Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR

Siyasət 11:57, 31 yanvar 2025, 171
Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR

Ermənistanın gizli müharibə hazırlığı haqda  Minval.az sensasion yazı hazırlayıb. Bildirilir ki, 2020-dəki məğlubiyyətdən sonra idman klubu kimi kamuflyaj edilmiş xüsusi taktiki, snayper və təxribat hazırlığı mərkəzi yaradılıb. Bu xüsusi təlim mərkəzi Kotayk rayonunun Abovyan şəhəri yaxınlığında yerləşir. Taktik baza (ARM Tactical) Ermənistanın paytaxtından cəmi 11-12 km, yaxud maşınla 15 dəqiqəlik məsafədə, tərk edilmiş karxananı xatırladan ərazidə yerləşir.

Məlumatlı mənbələrimizin qeyd etdiyi kimi, ARM Tactical əvvəlcə kiçik bir atış poliqonundan ibarət olub. İndi isə  ən müxtəlif təlim prosesləri, müasir taktiki atış texnikası, kiçik zərbə qrupları taktikası və s. öyrədilir. Bu hərbiləşdirilmiş strukturun Ermənistan Müdafiə Nazirliyinin balansında olması barədə də internetdə məlumat yayılıb ki, bu hələ təsdiqini tapmayıb və ya rəsmən təkzib edilməyib. Obyektin hərbi maşınları olan nəhəng təlim mərkəzinə çevrilməsi dövlət  tərəfindən maliyyələşdirilməsindən xəbər verir.

Maraqlıdır ki, təlimlərdə könüllülərlə   yanaşı, Ermənistanın dövlət qurumlarının əməkdaşları da aktiv iştirak edirlər. Şübhə yoxdur ki, taktiki mərkəz keçmiş xüsusi təyinatlıların və kəşfiyyatçıların toplaşdığı əsl terrorçu təlim mərkəzidir. Kameraya çəkilən və sosial şəbəkələrdə yerləşdirilən bütün taktiki texnikalar NATO-nun xüsusi təyinatlı qüvvələrinin analoji təlimlərinin məşqidir.

Beləliklə, Ermənistanda təxribat və terror fəaliyyəti üçün geniş kadr hazırlığına başlanıldığı aydın olur. Üstəlik, bu, dövlətin nəzarəti altında, görünür, dövlət büdcəsi hesabına, eyni zamanda “idman klubları”, “yeniyetmələr üçün sağalma məktəbləri” və s. adı altında həyata keçirilir.

Aydındır ki, bu qruplar ilk növbədə Azərbaycan və Türkiyəyə qarşı terror müharibəsi üçün hazırlanır. Həmçinin şərti sərhədlərdə səngərlər qazılır, hərbi texnika yerləşdirilir.

Fakt budur ki, rəsmi İrəvan eskalasiya yolunu seçir - Paşinyanın sülh bəyanatlarının arxasından revanşistlərin istəkləri çıxır. Avropa İttifaqının hərbi-casus şəbəkəsinin ömrünün daha iki il müddətinə uzadılması da Ermənistanın gərginliyi tətikləmək niyyətinin məntiqi davamıdır.

Bütün bunlar nə anlam kəsb edir? Ermənistandakı son addımlar Azərbaycan komando bölüklərinə qarşı hazırlıqlara bənzəyir. Elə isə niyə bunu rəsmi şəkildə etmirlər?

Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, Ermənilərin sülh adı altında apardığı gizli hərbiləşmə siyasəti artıq bizə məlumdur və bu özünü 2025-ci il dövlət büdcəsində aydın şəkildə büruzə verir: “Təəssüf ki, Ermənistanın bu addımı ilə sülh "canfəşanlığı" üst-üstə düşmür və bu proses Cənubi Qafqazda sülhə açıq aşkar təhdiddir. Ermənistan öz məkrli siyasətinin beynəlxalq müstəviyə  çıxmaması, eyni zamanda xalqın aqressiyası ilə üzləşməmək üçün öz planlarını müxtəlif adlar altında kamufilə edir. Rəsmi İrəvanın qanunvericilik sistemində etdiyi bir sıra dəyişikliklər Azərbaycana qarşı diversiya-təxribat işlərini dəstəkləyir. Bu da deməyə imkan verir ki, Ermənistan revanşa hazırlanır. Qarşı tərəfin sürətlə silahlanması, sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi regionda gərginliyi artıra bilər. Çünki Ermənistanın bu hərəkəti Azərbaycan, eyni zamanda onun  müttəfiqləri üçün təhlükədir. Qeyd edim ki, Azərbaycan regionda sülhün bərqərar edilməsində maraqlı tərəfdir. Lakin Azərbaycan Ordusu ölkəmizə və onun ərazi bütövlüyünə qarşı olan istənilən təxribata cavab vermək iqtidarındadır".

A.Nağıyev bildirdi ki, qonşu dövlətlər arasında sabitliyin əsas şərti qarşılıqlı olaraq suverliyin tanınmasıdır: “Əgər ermənilər bunu başa düşməsə, "Dəmir yumruq" hər zaman başlarının üstündə olacaq".

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan son vaxtlar konkret olaraq qarşısına məqsəd qoyub və öz ordusunu hazırlamaq üçün müəyyən planlar həyata keçirir: “Bu planların içərisində ayrı-ayrı vaxtlarda güc strukturlarında xidmət etmiş şəxslər, yaxud vaxtilə silahlı qüvvələrdə təmsil olunanları, bu gün ehtiyatda olan şəxsləri - onların aralarında idmançılar da var - bir çətir altına toplayırlar. Təlimatçıların da cəlb olunduğu mərkəzdə onlara hazırlıqlar keçirlər ki, sabah təxribatlar üçün onların fəaliyyətindən istifadə olunsun. Onların arasında xüsusi təyinatlılar da, kəşfiyyatçılar da var. Bu şəxsləri xüsusi proqram üzrə hazırlayırlar. Özü də bunlar bu gün üçün, sabah üçün yox, yaxın gələcək üçün hazırlanır. Ermənistan NATO-nun xüsusi təyinatlılarının proqramı əsasında bu şəxsləri hazırlayır. Üstəlik, biz bilirik ki, Ermənistan təxribat və terror üzrə dünyada ad çıxaran ölkədir. Bu ölkənin təməli təxribat və terror üzərində qurulub. Ona görə də Ermənistanda yeniyetmələr və gənclər üçün mərkəz və klub adında hələ çox hoqqaların şahidi olacağıq”. Ü.Cəfərov düşmən təxribatlarına qarşı nə etməli olduğumuz barədə bunları söylədi: “Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinin keçirilməsi, döyüş hazırlığının yüksəldilməsi ilə bağlı işlər davam etdirilir. Ermənistan Təhlükəsizlik Şurası daha çox Ermənistan ətrafındakı riskləri dəyərləndirir, müəyyən məsələləri müzakirə edirlər, bu da başadüşüləndir. Ermənistanın Azərbaycanın Komando hərbi hissələrinə çatması üçün on il vaxt lazım olacaq. Həmçinin 44 günlük müharibədəki məğlubiyyətdən sonra Ermənistanın öz ordusunu döyüş qabiliyyətinə çatdırmaq üçün 5-10 il vaxt lazımdır. Onlar hələ öz məqsədlərini rəsmən elan etməyəcəklər. Çünki Ermənistanın silah-sursat almaqla bağlı da çətinlikləri var. Bəzən ağlayıb-sızlayırlar ki, maliyyə vəziyyəti yaxşı deyil. Orduda xeyli rüşvətxorluq və korrupsiya faktları mövcuddur. Keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı cinayət işinin açılması, eks-nazir David Tonoyanım həbs edilməsi, o cümlədən Qarabağda təlimatlandırılıb göndərilmiş Calal Arutyunyana qarşı elan olunan ittihamlar bunun sübutudur”. Polkovnik dedi ki, Ermənistanın sülh bəyanatları bizi arxayınlaşdırmamalıdır: “Bu dövlətin adı Ermənistandır. Bu ölkə hər zaman separatçılığı, terroru, dağıdıcılığı əsas götürərək formalaşıb. Ona görə də hesab edirəm ki, Ermənistanın təxribatçı addımları həm Azərbaycanın müvafiq qurumları tərəfindən izlənilir, təhlil olunur. Eyni zamanda  Ermənistan hazırlaşır. Yaxın illər üçün 102-ci hərbi bazanın müəyyən təhdidləri ola bilər, həm Türkiyə, həm Azərbaycan faktoru var. Üstəlik, onlar qəti qərar veriblər ki, Qərb çətiri altında - Amerika, Fransa, Yunanıstanın çətiri altında  öz gələcəklərini qursunlar. Bu istiqamətdə də fəaliyyətləri, KTMT tədbirlərindən imtina qərarları bunu sübut edir”.

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Bunu etmək rəsmən qadağan edildi - Prezident TƏSDİQLƏDİ

Sayt və sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik hərəkətləri qadağan edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib. Qanuna əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan

15:05, 15 yanvar Sosial

Meyiti tapılan tələbə məşhur iş adamının qızı imiş

Xəbər verdiyimiz kimi, Naxçıvan Dövlət Universitetinin Türkiyədən olan iki tələbəsi dünyasını dəyişib. "Bakuinfo" xəbər verir ki, onlardan biri - tibb ixtisası üzrə təhsil alan II kurs tələbəsi Büşra Aksu əslən Türkiyənin Ordu ilindəndir. Tələbə Orduda tanınmış iş adamı Sezai Aksunun qızıdır. Xatırladaq ki, tələbələr ötən gün dəm qazından zəhərlənərək ölüblər. (Unikal.az)

12:30, 15 yanvar Sosial

Vaqif Xaçatryandan Ermənistanda İLK AÇIQLAMA

Vaqif Xaçatryanın əhvalı yaxşıdır, hazırda vətəni Ermənistandadır və səbirsizliklə qohumları ilə görüşü gözləyir". "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, Bakıda həbsxanadan Ermənistana gətirilən Vaqif Xaçatryan bu gün xəstəxanaya aparılıb və orada müayinədən keçib. "Hazırda müayinədən keçir. Bilirik ki, onun xroniki ürək xəstəliyi var idi, ona görə də əlavə müayinələr aparmalıyıq.

23:43, 14 yanvar Siyasət

Son Xəbərlər

Bu tarix də bayramlar sırasına daxil edildi - RƏSMİ

20 Sentyabr – Dövlət Suverenliyi Günü iş günü hesab edilən bayram günü olub. "Bakuinfo" bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb Qanuna əsasən, Dövlət Suverenliyi Günü Azərbaycan Respublikasının bayramları sırasına daxil edilib.

22:50, 16 yanvar Sosial

Kadırovun oğlu qəzaya düşdü

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adəm Kadırovun olduğu kortej Qroznıda qəzaya uğrayıb. “Bakuinfo" xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb. Bildirilib ki, hadisə nəticəsində yaralanan Adəm Kadırov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib Qeyd edilib ki, o, hazırda reanimasiyadadır və Moskva şəhərinə təxliyə üçün hazırlanır. Qəzada bir nəfərin öldüyü də vurğulanıb. İnternetdə yayılan məlumatlara görə, Adəm Kadırovun korteji yüksək sürətlə hərəkət edib.

22:33, 16 yanvar Dünya

Bütün KFC restoranları bağlandı

Rusiyada KFC (Kentucky Fried Chicken - ing. 1930-cu ildə ABŞ-də yaradılan fastfud şəbəkəsi) restoranları bağlanıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat dərc edib. Qeyd olunur ki, bütün restoranlar "Rostic" brendi altında fəaliyyət göstərir və inkişaf edir. Hazırda "Rostic"in müəssisələrinin ümumi sayı 1,3 mini keçib.

18:23, 16 yanvar Dünya

Yeni sədr Əfqan Cəlilov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezidentin bu gün imzaladığı Sərəncamla Əfqan Süleyman oğlu Cəlilov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədr təyin edilib. "Bakuinfo" xəbər verir ki, o, bu təyinatadək Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədrinin əvəzi vəzifəsində çalışıb. Belə ki, Əfqan Süleyman oğlu Cəlilov 1978-ci ildə anadan olub. 1995 – 2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsi üzrə bakalavr, daha

17:18, 16 yanvar Sosial

“Şöhrət” ordeni ilə təltif olunan Nadejda İsmayılova kimdir? – DOSYE

Azərbaycan Respublikasında jurnalistika sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Nadejda Vasilyevna İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib. “Bakuinfo” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Dövlət başçısının qərarı Nadejda İsmayılovanın Azərbaycan mətbuatının inkişafında göstərdiyi xüsusi xidmətlərin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir. Nadejda İsmayılova kimdir? – Qısa dosye Nadejda Vasilyevna İsmayılova Azərbaycan

17:15, 16 yanvar Sosial

Nadejda İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi

Azərbaycan Respublikasında jurnalistika sahəsində xüsusi xidmətlərinə görə Nadejda Vasilyevna İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

17:11, 16 yanvar Ölkə

İlham Əliyev onu sədr təyin etdi - SƏRƏNCAM

Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Əfqan Süleyman oğlu Cəlilov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri təyin edilib.

17:10, 16 yanvar Ölkə

Sabiq icra başçısının oğlu Yevlaxda adam güllələdi

Bu gün Yevlaxda silahlı insident baş verib. "Bakuinfo" xəbər verir ki, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində 46 yaşlı tanışının ayaq nahiyəsinə xəsarət yetirib. Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Əldə etdiyimiz digər məlumata görə, Zaur Səmədov Yevlaxın sabiq icra başçısı Qoca

15:39, 16 yanvar Kriminal

Nəsimi rayonuna artıq o rəhbərlik edəcək

Xəbər verdiyimiz kimi, ötən ilin dekabrında Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Elxan İbrahimov vəzifəsindən uzaqlaşdırıldı. Bundan sonra yerli KİV-də onun səlahiyyətlərinin müvəqqəti olaraq birinci müavin Gülarə Verdiyevaya tapşırılması ilə xəbərlər yayılmışdı. "Bakuinfo" xəbər verir ki, Gülarə Verdiyevaya tapşırılan səlahiyyətlər ondan alınıb. Hazırda isə icra başçısının səlahiyyətlərini müvəqqəti icrası digər müavin Zahid Xəlilovdur. Fotoda Zahid Xəlilov Nəsimi

15:23, 16 yanvar Sosial

Sabah Bakıda hava necə olacaq?

Yanvarın 17-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya Xidmətindən "Bakuinfo"ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq

12:18, 16 yanvar Sosial

Powered by MirTech