Gündəmi silkələyən iddia! – Rusiya Azərbaycandan görün nə istəyirmiş

Siyasət 10:43, 03 iyul 2025, 18
Gündəmi silkələyən iddia! – Rusiya Azərbaycandan görün nə istəyirmiş

Rusiya ilə Azərbaycan arasında müşahidə olunan gərginlik diplomatik kontekstdən kənara çıxır və geosiyasi çərçivədə aktuallaşır. Zəngəzur dəhlizi ətrafında baş verən proseslər bu gərginliyin arxa planında əsas strateji amil kimi diqqət çəkir.

İddialara görə, Ermənistanın baş naziri Nikol Paşinyanın son Türkiyə səfəri zamanı Zəngəzur dəhlizinin Rusiyanın iştirakı olmadan — Kalininqrad modeli əsasında açılması barədə prinsipial razılıq əldə olunub. Məhz buna görə Rusiya müxtəlif təzyiq vasitələrinə əl ataraq, yeni geosiyasi düzəni önləməyə çalışır.

Yekaterinburqda azərbaycanlılara qarşı hücumun bu kontekstdə təsadüfi olmadığı və siyasi mesaj xarakteri daşıdığı iddia edilir.

Globalinfo.az-a danşan politoloq, Oqtay Qasımov bildirib ki, Rusiya Ukrayna müharibəsində vəziyyətini gücləndirdikdən sonra ilk təzyiq edəcəyi ölkənin Azərbaycan olacağı bəlli idi:

“Bu vəziyyətin bir neçə səbəbi var, lakin ən önəmlisi Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsidir. Rəsmi Bakı regionda yeni reallıq yaradıb. Rusiya başa düşür ki, Azərbaycan hazırda Cənubi Qafqazın əsas oyunçusuna çevrilib. Bundan əlavə, ölkəmizin müstəqil xarici siyasət yürüdərək müxtəlif beynəlxalq mərkəzlərlə geosiyasi sazişlər imzalaması Kreml üçün narahatlıq doğurur.

oqtay qasimov 5

Oqtay Qasımov

Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlıq memorandumu və Çinlə strateji tərəfdaşlıq memorandumu imzalaması Rusiyanı narahat edən məqamlardandır. Türkiyə ilə münasibətlərin dərinləşməsi, xüsusilə Şuşa Bəyannaməsinin imzalanması Kremlin diqqətini çəkir. Rusiyanın əvvəllər postsovet ölkələrinin müdafiə və təhlükəsizlik sistemlərinin qurulmasında əsas rol oynaması, bu ölkələri potensial silah bazarı kimi görməsi faktı artıq dəyişməkdədir. Azərbaycanın digər ölkələrdən silah alması və güclənməsi Kremlin narahatlığını artırıb”.

Politoloq qeyd edib ki, bundan başqa, Rusiyanın Ukrayna cəbhəsində ciddi çətinliklərlə üzləşməsi, Qarabağdakı sülhməramlılarını geri çəkməsi və Ermənistan-Azərbaycan sülh prosesindən kənarda qalması Moskvanı narahat edir:

“Xüsusilə, bu prosesdə ikitərəfli formatın Azərbaycandan gəldiyi şəksizdir. Rusiyanın əsas diqqəti Zəngəzur dəhlizinə yönəlib. Kremlin istəyi dəhlizin güc tətbiqi ilə açılması və üzərində nəzarətə malik olmasıdır. Lakin Azərbaycan illər əvvəl yaranan mürəkkəb vəziyyəti sülh prosesindən kənara çıxarıb və bu məsələ ikitərəfli danışıqlara həvalə olunub. Bu isə Rusiyanı narahat edir. Paşinyanın son Türkiyə səfərində dəhlizin açılması məsələsini müzakirə etməsi, eləcə də Ermənistan parlamentinin sədri Alen Simonyanın oxşar açıqlamaları göstərir ki, İrəvanda da bu mövzu müzakirə olunur və müəyyən şərtlər daxilində dəhlizin açılmasının tərəfdarları var.

Hesab edirəm ki, bütün bu iddialar reallığa çox yaxındır və həqiqət payı daşıyır”.

1671011468 photo 2022 12 14 12 45 42

Fərhad Məmmədov

Politoloq Fərhad Məmmədov isə bildirib ki, rəsmi məlumatlara və verilən açıqlamalara istinad etsək, görərik ki, bu, iki fərqli prosesdir:

“Rusiya-Azərbaycan gərginliyi hər hansı üçüncü mövzu və ya üçüncü tərəfin iştirakı olmadan mənfi istiqamətdə inkişaf edir. Bunun əsas səbəbkarı Rusiyadır. Proses birbaşa iki ölkə arasındadır və inklüziv xarakter daşıyır.

Zəngəzur dəhlizi ilə bağlı iddialara isə Azərbaycan-Ermənistan, Ermənistan-Rusiya müstəvisində baxılmalıdır. Bakının istəyi maneəsiz keçiddir. Bunu Rusiya edəcək, ya başqa ölkə – bu artıq üç ölkənin məsələsidir. Ona görə də mövcud Rusiya-Azərbaycan münasibətlərindəki gərginliyi bu məsələyə bağlamaq düzgün deyil”.

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Bunu etmək rəsmən qadağan edildi - Prezident TƏSDİQLƏDİ

Sayt və sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik hərəkətləri qadağan edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib. Qanuna əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan

15:05, 15 yanvar Sosial

Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi

Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.

16:58, 14 yanvar Ölkə

Meyiti tapılan tələbə məşhur iş adamının qızı imiş

Xəbər verdiyimiz kimi, Naxçıvan Dövlət Universitetinin Türkiyədən olan iki tələbəsi dünyasını dəyişib. "Bakuinfo" xəbər verir ki, onlardan biri - tibb ixtisası üzrə təhsil alan II kurs tələbəsi Büşra Aksu əslən Türkiyənin Ordu ilindəndir. Tələbə Orduda tanınmış iş adamı Sezai Aksunun qızıdır. Xatırladaq ki, tələbələr ötən gün dəm qazından zəhərlənərək ölüblər. (Unikal.az)

12:30, 15 yanvar Sosial

Son Xəbərlər

Bakı məhbusu Gevorq Ermənistanda "şirə döndü" - "And içirəm ki..."

Ermənistana qaytarıldıqdan sonra sosial şəbəkələrdə pafoslu müraciətlə çıxış edən Gevorq Sujyan Bakıda saxlanılan ermənilərə emosional çağırış edib. "Bakuinfo" Musavat.com-a istinadla xəbər verir ki, Sujyan paylaşımında yazıb: “Mən sizi tərk etmədim, dostlar. Ruhumun bir parçasını sizinlə orada qoydum. Siz amansız əsirliyin caynaqlarında qaldığınız müddətdə mənim üçün rahatlıq olmayacaq. Buna and içirəm”. Məhz bu çıxış Sujyanın kimliyi və Bakıda saxlanılmasının real səbəblərini

22:57, 15 yanvar Siyasət

Xameneinin oğlu Dubaya 1,5 milyard köçürdü

Son 48 saat ərzində İrandan Dubaya təxminən 1,5 milyon ABŞ dolları köçürülüb. “Bakuinfo” xəbər verir ki, bu barədə məlumatı İsrailin “14-cü kanal”ı İslam İnqilabı Keşikçilər Korpusu ilə əlaqəli şəxsə istinadən yayıb. Köçürmələrin bank sistemi vasitəsilə deyil, kriptovalyutalar yolu ilə həyata keçirildiyi bildirilir. Vəsaitlərin köçürülməsində iştirak edənlər arasında İranın ali lideri Əli Xameneinin oğlu Müctəba Xameneinin də olduğu iddia edilir. Məlumata görə, M.Xamenei təxminən 328 milyon

16:20, 15 yanvar Dünya

İş adamı Yusif Xəlilovun restoranı söküləcək

Rusiyanın 19-cu Apellyasiya Arbitraj Məhkəməsi Voronej şəhərində yerləşən “Yardi Superbar” restoranının sökülməsi haqqında qərarı təsdiqləyib. “Bakuinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, məhkəmə instansiyası Voronejdə “Alekseevski” bazarının həmsahibi, azərbaycanlı iş adamı Yusif Xəlilova məxsus tikilinin qanunsuz olması ilə bağlı bələdiyyənin iddiasını təmin edən regional arbitraj məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bildirilir ki, sözügedən restoran Voronej şəhərində

16:18, 15 yanvar Sosial

Hacıbala Abutalıbov paytaxtı tərk etdi – Harada yaşadığı MƏLUM OLDU

Uzun illər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutmuş Hacıbala Abutalıbov paytaxtdan köçüb. "Bakuinfo" xəbər verir ki, bu barədə onun ailə üzvləri bildirib. Məlumata görə, keçmiş mer Qaxın Ağçay kəndində özü üçün inşa etdirdiyi kiçik villada yaşayır. Onun bu kəndə köçməsinə səbəb isə həyat yoldaşının məhz Ağçaydan olmasıdır. Yaxınları deyi ki, Hacıbaba Abutalıbov təsadüfi hallarda kənd arasında olur. “Yaşlanıb, özü üçün həyət-bacada gəzir” – deyə yaxınları bildirib.

16:06, 15 yanvar Sosial

Prezident TƏSDİQLƏDİ: Bu proses artıq ödənişlidir

Müəllimlərin işə qəbulu (MİQ) ilə əlaqədar keçirilən müsabiqədə iştirak ödənişli olacaq. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib. Qeyd edilib ki, dəyişikliklərə əsasən, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə

16:02, 15 yanvar Sosial

İqbal Hüseynov işdən çıxarıldı - SƏRƏNCAM

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Əli oğlu Hüseynov vəzifəzindən azad edilib. "Bakuinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Qeyd edək ki, İ.Hüseynov müxtəlif vəzifələrdə çalışıb, 2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun iqtisadi məsələlər üzrə rəis müavini, 2010-2026-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini vəzifələrində çalışıb. (APA)

15:43, 15 yanvar Ölkə

Tanınmış azərbaycanlı alim ABŞ-da həbs olundu

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tanınmış azərbaycanlı alim, neyrobioloq və Buffalo Universitetinin (Nyu York) professoru Şövqi Hüseynovu həbs edib və onu deportasiya etməyə hazırlaşır. "Bakuinfo" xəbər verir ki, bu həbs Prezident Donald Trampın kütləvi deportasiya proqramının icrası ilə əlaqələndirilir. “The Investigative Post” nəşri Ş.Hüseynov üzərində heç bir cinayət əməlinin olmadığını yazıb. "Onun 2029-cu ilə qədər ABŞ-da işləməyə icazə verən vizası var. 7

15:38, 15 yanvar Sosial

Məhkəmə Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi

Ankara İnzibati Məhkəməsi Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib. "Bakuinfo" xəbər verir ki, bu barədə özü sosial şəbəkə hesabında məlumat paylaşıb: “Artıq iki aya yaxındır ki, Türkiyədə Çatalca Geri Göndərmə Mərkəzində qapalı həbsxana şəraitində saxlanılıram. Ötən gün İstanbul İnzibati Məhkəməsi barəmdə verilmiş deportasiya qərarının dayandırılması ilə bağlı müraciətimə baxaraq şikayətimi təmin etməyib"'. Hacıbəyli bildirib ki, bu gün Ankara İnzibati Məhkəməsi

15:31, 15 yanvar Kriminal

Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq

Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Sənədə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) enerji effektivliyi informasiya sistemi vasitəsilə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarəti, enerji auditorlarının və

15:22, 15 yanvar Ölkə

Hava kəskin dəyişir: Altı gün qar yağacaq - XƏBƏRDARLIQ

Yanvarın 17-si gündüzdən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. "Bakuinfo" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Bunu Xidmətin rəis müavini Gülnarə Abbasova bildirib. O qeyd edib ki, bu müddət ərzində

15:18, 15 yanvar Sosial

Powered by MirTech