“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
Hazırda Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir. “Bakuinfo” xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak edirlər. [media=https://www.youtube.com/live/TNax9QRxK40?si=KfjKDt2WxnA5-VMT]
Ərdoğan Əliyevi qarşıladı - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyəyə işgüzar səfərə gedib. “Bakuinfo” xəbər verir ki, Kahramanmaraş Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.
İlham Əliyevlə Ərdoğan görüşdü - Foto
İyunun 19-da Qəhrəmanmaraşda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub. "Bakuinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Əliyev Türkiyəyə getdi, Ərdoğan qarşıladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Türkiyəyə işgüzar səfərə gəlib. "Bakuinfo" xəbər verir ki, Qəhrəmanmaraş Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısını Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.
Naxçıvanda seçkiləri Prezident təyin edəcək - Konstitusiya dəyişir
Naxçıvan Konstitusiyasına dəyişiklik layihəsinin təfərrüatı məlum olub. “Bakuinfo” Modern.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına 2 yeni maddənin (maddə 3-1 və maddə 28-1) əlavə edilməsi, 1 maddənin (maddə 5) çıxarılması, bir sıra maddələrdə və Preambula hissədə isə dəyişikliklər edilməsi nəzərdə tutulur. 5-ci maddə Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin səlahiyyətlərini nəzərdə tutur. Layihəyə əsasən, Azərbaycan Respublikası
17 ildə büdcəni belə talayıblar...
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir. “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda əvvəlcə Gənclər və İdman Nazirliyinin nümayəndəsi çıxış edib. Cinayət hadisəsi 2006-2023-cü illər aralığında baş verib. Araşdırma zamanı məlum olub ki, 17 il ərzində müxtəlif idman tədbirlərinin təşkili üçün dövlət
Bu da əlamətləri: 1-2 gündə İran İsraillə anlaşacaq!
Birjalarda inanılmaz sakitlik var, normal satış-alış əməliyyatları gedir, neft “dəlilik” etmir, neftin və qızılın qiymətləri kəskin qalxmır, rutin bir birja günüdür. Halbuki Yaxın Şərqdəki alov, İsrail-İran müharibəsi birjaları alt-üst etməli, ilk növbədə nefti, sonra da “güvənli liman” olan qızılı (qızıl hətta 0,5% ucuzlaşır bu dəqiqələrdə) kəskin bahalaşdırmalı idi. "Bakuinfo" xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib. O bildirib ki, ümumiyyətlə, bazar,
Ərdoğan İlham Əliyevə zəng etdi: İsrail müzakirəsi...
İyunun 14-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. “Bakuinfo” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı İran İslam Respublikası və İsrail Dövləti arasında vəziyyətin gərginləşməsi ilə bağlı narahatlıq ifadə olunub. Dövlət başçıları gərginliyin tezliklə aradan qaldırılmasının vacibliyini qeyd edərək, məsələlərin danışıqlar yolu ilə həllinin önəmi
Agent kimi vətəndaşlarımızın İrana göndərilməsi... - Hacıyev
Son vaxtlar bəzi media və sosial şəbəkə hesablarında əsassız və uydurma iddialar yayılır ki, guya Azərbaycan etnik azərbaycanlıları agent kimi cəlb edib və onları İsrail adından İrana göndərib". "Bakuinfo" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. "Bu cür absurd və fantastik iddiaların reallıqla heç bir əlaqəsi yoxdur və yalnız qəsdən yayılmış
Azərbaycan vətəndaşları İrəvanda, ermənilər isə Bakıda qalıb
İran və bir sıra qonşu dövlətlər üzərində hava məkanının bağlanması səbəbindən bir neçə beynəlxalq aviareys marşrutunu dəyişmək məcburiyyətində qalıb və bölgədəki hava limanlarına enib. “Bakuinfo” Ermənistan Milli Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir ki, Ermənistan vətəndaşları və etnik ermənilərin bir qismi Bakı hava limanında, bir neçə Azərbaycan vətəndaşı isə İrəvanın “Zvartnots” aeroportunda olublar. “Mövcud vəziyyətlə əlaqədar olaraq, Ermənistanın dövlət strukturları ardıcıl və