Siyasət

Saakaşvilidən Azərbaycan açıqlaması: Bu, onlar üçün pis xəbərdir

“Azərbaycan və Ermənistanın Rusiyadan uzaqlaşması Gürcüstanın xeyrinədir”. Teleqraf xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib. “Azərbaycan və Ermənistanın Rusiyadan uzaqlaşması Gürcüstan üçün xeyir, “Gürcü Arzusu”nun tərəfdarları üçün pisdir. Biz “Gürcü Arzusu”nu Gürcüstandan nə qədər tez çıxarsaq, bir o qədər tez sülhə qovuşacağıq”, - sabiq prezident bildirib.

16:54, 13 avqust Siyasət

Prezident xüsusi icra məmurları ilə bağlı Qanun imzaladı

“Xüsusi icra məmurları haqqında” Qanun qəbul edilib. "Bakuinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Qanunu imzalayıb. Qanuna əsasən, xüsusi icra məmuru bu Qanunda nəzərdə tutulmuş məhkəmələrin və qanunla icrası icra məmurlarına həvalə edilmiş digər orqanların sənədlərinin (bundan sonra – icra sənədləri) icrasını həyata keçirmək üçün xüsusi icra məmuru şəhadətnaməsi (bundan sonra – şəhadətnamə) almış fiziki şəxsdir. Xüsusi icra məmuru məcburi icra orqanı

14:38, 13 avqust Siyasət

Paşinyan Zəngəzurla bağlı göstəriş verdi

Ermənistan Baş naziri Nikol Paşinyanın göstərişi ilə Qərbi Zəngəzurda sülh kampaniyası başlayıb. "Bakuinfo" Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Nəşr bildirib ki, hər il “İcmalar Günü” münasibətilə Zəngəzurda tədbirlər təşkil olunsa da, bu il bu günləri böyük təmtəraqla qeyd etmək üçün göstəriş var: “Avqustun 15-də Qori, 16-da Qafan, 24-də Qacaran günüdür. Zəngəzurlulara bayram şənlikləri təşkil etmək, hakimiyyətə müsbət mesajlar vermək

10:24, 13 avqust Siyasət

Vilayət Eyvazov Rusiyadakı o iclasa qatılmadı

Avqustun 12-də Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib. “Qafqazinfo”nun məlumatına görə, MDB ölkələrinin cinayətkarlıqla birgə mübarizə, habelə hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti, qeyri-qanuni miqrasiya problemləri və onların həlli yolları; informasiya-kommunikasiya texnologiyalarından istifadə və digər məsələlərin müzakirə oldunduğu iclasda Azərbaycan daxili işlər naziri iştirak etməyib. Məlumata görə Azərbaycan DİN

22:27, 12 avqust Siyasət

Əliyevin kritik xəbərdarlığı - Trampa verilən vəd pozulsa..

Paşinyan ABŞ uğurundan sonra seçkiləri və konstitusiya düzəlişini önə çəkə bilər; Bakı və İrəvan yekun sülh sənədinin bir addımlığında Azərbaycan Prezidenti İlham Əliyev avqustun 8-də, ABŞ-a son səfəri çərçivəsində mediaya geniş müsahibə verdi. Suallara cavablar zamanı dövlət başçısı Ermənistanla sülh müqaviləsinin nə vaxt imzalana biləcəyi ilə bağlı da ətraflı danışdı. Bəllidir ki, sənədi ləngidən əsas əngəl Ermənistan Konstitusiyasında hələ də ölkəmizə qarşı ərazi iddiasının qalmasıdır. Bu

21:58, 12 avqust Siyasət

Prezidentdən Hicran Hüseynova ilə bağlı - Sərəncam

Hicran Kamran qızı Hüseynova 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. “Bakuinfo” President.az -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H.Hüseynova Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə təltif olunub.

13:17, 12 avqust Siyasət

Pezeşkian Zəngəzur məsələsində Xameneiyə qarşı çıxdı

İran Prezidenti Məsud Pezeşkian ölkənin ali rəhbəri Əli Xamenei və ətrafının “Tramp yolu” və ya Zəngəzur dəhlizi ilə bağlı sərt və mənfi reaksiyasını yumşaltmağa çalışır. "Bakuinfo" Teleqraf-a istinadən xəbər verir ki, bunu erməni jurnalist Aram Şahnazaryan deyib. Onun sözlərinə görə, Xamenei və İranın hərbi-siyasi rəhbərliyinin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi sərt olaraq qalır: “Pezeşkian və xarici işlər naziri Abbas Arakçı (İranın mühafizəkar dairələrində) təhlükənin şişirdilmiş

12:34, 12 avqust Siyasət

Moskva hücumları davam etdirsə... - Bakı bu qərarı verə bilər

Dünən Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Görüşdə Rusiyanın Ukraynanın qaz infrastrukturu və SOCAR-a məxsus neft bazasına endirdiyi hava zərbələri müzakirə edilib. Hər iki lider Rusiya Silahlı Qüvvələrinin fəaliyyətindən narahatlığını ifadə edib. "Bakuinfo" xəbər verir ki, Caliber.Az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, əgər Rusiya Azərbaycanın maraqlarına qarşı aqressiv siyasətini davam etdirərsə,

18:36, 11 avqust Siyasət

Azərbaycan XİN sülh sazişinin mətnini yaydı

8 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini paraflayıblar. XİN-dən “Bakuinfo”ya verilən məlumata görə, paraflanmış Sazişin ingilis dilində mətni ilə bu keçid vasitəsilə tanış olmaq

17:13, 11 avqust Siyasət

Zəngəzurla bağlı razılaşma vəziyyəti dəyişdi - Çin hərəkətə keçdi

Azərbaycan, ABŞ və Ermənistan arasında əldə edilmiş razılaşma ilə Zəngəzur dəhlizinin önündəki əngəllər qalxdı. Teleqraf xəbər verir ki, bu barədə “HaberGlobal” yazıb. Türkiyə portalı bildirib ki, Zəngəzur dəhlizi Azərbaycan üçün həm coğrafi bütövlüyün tamamlanması, həm maddi-texniki üstünlüyünün təmin edilməsi, həm də enerji dəhlizi rolunu oynaması baxımından mühüm rol oynayır. Mənbənin fikrincə, bununla Türk dünyasının 100 illik xəyalı gerçəyə çevrilir: “Dəhlizin açılması Türkiyə, Azərbaycan

13:23, 11 avqust Siyasət

Powered by MirTech