Prezidentdən Ukrayna ilə bağlı sərəncam
Prezident İlham Əliyev Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinə vəsait ayrılması haqqında sərəncam imzalayıb. "Bakuinfo" sərəncamın mətnini təqdim edir: “Azərbaycan Respublikası humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardım göstərir. Son illərdə Ukraynada yaranmış vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına da bir neçə dəfə humanitar yardım
İrandan TƏXRİBATÇI AÇIQLAMA: “Zəngəzur dəhlizi sülh yox, müharibə dəhlizidir”
İran parlamentinin sədr müavini Əli Nikzad Zəngəzur dəhlizi planını tənqid edərək bildirib ki, bu layihə sülh üçün deyil, müharibə məqsədi ilə nəzərdə tutulub. O, ABŞ prezidentinin 13 min kilometr uzaqdan bölgənin işlərinə müdaxiləsini və burada hərbi şirkətlərin yerləşdirilməsini sual altına alıb, tərəfləri əvvəlki razılaşmalara əməl etməyə çağırıb. "Bakuinfo"nun Fars News-a istinadən məlumatına görə, Zəngəzur dəhlizi 2027-ci ilə qədər tərəfdaş ölkələrə ildə 50–100 milyard dollar
İlham Əliyev AÇIQLADI - O sənəd rəsmən ləğv olundu
“907-ci düzəliş 33 ildən sonra bu gün ləğv olundu”. "Bakuinfo" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə mətbuata birgə bəyanatında bildirib. Dövlət başçısı bununla bağlı ABŞ Prezidenti Donald Trampa təşəkkürünü ifadə edib.
İran hücuma hazırdır: qoşunlarımız Zəngəzura girəcək – Seyid Əli Sağayan
“Qafqaz bizimdir. Malik olduğumuz ortaq sərhədə heç kim sahib ola bilməz”. Globalinfo.az xəbər verir ki, bu iddia ilə İranın Ermənistandakı keçmiş səfiri Seyid Əli Sağayan İran dövlət televiziyasına müsahibəsində çıxış edib. O deyib ki, ABŞ-ın Cənubi Qafqazdakı planlarının həyata keçməsinə imkan verilməyəcək: “ABŞ hər hansı planını həyata keçirə bilməyəcək. Qüvvələrimiz hazırdır və əgər hər hansı hadisə baş versə, regiona ilk girən də biz olacağıq. Bunu rəsmi şəkildə bəyan etmişik. Biz bunu
Ersin Tatar İlham Əliyevi təbrik etdi
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Ağ evdə keçirilən üçtərəfli görüşünün nəticələrini alqışlayıb. "Bakuinfo" xəbər verir ki, ŞKTC rəhbərinin saytında yerləşdirilən bəyanatda Vaşinqtonda aparılan danışıqların əhəmiyyəti vurğulanıb. O bəyan edib: “Azərbaycan və Ermənistanın həqiqətən də tarixi olan Birgə Bəyannaməsi suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmətə, düşmənçilikdən əl çəkməyə, xalqlar arasında
Prezidentin cavablandırdığı suallar - Tam mətn
Xəbər verdiyimiz kimi, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibə verib. “Bakuinfo” müsahibənin tam mətnini təqdim edir: Vüsal Mətləb, AzTV-nin müxbiri: Xoş gördük, cənab Prezident. Siz Amerika Birləşmiş Ştatları Prezidenti cənab Donald Trampın dəvəti ilə bu ölkədə səfərdəsiniz və bu gün Azərbaycanda hər kəs Vaşinqtondan xəbərlər gözləyir. Odur ki, bu müsahibəyə görə təşəkkür edirik. İcazənizlə, suallara keçək. Cənab Trampla
Olanların ən yaxşısı: İlham Əliyevin 5 şərti və tarixi qələbəsi
Türklərin gəlmiş-keçmiş ən böyük dövlət adamı və sərkərdələrindən olan Nadir şah Əfşar Suqovuşandakı Qurultaydan sonra buraxdığı sikkənin üstündə belə yazdırmışdı: Olanların ən yaxşısı! Nadir böyük qələbələr qazanmışdı, hakimiyyətə gələndə işğal altında olan dövlətini azad etmişdi. Suqovuşanda qələbəsini qeyd edirdi. Bu, rusları öz təsir dairəsində olan ərazidən qovan Nadir idi! Üstəlik, bunu müharibəsiz etmişdi. *** Türklərin başqa böyük dövlət adamı və bizim Ali Baş Komandanımız İlham Əliyev
İrandan sülh razılaşmasına REAKSİYA - NARAHATIQ!
İran İslam Respublikası Cənubi Qafqaz regionunda mövcud tendensiyaları yaxından izləyir və bu hadisələrlə bağlı qonşu Azərbaycan və Ermənistanla təmasdadır. "Bakuinfo" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. “Cənubi Qafqazda sülh və sabitlik regionun bütün ölkələrinin maraqlarına cavab verir. İran İslam Respublikası iki ölkə arasında sülh sazişinin mətninin yenidən işlənməsini alqışlayır, hadisələrin bu inkişafını regionda davam sülhün əldə
Bu əraziləri Azərbaycana qaytarmalıyıq - Paşinyan
Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesi davam edəcək, ölkələrin sərhədləri bərpa edilməlidir. "Bakuinfo" Teleqraf-a istiandən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransında deyib. Baş nazir anklavlarla bağlı da danışıb: “Bizə məxsus olan, amma Azərbaycanın nəzarətində olan ərazilər var, Azərbaycana məxsus, amma bizim nəzarətimizdə olan ərazilər də var. Delimitasiya prosesi davam etməlidir. Harada Azərbaycana məxsus
Yaşasın sülh! Artıq müharibə olmayacaq - Simonyan
Artıq müharibə olmayacaq. Uşaqlarımız artıq ölməyəcək. Dəhliz olmayacaq, yollar açılır. Bölgədəki bütün yollar və sərhədlər açıq olacaq. "Bakuinfo" xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan yazıb. O, Ermənistanın daha da müstəqil olacağını qeyd edib: “İqtisadiyyatımız nəfəs alacaq. Hər keçən gün dövlətimiz daha müstəqil və suveren olacaq. Yaşasın gələcək – bu gün qurduğumuz! Gələcək var! Gələcək var! Yaşasın sülh! Həmişə xəyal etdiyimiz Gerçək Ermənistan