Nazir açıqladı: Bakı Qarabağ müharibəsi ilə həll etdi, sıra bizdədir!

Siyasət 17:35, 13 iyun 2025, 28
Nazir açıqladı: Bakı Qarabağ müharibəsi ilə həll etdi, sıra bizdədir!

Globalinfo.az Şimali Kipr Türk Respublikasının (ŞKTR) iqtisadiyyat və enerji naziri Olgun Amcaoğlu ilə müsahibəni təqdim edir:

– Cənab nazir, müsahibəyə vaxt ayırdığınız üçün təşəkkür edirəm. Son zamanlar dünyada və regionda iqtisadi və siyasi münasibətlər sürətlə dəyişir. Sizcə, bu dəyişikliklər ŞKTR-nin iqtisadi inkişafına necə təsir edir? Ümumilikdə, Şimali Kiprin iqtisadi perspektivlərini necə görürsünüz?

– Bildiyiniz kimi, ŞKTR bir ada dövlətidir. Buna görə də adada xidmət sektorunun inkişafı üzərində ciddi işlər görürük. Bundan başqa, həm ümumdaxili məhsulu (ÜDM), həm də adambaşına düşən milli gəliri artırmaq üçün əlimizdən gələni edirik.

Dəyişən dünya iqtisadi kontekstinə uyğun olaraq, yenilikləri yaxından izləyirik. Bütün innovativ yenilikləri, o cümlədən süni intellekt kimi müasir trendləri iqtisadi sferaya inteqrasiya etməyə çalışırıq. Xüsusi olaraq qeyd edim ki, təkcə turizm sahəsindən ötən il dövlət büdcəsinə 2 milyard 245 milyon ABŞ dolları vəsait daxil olub. Hazırda ŞKTR-ni ziyarət edən turistlərin sayı 2 milyona çatıb. Bundan əlavə, hazırda 30 min yataq yerimiz var. 2030-cu ilə qədər bu rəqəmi 50 minə çatdırmağı və illik turist sayını 4 milyona qədər artırmağı hədəfləyirik.

Xidmət sektorunda çalışacaq şəxslərin təhsilli və lazımi biliklərə sahib olmaları üçün xüsusi səylər göstəririk. Hazırda 21 akreditə olunmuş universitetimizdə 104 ölkədən gələn 120 min tələbə təhsil alır. Bu yolla ölkəmizin keyfiyyətini və innovasiya potensialını artırmağa çalışırıq. Əlbəttə, əldə etdiyimiz gəlirlə yanaşı, illik 3.4 milyard dollar dəyərində olan xarici idxal kəsirimizi azaltmağa da çalışırıq. Kipr adasının ən böyük üstünlüyü onun yerləşdiyi coğrafi mövqedir. Ada  Afrika, Avropa və Asiyanın kəsişməsində, Aralıq dənizinin mərkəzində yerləşir. Bu gün 3,355 kvadrat kilometr ərazidə qurulan, 52 illik tarixi olan, 17-ci türk dövləti ŞKTR-nin davamlılığı üçün mümkün olan hər şeyi edirik. Xüsusilə vurğulamaq istərdim ki, bu gün biz Türk dünyası ilə əlaqələrə çox böyük önəm veririk. Bakıya səfərimizin əsas səbəblərindən biri də tərəfdaşlarımızla görüşmək, mövcudluğumuzu göstərmək və əməkdaşlığın təməlini daha da möhkəmləndirməkdir. Bu gün heç kəs sizə oturduğunuz yerdə “qızıl sinidə” bir şey təqdim etmir. Gənc Azərbaycan Respublikası kimi, biz də var olmaq, inkişaf etmək və dövlət infrastrukturunu möhkəmləndirmək üçün çalışırıq.

Hazırda dünya bərpa olunan enerjiyə keçid edir və biz də bu istiqamətdə irəliləməyə çalışırıq. Qeyd edim ki, Kipr adası bu gün dünyanın günəş şüası baxımından beşinci ən çox radiasiyaya məruz qalan bölgələrindən biridir. Bu isə adanın böyük günəş enerjisi potensialına sahib olduğunu göstərir.

Yuxarıda qeyd etdiyim məsələlərə əlavə olaraq, məqsədimiz öz enerjimizi təmin edə biləcək bir vəziyyətə gəlməkdir. Bütün bu məqsədləri reallaşdırmaq üçün bu gün Bakıda tərəfdaşlarımızla təmasdayıq və əlimizdən gələni edirik.

– Birləşmiş Millətlər Təşkilatı səviyyəsində tanınma məsələsində ŞKTR hansı yeni strategiyaları planlaşdırır?

– Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın BMT kürsüsündə dəfələrlə dilə gətirdiyi kimi, biz də ŞKTR-nin suveren ölkə kimi tanınması ilə bağlı tələb irəli sürürük. Bizim yanaşmamız açıq və aydındır: adada iki suveren, bərabərhüquqlu dövlət olmalıdır.

Çünki 50 ilə yaxın müddətdə adada federasiya modeli ilə bağlı danışıqlar aparıldı. Təəssüf ki, bu danışıqlardan heç bir nəticə əldə olunmadı. Xüsusilə Kiprin yunan tərəfinin məsələlərə yanaşması, mövqeyi konstruktiv deyil. Qısa müddət öncə əsas bölgədə Avropa İttifaqının 35 meqavatlıq günəş enerjisi əldə edilməsini nəzərdə tutan bir layihə həyata keçirilə bilmədi. Bu layihənin qarşısını alan əsas səbəbkar yunan tərəfi oldu. Onlar adada həyata keçirilən bütün layihələrin özləri ilə aparılmasını tələb edirlər. Ən kiçik layihədə belə bərabərlik hüquqlarını kobud şəkildə pozurlar.

WhatsApp Image 2025 06 13 at 14.09.02

Adada bu günə qədər sülhün əldə olunmamasının, problemlərin həll edilməməsinin ən böyük səbəbi şübhəsiz ki, Yunan tərəfidir. Bizim qarşılaşdığımız embarqolar, təcrid siyasəti davam edir və biz buna qarşı mübarizəmizi davam etdirəcəyik.

Bizə bu yolda ən böyük dəstəyi verən, suverenliyimizi tək tanıyan ölkə – Türkiyə Respublikasının iqtisadi və müdafiə yardımları danılmaz dərəcədə böyükdür. Çünki ŞKTR bu gün 17-ci Türk dövlətidir. Bu, unudulmamalıdır. Biz dinə, imana, bayrağa, türklüyə olan inamımızı heç vaxt itirməmişik.

Bu gün bura gəlməzdən əvvəl AKİT-lə olan görüşə qatıldım. Sağ olsun, Azərbaycanlı və Türkiyəli iş adamları ilə birlikdə keçirdiyimiz toplantı bir daha göstərdi ki, Türkiyə var olduqca, Azərbaycan var olduqca – ŞKTR də var olacaq. Buna olan inamımız tamdır. Bu şüarla yolumuza davam edirik. Kimlərsə fərqli şeylər düşünə bilər, amma bizim sadəcə istədiyimiz – insanca, müasir toplumlar kimi yaşaya bilməkdir.

– ŞKTR-nin müstəqilliyinin dünya tərəfindən tanınmadığı bir vaxtda siz özünüzü necə təqdim edirsiniz? Daha dəqiq desək, Şimali Kiprin beynəlxalq “brendi” nədir? Məsələn, Estoniya texnologiyadır, İsveçrə maliyyədir.

– Bu gün 21 universitetimizdə təhsil alan 120 min tələbəmizin həyata keçirdiyi və ya gələcəkdə keçirəcəyi innovativ layihələrə biz də dəstək verməyi planlaşdırırıq. Bu yolla texnologiya sahəsində dünya ilə ayaqlaşmaq, hətta daha da inkişaf etmək planlarımız var. Amma bundan başqa, turizm sahəsində də hədəflərimiz mövcuddur.

Kipr adasında turizmin inkişafı istiqamətində ciddi bir yol qət etdiyimizi düşünürəm. Elə bir ölkə düşünün ki, ada üzərində yerləşir və yüksək bacarıqlı, ağır sənaye kompleksləri yarada bilməyəcəyinin fərqindədir. Buna baxmayaraq, xarici idxaldan yaranan iqtisadi kəsiri bağlamaq istəyir. ŞKTR məhz bu səbəbdən iqtisadiyyatın inkişafına real təkan verə biləcək, lokomotiv rolunu oynayacaq turizm sahəsinə yönəlib. Bu gün adada turizmin inkişafı və bu sahədəki rəqiblərlə rəqabət apara bilmək üçün çalışırıq. Bu isə heç də düşündüyünüz qədər asan proses deyil. Çünki ŞKTR embarqolara məruz qalır. Buna rəğmən, bir dövlət olaraq həyatda qalmağa və vətəndaşların rifah səviyyəsini yüksəltməyə çalışırıq.

Bu gün içində olduğumuz dünya heç də ədalətli deyil. Bizdən cəmi 40 kilometr uzaqlıqda yerləşən Qəzzada baş verənlər bunun ən real sübutudur. Dünya bəzən bilərəkdən və ya bilməyərəkdən bu kimi məsələlərə göz yumur. Bu, dəvəquşu siyasətidir. Amma reallıq tam fərqlidir. Bu gün biz bir dövlət olaraq həm dünyada, həm də Türk dünyasında yerimizi qorumaq üçün əlimizdən gələni edirik.

– Şimali Kipr adası sadəcə turizm yeri kimi qalacaq, yoxsa bir texnologiya və innovasiya mərkəzi ola bilər? Məsələn, Tayvan kimi…

– Baxın, ŞKTR-də 21 ali təhsil verən universitet var. Yuxarıda da qeyd etdiyim kimi, bu universitetlərdə bu gün 120 min tələbə təhsil alır. Amma hədəfimiz bu rəqəmi 150 minə çatdırmaqdır. İndiyə qədər texnologiya və innovasiya sahəsində müəyyən işlər görülsə də, nəticələr gözlənilən səviyyədə deyildi.

İlk dəfə olaraq nazirliyə 5 layihə təqdim olunub. Lazımi dəstək və maliyyənin ayrılması ilə bağlı artıq işlərə başlamışıq. Burada əsas məsələ nə etmək istədiyinizlə bağlıdır. Xüsusilə qeyd edim ki, 104 ölkədən tələbələr ölkəmizə gəlib, burada 4 il təhsil alıb, sonra öz ölkələrinə qayıdırlar. Bu tələbələrdən biri, Argentinadan olan bir gəncə şəxsən özüm mükafat təqdim etmişəm.

WhatsApp Image 2025 06 13 at 14.10.02

Baxdıqda insan istər-istəməz düşünür: Argentina hara, ŞKTR hara? Amma bu gün istər turizm sektoru olsun, istər xidmət sahəsi, istərsə də texnologiya və innovasiya sahəsində təhsil almaq istəyən tələbənin Argentinadan belə olsa, ŞKTR -yə gəlməsi, burada oxuması deməkdir ki, siz artıq izoliyasiyadan çıxmağı və embarqoları qırmağı bacarmısınız.

Bu gün biz çatışmazlıqlarımızı tamamlamağa, səhvlərimizi düzəldib təkrar etməməyə çalışaraq gələcəyə addımlayırıq. Hesab edirəm ki, bu proses hər gənc ölkədə baş verir. Azərbaycanda da böyük ehtimalla bu mərhələlərdən keçib. Qarabağ zəfərindən sonra Azərbaycan bir çox səhvini düzəltdi və daha inamla, daha əmin addımlarla gələcəyə yönəldi. Biz də bu gün eynisini edirik. Türkiyənin və Azərbaycanın dəstəyi ilə yolumuza davam edirik.

Cənab Ərdoğanın dediyi kimi: “Dünya beşdən böyükdür”. Bu dünyada beş ölkə və ya beş millət yoxdur. Biz Türk dövlətləri, qardaşlarımızla birlikdə yolumuza davam edirik.

– Bu gün təəssüf ki, Türkiyədən başqa heç bir dövlət ŞKTR-ni tanımır. TDT və İslam dünyasından da rəsmi tanınma yoxdur. Bu reallıq fonunda, sizcə, ŞKTR-nin tanınması hələ də real bir hədəf kimi qalırmı?

– Baxın, mütləq şəkildə yalnız suverenliyin tanınmasına fokuslanıb bu məsələdə motivasiyanı aşağı salmaq və ya bütün enerjini sırf bu sahəyə yönəltmək düzgün olmaz. Bir az əvvəl də dediyim kimi, biz hazırda təhsilə fokuslanmışıq və Argentinadan gələn bir tələbənin timsalında əldə etdiyimiz uğurları diqqətlə analiz edirik.

Düzdür, ŞKTR -nin müstəqilliyinin tanınması və beynəlxalq qəbul prioritet məsələlərdəndir. Amma bununla yanaşı, təhsil və turizm sahəsindəki fəaliyyətimizi də davam etdiririk. Bəli, bu mövzuda Tayvan modeli çox uğurludur. Dünyanın Tayvanı rəsmi olaraq tanımaması oradan çıxan ideyaları, layihələri və savadlı kadrları tanımayacağı anlamına gəlmir. Əksinə, bu ideyalar və insanlar tanınır, qəbul edilir.

Almaniyada keçirilən meyvə sərgisində rusiyalı bir iş adamına ŞKTR tərəfindən istehsal olunan 800 ton kartofun necə satıldığını şəxsən bilirəm. Bizə o zaman bu məhsul adanın şimalından, yoxsa cənubundan gəlir – deyə soruşulmadı. Yəni iqtisadiyyatın dini, inancı və ya digər maneələri yoxdur. İqtisadiyyat ucuzluğu və keyfiyyəti tələb edir.

Əlbəttə, buradakı əsas məsələ Türk Dövlətləri Təşkilatının birlikdə hərəkət etməsidir. Bu baş verərsə, şübhəsiz ki, ehtiyaclarımız minimuma enər. Yəni dövlət olaraq bizim problemlərimizin həlli, əslində Türk Dövlətləri Təşkilatının ümumi problemlərinin də mərhələli şəkildə aradan qalxması deməkdir.

– Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan Avropa İttifaqının təzyiqləri və iqtisadi təşviqləri fonunda Yunan Kiprində diplomatik nümayəndəlik açmağa qərar verdilər. Bu addım ŞKTR və Türkiyə tərəfindən “diplomatik xəyanət” kimi qiymətləndirildi. Bu məsələ ilə bağlı sizin mövqeyiniz necədir?

– Türkiyə xarici işlər naziri Hakan Fidanın da dediyi kimi, bütün bunlar bir “ailə məsələsi”dir. Əlbəttə ki, Türk Dövlətləri Təşkilatına üzv olan bu ölkələr müstəqillik əldə etdikdən dərhal sonra avtomatik olaraq ŞKTR-nin müstəqilliyini tanıyıblar. Amma bu, bugünkü reallıqlarda rəsmi və faktiki bir tanınma deyil.

Bu, Kiprin yunan tərəfinin TDT daxilində nifaq salmaq cəhdidir. Bizim üçün bu, “parçala və hökm sür” məntiqindən başqa bir şey deyil. TDT-yə üzv olan bu ölkələr, əslində, gedib Yunan Kiprində birbaşa siyasi təmsilçilik açmayıb. Orada yaşayan öz vətəndaşları üçün konsulluq xidməti göstərirlər.

WhatsApp Image 2025 06 13 at 14.11.37

Çoxları bilməsə də, ŞKTR-də bu gün Rusiya təmsilçiliyi də fəaliyyət göstərir. Bundan əlavə, İngiltərə də öz vətəndaşlarına xidmət göstərmək üçün burada təmsilçilik açıb. Bu, o demək deyil ki, Rusiya və ya İngiltərə ŞKTR-ni rəsmi şəkildə tanıyır.

Hesab edirəm ki, bu proses bu qədər sadə deyil. Biz TDT-yə üzv ölkələrlə əlaqələrimizi davam etdirəcəyik. Həm də bunu incimədən, küsmədən, türklüyümüzü qoruyaraq edəcəyik. TDT-də müşahidəçi üzv kimi fəaliyyətimizi davam etdiririk və bu, bizim üçün olduqca önəmlidir. TDT bizim ailəmizdir. Biz ailə fotosunda yer alacağıq. Çünki biz Türk ulusunun bir övladı olaraq bu ailənin üzvüyük.

– Budapeştdə keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşü həm simvolik, həm də siyasi baxımdan yadda qaldı. Lakin Şimali Kipr və Türkmənistan bu görüşə qatılmadı. Sizcə, bu nə ilə əlaqədar idi və bunun gələcək üçün hansı nəticələri ola bilər?

– Bildiyiniz kimi, Macarıstan Avropa İttifaqının üzvü olan bir dövlətdir. Aİ-nin bu məsələdəki tutumu və nümayiş etdirdiyi mövqe hər kəsə bəllidir. Onsuz da Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan həmin tədbirdə bu məsələyə münasibət bildirərək, ŞKTR ilə bağlı narahatlığını açıq şəkildə dilə gətirdi. Eyni zamanda bu cür görüşlərdə bütün TDT üzvləri və müşahidəçi üzvlərin iştirakının vacibliyini xüsusi vurğuladı.

Ona görə də, biz bu yolda əzm və səbirlə irəliləyirik. Türklüklə bağlı nə geri durmaq, nə incimək, nə də küsmək kimi bir niyyətimiz var. Əksinə, biz bu prosesdə inkişafın və türklüyün davamı üçün irəliyə doğru addımlamağın doğru yol olduğuna inanırıq.

– TDT-yə üzv olmaq istəyirsiniz. Amma konkret olaraq ŞKTR bu təşkilata iqtisadi və ya strateji baxımdan nə təklif edə bilər?

– ŞKTR Şərqi Aralıq dənizində Asiya, Avropa və Afrikaya eyni məsafədə yerləşən bir ölkədir. Bu, həm müdafiə baxımından, həm də adada yaşayan türklər baxımından olduqca mühüm bir mövqedir. Dövlətimiz kiçik olsa da, strateji əhəmiyyəti çox böyükdür. Tarixə nəzər salsaq, ada uğrunda daim mübarizələrin aparıldığını görə bilərik. Bu mübarizələr məhz adanın geosiyasi və geostrateji əhəmiyyətindən qaynaqlanır.

Kipr türkləri artıq 434 ildir bu adada yaşayırlar. Belə uzun müddət burada yaşayan insanların varlığı və bunun davam etməsi aktuallığını qoruyur. Hesab edirəm ki, hər şeydən əvvəl adanın – yəni ŞKTR-nin geosiyasi və strateji önəmi həm TDT, həm də ümumilikdə region üçün olduqca vacibdir.

Türkiyə bu gün müdafiə və təhlükəsizlik sahəsində dünyanın ən önəmli ölkələrindən biridir. O, təkcə ŞKTR-nin deyil, eyni zamanda bütün Aralıq dənizinin təhlükəsizliyinin qarantıdır. Türkiyə NATO daxilindəki mövqeyi ilə də önə çıxır. Əgər Türkiyə varsa, deməli, təhlükəsizlik və sülh də var.

Məsələn, bu gün Ukrayna, Rusiya, Hindistan və Pakistan arasında aparılan danışıqlar Türkiyənin vasitəçiliyi ilə davam etdirilir. Bütün bunlar Türkiyənin və dolayısı ilə ŞKTR-nin regional əhəmiyyətini bir daha sübut edir.

WhatsApp Image 2025 06 13 at 14.15.11

– Azərbaycanla ŞKTR arasında münasibətlər, sizcə, kifayət qədər dərin və aktivdirmi? Üstəlik, Azərbaycan digər Orta Asiya ölkələrindən fərqli olaraq Avropa İttifaqının təzyiqləri ilə Yunan Kiprində diplomatik nümayəndəlik açmadı…

– Son üç ildir ki, Türkiyənin də böyük dəstəyi ilə Azərbaycanla çox əhəmiyyətli bir yola çıxmışıq. Bu gün mən – ŞKTR-nin iqtisadiyyat və enerji naziri olaraq Azərbaycandayam. Eyni zamanda sosial müdafiə nazirmiz də burada iştirak edir. Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü olaraq təşkil edilən toplantılarda iştirak edirik.

Son üç ilə qədər münasibətlər bu qədər üst səviyyədə deyildi. Amma artıq konkret və qətiyyətli addımlar atılır. TDT-də birlik, bərabərlik və əməkdaşlıq məqsədilə cənab Prezident İlham Əliyevin də dediyi kimi: “Dünyamız türk dünyasıdır, orada bir araya gələcəyik.” Əlbəttə, bəzi yollar mərhələli şəkildə qət edilir. Biz Azərbaycanla eyni yolda irəliləyirik və bu yolun sonunun hər iki ölkə üçün də faydalı olacağına inanırıq.

– Türk dövlətlərindən, xüsusilə də Azərbaycandan birbaşa xarici investisiyaların cəlb olunması üçün hansı qanunverici və vergi təşviqləri mövcuddur?

– Bunun bir nümunəsini Türkiyə ilə birlikdə həyata keçirmişik və proses davam edir. Türkiyədən investorların ŞKTR-yə cəlb olunması bizim üçün olduqca önəmli idi. Bu gün sənaye, turizm, təhsil və xidmət sektorlarında türkiyəli iş adamlarının, investorların fəaliyyəti mövcuddur və bu, bizim üçün çox dəyərlidir.

Eyni sürətlə bu prosesi digər türk dövlətlərinə də şamil etmək istəyirik. Bu istiqamətdə səbirlə və ardıcıl şəkildə çalışırıq.

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Bunu etmək rəsmən qadağan edildi - Prezident TƏSDİQLƏDİ

Sayt və sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik hərəkətləri qadağan edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib. Qanuna əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan

15:05, 15 yanvar Sosial

Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi

Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.

16:58, 14 yanvar Ölkə

Meyiti tapılan tələbə məşhur iş adamının qızı imiş

Xəbər verdiyimiz kimi, Naxçıvan Dövlət Universitetinin Türkiyədən olan iki tələbəsi dünyasını dəyişib. "Bakuinfo" xəbər verir ki, onlardan biri - tibb ixtisası üzrə təhsil alan II kurs tələbəsi Büşra Aksu əslən Türkiyənin Ordu ilindəndir. Tələbə Orduda tanınmış iş adamı Sezai Aksunun qızıdır. Xatırladaq ki, tələbələr ötən gün dəm qazından zəhərlənərək ölüblər. (Unikal.az)

12:30, 15 yanvar Sosial

Son Xəbərlər

Bakı məhbusu Gevorq Ermənistanda "şirə döndü" - "And içirəm ki..."

Ermənistana qaytarıldıqdan sonra sosial şəbəkələrdə pafoslu müraciətlə çıxış edən Gevorq Sujyan Bakıda saxlanılan ermənilərə emosional çağırış edib. "Bakuinfo" Musavat.com-a istinadla xəbər verir ki, Sujyan paylaşımında yazıb: “Mən sizi tərk etmədim, dostlar. Ruhumun bir parçasını sizinlə orada qoydum. Siz amansız əsirliyin caynaqlarında qaldığınız müddətdə mənim üçün rahatlıq olmayacaq. Buna and içirəm”. Məhz bu çıxış Sujyanın kimliyi və Bakıda saxlanılmasının real səbəblərini

22:57, 15 yanvar Siyasət

Xameneinin oğlu Dubaya 1,5 milyard köçürdü

Son 48 saat ərzində İrandan Dubaya təxminən 1,5 milyon ABŞ dolları köçürülüb. “Bakuinfo” xəbər verir ki, bu barədə məlumatı İsrailin “14-cü kanal”ı İslam İnqilabı Keşikçilər Korpusu ilə əlaqəli şəxsə istinadən yayıb. Köçürmələrin bank sistemi vasitəsilə deyil, kriptovalyutalar yolu ilə həyata keçirildiyi bildirilir. Vəsaitlərin köçürülməsində iştirak edənlər arasında İranın ali lideri Əli Xameneinin oğlu Müctəba Xameneinin də olduğu iddia edilir. Məlumata görə, M.Xamenei təxminən 328 milyon

16:20, 15 yanvar Dünya

İş adamı Yusif Xəlilovun restoranı söküləcək

Rusiyanın 19-cu Apellyasiya Arbitraj Məhkəməsi Voronej şəhərində yerləşən “Yardi Superbar” restoranının sökülməsi haqqında qərarı təsdiqləyib. “Bakuinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, məhkəmə instansiyası Voronejdə “Alekseevski” bazarının həmsahibi, azərbaycanlı iş adamı Yusif Xəlilova məxsus tikilinin qanunsuz olması ilə bağlı bələdiyyənin iddiasını təmin edən regional arbitraj məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bildirilir ki, sözügedən restoran Voronej şəhərində

16:18, 15 yanvar Sosial

Hacıbala Abutalıbov paytaxtı tərk etdi – Harada yaşadığı MƏLUM OLDU

Uzun illər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutmuş Hacıbala Abutalıbov paytaxtdan köçüb. "Bakuinfo" xəbər verir ki, bu barədə onun ailə üzvləri bildirib. Məlumata görə, keçmiş mer Qaxın Ağçay kəndində özü üçün inşa etdirdiyi kiçik villada yaşayır. Onun bu kəndə köçməsinə səbəb isə həyat yoldaşının məhz Ağçaydan olmasıdır. Yaxınları deyi ki, Hacıbaba Abutalıbov təsadüfi hallarda kənd arasında olur. “Yaşlanıb, özü üçün həyət-bacada gəzir” – deyə yaxınları bildirib.

16:06, 15 yanvar Sosial

Prezident TƏSDİQLƏDİ: Bu proses artıq ödənişlidir

Müəllimlərin işə qəbulu (MİQ) ilə əlaqədar keçirilən müsabiqədə iştirak ödənişli olacaq. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib. Qeyd edilib ki, dəyişikliklərə əsasən, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə

16:02, 15 yanvar Sosial

İqbal Hüseynov işdən çıxarıldı - SƏRƏNCAM

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Əli oğlu Hüseynov vəzifəzindən azad edilib. "Bakuinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Qeyd edək ki, İ.Hüseynov müxtəlif vəzifələrdə çalışıb, 2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun iqtisadi məsələlər üzrə rəis müavini, 2010-2026-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini vəzifələrində çalışıb. (APA)

15:43, 15 yanvar Ölkə

Tanınmış azərbaycanlı alim ABŞ-da həbs olundu

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tanınmış azərbaycanlı alim, neyrobioloq və Buffalo Universitetinin (Nyu York) professoru Şövqi Hüseynovu həbs edib və onu deportasiya etməyə hazırlaşır. "Bakuinfo" xəbər verir ki, bu həbs Prezident Donald Trampın kütləvi deportasiya proqramının icrası ilə əlaqələndirilir. “The Investigative Post” nəşri Ş.Hüseynov üzərində heç bir cinayət əməlinin olmadığını yazıb. "Onun 2029-cu ilə qədər ABŞ-da işləməyə icazə verən vizası var. 7

15:38, 15 yanvar Sosial

Məhkəmə Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi

Ankara İnzibati Məhkəməsi Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib. "Bakuinfo" xəbər verir ki, bu barədə özü sosial şəbəkə hesabında məlumat paylaşıb: “Artıq iki aya yaxındır ki, Türkiyədə Çatalca Geri Göndərmə Mərkəzində qapalı həbsxana şəraitində saxlanılıram. Ötən gün İstanbul İnzibati Məhkəməsi barəmdə verilmiş deportasiya qərarının dayandırılması ilə bağlı müraciətimə baxaraq şikayətimi təmin etməyib"'. Hacıbəyli bildirib ki, bu gün Ankara İnzibati Məhkəməsi

15:31, 15 yanvar Kriminal

Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq

Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Sənədə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) enerji effektivliyi informasiya sistemi vasitəsilə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarəti, enerji auditorlarının və

15:22, 15 yanvar Ölkə

Hava kəskin dəyişir: Altı gün qar yağacaq - XƏBƏRDARLIQ

Yanvarın 17-si gündüzdən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. "Bakuinfo" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Bunu Xidmətin rəis müavini Gülnarə Abbasova bildirib. O qeyd edib ki, bu müddət ərzində

15:18, 15 yanvar Sosial

Powered by MirTech