Prezident Trampa təşəkkür etdi
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Xankəndidə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışından paylaşım etdiyi üçün təşəkkür edib. “Bakuinfo” xəbər verir ki, dövlət başçısı bununla bağlı “X” hesabında paylaşım edib. “Şuşa Qlobal Media Forumunda səsləndirdiyim ABŞ-Azərbaycan tərəfdaşlığı və həm qlobal, həm də regional səviyyədə sülh gündəminə sadiqliklə bağlı fikirlərimi sosial media platformasında paylaşdığı üçün Prezident Donald Trampa
Generalların saxlanıldığı həbsxanaya yeni - Rəis təyin edildi
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsinə yeni rəis təyinatı olub. "Bakuinfo" “Qafqazinfo”ya istinadən xəbər verir ki, müəssisəyə rəhbərlik Rəşad Əhədova tapşırılıb. Əhədov bundan əvvəl də Penitensiar Xidmətdə müxtəlif vəzifələrdə çalışıb. Məlumat üçün bildirək ki, 9 saylı cəzaçəkmə müəssisəsində keçmiş yüksəkvəzifəli məmurlar və generallar saxlanılır. Onların arasında generallar-Bəkir Orucov, Əhməd Əhmədov, Elçin Quliyev, Nizami Şirinov,
Tramp Əliyevin Xankəndidəki bu çıxışını paylaşdı - Video
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışından paylaşıb edib. "Bakuinfo" ABŞ liderinin "Truth Social" şəbəkə hesabındakı paylaşımını təqdim edir. Qeyd edək ki, videoda Azərbaycan Respublikasının Prezidenti Trampla bağlı fikirlərini bölüşüb.
General oğlundan sonra anasını da itirdi
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini general-mayor Orxan Qasımov ağır itki ilə üzləşib. “Bakuinfo” lent.az-a istinadən xəbər verir ki, Orxan Qasımovun anası dünyasını dəyişib. Xatırladaq ki , bu ilin fevral ayında general-mayorun oğlu Ayxan Qasımov xəstəlik səbəbindən 21 yaşında vəfat etmişdi.
Əliyev Rusiyadan rəsmi etiraf tələb etdi - Xarici KİV
Rumıniyanın və Bolqarıstanın nüfuzlu media orqanlarının yaydığı məlumatlara görə, Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ilin dekabrında baş vermiş təyyarə qəzası ilə bağlı Rusiya Federasiyasından rəsmi etiraf tələb edib. Qeyd olunur ki, Prezident bu barədə Şuşa şəhərində keçirilən III Qlobal Media Forumunda çıxışı zamanı danışıb. Axar.az Azərtac-a istinadla xəbər verir ki, Rumıniya media orqanları o cümlədən, AGEPRES milli xəbər agentliyi, “Evenimentul Zilei” və “Mediafax”, həmçinin
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
Xəbər verdiyimiz kimi, Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu keçirilir. “Bakuinfo” xəbər verir ki, tədbirdə iştirak edən Prezident İlham Əliyevə Zəngəzur dəhlizinin ABŞ şirkəti tərəfindən icarəyə götürülməsi ilə bağlı yayılan xəbərlərdən sual ünvanlanıb. Dövlət başçısı bildirib ki, bu sual Ermənistan rəhbərliyinə verilməlidir: “Bizim ərazimizdə heç bir operator, icarədar, ticarətçi
Ukraynalı jurnalist Əliyevə görün nə hədiyyə etdi - Video
III Şuşa Qlobal Media Forumunda ukraynalı jurnalist Yelena Qurbanova Azərbaycan Prezidenti İlham Əliyevə Ukrayna hərbi şevronlarını təqdim edib. "Bakuinfo" Teleqraf-a istinadla xəbər verir ki, bu barədə videonu deputat Aleksey Qonçarenko özünün Teleqram kanalında yayımlayıb. O, Əliyevin ukraynalıların təslim olmaması ilə bağlı “çox sərt” bəyanat verdiyini də qeyd edib: "Dünən Yelena Azərbaycan prezidentinə Ukrayna hərbi şevronlarını hədiyyə edib. Azərbaycan prezidenti ona
Kreml üzr istəməyə cəsarət etmədi, Bakı da bu yolu tutdu
Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışından aydın oldu ki, rəsmi Bakı vurulan AZAL təyyarəsinə görə beynəlxalq ədliyyə sisteminə müraciət hazırlayır. Moskva Bakıya başqa seçim qoymadı. Kreml İlham Əliyevin səsləndirdiyi tələblərin heç birini yerinə yetirmədi, qəzadan ötən 7 ayda günahını etiraf etmədi, təyyarəni vuranları cəzalandırmadı, qurbanların və yaralıların ailələrinə təzminat ödəmədi. "Bakuinfo" bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.
Türkmən liderini Azərbaycana gətirən iki səbəb
Azərbaycan Türkmənistan vasitəsilə Əfqanıstanla birləşən Lazurit dəhlizinin canlanmasında maraqlıdır Məlum olduğu kimi, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 16-17 tarixlərində Azərbaycanda olub. O, Prezident İlham Əliyevlə birlikdə Qarabağa gedib, Şuşanı gəzib, görülən işlərlə tanış olub. Siyasi şərhçilər hesab edir ki, Azərbaycan daha bir nəqliyyat dəhlizi yaratmaq üçün hazırlıqlara başlayıb. Belə ki, Əfqanıstanla birlikdə Lazurit dəhlizinin açılması
Rusiya Qafqazda müharibəyə başlaya bilməz, gücü yoxdur
Rusiya ilə Azərbaycan arasında hərbi eskalasiya ehtimalı yoxdur. "Bakuinfo" xəbər verir ki, bu barədə Rusiyanın “Nezıqar” Teleqram kanalı diplomatik mənbəyə istinadla məlumat yayıb. “Rusiyanın Qafqazda hərbi əməliyyatlar aparmaq üçün kifayət qədər resursu yoxdur. Hərbi güc balansı Rusiyanın xeyrinə deyil, Azərbaycanın NATO üzvü olan Türkiyə ilə hərbi yardım müqaviləsi var. Belarus və Qazaxıstan rəhbərliyinin Bakıya dəstəyi KTMT ölkələrinin iştirakını tamamilə istisna edir”, -