Rusiyadan Azərbaycanla bağlı iddia: Bizsiz mümkün deyil
“Moskva hazırda Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların olmamasından razıdır, amma “Tramp yolu” ilə bağlı bəzi suallar var”. News24.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov deyib. “Tramp yolu” planının həyata keçirilməsinin asan olacağını düşünmürəm. Xüsusilə də Tramp administrasiyasının regiondan minlərlə kilometr uzaqda yerləşdiyini nəzərə alsaq, çoxlu suallar yaranır. Rusiya, Türkiyə və İran - hamısı
“Güclənib Qarabağı alacağıq...” - revanşistlərə 91% dəstək?
Ermənistanı məhvə sürükləyənlər indi də utopik sorğular keçirir - Bakıdan sərt cavab “Bəziləri elə düşünürdü ki, zaman keçdikcə, xüsusən də son iki ildə (antiterror əməliyyatından sonra - red.) cəmiyyət Qarabağın itirilməsi ilə barışacaq. Digərləri isə bunun əksinin olacağı fikrini müdafiə edirdilər. Çünki cəmiyyət ağır travmalar keçirəndə zaman ötdükcə o, tədricən sağalmağa və özünə inamını bərpa etməyə başlayır”. “Yeni Müsavat” xəbər verir ki, bu haqda Ermənistandakı radikal-revanşist və
Liderlər çay süfrəsində bir araya gəliblər - FOTOLAR
Bu gün Qəbələdə TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilir. Prezident İlham Əliyev görüşdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. "Bakuinfo" xəbər verir ki, liderlər tədbirdən əvvəl bir araya gəliblər. Prezidentin tədbir iştirakçıları ilə səmimi görüntülərini təqdim edirik: (Qafqazinfo)
Ərdoğan türk dövlətləri ilə bağlı təklif verdi
Türkiyə 15 dekabrın Dünya Türk Dili Ailəsi Günü kimi qeyd olunmasını təklif edib. "Bakuinfo" xəbər verir ki, bu təkliflə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxış edib. O, oktyabrın 30-dan etibarən Səmərqənddə keçiriləcək UNESKO-nun 43-cü Baş Konfransında bu təklifin səsləndirilməsini tövsiyə edib. "Macarıstanın müşahidəçi kimi TDT-də iştirakı bizi xoşbəxt
Prezidentdən sülh sazişi ilə bağlı açıqlama
İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. "Bakuinfo" xəbər verir ki, bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında bildirib. Dövlət başçısı qeyd edib ki, Vaşinqton Zirvəsi çərçivəsində ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən
Kremldən Əliyevin zənginə reaksiya
Doğrudan da, Azərbaycan Prezidenti Əliyev Vladimir Putini ad günü münasibətilə telefonla təbrik edib. "Bakuinfo" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib. “Həqiqətən də Əliyev Putini telefonla təbrik edib. Digər məsələlər də müzakirə olunub”, - o bildirib. Peskov bunun çox vacib olduğunu vurğulayıb, lakin söhbətin Rusiya-Azərbaycan münasibətlərində istiləşməyə işarə olub-olmaması ilə bağlı şərh verməkdən imtina edib: “Hələlik deyə biləcəyim tək şey
Prezident Putinə zəng edib
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. "Bakuinfo" xəbər verir ki, dövlət başçısı Rusiya Federasiyasının Prezidentini doğum günü münasibətilə təbrik edib. Vladimir Putin təbriklərə görə təşəkkürünü bildirib. Telefon danışığı zamanı Azərbaycan ilə Rusiya arasında əlaqələrin mövcud vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Türk Birliyinə hansı ölkələr daxil olacaq? - Siyahı
Beynəlxalq aləmdə Türk Dövlətləri Təşkilatına (TDT) maraq artıb. Müxtəlif dövlətləri bölgənin resursları və bu resursların nəqli imkanları cəlb edir. Mərkəzi Asiya ölkələri Azərbaycan və Türkiyə üzərindən dünya bazarlarına çıxış əldə edib. Gələcəkdə Zəngəzur dəhlizinin fəaliyyətə başlaması türk dövlətlərinin gücünü daha da artıracaq. Ona görə də bəzi dövlətlərin Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda qatılması mövzusu aktuallaşıb. "Bakuinfo" xəbər verir ki, bu barədə
Türkiyə Prezidentinin Azərbaycana səfəri başlayıb - FOTOLAR
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 7-də Azərbaycana səfərə gəlib. "Bakuinfo" xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar. (AZƏRTAC)
Dövlət başçısı Berdiməhəmmədov ilə görüşüb - FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qəbələdə Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb. “Bakuinfo” xəbər verir ki, Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş edib. Söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistan Xalq Məsləhətinin Sədri ilə