MOSKVADAN BAKIYA "MÜXALİFƏT" TƏHDİDİ... - Cavab Xankəndidən verildi

Siyasət 11:16, 08 iyul 2025, 569
MOSKVADAN BAKIYA "MÜXALİFƏT" TƏHDİDİ... - Cavab Xankəndidən verildi

Dünya dəyişsə də, əsrlər boyu xalqları bir-birinə qarşı salan, sərhədləri “ayaq izi” ilə ölçən, millətlərin iradəsini zorla ram edən imperiyalar tədricən tarixə gömülsə də, şovinist siyasi dairələrin zehniyyəti dəyişmir. Xüsusilə də Rusiyanın bəzi şovinist beyin mərkəzləri-hələ də imperiya uydurmalarının cazibəsindən qopa bilmirlər.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MGIMO) nəzdində fəaliyyət göstərən Dünya İqtisadiyyatı və Siyasəti Fakültəsinin dekanı Andrey Suzdaltsevin Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə dair verdiyi müsahibə bu qəbildəndir. 

O, Azərbaycanı hədəfə alaraq bildirir: “Xüsusi hərbi əməliyyat başa çatdıqda, biz postsovet məkanının digər dövlətləri ilə məşğul olacağıq… Azərbaycana gəlincə, orada Əliyevdən başqa müxalifət də var. Rusiyanın onların nümayəndələri ilə əməkdaşlığı Bakını ayıltmalıdır...” 



Bu cümlələr təkcə bir şovinist professorun mövqeyi deyil – bunlar imperiya düşüncəsinin müasir toxumasını təşkil edən siyasi təhdidlərdir.

Suzdaltsevin söylədikləri Kremlin mesajdır- Moskva Azərbaycanı da “öz təsir dairəsində” saxlamaq istəyir. Bu, birbaşa Vladimir Putinin məşhur ifadəsinin - “rus əsgərinin ayağı hara dəyibsə, ora Rusiya torpağıdır” - müasir diplomatiyada tərcüməsidir. Vaxtı ilə Qarabağda, Xocalıda böyük faciələr törədən bu ideologiya bu gün Krımın işğalı, Ukraynanın dağıdılması, Gürcüstanın parçalanması ilə yenidən canlanmağa çalışır. Bir az güc əldə etdikdə isə, ətrafındakı hər bir dövləti özünə tabe etməyə  cəhd edəcəyinin siqnallarını verir. Əlbəttə, imperiya təfəkkürü ilə idarə olunan dövlət, onun rəhbərliyi insan hüquqları, ərazi bütövlüyü, beynəlxalq hüquq kimi anlayışları tanımır, güclünün haqlı olduğu orta əsr düşüncəsi ilə hərəkət edir. 




Ona görə də belə düşüncənin qarşısında geri çəkilmək olmazdı, GÜC göstərmək lazımdı. Bakı da məhz bu gücü Xankəndidə göstərdi!  Göstərdi ki, nə 90-cı ildir, nə də Azərbaycanda vəziyyət o qədər zəifdir ki, hansısa "müxalifət" təhdidi ilə “Bakını ayıltmaq” mümkün olsun. 

Görünür, Suzdaltsev və onu danışdıranlar  yaddan çıxaıblar ki, bu gün Azərbaycan nəinki siyasi və iqtisadi cəhətdən tam suveren dövlətdir, həm də regionun əsas və güclü geosiyasi oyunçusudur.

Moskvanın imperiya arzusuna qarşı Bakı öz güclü qalxanını artıq formalaşdırıb: Azərbaycan-Türkiyə-Pakistan strateji müttəfiqliyiBu üç dövlətin ittifaqı sadəcə hərbi əməkdaşlıqdan ibarət deyil – bu, mədəni, iqtisadi, enerji və təhlükəsizlik sahələrində dərin inteqrasiya modelidir.

-Azərbaycan Cənubi Qafqazın lideri və enerji təhlükəsizliyinin əsas təchizatçısıdır;

-Türkiyə NATO-nun ən güclü ordularından birinə və regionun ən çevik diplomatik iradəsinə sahibdir;

-Pakistan nüvə dövləti olmaqla yanaşı, Cənubi Asiya və İslam dünyasında mühüm siyasi dayaqlara malikdir.

Bu üçlük yalnız müdafiə gücü deyil, həm də sülhə və balanslı siyasətə çağırışdır. Çünki onların strateji əməkdaşlığı hər hansı başqa dövlətə qarşı deyil, regionda sabitliyi və iqtisadi tərəfdaşlığı qorumağa yönəlib.


 


Odur ki, Suzdaltsev və onu danışdıranlar  anlamalıdırlar ki, Azərbaycana qarşı siyasəti qorxu və təhdid üzərində qurmaq dövrü bitib.  Azərbaycan hakimiyyətini müxalifətlə "işbirliyi” qurmaqla təhdid etmək, təzyiq göstərmək cəhdləri isə, sadəcə, gülüş doğurur...

Bakı yalnız sivil münasibətlərə, qarşılıqlı hörmət və faydalı əməkdaşlığa qapılarını açıq buraxıb. Rusiyanın əgər regionda real maraqları varsa - iqtisadi əməkdaşlıq, enerji layihələrində iştirak, təhlükəsizlik məsələlərində tərəfdaşlıq - bu maraqlarını imperialist ritorika ilə deyil, yalnız hüquq və diplomatiya ilə ifadə etməlidir.

Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü Azərbaycanın regional və qlobal səviyyədə artan nüfuzunun təcəssüm etdirməklə yanaşı, həm də Bakının Moskvaya vaxtında verilmiş CAVABI oldu. Göstərildi ki, məhz Moskvanın başlatdığı Qarabağ münaqişəsini siyasi və hərbi qətiyyəti ilə sona çatdıran Azərbaycan artıq həm də güclü müttəfiqləri olan bir dövlətdir! 

Bakı Rusiyanın Güney Qafqazda yenidən istədiyi kimi hərəkət etməsinə, suveren dövlətin vətəndaşlarına ikinci növ insanlar kimi yanaşmasına, onları aşağılamasına laqeyd qalmaq fikrində olmadığını da məhz bu gücə söykənərək Moskvaya verdiyi kifayət qədər sərt və ADEKVAT cavabla  nümayiş etdirmişdi. 




Əlbəttə, Suzdaltsev və onun ipini tutanlar üçün yeni reallıqları asanlıqla qəbul etmək çətindir. Hələ də təhdidlə, təzyiqlə, şovinist ideologiya ilə nəyəsə nail olacaqlarına ümid edirlər. Ancaq zamanla anlayacaqlar ki, Azərbaycan-Türkiyə-Pakistan müttəfiqliyi isə bu cür şovinist çağırışlara qarşı təkcə hərbi deyil, həm də ideoloji sipər rolunu oynayır. Bu sipər ədalətə, hüquqa, qardaşlığa və gələcəyə söykənir - imperializmə deyil!

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi

Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.

16:58, 14 yanvar Ölkə

Bunu etmək rəsmən qadağan edildi - Prezident TƏSDİQLƏDİ

Sayt və sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik hərəkətləri qadağan edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib. Qanuna əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan

15:05, 15 yanvar Sosial

Meyiti tapılan tələbə məşhur iş adamının qızı imiş

Xəbər verdiyimiz kimi, Naxçıvan Dövlət Universitetinin Türkiyədən olan iki tələbəsi dünyasını dəyişib. "Bakuinfo" xəbər verir ki, onlardan biri - tibb ixtisası üzrə təhsil alan II kurs tələbəsi Büşra Aksu əslən Türkiyənin Ordu ilindəndir. Tələbə Orduda tanınmış iş adamı Sezai Aksunun qızıdır. Xatırladaq ki, tələbələr ötən gün dəm qazından zəhərlənərək ölüblər. (Unikal.az)

12:30, 15 yanvar Sosial

Son Xəbərlər

Xameneinin oğlu Dubaya 1,5 milyard köçürdü

Son 48 saat ərzində İrandan Dubaya təxminən 1,5 milyon ABŞ dolları köçürülüb. “Bakuinfo” xəbər verir ki, bu barədə məlumatı İsrailin “14-cü kanal”ı İslam İnqilabı Keşikçilər Korpusu ilə əlaqəli şəxsə istinadən yayıb. Köçürmələrin bank sistemi vasitəsilə deyil, kriptovalyutalar yolu ilə həyata keçirildiyi bildirilir. Vəsaitlərin köçürülməsində iştirak edənlər arasında İranın ali lideri Əli Xameneinin oğlu Müctəba Xameneinin də olduğu iddia edilir. Məlumata görə, M.Xamenei təxminən 328 milyon

16:20, 15 yanvar Dünya

İş adamı Yusif Xəlilovun restoranı söküləcək

Rusiyanın 19-cu Apellyasiya Arbitraj Məhkəməsi Voronej şəhərində yerləşən “Yardi Superbar” restoranının sökülməsi haqqında qərarı təsdiqləyib. “Bakuinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, məhkəmə instansiyası Voronejdə “Alekseevski” bazarının həmsahibi, azərbaycanlı iş adamı Yusif Xəlilova məxsus tikilinin qanunsuz olması ilə bağlı bələdiyyənin iddiasını təmin edən regional arbitraj məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bildirilir ki, sözügedən restoran Voronej şəhərində

16:18, 15 yanvar Sosial

Hacıbala Abutalıbov paytaxtı tərk etdi – Harada yaşadığı MƏLUM OLDU

Uzun illər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutmuş Hacıbala Abutalıbov paytaxtdan köçüb. "Bakuinfo" xəbər verir ki, bu barədə onun ailə üzvləri bildirib. Məlumata görə, keçmiş mer Qaxın Ağçay kəndində özü üçün inşa etdirdiyi kiçik villada yaşayır. Onun bu kəndə köçməsinə səbəb isə həyat yoldaşının məhz Ağçaydan olmasıdır. Yaxınları deyi ki, Hacıbaba Abutalıbov təsadüfi hallarda kənd arasında olur. “Yaşlanıb, özü üçün həyət-bacada gəzir” – deyə yaxınları bildirib.

16:06, 15 yanvar Sosial

Prezident TƏSDİQLƏDİ: Bu proses artıq ödənişlidir

Müəllimlərin işə qəbulu (MİQ) ilə əlaqədar keçirilən müsabiqədə iştirak ödənişli olacaq. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib. Qeyd edilib ki, dəyişikliklərə əsasən, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə

16:02, 15 yanvar Sosial

İqbal Hüseynov işdən çıxarıldı - SƏRƏNCAM

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Əli oğlu Hüseynov vəzifəzindən azad edilib. "Bakuinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Qeyd edək ki, İ.Hüseynov müxtəlif vəzifələrdə çalışıb, 2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun iqtisadi məsələlər üzrə rəis müavini, 2010-2026-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini vəzifələrində çalışıb. (APA)

15:43, 15 yanvar Ölkə

Tanınmış azərbaycanlı alim ABŞ-da həbs olundu

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tanınmış azərbaycanlı alim, neyrobioloq və Buffalo Universitetinin (Nyu York) professoru Şövqi Hüseynovu həbs edib və onu deportasiya etməyə hazırlaşır. "Bakuinfo" xəbər verir ki, bu həbs Prezident Donald Trampın kütləvi deportasiya proqramının icrası ilə əlaqələndirilir. “The Investigative Post” nəşri Ş.Hüseynov üzərində heç bir cinayət əməlinin olmadığını yazıb. "Onun 2029-cu ilə qədər ABŞ-da işləməyə icazə verən vizası var. 7

15:38, 15 yanvar Sosial

Məhkəmə Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi

Ankara İnzibati Məhkəməsi Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib. "Bakuinfo" xəbər verir ki, bu barədə özü sosial şəbəkə hesabında məlumat paylaşıb: “Artıq iki aya yaxındır ki, Türkiyədə Çatalca Geri Göndərmə Mərkəzində qapalı həbsxana şəraitində saxlanılıram. Ötən gün İstanbul İnzibati Məhkəməsi barəmdə verilmiş deportasiya qərarının dayandırılması ilə bağlı müraciətimə baxaraq şikayətimi təmin etməyib"'. Hacıbəyli bildirib ki, bu gün Ankara İnzibati Məhkəməsi

15:31, 15 yanvar Kriminal

Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq

Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Sənədə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) enerji effektivliyi informasiya sistemi vasitəsilə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarəti, enerji auditorlarının və

15:22, 15 yanvar Ölkə

Hava kəskin dəyişir: Altı gün qar yağacaq - XƏBƏRDARLIQ

Yanvarın 17-si gündüzdən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. "Bakuinfo" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Bunu Xidmətin rəis müavini Gülnarə Abbasova bildirib. O qeyd edib ki, bu müddət ərzində

15:18, 15 yanvar Sosial

Bakıda binada yanğın başladı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən "Bakuinfo"ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.

15:11, 15 yanvar Hadisə

Powered by MirTech