Əliyev nöqtə qoydu - Azərbaycandan Azərbaycana maneəsiz keçid...

Siyasət 10:49, 30 yanvar 2025, 83
Əliyev nöqtə qoydu - Azərbaycandan Azərbaycana maneəsiz keçid...

Ermənistan könüllü etməsə, İrəvanı buna necə məcbur edə bilərik? - mütəxəssislər təzyiq variantlarını açıqladılar

“Həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir”.

“Yeni Müsavat” xatırladır ki, bunu Prezident İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxış edərkən deyib. Sovet hakimiyyətinin 1920-ci ildə Qərbi Zəngəzuru əlimizdən aldığını və Azərbaycan xalqına qarşı cinayət törətdiyini xatırladan Prezident “Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir”, - deyə diqqətə çatdırıb.

Söhbət şübhəsiz ki, Ermənistanın 2020-ci il 10 noyabr Üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəlikdən gedir. Burada bir incə məqam da var: hətta Ermənistan qlobal mahiyyət daşıyan Zəngəzur dəhlizinə xarici təsir dairələrinin tələbi ilə razılaşmasa belə, Azərbaycanın bir hissəsi olan Naxçıvana Qərbi Azərbaycan ərazisindən maneəsiz keçid verməyə BORCLUDUR! Mühüm məsələ odur ki, həmin torpaqlar tarixi Azərbaycan ərazisidir və prezidentin qeyd etdiyi kimi, Qərbi Azərbaycanı cəmi 100 il öncə sovet hakimiyyəti cinayət yolu ilə Ermənistana verib. Buna rəğmən bu gün Ermənistana torpaq iddiamız yoxdur, ancaq maneəsiz keçid almaq haqqımız var. Ermənistan bunu könüllü etməsə, buna onu necə məcbur edə bilərik? Yollar hansılardır?

Felmar Ələkbərli - VHP

 Felmar Ələkbərli

Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sədri Felmar Ələkbərli “Yeni Müsavat”a bildirdi ki, Prezident Zəngəzur dəhlizi ilə bağlı Ermənistana kifayət qədər aydın ismarışlar çatdırdı: “Dövlət başçısı İrəvana demək istədi ki, İran üzərindən bu dəhlizi açmaqla Naxçıvana yolu təmin etmişik, qoy indi Paşinyan fikirləşsin ki, bunun ölkəsi üçün mənfi tərəfi hansıdır. Belə desək, Ermənistan inad etməklə özünü blokada şəraitində saxlayır. Bu da qarşı tərəfin seçimidir. Əgər təcrid vəziyyətindən çıxmaq istəmirlərsə, Azərbaycan muxtar respublikaya öz çıxışını təmin edəcək. İtirən isə Ermənistandır. Amma gec-tez Zəngəzur dəhlizi ilə bağlı Paşinyan iqtidarı addım atmağa məcbur olacaq”.

Partiya rəsmisi dəhlizin açılmasının İrəvan üçün iqtisadi dividentləri olacağını vurğuladı: “Habelə Türkiyəyə və Avropaya çıxış açılacaq. Ermənistan həm Azərbaycandan keçməklə Rusiyaya mallarını göndərəcək, həm də Türkiyə ilə quru sərhədləri işə düşəcək. Məgər bunu anlamamaq çox çətindir? Görünür ki, kənar təsirlər Paşinyanı fikrindən daşındırır. Xüsusən də dəhlizi Rusiyanın nəzarətinə vermək istəmədikləri üçün bu iş yubanır. Cənab Prezident isə əminliklə dedi ki, Azərbaycandan Azərbaycana keçid təmin olunmalıdır. Məncə, bu düyünün çözülməsində Ermənistana siyasi-diplomatik təzyiqləri artırmalıyıq. Bakının əlində təzyiq rıçaqları var”.

Artıq Tehranda səfirliyimizin açılması gözlənilmir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

 Məhəmməd Əsədullazadə

Milli Cəbhə Partiyasının başqan müavini Məhəmməd Əsədullazadə hesab edir ki, Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistana növbəti dəfə xəbərdarlıq etdi: “Həmçinin Ermənistanın "Sülh kəsişməsi" layihəsini Azərbaycansız beş qəpiklik olduğunu vurğuladı. Həqiqətən də Ermənistanın “Sülh kəsişməsi ” layihəsinin Azərbaycansız reallaşması mümkün deyil. Azərbaycan yoxdursa, bu dörd il ərzində niyə “Sülh kəsişməsi” layihəsi reallaşmir?! Paşinyanın bu layihəsini müxtəlif güclər dinləyir, amma real baxmırlar. Çünki Ermənistan nə qədər Azərbaycanla razılığa gəlməyəcəksə, belə bir layihə baş tutmayacaq". Partiya funksioneri hesab edir ki, Türkiyə Zəngəzur dəhlizinin açılması üçün Ermənistanla danışıqlar aparır: “Suriyada Türkiyənin MİT rəhbəri İbrahim Kalın Ermənistan XİN müavini ilə görüşərək, Zəngəzur dəhlizinin açılması ilə bağlı təkliflər verib. Prezident İlham Əliyev də Ermənistana müxtəlif kanallar vasitəsilə xəbərdarlıqlar edir. Hələ ki Paşinyan bununla bağlı obyektiv mövqe ortaya qoymayıb”.

Nə Azərbaycan, nə də Türkiyə Ermənistanın “Sülh kəsişməsi” layihəsini qəbul etməyəcək. Azərbaycan Naxçıvanla birləşəcək İran ərazisindən yolu inşa edir. Bu yol işə düşdükdən sonra Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinin açılmasına razı olacaq. İtirən tərəf məhz Ermənistan olacaq.

Ramiyə Məmmədova: “Tehran öz davranışının yanlış olduğunu anladı” - Oxu.az

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədova əlavə etdi ki, bu gedişlə həqiqətən də Ermənistan dalan ölkə kimi yoluna davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları gözlərində qalacaq. Təhlilçi açıqladı ki, Prezident bəlkə də sonuncu dəfə İrəvanı xəbərdar etmiş oldu: “Bundan Paşinyan kabineti nəticə çıxarmalıdır. Əgər blokadada olan nəqliyyat kommunikasiyalarının açılması reallaşmasa, Rusiyanın Ermənistanı sıxması, onların Moskvadan asılılığı davam edəcək. Paşinyan Rusiyanın təsirini azaltmaq üçün bu layihələrin icrasına başlamalıdır. Amma Avropa Birliyi Paşinyana icazə vermir ki, Rusiya Zəngəzur dəhlizinə nəzarət etsin. Problem bu məsələdən qaynaqlanır. O zaman Ermənistan iqtisadiyyatı Rusiyanın təsirindən necə çıxa bilər? Azərbaycan yaxşı təklif irəli sürür, İrəvan dəyərləndirə bilmir”. Siyasi analitik 10 noyabr sənədinin imzalanmasından təxminən 5 ilə yaxın vaxt keçdiyini, bu müddətdə 9-cu bəndin yerinə yetirilmədiyini yada saldı: “Yeganə müddəadır ki, icra olunmur. Azərbaycan Ermənistana təzyiqləri gücləndirməklə buna nail ola bilər”.

Erməni politoloq Stepan Danielyan isə o qənaətdədir ki, Ermənistana qarşı növbəti tələb Zəngəzur dəhlizinin açılması, daha sonra azərbaycanlıların Ermənistana köçürülməsi olacaq. Onun fikrincə, Paşinyan “opportunist” olduğu üçün onun apardığı siyasət Ermənistan dövlətçiliyinin itirilməsi ilə nəticələnəcək: “Paşinyan hökuməti tək qalıb, onun yeganə ümidi Türkiyə və Azərbaycandır”. Xatırladaq ki, İkinci Qarabağ müharibəsinin sonucu olaraq imzalanan Dağlıq Qarabağ atəşkəs bəyanatının 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur. Zəngəzur dəhlizinin Bakıdan başlayaraq Horadizə qədər olan Azərbaycan hissəsi tamamlanmaq üzrədir. Dəhlizin Türkiyə hissəsinin uzunluğu 224 km-dir. Zəngəzur dəhlizi təkcə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməyə xidmət etmir, perspektivdə o, Şərq-Qərb, Şimal-Cənub marşrutlarının da mühüm tərkib hissəsi olacaq. Bu səbəbdən dünya miqyasında Zəngəzur dəhlizinə böyük maraq var. ABŞ, Rusiya, Çin, Avropa ölkələrinin böyük əksəriyyəti, Mərkəzi Asiya dövlətləri və digərləri bu dəhlizin açılmasında maraqlı tərəf kimi çıxış edirlər.


  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Bunu etmək rəsmən qadağan edildi - Prezident TƏSDİQLƏDİ

Sayt və sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik hərəkətləri qadağan edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib. Qanuna əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan

15:05, 15 yanvar Sosial

Meyiti tapılan tələbə məşhur iş adamının qızı imiş

Xəbər verdiyimiz kimi, Naxçıvan Dövlət Universitetinin Türkiyədən olan iki tələbəsi dünyasını dəyişib. "Bakuinfo" xəbər verir ki, onlardan biri - tibb ixtisası üzrə təhsil alan II kurs tələbəsi Büşra Aksu əslən Türkiyənin Ordu ilindəndir. Tələbə Orduda tanınmış iş adamı Sezai Aksunun qızıdır. Xatırladaq ki, tələbələr ötən gün dəm qazından zəhərlənərək ölüblər. (Unikal.az)

12:30, 15 yanvar Sosial

Bu nazirliklər birləşdirilir

Ermənistan Əmək və Sosial Məsələlər Nazirliyi Səhiyyə Nazirliyi ilə birləşməklə vahid agentlik yaratmaq barədə müzakirələr aparır. "Bakuinfo" "Joğovurd" qəzetinə istinadən xəbər verir ki, plan Arsen Torosyanın rəhbərlik etmək niyyətində olduğu vahid struktur yaratmaqdır. Qeyd olunur ki, təşəbbüs nazirlik işçiləri arasında narazılığa səbəb olub. Qəzet bildirir ki, sistem daxilində təklif olunan dəyişikliklər idarəetmə islahatı deyil, hakimiyyəti cəmləşdirmək və

11:15, 15 yanvar Dünya

Son Xəbərlər

Bu tarix də bayramlar sırasına daxil edildi - RƏSMİ

20 Sentyabr – Dövlət Suverenliyi Günü iş günü hesab edilən bayram günü olub. "Bakuinfo" bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb Qanuna əsasən, Dövlət Suverenliyi Günü Azərbaycan Respublikasının bayramları sırasına daxil edilib.

22:50, 16 yanvar Sosial

Kadırovun oğlu qəzaya düşdü

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adəm Kadırovun olduğu kortej Qroznıda qəzaya uğrayıb. “Bakuinfo" xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb. Bildirilib ki, hadisə nəticəsində yaralanan Adəm Kadırov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib Qeyd edilib ki, o, hazırda reanimasiyadadır və Moskva şəhərinə təxliyə üçün hazırlanır. Qəzada bir nəfərin öldüyü də vurğulanıb. İnternetdə yayılan məlumatlara görə, Adəm Kadırovun korteji yüksək sürətlə hərəkət edib.

22:33, 16 yanvar Dünya

Bütün KFC restoranları bağlandı

Rusiyada KFC (Kentucky Fried Chicken - ing. 1930-cu ildə ABŞ-də yaradılan fastfud şəbəkəsi) restoranları bağlanıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat dərc edib. Qeyd olunur ki, bütün restoranlar "Rostic" brendi altında fəaliyyət göstərir və inkişaf edir. Hazırda "Rostic"in müəssisələrinin ümumi sayı 1,3 mini keçib.

18:23, 16 yanvar Dünya

Yeni sədr Əfqan Cəlilov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezidentin bu gün imzaladığı Sərəncamla Əfqan Süleyman oğlu Cəlilov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədr təyin edilib. "Bakuinfo" xəbər verir ki, o, bu təyinatadək Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədrinin əvəzi vəzifəsində çalışıb. Belə ki, Əfqan Süleyman oğlu Cəlilov 1978-ci ildə anadan olub. 1995 – 2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsi üzrə bakalavr, daha

17:18, 16 yanvar Sosial

“Şöhrət” ordeni ilə təltif olunan Nadejda İsmayılova kimdir? – DOSYE

Azərbaycan Respublikasında jurnalistika sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Nadejda Vasilyevna İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib. “Bakuinfo” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Dövlət başçısının qərarı Nadejda İsmayılovanın Azərbaycan mətbuatının inkişafında göstərdiyi xüsusi xidmətlərin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir. Nadejda İsmayılova kimdir? – Qısa dosye Nadejda Vasilyevna İsmayılova Azərbaycan

17:15, 16 yanvar Sosial

Nadejda İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi

Azərbaycan Respublikasında jurnalistika sahəsində xüsusi xidmətlərinə görə Nadejda Vasilyevna İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

17:11, 16 yanvar Ölkə

İlham Əliyev onu sədr təyin etdi - SƏRƏNCAM

Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Əfqan Süleyman oğlu Cəlilov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri təyin edilib.

17:10, 16 yanvar Ölkə

Sabiq icra başçısının oğlu Yevlaxda adam güllələdi

Bu gün Yevlaxda silahlı insident baş verib. "Bakuinfo" xəbər verir ki, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində 46 yaşlı tanışının ayaq nahiyəsinə xəsarət yetirib. Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Əldə etdiyimiz digər məlumata görə, Zaur Səmədov Yevlaxın sabiq icra başçısı Qoca

15:39, 16 yanvar Kriminal

Nəsimi rayonuna artıq o rəhbərlik edəcək

Xəbər verdiyimiz kimi, ötən ilin dekabrında Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Elxan İbrahimov vəzifəsindən uzaqlaşdırıldı. Bundan sonra yerli KİV-də onun səlahiyyətlərinin müvəqqəti olaraq birinci müavin Gülarə Verdiyevaya tapşırılması ilə xəbərlər yayılmışdı. "Bakuinfo" xəbər verir ki, Gülarə Verdiyevaya tapşırılan səlahiyyətlər ondan alınıb. Hazırda isə icra başçısının səlahiyyətlərini müvəqqəti icrası digər müavin Zahid Xəlilovdur. Fotoda Zahid Xəlilov Nəsimi

15:23, 16 yanvar Sosial

Sabah Bakıda hava necə olacaq?

Yanvarın 17-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya Xidmətindən "Bakuinfo"ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq

12:18, 16 yanvar Sosial

Powered by MirTech