Rusiyanın Azərbaycan müxalifətinə işi düşdü - "KASIBLAR İTTİFAQI"

Siyasət 16:25, 09 iyul 2025, 116
Rusiyanın Azərbaycan müxalifətinə işi düşdü - "KASIBLAR İTTİFAQI"

Bəzi rusiyalı siyasi ekspertlər son proseslərdə yenə hakimiyyətin opponentlərindən yararlanmaq istəyir - siyasi təşkilatlardan təpki

Rusiya-Azərbaycan gərginliyi ölkə müxalifətinin işinə yarayıb. Məlumatlara görə, müxalifət Rusiya mediasının da diqqətini çəkib, məsələn, Müsavat başqanı İsa Qəmbər Rusiyanın RBK və Ukrayna mediasına geniş açıqlamalar verib. AXCP sədri də diqqətdən kənarda qalmayıb.

“Müxalifət liderlərinin bu cür qəfil maraq obyekti olması isə siyasi təcrübəsi olan hər kəs üçün siyasi alətin vitrində nümayişi deməkdir. Bu müsahibələr daxili narazılığı şişirtmək, hakimiyyətə təzyiq rıçaqları yaratmaq, Azərbaycana "demokratiya dərsi" keçmək üçün istifadə olunur. Müxalifət isə bunu real siyasi maraq kimi qəbul edir və özlərinin beynəlxalq səviyyədə tanındığını düşünür. Halbuki bu diqqət milli marağın yoxluğunun, alət kimi istifadə edilməyin ən real sübutudur", - deyə Modern.az saytı öz təhlilində yazıb.

Maraqlıdır ki, Rusiyanın bəzi politoloqları Bakını “ayıltmaq üçün” Azərbaycan müxalifəti ilə əlaqələr qurulmasının vacibliyini vurğulayıblar. Sirr deyil ki, Rusiya Azərbaycana təzyiq etmək üçün müstəqilliyin ilk illərində və sonralar da onlara nisbətən yaxın olan siyasi qüvvələrdən istifadə etməyə cəhdlər edib. 2013-cü il Azərbaycanda prezident seçkisi ərəfəsində Rusiyada Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı, Azərbaycanda isə “Milyarderlər İttifaqı” adlanan təşkilatın Rusiya vətəndaşlığı olan yazıçı Rüstəm İbrahimbəyovu Azərbaycan prezidentliyinə namizəd göstərməsini xatırlatmaq kifayətdir. ÜATİ 2012-ci ilin sentyabr ayının 28-də Moskvada təsis edildi. Azərbaycanda keçiriləcək 9 oktyabr seçkisinə 1 il qalmış elan edilən bu təşkilatın Koordinasiya Şurasında hakimiyyət üçün sürpriz isimlər toplandı.

Quruma Azərbaycan baş nazirinin keçmiş birinci müavini Abbas Abbasov, “AzerRos” prezidenti Söyün Sadıqov, Rusiya Notarial Kontorlar Gildiyasının prezidenti Natiq Agamirov, Asif Məhərrəmov, tanınmış kinorejissor Rüstəm İbrahimbəyov, milyarder iş adamları İsgəndər Xəlilov, Vahid Ələkbərov, Araz Ağalarov və Telman İsmayılov daxil idi. Elə həmin toplantıda Koordinasiya Şurası Abbas Abbasovu yekdilliklə qurumun sədri seçmişdi. Təxmini hesablamalara görə, qurumda təmsil olunanların ümumi 40 milyard dollar varidatı vardı.

Rusiyanın Azərbaycan hakimiyyətinə təzyiq etmək üçün “Milyarderlər İttifaqı”nın ardınca ölkənin əsas müxalifətinin birləşdiyi Milli Şura ideyası ortaya atıldı.

Vaxtilə Azərbaycan müxalifətində təmsil olunan İlham İsmayıl öz müəllif yazısında bu barədə fikirlərini bildirib. Sitat: “Azərbaycanda müxalifət var. Amma hakimiyyətə gəlmək naminə Rusiyaya arxalanan heç bir müxalif qüvvə yoxdur. Ayrı-ayrı "5-ci kolon" kimi tanıdıqlarımız və sovet nostalgiyası ilə yaşayanlar, sinələrinə Georgi lenti taxanlar, şəxsi mənafeləri naminə Rusiyaya simpatiya bəsləyənlər və sair bu tip insanlar ola bilər, amma onlar siyasi qüvvə səviyyəsində deyillər və ola bilməzlər də. Hətta belələri bilir ki, bir addım atsalar, Azərbaycan xalqı onları vətən xaini kimi qəbul edəcək".

ilhamismayil7.jpg (69 KB)

 İlham İsmayıl 

İ.İsmayıl Rusiya xüsusi xidmət orqanlarının bütün sahələrdə casus əldə etmək istiqamətində cəlbetmələrlə məşğul olduğunu xatırladıb:  “Onların içərisində müxtəlif kateqoriyalı səlahiyyətli şəxslərin, yəni təsir agentlərinin olması barədə zaman-zaman məlumatlar yayılıb. Amma hesab edirəm ki, o qəbildən olanların bəziləri artıq tarixin arxivinə, bəziləri də zibilliyinə atılıb. Onların baş qaldırması mümkün deyil”.

İndi əlbəttə ki, “Milyarderlər İttifaqı” qurulması gözlənilmir, çünki müharibə edən Moskvanın özünün indi pula xüsusi ehtiyacı var. O səbəbdən yeni müxalifət birliyi yaratmaq mümkün olarsa, onu “Kasıblar İttifaqı” adlandırmaq olar. Çünki nə müxalifət həminkidir, nə Rusiya, nə də Qarabağ problemini birdəfəlik həll edən Azərbaycan hakimiyyəti...

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos

Tural Abbaslı

AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a bildirib ki, iqtidar və müxalifət əks qütblərdir. Onun sözlərinə görə, bununla belə, müxalifət dövlətin inkişafı üçün vacibdir: “Bəzən bunu yanlış anlayırlar. Amma müxalifət həkimin xəstəliyi aşkara çıxarmasına bənzəyir. Ona görə müxalifətin çatışmazlıqları deməsi iqtidar tərəfindən aqressiv qarşılanmamalıdır. O ki qaldı Rusiya ilə əlaqələrə, Azərbaycanın bu hadisələrdə tutduğu mövqe haqlıdır. Rusiyanın son davranışlarına Azərbaycan sərt reaksiya verib və obyektiv addım atıb”.

T.Abbaslı hesab edir ki, bu gün Azərbaycan regionda güclənir və Rusiya Cənubi Qafqazda mövqeyini itirir: “Azərbaycan müxalifəti bu prosesdə iqtidarın mövqeyini bölüşür və xarici qüvvələrin ondan alət kimi istifadə etməsinə icazə verməməlidir. Ancaq bu hadisələr başa çatdıqdan sonra müxalifət analiz edərək boşluqları iqtidara bəyan etməlidir. Yəni miqrant məsələsi, iqtisadiyyatdakı problemlər, işsizlik səbəbindən azərbaycanlıların Rusiyaya axını da vurğulanmalıdır. İndi isə hələlik bu proseslərdə gərginlik qalır və müxalifət hakimiyyətlə eyni mövqedən çıxış etməlidir”.

 Samir Əsədli 

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli isə bu qənaətdədir ki, xarici təzyiqlər olanda iqtidarla müxalifət həmrəylik nümayiş etdirməlidir: “Çünki bu, təkcə iqtidarın məsələsi deyil. Əgər Azərbaycana, Rusiyadakı həmvətənlərimizə təzyiqlər varsa, müxalifət yaxasını kənara çəkə bilməz. Əksinə, elə ən sərt şəkildə müxalifət Rusiyanın cavabını verməlidir. Çünki Rusiya Azərbaycan müxalifəti üçün mayak ola bilməz. Bəlkə kimlərsə Rusiyanın Azərbaycana demokratiya gətirəcəyi haqda bəsit illüziyalara qapılıb, amma kökündən yanlış gözləntidir. Rusiyadan Azərbaycana heç zaman demokratiya gələ bilməz, çünki özündə yoxdur. Ona görə də Kreml zaman-zaman Azərbaycanda məkrli siyasi ssenarilər hazırlayanda buna ilk biz etiraz etmişik. O dövrdə də "Milyarderlər İttifaqı" layihəsi məhz Rusiyanın təzyiq planı idi. Yəni Moskva heç vaxt Azərbaycanın yaxşılığını fikirləşə bilməzdi. Odur ki, müxalifət son hadisələrdə gedişatı iqtidara qarşı fürsət kimi dəyərləndirməli deyil".

S.Əsədli əlavə edib ki, Rusiyadan gələn istənilən siyasi küləyin qarşısında möhkəm dayanmaq lazımdır və müxalifət avantüraya getməməlidir.

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi

Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.

16:58, 14 yanvar Ölkə

Bunu etmək rəsmən qadağan edildi - Prezident TƏSDİQLƏDİ

Sayt və sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik hərəkətləri qadağan edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib. Qanuna əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan

15:05, 15 yanvar Sosial

Meyiti tapılan tələbə məşhur iş adamının qızı imiş

Xəbər verdiyimiz kimi, Naxçıvan Dövlət Universitetinin Türkiyədən olan iki tələbəsi dünyasını dəyişib. "Bakuinfo" xəbər verir ki, onlardan biri - tibb ixtisası üzrə təhsil alan II kurs tələbəsi Büşra Aksu əslən Türkiyənin Ordu ilindəndir. Tələbə Orduda tanınmış iş adamı Sezai Aksunun qızıdır. Xatırladaq ki, tələbələr ötən gün dəm qazından zəhərlənərək ölüblər. (Unikal.az)

12:30, 15 yanvar Sosial

Son Xəbərlər

Xameneinin oğlu Dubaya 1,5 milyard köçürdü

Son 48 saat ərzində İrandan Dubaya təxminən 1,5 milyon ABŞ dolları köçürülüb. “Bakuinfo” xəbər verir ki, bu barədə məlumatı İsrailin “14-cü kanal”ı İslam İnqilabı Keşikçilər Korpusu ilə əlaqəli şəxsə istinadən yayıb. Köçürmələrin bank sistemi vasitəsilə deyil, kriptovalyutalar yolu ilə həyata keçirildiyi bildirilir. Vəsaitlərin köçürülməsində iştirak edənlər arasında İranın ali lideri Əli Xameneinin oğlu Müctəba Xameneinin də olduğu iddia edilir. Məlumata görə, M.Xamenei təxminən 328 milyon

16:20, 15 yanvar Dünya

İş adamı Yusif Xəlilovun restoranı söküləcək

Rusiyanın 19-cu Apellyasiya Arbitraj Məhkəməsi Voronej şəhərində yerləşən “Yardi Superbar” restoranının sökülməsi haqqında qərarı təsdiqləyib. “Bakuinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, məhkəmə instansiyası Voronejdə “Alekseevski” bazarının həmsahibi, azərbaycanlı iş adamı Yusif Xəlilova məxsus tikilinin qanunsuz olması ilə bağlı bələdiyyənin iddiasını təmin edən regional arbitraj məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bildirilir ki, sözügedən restoran Voronej şəhərində

16:18, 15 yanvar Sosial

Hacıbala Abutalıbov paytaxtı tərk etdi – Harada yaşadığı MƏLUM OLDU

Uzun illər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutmuş Hacıbala Abutalıbov paytaxtdan köçüb. "Bakuinfo" xəbər verir ki, bu barədə onun ailə üzvləri bildirib. Məlumata görə, keçmiş mer Qaxın Ağçay kəndində özü üçün inşa etdirdiyi kiçik villada yaşayır. Onun bu kəndə köçməsinə səbəb isə həyat yoldaşının məhz Ağçaydan olmasıdır. Yaxınları deyi ki, Hacıbaba Abutalıbov təsadüfi hallarda kənd arasında olur. “Yaşlanıb, özü üçün həyət-bacada gəzir” – deyə yaxınları bildirib.

16:06, 15 yanvar Sosial

Prezident TƏSDİQLƏDİ: Bu proses artıq ödənişlidir

Müəllimlərin işə qəbulu (MİQ) ilə əlaqədar keçirilən müsabiqədə iştirak ödənişli olacaq. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib. Qeyd edilib ki, dəyişikliklərə əsasən, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə

16:02, 15 yanvar Sosial

İqbal Hüseynov işdən çıxarıldı - SƏRƏNCAM

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Əli oğlu Hüseynov vəzifəzindən azad edilib. "Bakuinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Qeyd edək ki, İ.Hüseynov müxtəlif vəzifələrdə çalışıb, 2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun iqtisadi məsələlər üzrə rəis müavini, 2010-2026-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini vəzifələrində çalışıb. (APA)

15:43, 15 yanvar Ölkə

Tanınmış azərbaycanlı alim ABŞ-da həbs olundu

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tanınmış azərbaycanlı alim, neyrobioloq və Buffalo Universitetinin (Nyu York) professoru Şövqi Hüseynovu həbs edib və onu deportasiya etməyə hazırlaşır. "Bakuinfo" xəbər verir ki, bu həbs Prezident Donald Trampın kütləvi deportasiya proqramının icrası ilə əlaqələndirilir. “The Investigative Post” nəşri Ş.Hüseynov üzərində heç bir cinayət əməlinin olmadığını yazıb. "Onun 2029-cu ilə qədər ABŞ-da işləməyə icazə verən vizası var. 7

15:38, 15 yanvar Sosial

Məhkəmə Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi

Ankara İnzibati Məhkəməsi Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib. "Bakuinfo" xəbər verir ki, bu barədə özü sosial şəbəkə hesabında məlumat paylaşıb: “Artıq iki aya yaxındır ki, Türkiyədə Çatalca Geri Göndərmə Mərkəzində qapalı həbsxana şəraitində saxlanılıram. Ötən gün İstanbul İnzibati Məhkəməsi barəmdə verilmiş deportasiya qərarının dayandırılması ilə bağlı müraciətimə baxaraq şikayətimi təmin etməyib"'. Hacıbəyli bildirib ki, bu gün Ankara İnzibati Məhkəməsi

15:31, 15 yanvar Kriminal

Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq

Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Sənədə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) enerji effektivliyi informasiya sistemi vasitəsilə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarəti, enerji auditorlarının və

15:22, 15 yanvar Ölkə

Hava kəskin dəyişir: Altı gün qar yağacaq - XƏBƏRDARLIQ

Yanvarın 17-si gündüzdən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. "Bakuinfo" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Bunu Xidmətin rəis müavini Gülnarə Abbasova bildirib. O qeyd edib ki, bu müddət ərzində

15:18, 15 yanvar Sosial

Bakıda binada yanğın başladı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən "Bakuinfo"ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.

15:11, 15 yanvar Hadisə

Powered by MirTech