Prezident Artur Rasi-zadəni qəbul etdi
Xəbər verdiyimiz kimi, sabiq Baş nazir Artur Rasi‑zadə “Heydər Əliyev” ordeni ilə təltif edilib. “Bakuinfo” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 20-də Artur Rasi-zadəni qəbul edib və ona “Heydər Əliyev” ordenini təqdim edib. Qeyd edək ki, fevralın 26-da Artur Rasi-zadənin 90 yaşı tamam olacaq. Xatırladaq ki, A.Rasi‑zadə 2003-cü ildən 2018-ci ilədək Baş nazir olub.
Prezident Xankəndidə “Bulud” hotelin açılışında - Yenilənib - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Bulud” hotelinin açılışında iştirak edib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *** Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına görülən işlər barədə məlumat verib. Ümumi sahəsi 5325 kvadratmetr olan hotel beş mərtəbədən ibarətdir. Hoteldə 45 nömrə var və 91 qonaq qəbul edə biləcək. Müasir iaşə məkanlarının yaradıldığı hoteldə “Lobby lounge”, kafe,
“Öz qohumu tərəfindən vəzifəyə soxuşdurulanlar, hardasınız?”
Son günlər dövri mətbuatda “casus” və “xəyanətkar” mövzusu ciddi müzakirə predmetinə çevrilib. Hansı ki, cəmiyyətin də yetərincə diqqət mərkəzindədir və paralel fonda bir çox iri maskaların yırtılmasına, əsl həqiqətlərin üzə çıxmasına rəvac verir. Bir zamanlar hüquq-mühafizə, təhlükəsizlik orqanları bənzər hadisələr üzərindən ifşa prosesini çox da açıb-ağartmırdı. Daha dəqiq desəm: cinayət əməli öz mahiyyəti üzrə tövsif olunurdu, cəza verilirdi, qurtarıb gedirdi. Yaxşı bəs indi niyə fərqli
“Bu, Nəcməddin Sadıkovun xəyanətlərindən biridir” - 31 il keçdi
Fevralın 14-də Murovdağ faciəsinin 31-ci ili tamam oldu. “Bakuinfo” xəbər verir ki, hər il olduğu kimi bu il də Murovdağ əməliyyatı və bu döyüşlərdə şəhid olanların sayı, eləcə də hadisələrin gedişatı ilə bağlı müzakirələr davam edib. Belə ki, sosial şəbəkələrdə çoxsaylı paylaşımlarda Murovdağ faciəsi zamanı 1500-dən artıq hərbçimizin donaraq həyatını itirməsi bildirilir. Bu rəqəmin ortaya çıxmasında isə “Vikipediya”da daha əvvəl yerləşdirilmiş məlumat rol oynayıb. Kiçik araşdırma göstərir ki,
Putin hər şeyi alacaq: səbəb budur – Bəs, Bakı?
ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında baş tutan telefon danışığından sonra xüsusilə Avropa liderləri həyəcanlanıblar: 1. Danışıqlar başlamamış, ilk zəngdən əvvəl və dərhal sonra Putinə edilən güzəştlər müzakirə edilir; 2. Danışıqların Ukraynasız, Avropasız, iki güc arasında aparılmasından narahatlıqlarını bildirirlər; 3. Tramp administrasiyasının artıq indidən vəd etdiyi güzəştlərlə Putinin kifayətlənməyəcəyi, bütün tələblərini yerinə yetirilməsinə nail olmadan
Azərbaycanda soyad sonluqları dəyişdirilir? – Deputat açıqladı
İctimaiyyətdə tez-tez müzakirə olunan məsələlərdən biri də soyad sonluqlarında dəyişiklik edilməsidir. Bir qisim insan xüsusən soyadlardakı “ov, yev” hissəsinin ləğvini və əvəzlənməsini tələb edirlər. Bildirirlər ki, sözügedən sonluqlar rusmənşəlidir və milliləşdirilməyə ehtiyac var. Məsələ ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, insanlar könüllü şəkildə soyadlarında dəyişiklik edə bilərlər: “Bununla bağlı heç bir məcburiyyət yoxdur. Qanun imkan verir
TƏCİLİ: Ərdoğan F-16 qırıcılarını Azərbaycana GÖNDƏRİR, Rusiyanın TƏXRİBAT planına HAZIRLIQ....
“Rusiyanın bu dəqiqə Azərbaycana qarşı belə bir aqressiya təşkil etməyə gücü yoxdur. Bu, yüz faiz belədir. Onun bu dəqiqə belə bir gücü yoxdur. O, ancaq Xəzər dənizindən Dağıstandan qoşun yığıb, Bakəya gəlib çıxa bilməz. Türk ordusu Azərbaycana gələcək. Azərbaycanla müqaviləsi var. Rusu ən azı Rostova qədər qovar rusu”. Bu sözləri dünən TV Müsavata müsahibəsində eks spiker Rəsul Quliyev bildirib. Onun sözlərinə görə, Rusiyanın Qarabağ müharibəsində professional olmuş Azəfrbaycan orusuna qarşı
Rusiyadan MDB dövlətlərinə sensasion qisas anonsu...
ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə ötən gün zəng etməsi və 1,5 saat telefon danışığı, bunun dərhal ardından Ukrayna Prezidenti Zelenski ilə apardığı müzakirə və verdiyi açıqlamalar çoxsaylı şərhlərə səbəb olub. Telefon danışığının ardınca Rusiyanın deputatları da daxil olmaqla, Kremlə yaxın politoloqların saysız-hesabsız şərhləri başlayıb. Sevinirlər və həddən artıq böyük iddialar irəli sürürlər. Səbəb isə Trampın bu telefon danışığı öncəsi və ondan sonrakı
Elnur Bağırova yüksək VƏZİFƏ VERİLDİ
Elnur Şəmistan oğlu Bağırov Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilib. "Bakuinfo" President.az-a istinadla xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir?
Bir neçə gün əvvəl xaricdə məskunlaşan və tez-tez Azərbaycanla bağlı feyk xəbərlərlə gündəmə gələn səhifələrdə guya Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyevin “Rus evi”nə dil öyrənməyə getməsi ilə bağlı məlumat paylaşılmışdı. “Qafqazinfo”nun məlumatına görə, hansısa sənədlərə əsaslanaraq yayılmış dezinformasiya ciddi qəbul olunmasa belə, “Rus evi” dərhal bunu yalanlayaraq saxta olduğunu bəyan etdi , yayılmış