub - FOTO

Mütəllim Rəhimli

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimlinin sözlərinə görə, Azərbaycan Rusiyanın yanında olan bir siyasət yürüdüb, Avropa İttifaqına üzvlük niyyətində olmayıb: “Son illərdə, ümumiyyətlə, Avropa ilə "divar hörməkdəyik". Düzdür, bu addım təqdir olunmalı deyil. Biz demokratik dünya ilə əlaqələri kəsməməliyik. Ancaq biz Rusiyaya kifayət qədər etibarlı münasibət göstəririk, lakin məlum olur ki, qarşı tərəf buna layiq deyil. Rusiya təyyarəmizi vurduğunu etiraf etməliydi. Böyüklük güclü olduğunu göstərməyə xidmət etməməlidir. Əgər sən kimisə əzirsən və bunu boynuna almırsansa, cılızlıqdan başqa bir şey deyil". M.Rəhimli hesab edir ki, müttəfiq ölkə belə davranmamalıdır. Onun fikrincə, Rusiya Vətən müharibəsini də yarımçıq dayandırmağa çalışmışdı, amma sonrakı dövrdə Azərbaycan Prezidentinin siyasi iradəsi və antiterror əməliyyatı prosesi yekunlaşdırdı: “Yəni Rusiya o zaman da işi yarımçıq qoymağa çalışmışdı. Sadəcə, bu dəfə Rusiya neytral dayandı, ən azı qarşımıza çıxmadı. Yəni bizə heç bir dəstək olmayıblar, sadəcə, qarışmayıblar və bunu da indi bizə minnət qoya bilməzlər. İndi də Rusiyanın təyyarənin vurulması ilə bağlı mövqeyi qəbuledilən deyil. Lavrov müharibə dövründə Azərbaycanın rus helikopterini vurmasını xatırladır. Amma yanlış müqayisədir. Əvvəla, həmin dövrdə müharibə gedirdi və rus helikopteri Naxçıvan səmasında niyə peyda olmuşdu? Qroznıya uçan təyyarə isə sərnişin daşıyırdı, hərbi təyyarə deyildi və dövlətlər arasında mülki təyyarələrin uçuş ilə bağlı müqavilələr, öhdəliklər var. Bu reallıqda Lavrovun çıxışı manipulyasiyadır. Ümumiyyətlə, "qara qutu"lar Braziliyaya göndərilibsə, onun dediyi məlumatlar necə Rusiyanın əlinə keçib?"

Partiya rəsmisi Lavrovun sözlərinə heç kəsin inanmadığını düşünür: “Özləri Rusiya mətbuatında dispetçerlə pilotun danışıqlarının stenoqramını yaymışdılar. İndi kim onun dediklərinə inanar? Ona görə də Rusiya cinayətini etiraf etməli, günahkarlar cəzalanmalı, zərər çəkənlərə təzminat ödəməlidir. Həmçinin Azərbaycan dövlətinə dəyən zərər qarşılanmalıdır. Çünki bizim nüfuzumuz milyardlarla ölçülür. Bəlkə Rusiyanın nüfuzu heç 1000 manat eləmir, amma bizim imicimiz var. Axı sən kimsən ki, təyyarəmizi vurursan, sonra da heç nə olmamış kimi davranırsan? Rusiyanın indiki cəhdlərindən görünür ki, bu hadisəni üzərindən atmaq və Ukraynanın boynuna biçmək istəyir”.

AzTV-nin rəhbəri Rövşən Məmmədov müəllifi və aparıcısı olduğu “Həftə” verilişində Rusiyanın Azərbaycana olan son davranışlarını sərt tənqid edib. “Qafqazinfo” xəbər verir ki, o, Azərbaycan-Rusiya münasibətlərinə, son günlər Rusiya KİV-lərində Azərbaycanın əleyhinə səsləndirilən fikirlərə, AZAL-a məxsus təyyarənin Rusiyada vurulduqdan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra baş verən proseslərə şərh verib.

O qeyd edib ki, başqa dövlətlərə və xalqlara hörmət, hüquqlarına dəyər vermək hər kəsin, o cümlədən Rusiyanın borcudur: “Bu gün məhz Moskvanın hakimiyyət dairələrinin nəzarətində olan media resurslarında Azərbaycan xalqının və dövlətinin təhqir olunması həm anlaşılmaz, həm də yolverilməzdir. Biz başa düşmədik, təyyarəsi vurulan biz, vətəndaşlarını və təcrübəli pilotlarını itirən biz, təhqir olunan da biz! Birincisi, baş vermiş hadisəyə münasibətdə hər kəs öz tərbiyəsini ortaya qoyur. Rusların tərbiyəsini və ya tərbiyəsizliyini gördük”.

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Bunu etmək rəsmən qadağan edildi - Prezident TƏSDİQLƏDİ

Sayt və sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik hərəkətləri qadağan edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib. Qanuna əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan

15:05, 15 yanvar Sosial

Meyiti tapılan tələbə məşhur iş adamının qızı imiş

Xəbər verdiyimiz kimi, Naxçıvan Dövlət Universitetinin Türkiyədən olan iki tələbəsi dünyasını dəyişib. "Bakuinfo" xəbər verir ki, onlardan biri - tibb ixtisası üzrə təhsil alan II kurs tələbəsi Büşra Aksu əslən Türkiyənin Ordu ilindəndir. Tələbə Orduda tanınmış iş adamı Sezai Aksunun qızıdır. Xatırladaq ki, tələbələr ötən gün dəm qazından zəhərlənərək ölüblər. (Unikal.az)

12:30, 15 yanvar Sosial

Bu nazirliklər birləşdirilir

Ermənistan Əmək və Sosial Məsələlər Nazirliyi Səhiyyə Nazirliyi ilə birləşməklə vahid agentlik yaratmaq barədə müzakirələr aparır. "Bakuinfo" "Joğovurd" qəzetinə istinadən xəbər verir ki, plan Arsen Torosyanın rəhbərlik etmək niyyətində olduğu vahid struktur yaratmaqdır. Qeyd olunur ki, təşəbbüs nazirlik işçiləri arasında narazılığa səbəb olub. Qəzet bildirir ki, sistem daxilində təklif olunan dəyişikliklər idarəetmə islahatı deyil, hakimiyyəti cəmləşdirmək və

11:15, 15 yanvar Dünya

Son Xəbərlər

Həmzət Çimayev ölüb?

Adam Kadırovun iştirak etdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı yeni iddialar yayılıb. Musavat.com-un məlumatına görə, qəza zamanı avtomobildə Adamlə birlikdə UFC döyüşçüsü Həmzət Çimayevin də olduğu və onun ağır xəsarətlər aldığı bildirilir. Eyni zamanda, bəzi kanallarda Həmzət Çimayevin öldüyü iddiaları da paylaşılır. Lakin hazırda bu məlumatların heç biri rəsmi qurumlar və ya döyüşçünün yaxınları tərəfindən təsdiqlənməyib. Hadisə ilə bağlı Çeçenistanın rəsmi strukturları, eləcə də Adam

02:30, 17 yanvar Dünya

Bu tarix də bayramlar sırasına daxil edildi - RƏSMİ

20 Sentyabr – Dövlət Suverenliyi Günü iş günü hesab edilən bayram günü olub. "Bakuinfo" bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb Qanuna əsasən, Dövlət Suverenliyi Günü Azərbaycan Respublikasının bayramları sırasına daxil edilib.

22:50, 16 yanvar Sosial

Kadırovun oğlu qəzaya düşdü

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adəm Kadırovun olduğu kortej Qroznıda qəzaya uğrayıb. “Bakuinfo" xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb. Bildirilib ki, hadisə nəticəsində yaralanan Adəm Kadırov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib Qeyd edilib ki, o, hazırda reanimasiyadadır və Moskva şəhərinə təxliyə üçün hazırlanır. Qəzada bir nəfərin öldüyü də vurğulanıb. İnternetdə yayılan məlumatlara görə, Adəm Kadırovun korteji yüksək sürətlə hərəkət edib.

22:33, 16 yanvar Dünya

Bütün KFC restoranları bağlandı

Rusiyada KFC (Kentucky Fried Chicken - ing. 1930-cu ildə ABŞ-də yaradılan fastfud şəbəkəsi) restoranları bağlanıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat dərc edib. Qeyd olunur ki, bütün restoranlar "Rostic" brendi altında fəaliyyət göstərir və inkişaf edir. Hazırda "Rostic"in müəssisələrinin ümumi sayı 1,3 mini keçib.

18:23, 16 yanvar Dünya

Yeni sədr Əfqan Cəlilov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezidentin bu gün imzaladığı Sərəncamla Əfqan Süleyman oğlu Cəlilov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədr təyin edilib. "Bakuinfo" xəbər verir ki, o, bu təyinatadək Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədrinin əvəzi vəzifəsində çalışıb. Belə ki, Əfqan Süleyman oğlu Cəlilov 1978-ci ildə anadan olub. 1995 – 2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsi üzrə bakalavr, daha

17:18, 16 yanvar Sosial

“Şöhrət” ordeni ilə təltif olunan Nadejda İsmayılova kimdir? – DOSYE

Azərbaycan Respublikasında jurnalistika sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Nadejda Vasilyevna İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib. “Bakuinfo” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Dövlət başçısının qərarı Nadejda İsmayılovanın Azərbaycan mətbuatının inkişafında göstərdiyi xüsusi xidmətlərin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir. Nadejda İsmayılova kimdir? – Qısa dosye Nadejda Vasilyevna İsmayılova Azərbaycan

17:15, 16 yanvar Sosial

Nadejda İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi

Azərbaycan Respublikasında jurnalistika sahəsində xüsusi xidmətlərinə görə Nadejda Vasilyevna İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

17:11, 16 yanvar Ölkə

İlham Əliyev onu sədr təyin etdi - SƏRƏNCAM

Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Əfqan Süleyman oğlu Cəlilov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri təyin edilib.

17:10, 16 yanvar Ölkə

Sabiq icra başçısının oğlu Yevlaxda adam güllələdi

Bu gün Yevlaxda silahlı insident baş verib. "Bakuinfo" xəbər verir ki, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində 46 yaşlı tanışının ayaq nahiyəsinə xəsarət yetirib. Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Əldə etdiyimiz digər məlumata görə, Zaur Səmədov Yevlaxın sabiq icra başçısı Qoca

15:39, 16 yanvar Kriminal

Nəsimi rayonuna artıq o rəhbərlik edəcək

Xəbər verdiyimiz kimi, ötən ilin dekabrında Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Elxan İbrahimov vəzifəsindən uzaqlaşdırıldı. Bundan sonra yerli KİV-də onun səlahiyyətlərinin müvəqqəti olaraq birinci müavin Gülarə Verdiyevaya tapşırılması ilə xəbərlər yayılmışdı. "Bakuinfo" xəbər verir ki, Gülarə Verdiyevaya tapşırılan səlahiyyətlər ondan alınıb. Hazırda isə icra başçısının səlahiyyətlərini müvəqqəti icrası digər müavin Zahid Xəlilovdur. Fotoda Zahid Xəlilov Nəsimi

15:23, 16 yanvar Sosial

Powered by MirTech