Siyasət

Azərbaycanın 13 vətəndaşımızı azad etməsi... - Zaxarova

Azərbaycanda həbsdə olan 13 Rusiya vətəndaşının azadlığa buraxılması Moskva ilə Bakı arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım ola bilər. "Bakuinfo" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib. “Məsələ avqustun 22-də Həştərxanda keçirilən iqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclaslarında ətraflı müzakirə olunub. Ölkəmizin mövqeyi Azərbaycan nümayəndə heyətinə ətraflı şəkildə

12:15, 04 sentyabr Siyasət

Amerikalılar Zəngəzur üçün İrəvana gəlir

Növbəti həftə ABŞ-dən olan nümayəndələr Zəngəzur dəhlizi ("Tramp marşrutu" - TRIPP) layihəsini müzakirə etmək üçün Ermənistana səfər edəcəklər. "Bakuinfo" xəbər verir ki, "Joxovurd" nəşri bu barədə diplomatik mənbələrə istinadən məlumat yayıb. Nəşr yazır ki, ABŞ-li nümayəndələr dəhlizin təkcə texniki deyil, həm də siyasi detallarını müzakirə edəcəklər. Həmçinin layihəyə investisiya həcmi, prioritetlər və tikinti işlərinə başlama müddətləri mövzusuna da

10:39, 04 sentyabr Siyasət

Rusiyadan Minsk Qrupunun buraxılmasına - REAKSİYA

Rusiya tərəfi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Qarabağ münaqişəsi üzrə Minsk Qrupunun buraxılması ilə bağlı qərarını haqlı sayır. "Bakuinfo" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Şərq İqtisadi Forumu çərçivəsində keçirilən brifinqdə deyib. Diplomat xatırladıb ki, Rusiya Federasiyası ATƏT-in digər üzvləri ilə birlikdə konsensus qaydası əsasında bu qərarın qəbul edilməsində birbaşa iştirak edib: "Biz bu

10:21, 04 sentyabr Siyasət

Rusiya şərtini açıqladı: Bakı bunu etsə...

Bakıda həbs olunan Rusiya vətəndaşlarının azad edilməsi Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin normallaşması istiqamətində mühüm addım olacaq. "Bakuinfo" Musavat.com-a istinadən xəbər verir ki, bu açıqlamanı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Şərq İqtisadi Forumu çərçivəsində keçirilən brifinqdə deyib: “Bakıda həbs edilən Rusiya vətəndaşlarının azad edilməsinin Rusiya ilə Azərbaycan arasında münasibətlərdə vəziyyətin normallaşdırılması

09:02, 04 sentyabr Siyasət

Dövlət Dumasından heyrətamiz açıqlama – “Rusiya və Azərbaycan dostluğu bərpa olunacaq”

Musavat.com xəbər verir ki, Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini Aleksey Çepa Moskva-Bakı münasibətləri ilə bağlı diqqətçəkən açıqlama verib. Deputat bildirib ki, bütün çətinliklərə baxmayaraq, Rusiya və Azərbaycan arasındakı dostluğun bərpası labüddür. Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq qarşıdurmadan qat-qat daha faydalıdır, xüsusilə də iqtisadi sahədə: “Dostluq münasibətlərinin və iqtisadi maraqların inkişaf perspektivləri çox böyükdür.

19:35, 03 sentyabr Siyasət

Putin Azərbaycanla münasibətlərdən danışdı: Problemlər var

Bu gün Prezident İlham Əliyevlə salamlaşdıq. İki-üç kəlmə danışdıq. "Bakuinfo" xəbər verir ki, bu sözləri Çində səfərdə olan Rusiya Prezidenti Vladimir Putin İkinci Dünya Müharibəsinin başa çatması ilə bağlı keçirilən tədbirdə deyib. Moskva ilə Bakı arasında münasibətlərin vəziyyətini şərh edən Putin qeyd edib ki, ölkələr arasında münasibətlərdə mövcud vəziyyətə və ya hansısa siyasi vəziyyətə əsaslanaraq həmişə bəzi suallar yaranır və problemlər var. “Ancaq mən inanıram ki,

19:06, 03 sentyabr Siyasət

Rusiyadan Azərbaycana qarşı daha bir təxribat - Gərginlik artır

Kreml Rusiyanın müxtəlif şəhərlərində Azərbaycan diasporuna rəhbərlik edən şəxsləri bir neçə məqsədlə dəyişməyə başlayıb. "Bakuinfo" xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib. O, bu məqsədləri belə sıralayıb: "Birincisi, yeni diaspor rəhbərləri ana vətənlərinə bağlı olmamalı, Kremlin təlimatları əsasında fəaliyyət göstərməlidirlər. Misal üçün, hazırda Rusiya-Azərbaycan münasibətlərində gərginlik var. Kreml diaspora rəhbərlərinin bu gərginlikdə Ruiyanın

17:36, 03 sentyabr Siyasət

Kremldən Əliyev və Putinin salamlaşmasına - Reaksiya

Pekində Rusiya Prezidenti Vladimir Putinlə azərbaycanlı həmkarı İlham Əliyev arasında heç bir əsaslı ünsiyyət olmayıb. "Bakuinfo" xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Bu dəfə heç bir əsaslı ünsiyyət olmadı”, - o bildirib. Qeyd edək ki, Putin və Əliyev Pekində İkinci Dünya müharibəsinin başa çatmasının 80-ci ildönümü ilə bağlı tədbirlərdən birində bir-birini salamlayıb.

17:24, 03 sentyabr Siyasət

Duqindən azərbaycanlılara qarşı təhqiramiz bəyanat: "Toksik miqrantlardır"

Rus filosof və politoloq Aleksandr Duqin miqrantlar barədə qalmaqallı açıqlama ilə çıxış edib. Bakupost.az musavat.com-a istinadən xəbər verir ki, o, Rusiyada yaşayan miqrantlardan bəzilərinin cəmiyyət üçün “ən çox toksik” qruplar hesab edilə biləcəyini deyib. Duqin xüsusilə azərbaycanlıları, tacikləri və özbəkləri bu siyahıya daxil edib. Politoloq bildirib ki, əgər hər hansı bir miqrant rus vətəndaşlarına qarşı aqressiya göstərirsə, o, artıq cinayətkar sayılmalıdır. Onun fikrincə, Rusiyada

11:34, 03 sentyabr Siyasət

Çin lideri açıqladı: Azərbaycan yeni status aldı

“Çin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) maliyyə cəhətdən daha da inkişaf etdirilməsinə dəstək verəcək”. "bakuinfo" xəbər verir ki, bunu Çin Sədri Si Cinpin sentyabrın 1-də ŞƏT-in Tiencin şəhərində keçirilən sammitində deyib. “Təkcə bu il Çin ŞƏT-ə üzv olan ölkələrə 2 milyard yuan qrant verəcək. Növbəti üç il ərzində Çin ŞƏT-in Banklararası Assosiasiyasının üzvlərinə 10 milyard yuan yeni kreditlər verəcək”, - Çin lideri bildirib. Si Cinpin Azərbaycan və Ermənistanın təşkilata mümkün

10:44, 03 sentyabr Siyasət

Powered by MirTech