“Azərbaycanlı olmaq günah deyil!” – SƏRT BƏYANAT
Azərbaycanlı hüquq müdafiəçiləri hüquq müdafiə təşkilatlarına, jurnalist cəmiyyətinə, vətəndaş cəmiyyətinə və Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb.
"Bakuinfo" Musavat.com-a istinadən bildirir ki, müraciətdə qeyd olunur:
“27 iyun 2025-ci il tarixində Yekaterinburq şəhərində Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarının iştirakı ilə genişmiqyaslı xüsusi əməliyyat həyata keçirilmişdir. Əməliyyat zamanı onlarla Azərbaycan vətəndaşı və azərbaycanlı əsilli şəxs saxlanılıb. Məlumata görə, hüquq-mühafizə orqanlarının qanunsuz və qəddar davranışı nəticəsində saxlanılan şəxslərdən ikisi – Ziyəddin və Hüseyn Səfərov qardaşları həyatını itirib. İlkin məlumatlara əsasən, onların ölümü döyülmə və ehtimal edilən işgəncə nəticəsində baş verib.
Biz – Azərbaycan hüquq müdafiəçiləri – bu hadisələrdən dərin narahatlıq və hiddət duyduğumuzu bildiririk.
Bizim narahatlığımızı artıran əsas məqamlar bunlardır:
Saxlanılan şəxslərin ölümünün qanuni güc tətbiqi çərçivəsinə sığmaması
İstintaq prosesinin şəffaf olmaması, məlumatların gizlədilməsi
Rusiya Federasiyasının Konstitusiyasının, Cinayət Məcəlləsinin və beynəlxalq hüquq qarşısında öhdəliklərinin, xüsusilə:
BMT-nin İşgəncələrə Qarşı Konvensiyası
Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt
Avropa İnsan Hüquqları Konvensiyası kimi sənədlərin bir sıra müddəalarının pozulması ehtimalı
Ən ciddi narahatlıq doğuran məsələ – Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı sistemli və ayrı-seçkilik dolu münasibətidir. Cinayətkarlıqla mübarizə adı altında azərbaycanlı icmasının nümayəndələrinə qarşı seçici, alçaldıcı və aqressiv davranışlar müşahidə olunur. Bu isə hüquq-mühafizə orqanlarında ksenofobiya, etnik gərginlik və cəzasızlıq atmosferi yaradır.
Biz hesab edirik ki, bu cür nümayişkaranə, qəddar, qeyri-şəffaf və qanunsuz əməliyyatlar azərbaycanlı mənşəyini “hədəf”ə çevirən təhlükəli presedent formalaşdırır. Bu isə azərbaycanlılara qarşı ictimai qəzəbin və zorakılığın legitimləşdirilməsinə xidmət edir.
Hazırkı vəziyyət Azərbaycandan olan şəxslərə qarşı nifrət zəminində cinayətlərin artması riskini daşıyır. Bu hadisələr isə etnik gərginliyin süni şəkildə körüklənməsi və azərbaycanlı diasporasına qarşı qorxu atmosferi yaratmaq üçün planlaşdırılmış addımlar kimi qiymətləndirilməlidir.
Biz bu baş verənləri Azərbaycan icmasına qarşı sistematik siyasi kampaniyanın tərkib hissəsi kimi qiymətləndiririk. Hüquq-mühafizə orqanlarının bu prosesdə alətə çevrilməsi bizi ciddi narahat edir.
Biz bəyan edirik:
Hər bir insan milliyyətindən, vətəndaşlığından və hüquqi statusundan asılı olmayaraq, həyat hüququna, işgəncədən və qəddar rəftardan qorunma hüququna malikdir
Məhkəmə hökmü olmadan saxlanılan şəxsin qəsdən öldürülməsi qəbuledilməzdir və müstəqil araşdırma tələb edir
Hadisənin detalları gizlədilərsə və ya iş ört-basdır edilərsə, bu, cinayətdə şəriklik kimi qiymətləndiriləcəkdir
Bu, yalnız Səfərov qardaşlarının faciəli ölümü deyil. Söhbət onlarla digər saxlanılan soydaşımızdan gedir – onların günahı sübuta yetirilməyib, məhkəmə qarşısına çıxarılmayıblar, lakin qəddar rəftar, alçaldıcı davranış, işgəncə və ağır saxlanma şəraiti ilə üzləşiblər.
Günahsızlıq prezumpsiyası hüquqi dövlətdə əsas prinsip olduğu halda, milli mənsubiyyətə görə cəza təfəkkürü bu prinsipi ayaqlayır.
Biz görürük:
İnsanlar hüquqi dövlətdə yolverilməz olan üsullarla, qapalı otaqlarda, vəkilə çıxışı olmadan, tibbi yardımsız və məhkəməsiz şəkildə təzyiqlərə məruz qalırlar. Bu, repressiv dövlət aparatının üz-üzə qoyduğu hər bir insan üçün təhlükə deməkdir.
Söhbət sadəcə “səhv yerdə olmaqdan”, “uyğun olmayan soyadda doğulmaqdan” və ya “istənilməyən mənşəyə sahib olmaqdan” belə təqibə və zorakılığa məruz qalmaq ehtimalından gedir.
Əgər bu gün biz sussaq, sabah bu davranış digər azlıqlara qarşı da tətbiq oluna bilər. İnsan hüquqları bölünməz və ümumbəşəri dəyərlərdir – onları milli, etnik və ya vətəndaşlıq əsasına görə ayırmaq hüquqi dövlət anlayışını deqradasiyaya uğradır.
Biz çağırırıq:
"İşgəncələrə qarşı Komitə", "Memorial", "Agora" və digər hüquq müdafiə təşkilətlərini vəziyyəti nəzarətə götürməyə və müstəqil ictimai nəzarət həyata keçirməyə
Rusiya jurnalist cəmiyyətini – öz müstəqil araşdırmalarını aparmağa və bu faciənin unudulmasına imkan verməməyə
Rusiya Federasiyası İstintaq Komitəsini – vəzifə səlahiyyətlərinin aşılması, işgəncə və ölüm faktları ilə bağlı dərhal cinayət işi açmağa
Rusiya vətəndaşlarını – dövlət adından törədilən zorakılıq qarşısında laqeyd qalmamağa və həmrəylik göstərməyə”.
Diqqət Çəkənlər
Bunu etmək rəsmən qadağan edildi - Prezident TƏSDİQLƏDİ
Sayt və sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik hərəkətləri qadağan edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib. Qanuna əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan
Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi
Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.
Meyiti tapılan tələbə məşhur iş adamının qızı imiş
Xəbər verdiyimiz kimi, Naxçıvan Dövlət Universitetinin Türkiyədən olan iki tələbəsi dünyasını dəyişib. "Bakuinfo" xəbər verir ki, onlardan biri - tibb ixtisası üzrə təhsil alan II kurs tələbəsi Büşra Aksu əslən Türkiyənin Ordu ilindəndir. Tələbə Orduda tanınmış iş adamı Sezai Aksunun qızıdır. Xatırladaq ki, tələbələr ötən gün dəm qazından zəhərlənərək ölüblər. (Unikal.az)
Son Xəbərlər
Bakı məhbusu Gevorq Ermənistanda "şirə döndü" - "And içirəm ki..."
Ermənistana qaytarıldıqdan sonra sosial şəbəkələrdə pafoslu müraciətlə çıxış edən Gevorq Sujyan Bakıda saxlanılan ermənilərə emosional çağırış edib. "Bakuinfo" Musavat.com-a istinadla xəbər verir ki, Sujyan paylaşımında yazıb: “Mən sizi tərk etmədim, dostlar. Ruhumun bir parçasını sizinlə orada qoydum. Siz amansız əsirliyin caynaqlarında qaldığınız müddətdə mənim üçün rahatlıq olmayacaq. Buna and içirəm”. Məhz bu çıxış Sujyanın kimliyi və Bakıda saxlanılmasının real səbəblərini
Xameneinin oğlu Dubaya 1,5 milyard köçürdü
Son 48 saat ərzində İrandan Dubaya təxminən 1,5 milyon ABŞ dolları köçürülüb. “Bakuinfo” xəbər verir ki, bu barədə məlumatı İsrailin “14-cü kanal”ı İslam İnqilabı Keşikçilər Korpusu ilə əlaqəli şəxsə istinadən yayıb. Köçürmələrin bank sistemi vasitəsilə deyil, kriptovalyutalar yolu ilə həyata keçirildiyi bildirilir. Vəsaitlərin köçürülməsində iştirak edənlər arasında İranın ali lideri Əli Xameneinin oğlu Müctəba Xameneinin də olduğu iddia edilir. Məlumata görə, M.Xamenei təxminən 328 milyon
İş adamı Yusif Xəlilovun restoranı söküləcək
Rusiyanın 19-cu Apellyasiya Arbitraj Məhkəməsi Voronej şəhərində yerləşən “Yardi Superbar” restoranının sökülməsi haqqında qərarı təsdiqləyib. “Bakuinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, məhkəmə instansiyası Voronejdə “Alekseevski” bazarının həmsahibi, azərbaycanlı iş adamı Yusif Xəlilova məxsus tikilinin qanunsuz olması ilə bağlı bələdiyyənin iddiasını təmin edən regional arbitraj məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bildirilir ki, sözügedən restoran Voronej şəhərində
Hacıbala Abutalıbov paytaxtı tərk etdi – Harada yaşadığı MƏLUM OLDU
Uzun illər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutmuş Hacıbala Abutalıbov paytaxtdan köçüb. "Bakuinfo" xəbər verir ki, bu barədə onun ailə üzvləri bildirib. Məlumata görə, keçmiş mer Qaxın Ağçay kəndində özü üçün inşa etdirdiyi kiçik villada yaşayır. Onun bu kəndə köçməsinə səbəb isə həyat yoldaşının məhz Ağçaydan olmasıdır. Yaxınları deyi ki, Hacıbaba Abutalıbov təsadüfi hallarda kənd arasında olur. “Yaşlanıb, özü üçün həyət-bacada gəzir” – deyə yaxınları bildirib.
Prezident TƏSDİQLƏDİ: Bu proses artıq ödənişlidir
Müəllimlərin işə qəbulu (MİQ) ilə əlaqədar keçirilən müsabiqədə iştirak ödənişli olacaq. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib. Qeyd edilib ki, dəyişikliklərə əsasən, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə
İqbal Hüseynov işdən çıxarıldı - SƏRƏNCAM
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Əli oğlu Hüseynov vəzifəzindən azad edilib. "Bakuinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Qeyd edək ki, İ.Hüseynov müxtəlif vəzifələrdə çalışıb, 2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun iqtisadi məsələlər üzrə rəis müavini, 2010-2026-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini vəzifələrində çalışıb. (APA)
Tanınmış azərbaycanlı alim ABŞ-da həbs olundu
ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tanınmış azərbaycanlı alim, neyrobioloq və Buffalo Universitetinin (Nyu York) professoru Şövqi Hüseynovu həbs edib və onu deportasiya etməyə hazırlaşır. "Bakuinfo" xəbər verir ki, bu həbs Prezident Donald Trampın kütləvi deportasiya proqramının icrası ilə əlaqələndirilir. “The Investigative Post” nəşri Ş.Hüseynov üzərində heç bir cinayət əməlinin olmadığını yazıb. "Onun 2029-cu ilə qədər ABŞ-da işləməyə icazə verən vizası var. 7
Məhkəmə Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
Ankara İnzibati Məhkəməsi Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib. "Bakuinfo" xəbər verir ki, bu barədə özü sosial şəbəkə hesabında məlumat paylaşıb: “Artıq iki aya yaxındır ki, Türkiyədə Çatalca Geri Göndərmə Mərkəzində qapalı həbsxana şəraitində saxlanılıram. Ötən gün İstanbul İnzibati Məhkəməsi barəmdə verilmiş deportasiya qərarının dayandırılması ilə bağlı müraciətimə baxaraq şikayətimi təmin etməyib"'. Hacıbəyli bildirib ki, bu gün Ankara İnzibati Məhkəməsi
Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq
Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Sənədə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) enerji effektivliyi informasiya sistemi vasitəsilə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarəti, enerji auditorlarının və
Hava kəskin dəyişir: Altı gün qar yağacaq - XƏBƏRDARLIQ
Yanvarın 17-si gündüzdən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. "Bakuinfo" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Bunu Xidmətin rəis müavini Gülnarə Abbasova bildirib. O qeyd edib ki, bu müddət ərzində