Co Bayden atəşkəsə görə Trampa təşəkkür etdi
ABŞ-ın keçmiş prezidenti Co Bayden Qəzzada atəşkəsə görə Tramp administrasiyasına minnətdarlığını bildirib və Yaxın Şərqdə dinc gələcəyə ümid etdiyini vurğulayıb. "Bakuinfo" xəbər verir ki, o, bu barədə X səhifəsində yazıb. “İndi ABŞ-ın və dünyanın dəstəyi ilə Yaxın Şərq sülh yolu ilə gedir. Ümid edirəm ki, bu, qalıcı olacaq və israillilər, fələstinlilər üçün sülh dolu, ləyaqətli və təhlükəsiz gələcəyə gətirib çıxaracaq. Mən Prezident Trampa və onun komandasına işlərinə görə təşəkkür
15 mindən çox Qarabağ ermənisi Ermənistandan çıxdı
2023-cü ilin sentyabrından Ermənistanda məskunlaşan Qarabağ ermənilərinin demoqrafik vəziyyəti ilə bağlı yeni məlumatlar verilib. "Bakuinfo" erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistanda sığınacaq tapan 15 mindən çox şəxs sonradan ölkəni tərk edib. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin "CivilNet" nəşrinə təqdim etdiyi rəsmi statistikaya əsasən, 1 oktyabr 2025-ci il tarixinə qədər Qarabağdan köçən 44 566 nəfər Ermənistandan çıxıb, 28 785 nəfər isə geri qayıdıb.
Prezident Yaxın Şərq Sülh Sammitində iştirak edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir. "Bakuinfo" xəbər verir ki, dövlətimizin başçısı Sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəldi. Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi dövlətimizin başçısını salamladı.
Rəsul Quliyev Azərbaycana qayıtmaq istəyir? - Açıqlama gəldi
Milli Məclisin sabiq sədri Rəsul Quliyevin ailəsinin 30 ildən sonra ilk dəfə Bakıya gəlməsi maraqla qarşılanıb. Məlumatın ardınca R.Quliyevin də Azərbaycana qayıdıb-qayıtmayacağı müzakirə obyekti olub. "Bakuinfo" xəbər verir ki, Gələcək Azərbaycan Partiyasının sədri, Rəsul Quliyevin ailəsinə yaxın olan Ağasif Şakiroğlu Globalinfo.az-a açıqlamasında onun Azərbaycana qayıtmaq niyyəti və təşəbbüsünün olmadığını bildirib. A.Şakiroğlu Rəsul Quliyevin ailəsinin mühacir olub-olmaması
Tramp Putini rəsmən hədələdi: "Əgər müharibə dayanmasa, bu onun üçün yaxşı olmayacaq"
Mən Putinə deyə bilərəm: Bax, əgər müharibə dayanmasa, onlara “Tomahavk”lar göndərəcəyəm. Mən bunu edə bilərəm. "Bakuinfo" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp israilə gələrkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib. “Tomahavk”lar inanılmaz silahdır və açığını deyim ki, Rusiyaya bunlar lazım deyil. Müharibəni həll etmək mümkün olmasa, biz bunu edə bilərik, amma etməyə də bilərik”, - Tramp bildirib. Onun sözlərinə görə, Ukraynaya lazım olanları vermək
Netanyahu Misirdə keçiriləcək sammitdə iştirak edəcək - Qəzza üçün
İsrailin Baş naziri Benyamin Netanyahu Misir Prezidenti Əbdülfəttah Sisi ilə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə telefon danışığı aparıb. "Bakuinfo" xəbər verir ki, danışıq zamanı Netanyahu Misir liderinin dəvətini qəbul edərək Qəzza sektoru üçün Trampın sülh planına həsr olunan beynəlxalq sammitdə iştirak etməyə razılaşıb. Sammit bu gün Şarm əş-Şeyxdə keçiriləcək. Qeyd edək ki, bundan əvvəl İsrail rəsmilərinin sammitdə iştirak etməyəcəyi bildirilmişdi. (Axar.az)
Azəbaycanda deputat partiyadan xaric edildi
Deputat Elçin Mirzəbəyli uzun illərdən bəri üzv olduğu Ədalət, Hüquq və Demokratiya Partiyasından xaric edilib. “Bakuinfo” Gununsesi.info-ya istinadən xəbər verir ki, bu barədə partiyanın Rəyasət Heyətində qərar qəbul olunub. Partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyev xəbəri təsdiqləyib. “Elçin Mirzəbəylinin müstəqil şəkildə siyasi analitika ilə məşğul olmaq istəyini nəzərə alaraq onu partiyadan xaric etdik”.
Ermənistanın əvvəlki üç rəhbəri bizi aldadıb - Paşinyandan Qarabağla bağlı açıqlama
“Niyə Ermənistanın əvvəlki üç rəhbəri — Levon ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan hakimiyyətdə olduqları dövrlərdə Qarabağla bağlı özləri tərəfindən irəli sürülən variantları həyata keçirməyiblər?”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Bunun iki izahı ola bilər. Birincisi, onlar cinayət xarakterli fəaliyyətsizlik göstəriblər, bəlkə də Ermənistanın deyil, xarici dövlətlərin maraqlarına xidmət ediblər və bizi Qarabağ məsələsinin ən
Putinin illər öncəki çıxışı gündəm oldu: "Krımı almaq axmaqlıqdır"
Rusiya Prezidenti Vladimir Putinin 1999-cu ildə baş nazir olarkən Krım və Ukraynaya münasibətlə bağlı çıxışı sosial şəbəkələrin Rusiya seqmentində yenidən gündəmə gəlib. "Bakuinfo" xəbər verir ki, 1999-cu il oktyabrın 9-da efirə gedən “Moskva-Kiyev” telekörpüsü zamanı jurnalist Aleksandr Lyubimovun Rusiyanın Ukraynaya mümkün iddiaları – istər Krım, istər qaz, istərsə də iqtisadi maraqları ilə bağlı sualını cavablandıran Putin deyib: “Əvvəla, biz Krımı almaq istəmirik. Bu, tamamilə
Qordon: "İlham Əliyev Putinlə görüşdə kral kimi oturur" - Foto
Prezident İlham Əliyev və Putinin görüşü ilə bağlı Azərbaycan mediası çox möhtəşəm bir şəkil paylaşıb. İlham Əliyev oturub: gözəl və ləyaqətli duruşla. "Bakuinfo" xəbər verir ki, bunu məşhur ukraynalı jurnalist Dmitri Qordon deyib. “Əliyev klassik şəkildə qalib gəldi. Əlbəttə, vurğulamaq lazımdır ki, bu qələbədir. Amma mən yalnız görüşü yox, Əliyevlə Putinin, Moskva ilə Bakının qarşılıqlı münasibətini də Əliyevin qələbəsi kimi qiymətləndirirəm. Bir az əvvəl qeyd etdiyim şəkilə