Siyasət

Prezident sərəncamı: bu nazirliyə yeni səlahiyyət verildi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası"na qoşulmaq barədə 30 sentyabr 2025-ci il tarixli qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb. "Bakuinfo" xəbər verir ki, sərəncama əsasən, Konvensiyada nəzərdə tutulmuş səlahiyyətli milli qurum qismində Ekologiya və Təbii

15:23, 29 oktyabr Siyasət

Vladimir Putinlə İlham Əliyev onların həbsini müzakirə edib - Kreml

Kreml Rusiya və Azərbaycan liderlərinin Düşənbə görüşünün nəticələrini yüksək qiymətləndirir. "Bakuinfo" xəbər verir ki, bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib. “Prezidentlər arasındakı danışıqlar Moskva və Bakıya ikitərəfli münasibətlərdə yeni səhifə açmağa kömək edəcək”, – Kreml rəsmisi vurğulayıb. Peskov qeyd edib ki, Putin və İlham Əliyev Rusiya İT mütəxəssislərinin Azərbaycanda narkotik qaçaqmalçılığı ittihamları ilə həbs olunmasını müzakirə ediblər.

14:54, 29 oktyabr Siyasət

Xarici işlər naziri Oman Sultanının xüsusi nümayəndəsi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Omana rəsmi səfəri çərçivəsində beynəlxalq əlaqələr və əməkdaşlıq məsələləri üzrə baş nazirin müavini, həmçinin Oman Sultanının xüsusi nümayəndəsi Seyyid Əsəd bin Tariq əl-Səid ilə görüşüb. "Bakuinfo" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib. Bildirilib ki, görüş zamanı tərəflər yüksək səviyyəli səfərlərin ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəldilməsində, eləcə də

12:44, 29 oktyabr Siyasət

İnformasiya müharibəsində daha bir mənəvi zəfər

Azərbaycan liderinin İtaliya telekanalına müsahibəsi düşmən dairələrin yalan və böhtanlarını alt-üst etmişdi 2020-ci ilin payızında 30 ilə yaxın davam edən Ermənistanın işğal siyasətinə qarşı əks-hücum əməliyyatları fonunda Azərbaycan beynəlxalq hüququn bərpası və ərazi bütövlüyünün təmin olunması uğrunda mübarizəsini informasiya cəbhəsində də uğurla davam etdirirdi. Prezident İlham Əliyevin 2020-ci il oktyabrın 26-da İtaliyanın nüfuzlu “Rai-1” telekanalına verdiyi müsahibə də bunun parlaq

11:15, 29 oktyabr Siyasət

Ermənistanın Türkiyəyə çıxışı Azərbaycandan asılıdır

Cənubi Qafqazın geosiyasi xəritəsi son illər strateji transformasiya dövrünü yaşayır. Ermənistanın Türkiyəyə çıxışının mümkünlüyü ilə bağlı Paşinyanın təklifləri bu prosesin həm siyasi, həm iqtisadi, həm də regional təhlükəsizlik aspektlərini açıq şəkildə göstərir. Baş nazirin təklifi – Alican–Keşişkənd–Sisian–Gorus marşrutundan istifadə – praktik baxımdan qısa müddətdə reallaşa biləcək potensiala malik olsa da, onun uğuru Ermənistanın və Azərbaycanın iradəsindən, ABŞ və Türkiyə ilə

10:53, 29 oktyabr Siyasət

Fayzali İdizo Bakıda - Foto

Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədri Fayzali İdizoda Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib. “Bakuinfo” xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Heydər Əliyev Beynəlxalq Hava Limanında Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədrini Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, parlamentin

09:30, 29 oktyabr Siyasət

İlham Əliyevdən ŞAD XƏBƏR

"Burada yaşayacaq insanların sayı çoxalacaq. Eyni zamanda, bu gün Cəbrayıl şəhərində məscidin təməlini qoyacağam". "Bakuinfo" xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüş zamanı deyib. "Bununla bərabər bilirsiniz ki, Cəbrayıl rayonunda iş yerləri də yaradılır. "Araz Vadisi" sənaye zonası artıq fəaliyyətdədir. Orada üç müəssisə fəaliyyət göstərir. Amma yaxın gələcəkdə onların sayı təqribən

20:16, 28 oktyabr Siyasət

Bu ərazi Azərbaycanın nəzarətinə keçdi

“2024-cü ildə Tavuş rayonunun Kirants kəndində dövlətlərarası avtomobil yolunun bu hissəsi Azərbaycana təhvil verildi”. "Bakuinfo" globalinfo.az-a istinadən xəbər verir ki, bunu Tavuşdan olan jurnalist Voskan Sərkisyan yazıb. O bildirib ki, həmçinin Kirants körpüsü birtərəfli qaydada Azərbaycana verilib və kəndin ərazisindən yeni yol çəkilib: “Baş nazir Nikol Paşinyan bəyan edib ki, Tavuşdan Azərbaycana bir millimetr də torpaq verilməyib. Əslində isə təxminən 15 hektar ərazi

17:54, 28 oktyabr Siyasət

Fəzail Ağamalının daha bir oğlu üzə çıxdı - Oleq çağırırlar...

Son günlər partiyasında övladları arasındakı qalmaqalla gündəmə gələn Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının daha bir oğlunun olduğu üzə çıxıb. “Bakuinfo" Oxu24.com-a istinadən xəbər verir ki, həmin şəxs 1987-ci il təvəllüdlü Ağamalıyev İlqar Fəzail oğludur. Ailədə onu Oleq kimi çağırdıqları üçün bu adla daha çox tanınıb. Almaniyadakı mənbənin məlumatına görə, İlqarın anası rusəsilli qadındır. Onlar 80-ci illərin sonunda Bakı şəhərində tanış olublar. Bu münasibətdən bir oğlan

15:44, 28 oktyabr Siyasət

DTX rəisi mühüm sənədə imza atdı

Vyetnamın paytaxtı Hanoy şəhərində 25-26 oktyabr tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) "Kibercinayətkarlığa qarşı" Konvensiyasının dövlətlər tərəfindən təntənəli imzalanma mərasimi keçirilib. "Bakuinfo" xəbər verir ki, tədbirdə BMT-nin Baş katibi Antonio Quterreş, Vyetnamın Prezidenti Lıonq Kıonq, ayrı-ayrı dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri və ekspertlər iştirak ediblər. Azərbaycan Prezidenti İlham Əliyevin

15:09, 28 oktyabr Siyasət

Powered by MirTech