İlham Əliyev SƏRƏNCAM İMZALADI
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla general-mayor Babək Vahid oğlu Qurbanova “general-leytenant”, polkovnik Ceyhun Həsən oğlu Nəbiyev və polkovnik Azər Əliyusif oğlu Şirinova isə “general-mayor” ali hərbi rütbəsi verilib.
Ermənilərin Qarabağa qayıtması ilə bağlı İrəvandan açıqlama
“Ermənistan və bizim partiyanın Qarabağ sakinlərinin (Azərbaycanın bu bölgəsindən könüllü getmiş erməniləri nəzərdə tutur – red.) kollektiv şəkildə geri qaytarılması ilə bağlı gündəliyi yoxdur”. Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Arusyak Julhakyan deyib. “Azərbaycana qayıtmaq istədiyini, qayıda biləcəyini düşünən ayrı-ayrı şəxslər varsa, əlbəttə, onlar fərdi qaydada buna cəhd edə bilərlər. Amma biz Qarabağ sakinlərinin kollektiv şəkildə
Rusiyadan Zəngəzur bəyanatı: Rus sərhədçiləri bölgədədir
Rusiya Xarici İşlər Nazirliyi (XİN) "Tramp Marşrutu" layihəsinin (Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizi - red.) detallarını öyrənmək niyyətindədir. Teleqraf xəbər verir ki, bu barədə avqustun 13-də keçirilən brifinqdə Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev bildirib. “Bir daha diqqətinizi cəlb etmək istərdim ki, Mariya Zaxarovanın avqustun 9-da dərc olunmuş şərhində hər şey açıq şəkildə öz əksini tapıb. Biz bu mövqedən çıxış
İlham Əliyev 1 sərəncam, 2 fərman imzaladı
Prezident İlham Əliyev Tovuz rayonunun Çatax kəndini Gədəbəy rayonunun Novosaratovka kəndi ilə birləşdirən Çatax‒Çeşməli‒Mollalar‒Məşədivəlilər‒Həsənli‒Abbasqulular‒Papaqçılar‒Güvəndik‒Lazılar‒Novosaratovka avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. "Bakuinfo" sərəncamın mətnini təqdim edir: 1. İyirmi bir min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən
Prezidentin bir müddət öncə şiddətli töhmət verdiyi sədrdən yeni layihə / 267 min manatı...
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunda "Arxeoloji sərgi mərkəzi"nin yaradılması layihəsi üzrə keçirilən tenderin qalibini açıqlayıb. 32gun.az xəbər verir ki, "ATASHGAH ART CENTER" Məhdud Məsuliyyətli Cəmiyyəti bu layihənin həyata keçirilməsi üçün seçilib. Təklifin qiyməti 267777,40 AZN təşkil edir. Layihənin icrası ilə "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunda arxeoloji sərgi mərkəzinin yaradılması
Paşinyan Bakının bu tələbini qəbul etdi
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı növbəti tələbinə razılıq verib. "Bakuinfo" Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Nəşr bildirib ki, söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın Ermənistan Konstitusiyasından çıxarılmasından gedir: “Bunu Vaşinqton Sazişinin birinci bəndi sübut edir. Orada bildirilir: “Sülh müqaviləsi
Ermənistanda bəyanat verildi: Ruslar çıxarılır, Bakı nəzarət edəcək
Ermənistanda Rusiyanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının çıxarılmasına hazırlıq gedir. Teleqraf xəbər verir ki, bu barədə “Ana Ermənistan” Hərəkatının bəyanatında bildirilib. Bəyanatda qeyd edilib ki, proses Nikol Paşinyan hökuməti tərəfindən başladılıb və idarə olunur. “Zəngəzur dəhlizini əldə etdikdən sonra rəqiblərimiz növbəti mərhələyə keçirlər: 102-ci hərbi bazanın çıxarılması prosesinə. Bundan sonra Ermənistanın Türkiyə və Azərbaycana tam təslim olması sadəcə texniki məsələ
Rusiyadan Azərbaycana silah xəbərdarlığı: Daha da pis olacaq
Azərbaycan tərəfindən Ukraynaya silah tədarükünə qoyulan embarqonun mümkün ləğvi münaqişənin həllinə kömək etməyəcək, əksinə, vəziyyəti daha da pisləşdirəcək. "Bakuinfo" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev bildirib. "Azərbaycanlı tərəfdaşlarımız Kiyevdəki neonasist rejiminə silahlar və ya ikili təyinatı olan humanitar yardımın tədarükü ilə bağlı mövqeyimizi yaxşı bilirlər. İnanırıq ki, bu
Bakı təsdiqlədi, Ankara üçün “yaşıl işıq” – 32 illik qadağa aradan qalxır
ABŞ-da baş tutan görüşdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması və bəyannamənin imzalanmasından sonra Ankara-İrəvan münasibətləri yenidən gündəmə gəlib. Artıq prosesin gedişatında Türkiyə ilə Ermənistan arasında da sərhədlərin açıla biləcəyi, həmçinin iqtisadi-ticarət əlaqələrinin bərpasının mümkün olduğu bildirilir. Analitiklər hesab edir ki, Ermənistanın Avropa bazarına çıxışı üçün Türkiyə ilə münasibətləri normallaşdırması və sərhədin açılması vacibdir. Lakin bu
Sənəd yayıldı: Azərbaycan Zəngəzur dəhlizinə ortaqdır - Foto
Avqustun 8-də Vaşinqtonda imzalanmış bəyannamə ilə Azərbaycan Zəngəzur dəhlizinə ortaqdır. Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan deyib. Siyasətçinin sözlərinə görə, Vaşinqtonda razılaşma ikitərəfli qaydada əldə olunub, ABŞ Prezidenti Donald Tramp sadəcə şahid qismində iştirak edib: “Hakimiyyətimiz Vaşinqtonda imzalanmış bəyannaməni üçtərəfli öhdəlikləri nəzərdə tutan üçtərəfli sənəd kimi təqdim edir. Əslində, Vaşinqtonda imzalanan