Cabir İmanovun əziz xatirəsinə...

Şou-biznes 12:33, 30 sentyabr 2025, 1
Cabir İmanovun əziz xatirəsinə...


Kubra Məhərrəmova yazır...
 
Uşaq olanda elə bilirdim ki, ancaq qoca nənə-babalar ölürlər. Cavan-uşaq niyə ölsün ki? Axı onların üzü qırışmış deyil.
 
Uşaq olanda elə bilirdim ki, Allah baba göydə oturub, yuxarıdan bizə baxır. Qəndqabıdan icazəsiz konfet götürsəm, məni cəzalandıracaq. Göydən od tökəcək başıma.
 
Uşaq olanda elə bilirdim ki, mavi gözlü insanlar dünyanı mavi rəngdə görür.
 
Bir də uşaq olanda elə bilirdim ki, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubu həmişə yarışlarda ermənilərə qalib gələcək.
 
Rusiyanın ictimai televiziyasının yayımında bizimkiləri görəndə elə bilirdim ki, onlar səhnəyə məhz bizim üçün çıxıblar. Bizim əsl simamızı göstərmək üçün. Axı aşağı-yuxarı Rusiya üçün biz rəiyyət və pomidor satan idik.
 
Moskva səhnəsindən "Bakılı oğlanlar"ın çıxışı əslində bizim necə bir xalq olduğumuzu göstərirdi. İti zarafatları, musiqi nömrələri, səhnəcikləri hər dəfə zalda gurultulu alqış və gülüş yaradırdı. Mən isə televizorun qarşısında baş verənlərə baxıb onlara oxşamaq istəyirdim.
 
"Bakılı oğlanlar" çətin günlərdə öz dərdimizə gülməyi bacaran, eybəcərliklərə qarşı çıxan, tənqid edən instituta çevrildi. "Bakılı oğlanlar" özündə sosial dəyişiklikləri birləşdirən, xalqın özünü ifadə etmə yollarını axtaran və müstəqil mədəni hadisə idi. Onlar beynəlxalq səhnələrdə Azərbaycanın dörd tərəfini tərənnüm edən ideyanı sərgiləyirdi. "Bakılı oğlanlar"ı digər postsovet ölkələri komandalarından fərqləndirən cəhətlərdən biri də koloritli personajların varlığı idi. Cabir İmanovun canlandırdığı obrazlar isə parlaqlığı və səmimiyyəti ilə seçilirdi. Özünəməxsus təbəssümü, səhnədə duruşu və minlərlə tamaşaçı qarşısında sözünü demək bacarığı ilə.
 
Onun səhnəyə çıxışı hər zaman insanlarda təbəssüm yaradır, incə yumorun və iti zəkanın məhsulu olan zarafatın səslənəcəyi zəmanətini verirdi.
 
Hamı bilirdi ki, əgər səhnəyə Cabir çıxıbsa, deməli "nəsə" olacaq. Bu "nəsə" hələ uzun müddət dildən-dilə düşəcək, zarafatların əsas mövzusu olacaq. Videokasetlərə köçürülən konsert və çıxışların içində onun səhnə aldığı hissələr dəfələrlə çevrilib izlənəcək.
 
Hə, indiki gənclərə qəribə gələ bilər. Amma biz televizordan videomaqnitofona görüntüləri köçürüb, sonra da bir-birimizə ötürürdük. Belə qəribə dövrdə evə zəng gələndə internet də çökürdü. Amma biz əsl səhnənin, mədəniyyətin, zarafatın, aktyorun nə olduğunu görən adamlarıq.
 
Cabir İmanov da həmin o dövrün mədəniyyətini, xarakterini, əxlaqını özündə daşıyan idi. Təkəbbürdən uzaq, zarafatcıl, eyni zamanda dərin biliklərə malik olan biri. Onun sənətə yanaşması yalnız səhnə ilə məhdudlaşmırdı, arxasında ciddi intellektual baza dayanırdı. Tarix, ədəbiyyat, incəsənət, teatr, kino ilə bağlı fikirləri tam və dolğun idi. Bəlkə də buna görə yaratdığı "Ağanatiq" və "Eliş" obrazları bu qədər rəngarəng və doğma idi.
 
Çoxunun deyə bilmədiyini "Eliş"in dilindən deyirdi, göstərirdi. Baş verən qanunsuzluğa qarşı çıxırdı. Rezin tərlik və rəngli köynəyin altından çox ağır mətləblərdə müdrikcəsinə cəmiyyəti sarsıdan həqiqətləri danışırdı. Kənardan hər nə qədər asan görünsə də, düşünürəm ki, Cabir İmanov hər dəfə bu rolları ifa edəndə mənəvi yükün altına girirdi.
 
Son illər istedad və bacarığını əl işlərinə yönəltmişdi. İçindəki yaradıcılıq potensialını rənglərə və formalara köçürürdü. Onu da qəribə sakitlik, təvəzökarlıqla, haray-həşirsiz edirdi. Populyarlığı ilə heç vaxt qürurlanıb, özünü gözə soxmadı.
 
Baxmayaraq ki, nəinki bütün Azərbaycan, postsovet ölkələrində tanınırdı.
 
Həyatdan köçəndə də sakit getdi. Haraysız, səssiz. Heç kimə əziyyət vermədən.
 
Bizim gəncliyimizin ulduzu və qəhrəmanı Cabir İmanov.
 
Dünən onun ölümü ilə bir epoxanın keçdiyini bir daha başa düşür adam. Daşıdığı ideya, düşüncə, məqsəd və məhz özü üçün müəyyən etdiyi nəticə də onunla getdi. Əminəm ki, çoxlarının anlamadığı hansısa həqiqətə yetmişdi. Müdrikliyə varmışdı.
 
Sosial şəbəkə hesablarında paylaşdığı son fotolarda belə qəribə kədər, hüzur və əlində-ovcunda tutub saxlaya bilmədiyi zamanın axıb getdiyi görünür. Ən azı mən belə hiss etdim.
 
Bizim gəncliyimizi qəhrəmanı heç vaxt qocalmayacaq. Hər zaman 49 yaşında qalacaq. Allah rəhmət eləsin, "Bakılı oğlan". Ruhun şad olsun. 49 ilə bir çoxlarının 100 ilə edə bilmədiklərini sığdıra bildin. Təbəssümünü heç vaxt unutmayacağıq.

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Prezidentdən su ilə bağlı şad xəbər

“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr

16:12, 12 yanvar Sosial

Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti 6 ay azaldıldı

Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Qanuna əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət

13:54, 12 yanvar Hərbi

Ermənistan işğalla hədələndi

Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj

23:00, 12 yanvar Dünya

Son Xəbərlər

Adnan Əhmədzadə haqda - Yeni qərar

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin həbsdə saxlanılma müddəti uzadılıb. “Bakuinfo" xəbər verir ki, Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında yeni qərar qəbul edib. Məhkəmə iri həcmli iş üzrə istintaq hərəkətlərinin hərtərəfli və maneəsiz aparılmasını təmin etmək məqsədilə Adnan Əhmədzadənin həbs müddətinin uzadılmasına qərar verib. Qeyd edək ki, dünyaca məşhur

18:45, 13 yanvar Kriminal

Bu xanıma yüksək vəzifə verildi

Azərbaycan Respublikası Kino Agentliyinin Kino mədəniyyətinin təbliği şöbəsinə yeni müdir təyin edilib. "Bakuinfo" xəbər verir ki, bu vəzifəyə Səbinə Bağırova təyin olunub. Səbinə Bağırova faktı APA-ya təsdiqləyib. Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəni Turan Məmmədli icra edib.

18:02, 13 yanvar Sosial

Hava kəskin soyuyur: Bu tarixdə Bakıya QAR YAĞACAQ

Sabah Azərbaycanda hava necə olacaq? Yanvarın 14-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə "Bakuinfo"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4°

13:52, 13 yanvar Sosial

İrana hücum hazırlıqları başladı

ABŞ İrana hücuma hazırlıqlara başlayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" anonim amerikalı mənbəyə istinadən məlumat yayıb. Mənbə bildirib ki, İrana qarşı güc tətbiq etmək planları inkişaf mərhələsindədir və bu ssenarilər situasiyadan asılı olaraq hazırlanır. Onun sözlərinə görə, Yaxın Şərqdəki Amerika hərbi kontingenti istənilən ssenariyə və öz maraqlarını müdafiə etməyə hazırdır.

10:34, 13 yanvar Dünya

Ermənistan işğalla hədələndi

Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj

23:00, 12 yanvar Dünya

“Bir gün də yubanma olmamalıdır” - Prezident İlham Əliyev tapşırıq verdi

“Proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən”. “Bakuinfo” xəbər verir ki, bunu Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan bugünkü müşavirədə Prezident İlham Əliyev bildirib. Ölkə başçısı çıxışında Proqramın icrasına ictimai nəzarətin mütləq olmalı

22:07, 12 yanvar Sosial

Binalarda "Komendant pulu" ləğv olunur

Azərbaycanda daşınmaz əmlak sektorunun ən həssas yerlərindən biri - binaların idarə olunması və kommunal xidmət haqlarının yığılması məsələsi yenidən gündəmə gəlib. Onilliklərdir davam edən tikinti bumu paytaxtın simasını dəyişsə də, həm "köhnə", həm də "yeni" binaların idarəetmə modelində ciddi xaos hökm sürür. Sovet dövründə inşa edilmiş binalarda vəziyyət ziddiyyətlidir. Rəsmi olaraq 2009-cu ildən Mənzil Kommunal İstismar Sahələri (JEK) ləğv edilsə də, faktiki olaraq bu

20:53, 12 yanvar Sosial

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı - “Boz kardinal”ın işinə görə

Hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı da xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi ilə bağlı ifadə verməyə çağırılıb. “Bakuinfo" xəbər verir ki, F.Qəhrəmanlı bu barədə özü məlumat yayıb. “Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”. Qeyd edək ki, Prezident

19:54, 12 yanvar Kriminal

Prezidentdən Məcnun Məmmədovla bağlı SƏRƏNCAM

Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri kənd təsərrüfatı naziri Məcnun Məmmədov təyin edilib. Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə

17:11, 12 yanvar Ölkə

Prezidentdən su ilə bağlı şad xəbər

“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr

16:12, 12 yanvar Sosial

Powered by MirTech