İran liderinə bağlı kanaldan Azərbaycana SƏRSƏM İTTİHAM: Uşaq qatillərinə daha bir xidmət...
İranın dini lideri Əli Xameneinin ofisinə bağlı və İranın siyasi-ideoloji təbliğat vasitəsi olan "Səhər" kanalı Azərbaycana qarşı yeni “ittihamla” çıxış edib. Axar.az xəbər verir ki, hər zaman Azərbaycanı hədəfə alan kanal bu dəfə də Bakını İsrailə kömək etməkdə ittiham edib. Kanal Türkiyənin Qəzzada yerləşdiriləcək çoxmillətli qüvvələrin komandanlığından kənarlaşdırılmasından sonra İndoneziya və Azərbaycana həvalə ediləcəyini İsrailə dəstək kimi qələmə verib. “Səhər” məlumatı
İranın yeganə qadın naziri nə üçün təhlükəsizlik yoxlamasından imtina edib?
İranda böyük rezonans doğuran yeni siyasi qalmaqal baş verib. Hadisənin mərkəzində nəqliyyat və şəhərsalma naziri, prezident Məsud Pezeşkianın komandasındakı yeganə qadın nazir Fərzanə Sadiqi dayanır. Modern.az-ın məlumatına görə, nazir ötən həftə Bakıda Azərbaycan, Rusiya və İran nümayəndələrinin iştirakı ilə keçirilən “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı danışıqlarda iştirak edib. Səfərdən sonra o, Tehrana təyyarə ilə deyil, avtomobillə dönmək qərarına gəlib. Təxminən altı
Ruben Qalçyan: "Rusiya İlham Əliyevin bu qərarına görə pərişandır"
Azərbaycanın bu addımı təqdirəlayiqdir, bu, alternativə malik olacağımız deməkdir. "Bakuinfo" Teleqraf-a istinadla xəbər verir ki, bunu erməni kartoqraf Ruben Qalçyan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını şərh edərkən bildirib. Kartoqraf Azərbaycanın məhdudiyyətlərinin qalxmasından sonra Ermənistanın yalnız Gürcüstan üzərindən keçən yoldan asılı olmayacağını vurğulayıb. “Əlbəttə, bu,
"Ukrayna Donbası Rusiyaya verməlidir"
Ukrayna və Qərb müharibəni dayandırmaq üçün Donbasın Rusiyaya verilməsi imkanını nəzərdən keçirməlidir. "Bakuinfo" xəbər verir ki, bu barədə “Qardian” nəşrində dərc olunan məqaləsində Karnegi Fondunun baş elmi əməkdaşı Kristofer Çivvis bildirib. Ekspertin fikrincə, sanksiyalar və silah tədarükü Moskvanı kapitulyasiyaya məcbur edə bilməz. O qeyd edib ki, “Lukoyl” və “Rosneft” kimi şirkətlərə qarşı yeni məhdudiyyətlər, eləcə də F-16 qırıcıları və “Tomahavk” raketlərinin göndərilməsi
Azərbaycan nümayəndə heyətinin İrəvan səfəri - Fotolar
Oktyabrın 21-22-də İrəvanda olmuş Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov səfər barədə sosial şəbəkədə paylaşım edib. "Bakuinfo" xəbər verir ki, politoloq Ermənistan paytaxtında vətəndaş cəmiyyəti, ekspert icması və media nümayəndələrinin görüşündə iştirak etdiyini bildirib. "Uzun illərdən sonra ilk dəfə olaraq Azərbaycan təyyarəsi “Zvartnots” hava limanına enib – bu, yaxın gələcəkdə iki ölkə münasibətlərində adi hala çevrilə biləcək mühüm detal
Mirzoyan: "Hazırda hər iki ölkə münasibətləri tənzimləmək üzərində çalışır"
Uzunmüddətli qanlı münaqişədən sonra Azərbaycan və Ermənistan arasında sülh bərqrəar olub. "Bakuinfo" Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib. Ermənistanın baş diplomatı artıq sülhün vaxtının gəldiyini vurğulayıb. “Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub, bu, uzun illər davam edən qan tökülməsi, zorakılıq, insan tələfatı, köçkünlük və dərin travmalarla dolu münaqişəyə son qoydu. Hazırda hər iki ölkə barışığın çətin
Putindən MDB ölkələri ilə bağlı qərar
Rusiya Prezidenti Vladimir Putin Nikolay Udoviçenkonu MDB-yə üzv qonşu ölkələrlə Rusiya dövlət sərhədinin delimitasiya və demarkasiyası məsələləri üzrə prezidentin xüsusi nümayəndəsi təyin edib. Teleqraf xəbər verir ki, müvafiq fərman hüquqi aktların dərc olunduğu rəsmi internet saytında yerləşdirilib. Udoviçenkoya həmçinin Abxaziya və Cənubi Osetiya (Gürcüstanın işğal edilmiş bölgələri – red.), eləcə də Gürcüstanla Rusiya dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə vəzifələr də həvalə
Prezident yeni baş naziri təbrik etdi
Prezident İlham Əliyev Yaponiyanın yeni Baş naziri Sanae Takaiçiyə təbrik məktubu göndərib. "Bakuinfo" məktubun mətnini təqdim edir: "Hörmətli xanım Baş nazir, Yaponiyanın Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Biz Azərbaycan-Yaponiya münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Hazırda iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar mövcuddur. İnanıram ki, xalqlarımızın
Prezidentin nümayəndəsi ilə İran XİN rəhbəri arasında GÖRÜŞ - Hansı məsələlər müzakirə olunub?
Tehranda Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov ilə İranın xarici işlər naziri Abbas Əraqçı arasında görüş keçirilib. "Bakuinfo" xəbər verir ki, görüş zamanı hansı məsələlərin müzakirə edildiyi isə açıqlanmayıb. Xələf Xələfov və İranın xarici işlər naziri ilə görüşdə hansı məsələlər müzakirə oluna bilər və danışıqların nəticəsi nə ilə yekunlaşa bilər? Deputat Azər Allahverənov Sfera.az-a bildirib ki, Azərbaycan Respublikasının xüsusi tapşırıqlar
Astanada İlham Əliyevin şərəfinə ziyafət: Azərbaycan mahnısı ifa olundu - Video
Astanada Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə keçirilən qəbulda qazax müğənni “Tut ağacı” mahnısını ifa edib. "Bakuinfo" həmin görüntünü təqdim edir: