“Azərbaycanda Rusiyanın 3 ən təhlükəli adamı var, ikisi yüksək vəzifədədir”
“Yeni Sabah” Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “AzPolitika”-ya müsahibəsindən bir hissəni təqdim edir:
- Rusiyanın daxilindəki vəziyyət sabit deyil, müharibədən qaynaqlanan çox ciddi problemlər var. İqtisadi vəziyyətin çətinləşəcəyi gözlənilir, güc strukturları arasında qarşıdurma hiss olunur. Hətta bizim region ölkələrinə münasibətdə də biz bunu görürük. Rusiyada nə gözləmək olar?
- SSRİ dağılmamışdan əvvəl amerikanların Rusiya ilə bağlı bir analitik təhlil yazısını oxumuşdum. Orada deyilirdi ki, 50 ildən sonra biz Rusiyanın simasında böyük bir müsəlman dövləti görəcəyik və buna hazırlaşmaq lazımdır. Bu nə deməkdir? Rusiya böyük sürətlə müsəlmanlaşır. Burada 3 faktor var - türk xalqları böyük sürətlə artır, ruslarda artım mənfidir, müsəlman ölkələrindən olan miqrantlar durmadan Rusiyaya axın edir, Rusiyada xristianların İslamı qəbul etməsi sürətlə populyarlaşır. Bu faktorlar ona gətirib çıxaracaq ki, Rusiya həqiqətən də getdikcə türklərin və müsəlmanların təsirinə düşəcək. Bu demoqrafik proses ya Rusiyanın parçalanmasına gətirib çıxaracaq, ya da rusların mütləq ağalığına son qoyacaq. Bu gün görürük ki, Putin İslam dünyası ilə bağlı ehtiyatlı bir siyasət aparır. Putin çalışır ki, İslam dünyasını həmişə müdafiə eləsin. Fələstində bunu edir, İranla və Türkiyə ilə dostuq münasibətləri qurur. Sırf öz daxilindəki İslam faktoruna görə. Eyni zamanda İslam dünyasının gücündən istifadə edib Amerikaya qarşı durmaq məqsədi güdür. Yəni, burada çox mürəkkəb proseslər gedir.
- Azərbaycanla münasibətlər də Rusiyadan qaynaqlanan məlum hadisələrə görə gərginləşib...
- Bu, təbii gərginlikdir və onun 200 illik tarixi var. Təyyarə hadisəsi bunun kiçik bir hissəsidir. Sadəcə, gərginliklər bəzi zamanlarda üzə çıxır. Məsələn, 20 yanvar o gərginliyin açılmasından biri idi. Eləcə də 31 mart soyqırımı, Xalq Cümhuriyyətinin ləğvi, Çar Rusiyası dönəmindəki üsyanlar və s. Bunlar həmin o gərginliyin üzə çıxmasıdır. İndi də Rusiya Ukraynada məqsədinə çatmır. Dediyim kimi, rusların məqsədi Ukraynadan torpaq qoparmaq deyil, məqsəd Ukraynanı tamamilə özlərinə uyğun bir dövlət halına salmaq, SSRİ yaratmaq, digər ölkələri də buna birləşdirib ittifaq dövləti qurmaqdır. İndi ruslar istəyir ki, Azərbaycanı bu işə cəlb eləsinlər. Hazırda Azərbaycanla bağlı rusların dörd ciddi narahatçılığı var:
Birincisi, Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi;
İkincisi, transmilli layihənin Rusiyadan kənar keçirilməsi;
Üçüncüsü, Azərbaycanın Suriya məsələsində Türkiyə ilə bir yerdə olması;
Dördüncüsü, Azərbaycanın Türk Dövlətləri Təşkilatının aktiv yaradıcılarından biri olması. Bu dörd faktor Rusiyanın strateji maraqlarına ziddir. Ona görə də Azərbaycanı öz təsirinə salmaq istəyir. Məqsəd də özündən yan keçən transmilli layihələrə nəzarət etmək, Türk Dövlətləri Təşkilatını zəiflətmək, Türkiyənin Cənubi Asiyaya doğru inkişafının qarşısını almaqdır. Rusiya indi başa düşür ki, əslində Azərbaycan Ukraynadan 10 dəfə daha əhəmiyyətlidir.
Bu təyyarə məsələsi nə vaxt oldu? İlham Əliyev MDB liderlərinin qeyri-rəsmi görüşünə gedən zaman. Həmin sammitdə SSRİ-nin bərpası məsələsi ortalığa çıxa bilərdi. Bu da Azərbaycanın suverenliyini təhlükə altına atırdı. Prezident İlham Əliyev suverenlik və müstəqillik məsələsində qəti fikirdədir. Prezident birdən-birə bu ili niyə suverenlik ili elan etdi? Biz 1990-cı ildə müstəqillik əldə etmişik, 40 ilə yaxın vaxt keçəndən sonra suverenlik ili elan olunur. Bu, Rusiyanın bizim suverenliyimizi məhdudlaşdırmaq səylərinə İlham Əliyevin cavabıdır. Bu il millətin və dövlətin diqqəti suverenliyin qorunmasına yönəlməlidir. Gərginlik Rusiyadan gələn təhlükə bitənə qədər saxlanılacaq. 4-5 ildir rus məktəbləri məsələsini qaldırıram. Azərbaycanda siyasi partiya liderləri arasında məndən başqa bu məsələdə radikal çıxış edən biri yoxdur. Bu gün müxalifəti söyən Elşad adlı deputat məndən də qat-qat radikal çıxış edir ki, niyə ökədə rus məktəbi olmalıdır?
- Bu çıxış nə deməkdir ki?
- Bu o anlama gəlir ki, necə ki, “Rus Evi” bağlandı, yaxın vaxtlarda rus məktəbləri də qapadılacaq. Çünki rus məktəbləri Rusiyanın Azərbaycanda mədəni təsirini yaratmaq məqsədi güdür. Ondan sonra siyasi təsir gəlir. Sən öz düşüncənə görə rusu ağıllı, mədəni xalq hesab edirsənsə, müttəfiq ölkə olaraq özünə Rusiyanı seçməlisən. Əvəzində Türkiyəni gözdən salırdılar. Amma indi Türkiyə öz hərbi sənayesini elə səviyyədə gücləndirib ki, bu gün onun əleyhinə heç kim danışa bilmir. Bu baxımdan, Azərbaycandakı ruspərəst qüvvələrin əli zəifləyib. Bundan istifadə edib rus məktəblərini, mədəniyyət mərkəzlərini bağlayacaqlar. Beləcə, Azərbaycanın suverenliyi üçün real təhlükə aradan qalxacaq. Rusiyanın artıq Azərbaycanla zor dili ilə danışmaq imkanı yoxdur.
- Bəs daxildəki şəbəkələr necə?...
- Bilirsiz, əgər onlar öz xalqını rusa satıbsa, rusu da bizə satar. Burda ciddi siyasət aparılsa, hətta milyonlarını qurban verib, xalqa xidmət etməkdən başqa yolları yoxdur. Sadəcə, hələlik lazım olan konsentrasiyaya gəlib çıxmamışıq. Rusiyanın təsiri zəflədikcə, həmin məmurların fəaliyyətində dönüş olacaq.
- Onlara qarşı konkret tədbirlər görülə bilərmi? Bu yaxınlarda adlar çəkildi. Ramiz Mehdiyevin, başqalarının...
- Ramiz Mehdiyev hakimiyyətdə qalan rus emissarlarını diqqət mərkəzindən yayındırmaq üçündür. Azərbaycanda 3 ən təhlükəli adam var. Onlar bilavasitə Rusiyanın Azərbaycandakı maraqlarını təmin edir və dövlət orqanları üzərində nəzarəti həyata keçirməyə çalışırlar. Onun biri Ramiz Mehdiyevdir. İkisi isə hakimiyyətdədir. Özü də yüksək vəzifədədirlər.
- Kimlərdir, deyə bilərsinizmi?
- Hər halda, onların kimliyini hökumət özü yaxşı bilir.
- Yəni, onların ölkənin daxili və xarici siyasətinə təsir etmək imkanları varmı?
- Biri iqtisadi sektordadır, digəri isə hüquq-mühafizə orqanlarına nəzarət edir. Amma indi burada Türkiyə faktoru var. Orduda müşavir türk generalıdır. Zabitlərimizin bir çoxu Türkiyədə təhsil alıb. Rusiya da öz adamını “yuxarı” yerləşdirib. Amma, orduda da, DİN-də də qüvvələr nisbəti tamamilə Rusiyanın xeyrinə deyil.
- Suverenlik ili çərçivəsində referendum gözləyirsinizmi? Konstitusyada müəyyən məhdudiyyətlər var. Məsələn, xarici bazaların ölkədə yerləşdirilməsinin yolverilməzliyi kimi. Konstitusiya ilə bağlı referendum ola bilərmi?
- Əvvəla, Türkiyənin Azərbaycanda bazasının olmasına ehtiyac yoxdur. Türkiyə ilə Azərbaycan arasında Şuşa, eyni zamanda Türkiyə və Pakistanla Azərbaycan arasında Bakı müqavilələri var. Hər iki müqaviləyə görə, bu ölkələr bir-birilə hərbi müttəfiqdir. Birinə bir şey olsa, digəri avtomatik müdaxilə edəcək. Baza o ölkələr arasında olur ki, bir ölkənin digərinin ərazisində məhdud mövcudluğu olsun. Belə demək olarsa, bu gün Azərbaycan bütünlükdə Türkiyə üçün bazadır. İkincisi, Azərbaycan ordusu Türkiyə modelində formalaşdırılır. Bazaya nə ehtiyac var? Türkiyəyə baza versək, Rusiya da, ABŞ də eynisini istəyəcək. Belə bir dönəmdə konstitusiya dəyişərsə, Rusiya aktivləşəcək və baza yaratmağa çalışacaq. Ən yaxşısı Qoşulmama Hərəkatında qalmaq və konstutusiyanın bu maddəsini saxlamaqdır.
Diqqət Çəkənlər
Bunu etmək rəsmən qadağan edildi - Prezident TƏSDİQLƏDİ
Sayt və sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik hərəkətləri qadağan edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib. Qanuna əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan
Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi
Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.
Meyiti tapılan tələbə məşhur iş adamının qızı imiş
Xəbər verdiyimiz kimi, Naxçıvan Dövlət Universitetinin Türkiyədən olan iki tələbəsi dünyasını dəyişib. "Bakuinfo" xəbər verir ki, onlardan biri - tibb ixtisası üzrə təhsil alan II kurs tələbəsi Büşra Aksu əslən Türkiyənin Ordu ilindəndir. Tələbə Orduda tanınmış iş adamı Sezai Aksunun qızıdır. Xatırladaq ki, tələbələr ötən gün dəm qazından zəhərlənərək ölüblər. (Unikal.az)
Son Xəbərlər
Sabah Bakıda hava necə olacaq?
Yanvarın 17-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya Xidmətindən "Bakuinfo"ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq
Orta aylıq əməkhaqqı bu qədər artıb
2025-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 1089,2 manat təşkil edib. Bu barədə “Bakuinfo"ya Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
İlham Əliyevin İsveçrəyə səfəri gözlənilir
Yanvarın 19-23-də İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun (WEF) 2026-cı il üzrə illik toplantısı keçiriləcək. "Bakuinfo" xəbər verir ki, toplantıda 65 dövlət və hökumət başçısı, eləcə də beynəlxalq təşkilatların rəhbərləri, aparıcı biznes və maliyyə qurumlarının nümayəndələrinin iştirakı gözlənilir. Forumun dəvətliləri arasında ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Almaniya Kansleri Fridrix Mertz, Finlandiya Prezidenti Aleksandr
Şəhriyardan Xameneiyə məsləhətlər... - VİDEO
Son günlər İranda iqtisadi böhran, eləcə də milli valyutanın dəyərinin kəskin enməsi fonunda ölkənin əksər şəhərlərdə etiraz aksiyaları baş qaldırıb. Narazılıqlar əsasən molla rejiminin sərt idarəetməsi, dini-siyasi hakimiyyətin cəmiyyətdə artan sosial-iqtisadi problemlərə adekvat cavab verə bilməməsi ilə əlaqələndirilir. Yüzlərlə insanın həyatını itirdiyi aksiyalarda etirazçılar uzun illərdir ölkəni idarə edən molla rejiminin islahatlara getmədiyini və azadlıqları məhdudlaşdırdığını
Azərbaycanda iki valyuta kəskin UCUZLAŞDI
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. "Bakuinfo" xəbər verir ki, yanvarın 16-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Türkiyə lirəsi 0,0393 manata kimi, Avro 1,9738 manatadək ucuzlaşıb, Rusiyanın 100 rublu isə 2,1849 manata kimi bahalaşıb.
10 avtomat, 79 tüfəng aşkarlandı
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Bu barədə "Bakuinfo"ya DİN-dən məlumat verilib. Yanvarın 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 avtomat silahı, 2 tapança, 4 qumbara, 6 alışdırıcı, 79 tüfəng, 7 patron darağı və 571 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Avtoxuliqanlıq edən sərxoş sürücü saxlanıldı
Bakı–Şamaxı–Yevlax yolunda avtoxuliqanlıq edən sərxoş sürücü tutulub. "Bakuinfo" xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir. Məlumata görə, idarənin 4-cü taqımının əməkdaşları tərəfindən Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 220-ci kilometrində hərəkət zamanı kobud qayda pozuntularına yol verən “VAZ 2102” markalı, 23 BX 550 nömrə nişanlı nəqliyyat vasitəsinə “saxla” işarəsi verilsə də, sürücü Raqif Məmmədov polis əməkdaşlarının qanuni
Şahin Tağıyevlə vida mərasimi keçirilir - FOTOLAR
İsveçin Malmö şəhərində vəfat etmiş Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevlə vida mərasimi keçirilib. "Bakuinfo" xəbər verir ki, vida mərasimində Müdafiə Nazirliyinin, Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, hərbçilər, Milli Qəhrəmanın döyüş yoldaşları, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib. Milli Qəhrəman Hərbi Memorial Məzarlıqda dəfn ediləcək. Qeyd edək ki, ötən il 29 dekabr tarixində İsveç Krallığının Malmö şəhərində uzun sürən
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Ermənistan arasında razılaşmanın, eləcə də TRİPP (Zəngəzur dəhlizi) ilə bağlı məsələlərin həyata keçirilməsi üçün intensiv işlərin aparıldığını bildirib. "Bakuinfo" xəbər verir ki, o, bu dəhlizin Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirmək və Türkiyənin Türk dünyasına və Orta Asiyaya birbaşa çıxışı üçün vacib olduğunu vurğulayıb. Fidan qeyd edib ki, texniki məsələlər qalır, lakin məqsəd müqaviləni mümkün qədər tez
Bakı məhbusu Gevorq Ermənistanda "şirə döndü" - "And içirəm ki..."
Ermənistana qaytarıldıqdan sonra sosial şəbəkələrdə pafoslu müraciətlə çıxış edən Gevorq Sujyan Bakıda saxlanılan ermənilərə emosional çağırış edib. "Bakuinfo" Musavat.com-a istinadla xəbər verir ki, Sujyan paylaşımında yazıb: “Mən sizi tərk etmədim, dostlar. Ruhumun bir parçasını sizinlə orada qoydum. Siz amansız əsirliyin caynaqlarında qaldığınız müddətdə mənim üçün rahatlıq olmayacaq. Buna and içirəm”. Məhz bu çıxış Sujyanın kimliyi və Bakıda saxlanılmasının real səbəblərini