Zəngəzur dəhlizinin önü açılır - Bakı və Ankara əqrəbləri tutuşdurur...

Siyasət 10:33, 28 yanvar 2025, 130
Zəngəzur dəhlizinin önü açılır - Bakı və Ankara əqrəbləri tutuşdurur...

Bu koridor Türkiyə və Azərbaycanın gələcəkdə İrandan keçən marşrutlardan tamamilə imtina etməsinə gətirəcək, Tehranın onu sonadək əngəlləməsi üçün kifayət qədər imkanı yoxdur, boynundakı iqtisadi ilgək daha da sıxılacaq

“Suriyada rejim dəyişikliyi Türkiyəyə əsas regional rəqibi İranla qarşıdurmada həlledici üstünlük əldə etməyə imkan verəcək mühüm bir mərhələdir. Bu da öz növbəsində Zəngəzur dəhlizinin açılmasına və Tehranın Cənubi Qafqazın ticarət və nəqliyyat sektorundan sıxışdırılmasına səbəb ola bilər”.

“Yeni Müsavat” bildirir ki, bu barədə Londonda çıxan müxalif mövqeli İran internet nəşri “Kayhan London” bildirib. Nəşrə görə, Suriyada Ankaranın dəstəklədiyi qüvvələrin hakimiyyətə gəlməsi yaxın gələcəkdə bir neçə sahəyə öz təsirini göstərəcək. Xüsusilə İran yük maşınları Türkiyə ərazisindən tranzit üçün daha yüksək vergi və rüsumlar ödəməli olacaq. “Kayhan London” yazır ki, hər iki ölkə uzun müddətdir regionda güclü strateji mövqelər tutur. O sırada İran “enerji dəhlizi”, Türkiyə isə Asiya ilə Mərkəzi Asiyanı birləşdirən həyati bir körpüdür.

Məqalədə habelə qeyd olunur ki, Türkiyə ilə İran arasında gərginlik yaradan məqamlardan biri Zəngəzur dəhlizidir ki, bu da Tehranın fikrincə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Ermənistan ərazisindən keçən qolunu təhdid edir, həmçinin Türkiyə ilə Azərbaycan arasında əlaqələri gücləndirir. Bu da İranın regional rolunu zəiflədir. Çünki bu dəhlizin açılması Türkiyə və Azərbaycanın gələcəkdə İrandan keçən marşrutlardan tamamilə imtina etməsinə gətirəcək. Sirr deyil ki, Zəngəzur dəhlizi bu gün sıx və məhsuldar Azərbaycan-Türkiyə əməkdaşlığının simvolu kimi qəbul edilir. Eyni zamanda məqalədə vurğulandığı kimi, bu, həm də İran üçün bir təhdiddır: “Birincisi, Zəngəzur dəhlizi İranın şimal-qərb sərhədini təhdid edə bilər. Axı onun İran ərazisinə yaxınlığı Türkiyə və NATO-nun bölgədəki təsirini gücləndirir, həmçinin Şimali Atlantika Alyansının qoşunlarının birbaşa İran sərhədində peyda olmasına səbəb ola bilər. İkincisi, dəhliz İranın Ermənistanla kommunikasiyalarını çətinləşdirir. Ermənistan isə Tehran üçün həm Qərb, həm də Şimalla mühüm həlqədir”.

Nəşr ardınca vurğulayır ki, İran Zəngəzur dəhlizinin açılması ilə bağlı risklərdən xəbərdardır və bu, onun Azərbaycan və Türkiyə ilə münasibətlərində hazırkı gərginliyin səbəblərindən biridir: “Bununla belə, dəhlizin açılmasına qarşı sərt bəyanatlarına baxmayaraq, Tehranın onu sonadək əngəlləməsi üçün kifayət qədər imkanı yoxdur. Ən əvvəl də ona görə ki, İran beynəlxalq sanksiyalardan yan keçmək üçün Türkiyədən çox asılıdır. Türkiyə ilə hər hansı ciddi gərginlik İranın boynundakı iqtisadi ilgəyin daha da sıxılması deməkdir”. Yada salaq ki, bu il yanvarın 7-də yerli telekanallara müsahibəsində Prezident İlham Əliyev “Zəngəzur dəhlizi açılmalıdır və açılacaq” demişdi. Azərbaycanlı təhlilçilər dəhlizlə bağlı nəşrin mövqeyini bölüşürmü? Tramp hökuməti bu məsələdə Bakı və Ankaraya nə dərəcədə dəstəkçi olacaq?


Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan Ağbənd istiqamətində işlər həyata keçirir və büdcədən vəsait gedir. Onun fikrincə, əgər Zəngəzur dəhlizi açılmayacaqsa, Azərbaycan əsla bu pulu xərcləməzdi: “Dövlət başçısının müsahibəsində dediyi də əminlikdən irəli gəlir. Prezident dünyada və regionda gedən siyasi prosesləri dərindən analiz edən, kifayət qədər məlumatlı siyasi xadimdir. Cənab İlham Əliyev əmindir ki, bu prosesin zirvəsində Zəngəzur koridoru işə düşəcək. Çünki iqtisadi sifariş belə tələb edir”.

Q.Hüseynlinin sözlərinə görə, Zəngəzur dəhlizi Orta dəhlizin bir hissəsidir: “Söhbət beynəlxalq bir proyeksiyadan gedir. Bu logistika Çindən Avropaya qədər uzanan marşrutdur. Təbii ki, layihənin işə düşməsində maraqlı olan qlobal güc mərkəzləri var. Ermənistan, ya İran kimdir ki, belə nəhəng tranzitin qarşısını ala bilsinlər? Yəni gec-tez Orta dəhlizin bir hissəsi olan Zəngəzur dəhlizi də fəaliyyət göstərəcək. Sadəcə, dəhlizə nəzarət uğrunda rəqabət gedir deyə proses yubanır. Ancaq cənab Prezident də arxayındır ki, kimin nəzarət etməsindən asılı olmayaraq, dəhliz açılacaq. Şübhəsiz ki, burada iqtisadi üstünlük qazanan təkcə Türkiyə və Azərbaycan olmayacaq, Ermənistan da fayda götürəcək”.

Professor hesab edir ki, İran dəhlizin açılmasına qarşı deyil, sadəcə, oradan pay istəyir: “Azərbaycan İranla "Araz dəhlizi" layihəsi üzərindən əhəmiyyətli logistika təşkil edir. Eləcə də Şimal-Cənub yolu var. Yanvarın 28-də Rusiya, İran və Azərbaycan nəqliyyat nazirləri bu məsələni müzakirə edəcəklər. Söhbət 15 milyon ton yükün daşınmasından gedir. Ötən həftə baş nazirin müavini Şahin Mustafayev Tehranda keçirilən tədbirdə iştirak etdi və İran anlamaqdadır ki, tranzit rolunda Bakı nə qədər vacibdir. Hazırda şimal və cənub qonşularımız sanksiya altındadır deyə daha çox logistikaya ehtiyac duyurlar. Bu baxımdan, Rusiya və İran Zəngəzur dəhlizi ilə bağlı bir mövqedən çıxış etməsələr də, burada Tehrana pay verilməsi ilə konsensus mümkündür".

Q.Hüseynli Zəngəzur dəhlizinin indiki şəkildə açılması ilə İranın təbii ki, izqoy vəziyyətinə düşəcəyini istisna etmir: “Burada Türkiyə və Azərbaycanın əhəmiyyəti, iqtisadi dominantlığı artacaq. Tehranı da narahat edən bölgədə Türkiyənin və Azərbaycanın ekonomik hegemonluğunun güclənməsinin olacağı "riski"dir. Ona görə bu dəhlizdən onlar da pay qoparmaq istəyirlər. Bütün hay-küy, həşir qoparılması buradan qaynaqlanır. İrandan əleyhimizə təhdidlər, ittihamların davam etməsinin səbəblərindən biri də Zəngəzur dəhlizi mövzusudur. Bütün hallarda, Türkiyə və Azərbaycan bölgədə yeni bir siyasi konfiqurasiya yaradırlar. Türk Dövlətləri Təşkilatı platforması bu siyasətdə önəmli faktdır. Onun siyasi-iqtisadi əhəmiyyəti getdikcə artır, bu da İranın ürəyincə deyil. İran Ermənistana dəstəyi də dəhlizin açılmaması üçün artırır. Bununla belə, Zəngəzur dəhlizi bir hadisədir və onun açılması qaçılmaz prosesdir. Sadəcə, bu strateji rəqabət regionda gərginliyi artıracaq".

Xatırladaq ki, SEPAH-a bağlı “Tasnim” Agentliyi bununla bağlı daha bir geniş məqalə ilə çıxış edib. Ekspert Mehdi Mahmudi Muntaser tərəfindən qələmə alınan yazı “İran Zəngəzur təhlükəsini necə zərərsizləşdirə bilər?” başlığı ilə yayınlanıb. O qeyd edib ki, Naxçıvanla Azərbaycanı birbaşa birləşdirən dəmir yolu və avtomobil yoluna ehtiyac var. “Bu həm də Azərbaycanın ərazi bütövlüyü üçün vacib amildir”. Muntaser bildirir ki, Azərbaycanın Zəngəzur dəhlizini açmaq istəyi anlaşılandır. “Lakin Bakı bunun üçün Ermənistanın ərazisinin bir hissəsini özünə götürməyə çalışır. Bu ssenari İran üçün bir çox təhdid və təhlükələrə səbəb olacaq”. İranlı ekspert İranın ənənəvi sözlərini qeyd edərək, “Zəngəzur dəhlizi açılarsa, İranın Avropaya əsas çıxışı bağlanacaq” fikrini önə çəkib. Daha sonra isə vurğulayıb ki, bu, digər tərədən, Bakı-Ankara ittifaqı ilə əhatələnəcək". Munatser yazısında Xəzər dənizi deyil, “Mazandaran dənizi” sözündən də istifadə edib. Və bildirib ki, Azərbaycan bu addımı ilə NATO-nu “Mazandaran dənizi”nə (Xəzər dənizindən söhbət gedir) çıxaracaq. O həmçinin “Zəngəzur dəhlizi işə düşərsə, Orta dəhliz açılacaq və bu, İranın “Şərqdən Qərbə” dəhlizinə rəqib olacaq" fikrini də irəli sürüb.

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Bunu etmək rəsmən qadağan edildi - Prezident TƏSDİQLƏDİ

Sayt və sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik hərəkətləri qadağan edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib. Qanuna əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan

15:05, 15 yanvar Sosial

Meyiti tapılan tələbə məşhur iş adamının qızı imiş

Xəbər verdiyimiz kimi, Naxçıvan Dövlət Universitetinin Türkiyədən olan iki tələbəsi dünyasını dəyişib. "Bakuinfo" xəbər verir ki, onlardan biri - tibb ixtisası üzrə təhsil alan II kurs tələbəsi Büşra Aksu əslən Türkiyənin Ordu ilindəndir. Tələbə Orduda tanınmış iş adamı Sezai Aksunun qızıdır. Xatırladaq ki, tələbələr ötən gün dəm qazından zəhərlənərək ölüblər. (Unikal.az)

12:30, 15 yanvar Sosial

Bu nazirliklər birləşdirilir

Ermənistan Əmək və Sosial Məsələlər Nazirliyi Səhiyyə Nazirliyi ilə birləşməklə vahid agentlik yaratmaq barədə müzakirələr aparır. "Bakuinfo" "Joğovurd" qəzetinə istinadən xəbər verir ki, plan Arsen Torosyanın rəhbərlik etmək niyyətində olduğu vahid struktur yaratmaqdır. Qeyd olunur ki, təşəbbüs nazirlik işçiləri arasında narazılığa səbəb olub. Qəzet bildirir ki, sistem daxilində təklif olunan dəyişikliklər idarəetmə islahatı deyil, hakimiyyəti cəmləşdirmək və

11:15, 15 yanvar Dünya

Son Xəbərlər

Həmzət Çimayev ölüb?

Adam Kadırovun iştirak etdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı yeni iddialar yayılıb. Musavat.com-un məlumatına görə, qəza zamanı avtomobildə Adamlə birlikdə UFC döyüşçüsü Həmzət Çimayevin də olduğu və onun ağır xəsarətlər aldığı bildirilir. Eyni zamanda, bəzi kanallarda Həmzət Çimayevin öldüyü iddiaları da paylaşılır. Lakin hazırda bu məlumatların heç biri rəsmi qurumlar və ya döyüşçünün yaxınları tərəfindən təsdiqlənməyib. Hadisə ilə bağlı Çeçenistanın rəsmi strukturları, eləcə də Adam

02:30, 17 yanvar Dünya

Bu tarix də bayramlar sırasına daxil edildi - RƏSMİ

20 Sentyabr – Dövlət Suverenliyi Günü iş günü hesab edilən bayram günü olub. "Bakuinfo" bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb Qanuna əsasən, Dövlət Suverenliyi Günü Azərbaycan Respublikasının bayramları sırasına daxil edilib.

22:50, 16 yanvar Sosial

Kadırovun oğlu qəzaya düşdü

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adəm Kadırovun olduğu kortej Qroznıda qəzaya uğrayıb. “Bakuinfo" xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb. Bildirilib ki, hadisə nəticəsində yaralanan Adəm Kadırov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib Qeyd edilib ki, o, hazırda reanimasiyadadır və Moskva şəhərinə təxliyə üçün hazırlanır. Qəzada bir nəfərin öldüyü də vurğulanıb. İnternetdə yayılan məlumatlara görə, Adəm Kadırovun korteji yüksək sürətlə hərəkət edib.

22:33, 16 yanvar Dünya

Bütün KFC restoranları bağlandı

Rusiyada KFC (Kentucky Fried Chicken - ing. 1930-cu ildə ABŞ-də yaradılan fastfud şəbəkəsi) restoranları bağlanıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat dərc edib. Qeyd olunur ki, bütün restoranlar "Rostic" brendi altında fəaliyyət göstərir və inkişaf edir. Hazırda "Rostic"in müəssisələrinin ümumi sayı 1,3 mini keçib.

18:23, 16 yanvar Dünya

Yeni sədr Əfqan Cəlilov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezidentin bu gün imzaladığı Sərəncamla Əfqan Süleyman oğlu Cəlilov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədr təyin edilib. "Bakuinfo" xəbər verir ki, o, bu təyinatadək Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədrinin əvəzi vəzifəsində çalışıb. Belə ki, Əfqan Süleyman oğlu Cəlilov 1978-ci ildə anadan olub. 1995 – 2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsi üzrə bakalavr, daha

17:18, 16 yanvar Sosial

“Şöhrət” ordeni ilə təltif olunan Nadejda İsmayılova kimdir? – DOSYE

Azərbaycan Respublikasında jurnalistika sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Nadejda Vasilyevna İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib. “Bakuinfo” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Dövlət başçısının qərarı Nadejda İsmayılovanın Azərbaycan mətbuatının inkişafında göstərdiyi xüsusi xidmətlərin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir. Nadejda İsmayılova kimdir? – Qısa dosye Nadejda Vasilyevna İsmayılova Azərbaycan

17:15, 16 yanvar Sosial

Nadejda İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi

Azərbaycan Respublikasında jurnalistika sahəsində xüsusi xidmətlərinə görə Nadejda Vasilyevna İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

17:11, 16 yanvar Ölkə

İlham Əliyev onu sədr təyin etdi - SƏRƏNCAM

Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Əfqan Süleyman oğlu Cəlilov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri təyin edilib.

17:10, 16 yanvar Ölkə

Sabiq icra başçısının oğlu Yevlaxda adam güllələdi

Bu gün Yevlaxda silahlı insident baş verib. "Bakuinfo" xəbər verir ki, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində 46 yaşlı tanışının ayaq nahiyəsinə xəsarət yetirib. Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Əldə etdiyimiz digər məlumata görə, Zaur Səmədov Yevlaxın sabiq icra başçısı Qoca

15:39, 16 yanvar Kriminal

Nəsimi rayonuna artıq o rəhbərlik edəcək

Xəbər verdiyimiz kimi, ötən ilin dekabrında Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Elxan İbrahimov vəzifəsindən uzaqlaşdırıldı. Bundan sonra yerli KİV-də onun səlahiyyətlərinin müvəqqəti olaraq birinci müavin Gülarə Verdiyevaya tapşırılması ilə xəbərlər yayılmışdı. "Bakuinfo" xəbər verir ki, Gülarə Verdiyevaya tapşırılan səlahiyyətlər ondan alınıb. Hazırda isə icra başçısının səlahiyyətlərini müvəqqəti icrası digər müavin Zahid Xəlilovdur. Fotoda Zahid Xəlilov Nəsimi

15:23, 16 yanvar Sosial

Powered by MirTech