Siyasət

Ermənistan nümayəndə heyəti Bakıdadır

Noyabrın 21-də Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Azərbaycan paytaxtına səfər edib. “Bakuinfo” xəbər verir ki, bu səfər 21–22 oktyabr 2025-ci il tarixlərində Azərbaycan nümayəndə heyətinin Ermənistan paytaxtına səfərinə cavab olaraq həyata keçirilir. Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri 8 avqustda Vaşinqtonda qəbul edilmiş Birgə Bəyanatdan sonra müəyyənləşdirilmiş sülh gündəliyi çərçivəsində dialoqu davam etdirirlər. Xatırladaq ki, oktyabrın

10:54, 21 noyabr Siyasət

Azərbaycanlıların Rusiyadan ayağı “kəsilir”

Yeni miqrasiya qanunları vətəndaşların bu ölkəyə səfərlərini azaldıb; Moskva “güllə”ni niyə öz ayağına sıxır? Azərbaycan vətəndaşlarının Rusiyaya səfərləri azalıb. Bu ilin 3 rübündə qonşu ölkəyə cəmi 99 min nəfər yollanıb. Müqayisə üçün bildirək ki, ötən ilin eyni zaman kəsimində həmin statistika 144 min nəfər olub. Ümumən 2025-ci ildə Rusiyaya beynəlxalq səfərlərin sayı təxminən 1 milyon azalıb. “Rusiyada miqrasiya sahəsində baş verən son proseslər, miqrantlara qarşı münasibət və miqrasiya

12:15, 20 noyabr Siyasət

“BU ADAM AĞLINI İTİRİB...” – Rəsul Quliyev xalqı hökumətin ətrafında birləşməyə çağırır

"Rusiya türk dövlətləri birliyinin qarşısında diz çökməyə məcbur olacaq” “Moskva yenidən Azərbaycanı təhdid etmək üçün təhlükəli üsullara əl atır. Hansısa ölkənin səfirliyinə hücum təşkil etmək beynəlxalq hüquq normalarına tamamilə ziddir. Bir faiz ləyaqəti olan dövlət belə addım atmaz. Hətta Hitler belə müharibəyə başlamazdan əvvəl sovet səfirliyinin əməkdaşlarına ölkəni tərk etməyi əvvəlcədən bildirmişdi”. “Bakuinfo” bildirir ki, bunları Azərbaycan parlamentinin keçmiş sədri Rəsul

12:10, 20 noyabr Siyasət

Ramiz Mehdiyev prezident olmaq istəyirmiş - Namazov ifşa etdi

1993–1999-cu illərdə mərhum dövlət başçısı Heydər Əliyevin köməkçisi və Prezident katibliyinin rəhbəri işləmiş Eldar Namazov dövlət çevrilişinə cəhddə ittiham olunan akademik Ramiz Mehdiyev barədə danışıb. "Bakuinfo" xəbər verir ki, Eldar Namazov “Yeni Azərbaycan” TV-yə müsahibəsində bildirib ki, Heydər Əliyevin səhhətində problem yarananda Prezident Administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyev Moskvaya zəng edərək, Rusiya Təhlükəsizlik Şurasının o vaxtkı katibi Vladimir

23:46, 18 noyabr Siyasət

Ukrayna deputatı Zelenskini ölkəyə qayıtmağa çağırdı: “Sizi hələlik həbs etməyəcəklər”

Bakuinfo xəbər verir ki, Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko Prezident Volodimir Zelenskini təcili şəkildə ölkəyə qayıtmağa səsləyib. Deputat bildirib ki, dövlət strukturlarında aşkar edilən korrupsiya faktları fonunda Zelenskini hazırda həbs təhlükəsi gözləmir. Qonçarenko sərt açıqlama verib: “Volodimir Oleksandroviç, sizi də yaxın vaxtlarda Umerov kimi ‘ovlayacağıq’. Ukraynaya qayıdın. Sizi hələlik həbs etməyəcəklər. Niyə isti ölkələrə qaçırsınız? Gəlin, sizə səs verən

21:04, 18 noyabr Siyasət

Zelenskini dəyişmək üçün namizəd axtarılır” – Azarovun paylaşımı gündəm oldu

Bakuinfo xəbər verir ki, Ukraynanın sabiq Baş naziri Nikolay Azarov sosial şəbəkə hesabında sensasion iddialar səsləndirib. Onun sözlərinə görə, Zelenski hakimiyyətinin iki əsas istiqamətdə uğursuzluğu ABŞ-də narahatlıq yaradıb. Azarov bildirib ki, Ukrayna rəhbərliyi həm cəbhədə ardıcıl məğlubiyyətlər, həm də ölkə daxilində “misli görünməmiş korrupsiya qalmaqalları” ilə çalxalanır. Sabiq Baş nazir iddia edib ki, bu proses fonunda Vaşinqton Zelenski komandasının bəzi üzvlərini ABŞ-yə çağıraraq

21:01, 18 noyabr Siyasət

DTX Xankəndidəki iclasdan - Video paylaşdı

Məlum olduğu kimi, noyabrın 14-də Xankəndi şəhərində “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda Türk Dövlətlərinin Xüsusi Xidmət Orqanları Konfransının XXVII plenar iclası keçirilib. “Bakuinfo" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sosial şəbəkə hesablarında tədbirin videosu paylaşılıb. Həmin paylaşımı təqdim edirik:

13:38, 18 noyabr Siyasət

Prezident tələb etdi: Milli Məclis toplanır

Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında Azərbaycan dili, terminologiya və toponimiya ilə əlaqədar irəli sürdüyü tələblər və vəzifələr Milli Məclis yanında Toponimiya Komissiyasında müzakirə ediləcək. "Bakuinfo" Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Komissiyanın sədri İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, müzakirələrdə Komissiyasının üzvləri ilə yanaşı bu məsələlərlə məşğul olan

13:11, 18 noyabr Siyasət

Prezident bu əsasnaməni təsdiq etdi

Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi təsdiq edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Nazirlər Kabineti bu Fərmanda təsdiq edilən Nümunəvi Əsasnamənin tələbləri nəzərə alınmaqla, mərkəzi icra hakimiyyəti orqanlarının əsasnamələrinin təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

17:31, 17 noyabr Siyasət

İlham Əliyev müraciət ünvanladı

Prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının iştirakçılarına müraciət ünvanlayıb. "Bakuinfo" xəbər verir ki, müraciətdə deyilir: "Hörmətli tədbir iştirakçıları! Sizi Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında Bakı şəhərində səmimi-qəlbdən salamlayıram. Telekommunikasiya sahəsində mötəbər beynəlxalq tədbir – Ümumdünya Telekommunikasiyanın İnkişafı

10:48, 17 noyabr Siyasət

Powered by MirTech