“Meydan TV işi” ilə bağlı yeni faktlar - Qonorarlar necə göndərilib?
Şəmşad Ağa nə vaxtdan Meydan TV-də işləyib?
Şəmşad Ağayev (Şəmşad Ağa) Meydan TV-nin Azərbaycan ofisinin idarəçiliyini həyata keçirib.
“Bakuinfo” APA-ya istinadən xəbər verir ki, Meydan TV-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Qənbərova (Aynur Elgünəş) və digər 6 əməkdaşı həbs edildikdən sonra Almaniyadakı baş ofis tərəfindən Meydan TV-nin idarəçiliyi Şəmşad Ağayevə həvalə edilib. Şəmşad Ağayev buna qədər Toplum TV və III Respublika Platforması, daha sonra isə Meydan TV ilə əməkdaşlıq edib.
Almaniyadakı ofisdən ona həbs edilmiş əməkdaşların əvəzinə yeni işçilərin tapılması tapşırılıb.
Meydan TV-nin yeni əməkdaşları kimlər olub?
Şəmşad Ağayev qısa müddətdə Kamran Mahmudov (Turan İnformasiya Agentliyinin direktor müavini), Nurlan Qəhrəmanlı (Nurlan Libre), Fatimə Mövlanova, Gülzar Məmmədli, Günel İsayeva və digərlərini işə cəlb edib. Onlarla birgə hazırladığı materialları yayımlamaq üçün Meydan TV-nin Almaniya ofisini idarə edən Orxan Məmmədova göndərib.
Şəmşad Ağayev mütəmadi olaraq Meydan TV-nin direktoru Metyu Kasper və Almaniyada olan digər əməkdaşlar- Orxan Məmmədov, Ömər Məmmədov, Həbib Abdullayev (Həbib Müntəzir) və digərləri ilə “Signal” və başqa tətbiqlər üzərindən əlaqə saxlayıb.
.jpg)
Şəmşad Ağayevin “Telegram” mobil tətbiqində Kamran Mahmudovla apardığı müzakirələrdən görünür ki, Meydan TV-də bu il fevralın 4-də paylaşılmış “Məhbuslara qarşı mülksüzləşdirmə” materialı Almaniya ofisində çalışan Orxan Məmmədovla birgə hazırlanıb.
.jpg)
Bundan başqa, Ş.Ağayev bu il fevralın 3-də Meydan TV-də paylaşılmış “COP29 keçirən ölkədə ekoloji problemlər və xəstəliklər” başlıqlı məqaləni redaktə etdikdən sonra paylaşılması üçün Kamran Mahmudova göndərib.
.jpg)
Şəmşad Ağayev və Meydan TV-nin digər əməkdaşları Aytən Həsənova, Kamran Mahmudov, Həbib Müntəzir, Orxan Məmmədov, Ömər Məmmədov və Gürcüstan üzrə nümayəndə Sevda Səmədova ilə birgə “Telegram”-da yaratdıqları qrupda ölkəmizlə bağlı hazırlanacaq qərəzli məqalələr barədə müzakirə aparıblar.
.jpg)
Qonorarlar necə göndərilib?
Şəmşad Ağayev Meydan TV üçün material dərc edən Günel İsayevaya 435 AZN qonorar göndərib. Bu vəsait Günel İsayevanın bacısı qızı Aidə Əhmədovanın bank hesabına köçürülüb.
.jpg)
Meydan TV əməkdaşlarının xərclərini kimlər qarşılayır?
Meydan TV-nin heyətinin bütün xərcləri donorlar tərəfindən qarşılanır. Əldə olunan məlumatlar göstərir ki, onların ölkədən kənarda mütəmadi görüşləri təşkil olunur. Şəmşad Ağayev də xaricdə bu media resursunun digər ölkələrdə fəaliyyət göstərən nümayəndələri ilə mütəmadi görüşüb.
.png)
“Amerikanın səsi”nin müxbirinə niyə təzyiq olunur?
Şəmşad Ağayevin hazırda «Amerikanın səsi» media resursunda işləyən Samirə Əliyevaya istintaqa doğru ifadə verdiyinə görə təzyiq göstərdiyi müəyyən edilib. Aparılan danışıqlardan görünür ki, Şəmşad Ağayev Samirə Əliyevanı istintaqda yalan ifadə verməyə təşviq edir. “Hər şeyi hamımız çox yaxşı bilirik, amma özünüzü doğruluq, dürüstlük abidəsi kimi qələmə verirsiniz” deyə, Samirə Əliyeva bildirir.
.jpg)
.jpg)
“2vur2 Media” layihəsində nələr müzakirə olunub?
Şəmşad Ağayev 2023-cü ildə “Clubhouse” tətbiqi üzərindən fəaliyyət göstərən “2vur2 Media” onlayn ictimai müzakirə platformasında “Media və söz azadlığı” ilə yanaşı 10 mövzunun müzakirə olunduğu layihədə ödəniş müqabilində redaktorluq edib. Bu layihədə, həmçinin xaricdə yaşayan jurnalist Elməddin Şamilzadə (Elmi Shamilon), Həbib Müntəzir, redaktor kimi Time TV-nin rəhbəri Emil Cəfərov, dizayner olaraq “Amerikanın səsi”nin jurnalisti Ülviyyə Quliyeva (Ülviyyə Əli) iştirak ediblər.
Elməddin Şamilzadə “2vur2 Media” ilə əlaqədar yaradılmış “Telegram” qrupunda layihədə işlənilməsini təklif etdiyi mövzuların siyahısını göndərib. Mövzular arasında LGBT+ haqları və onların siyasətdə təmsilçiliyinin də olması diqqəti cəlb edir.
.jpg)
.jpg)
Nurlan Libre Almaniyadan sığınacaq gözləyir
Əldə olunan məlumata görə, sonuncu bələdiyyə seçkilərində xüsusi fəallıq göstərərək seçki məntəqələrindən təxribat xarakterli videolar hazırlayan Nurlan Qəhrəmanlı (Nurlan Libre) da həmin materialları paylaşılması üçün Şəmşad Ağayevə göndərib. Nurlan Librenin Azərbaycanda guya “təzyiq və zorakılıqlara” məruz qaldığını əsas göstərib, Almaniyaya siyasi sığınacaq üçün müraciət etdiyi müəyyən edilib.
.jpg)
Meydan TV ilə bağlı sonuncu kimlər həbs olunub?
Şəmşad Ağayev bu il fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs olunub. Şəmşad Ağa barəsində 2 ay 1 gün müddətində həbs-qətimkan tədbiri seçilib.Ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Şəmşad Ağayevlə birlikdə “Toplum TV”nin baş redaktoru işləmiş Şahnaz Bəylərqızı barəsində 3 ay 15 gün müddətində həbs-qətimkan tədbiri seçilib. Şahnaz Bəylərqızı da Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
Buna qədər isə Meydan TV-nin Azərbaycan ofisinin rəhbəri Aynur Qəmbərova (Elgünəş) və daha 6 əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib.
Diqqət Çəkənlər
Bunu etmək rəsmən qadağan edildi - Prezident TƏSDİQLƏDİ
Sayt və sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik hərəkətləri qadağan edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib. Qanuna əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan
Meyiti tapılan tələbə məşhur iş adamının qızı imiş
Xəbər verdiyimiz kimi, Naxçıvan Dövlət Universitetinin Türkiyədən olan iki tələbəsi dünyasını dəyişib. "Bakuinfo" xəbər verir ki, onlardan biri - tibb ixtisası üzrə təhsil alan II kurs tələbəsi Büşra Aksu əslən Türkiyənin Ordu ilindəndir. Tələbə Orduda tanınmış iş adamı Sezai Aksunun qızıdır. Xatırladaq ki, tələbələr ötən gün dəm qazından zəhərlənərək ölüblər. (Unikal.az)
Vaqif Xaçatryandan Ermənistanda İLK AÇIQLAMA
Vaqif Xaçatryanın əhvalı yaxşıdır, hazırda vətəni Ermənistandadır və səbirsizliklə qohumları ilə görüşü gözləyir". "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, Bakıda həbsxanadan Ermənistana gətirilən Vaqif Xaçatryan bu gün xəstəxanaya aparılıb və orada müayinədən keçib. "Hazırda müayinədən keçir. Bilirik ki, onun xroniki ürək xəstəliyi var idi, ona görə də əlavə müayinələr aparmalıyıq.
Son Xəbərlər
Bütün KFC restoranları bağlandı
Rusiyada KFC (Kentucky Fried Chicken - ing. 1930-cu ildə ABŞ-də yaradılan fastfud şəbəkəsi) restoranları bağlanıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat dərc edib. Qeyd olunur ki, bütün restoranlar "Rostic" brendi altında fəaliyyət göstərir və inkişaf edir. Hazırda "Rostic"in müəssisələrinin ümumi sayı 1,3 mini keçib.
Yeni sədr Əfqan Cəlilov kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Prezidentin bu gün imzaladığı Sərəncamla Əfqan Süleyman oğlu Cəlilov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədr təyin edilib. "Bakuinfo" xəbər verir ki, o, bu təyinatadək Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədrinin əvəzi vəzifəsində çalışıb. Belə ki, Əfqan Süleyman oğlu Cəlilov 1978-ci ildə anadan olub. 1995 – 2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsi üzrə bakalavr, daha
“Şöhrət” ordeni ilə təltif olunan Nadejda İsmayılova kimdir? – DOSYE
Azərbaycan Respublikasında jurnalistika sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Nadejda Vasilyevna İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib. “Bakuinfo” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Dövlət başçısının qərarı Nadejda İsmayılovanın Azərbaycan mətbuatının inkişafında göstərdiyi xüsusi xidmətlərin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir. Nadejda İsmayılova kimdir? – Qısa dosye Nadejda Vasilyevna İsmayılova Azərbaycan
Nadejda İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi
Azərbaycan Respublikasında jurnalistika sahəsində xüsusi xidmətlərinə görə Nadejda Vasilyevna İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
İlham Əliyev onu sədr təyin etdi - SƏRƏNCAM
Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Əfqan Süleyman oğlu Cəlilov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri təyin edilib.
Sabiq icra başçısının oğlu Yevlaxda adam güllələdi
Bu gün Yevlaxda silahlı insident baş verib. "Bakuinfo" xəbər verir ki, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində 46 yaşlı tanışının ayaq nahiyəsinə xəsarət yetirib. Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Əldə etdiyimiz digər məlumata görə, Zaur Səmədov Yevlaxın sabiq icra başçısı Qoca
Nəsimi rayonuna artıq o rəhbərlik edəcək
Xəbər verdiyimiz kimi, ötən ilin dekabrında Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Elxan İbrahimov vəzifəsindən uzaqlaşdırıldı. Bundan sonra yerli KİV-də onun səlahiyyətlərinin müvəqqəti olaraq birinci müavin Gülarə Verdiyevaya tapşırılması ilə xəbərlər yayılmışdı. "Bakuinfo" xəbər verir ki, Gülarə Verdiyevaya tapşırılan səlahiyyətlər ondan alınıb. Hazırda isə icra başçısının səlahiyyətlərini müvəqqəti icrası digər müavin Zahid Xəlilovdur. Fotoda Zahid Xəlilov Nəsimi
Sabah Bakıda hava necə olacaq?
Yanvarın 17-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya Xidmətindən "Bakuinfo"ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq
Orta aylıq əməkhaqqı bu qədər artıb
2025-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 1089,2 manat təşkil edib. Bu barədə “Bakuinfo"ya Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
İlham Əliyevin İsveçrəyə səfəri gözlənilir
Yanvarın 19-23-də İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun (WEF) 2026-cı il üzrə illik toplantısı keçiriləcək. "Bakuinfo" xəbər verir ki, toplantıda 65 dövlət və hökumət başçısı, eləcə də beynəlxalq təşkilatların rəhbərləri, aparıcı biznes və maliyyə qurumlarının nümayəndələrinin iştirakı gözlənilir. Forumun dəvətliləri arasında ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Almaniya Kansleri Fridrix Mertz, Finlandiya Prezidenti Aleksandr