Namiq Qaraçuxurlu kimdir ? Ətraflı məlumat

Şou-biznes 07:00, 02 avqust 2024, 179
Namiq Qaraçuxurlu kimdir ? Ətraflı məlumat

 Onun rəsmi sənədlərdə adı Namiq Hilal oğlu Şükürov kimi yazılır. Yaşadığı Qaraçuxur qəsəbəsinin adını özünə təxəllüs götürüb.

- Namiq Qaraçuxurlunun neçə yaşı var?

Namiq Qaraçuxurlu 8 noyabr 1978-ci ildə Qaraçuxur qəsəbəsində anadan olub.

- Namiq Qaraçuxurlunun ali təhsili var?

Yoxdur. O, 104 nömrəli orta məktəbi bitirib.

- Namiq Qaraçuxurlunun sənət yolu necə başlayıb?

1997-ci ildə Şəhriyar adına mədəniyyət sarayında keçirilən meyxana müsabiqəsində ikinci yer tutub. 1999-cu ildə ilk kaseti işıq üzü görüb. 2001-ci ildə "And içmişdik" adlı albomu çıxandan sonra meyxanaçının və meyxana sənətinin həyatında böyük rol oynayan "Rəvayət" klipi çəkilib. Azərbaycanın müxtəlif bölgələrində konsert verən meyxanaçı 7400 nəfərlik tamaşaçı tutumu olan "Şəfa" stadionunda solo konsert verib. Mütəmadi olaraq Hollandiya, Almaniya, İran və Rusiyanın bir çox şəhərlərində konsert verib.

- Namiq Qaraçuxurlunun fəxri adı var?

Yoxdur, lakin o, fəxri ada layiq olduğunu düşünür.

- Namiq Qaraçuxurlu hansı müğənnilərlə duet oxuyub?

Uzun müddət Aygün Kazımova ilə duet oxuyan müğənninin ilk duet ortağı Könül Kərimova olub. Rəhim Rəhimli, Sevil- Sevinc bacıları, Xəyyam Quliyev, Əhməd Mustafayev, Əminə Şirinqızı ilə duetləri var.

- Namiq Qaraçuxurlunun neçə övladı var?

Namiq Qaraçuxurlu 3 övlad atasıdır.. O, illərlə ilk evliliyini və bu evlilikdən olan 2 oğlunu mediadan gizli saxlayıb. Bir zamanlar hamının xalq artisti Aygün Kazımovanın sevgilisi kimi tanıdığı və heç vaxt evli olmadığını deyən meyxanaçının uzun illər yalan danışdığı sübuta yetirilib.

Namiq Qaraçuxurlu uşaqlarının anası Solmazla evlənərkən çox gənc olub. Ailə qurarkən Namiqin 23, Solmaz xanımın isə 24 yaşı olub. Solmaz Şükürova 1977-ci il təvəllüdlüdür. Namiq isə 8 noyabr 1978-ci ildə doğulub. Hazırda hüquqşünas işləyir və subaydır.

Keçmiş cütlüyün rəsmi nikahı 30 avqust 2001-ci ildə Suraxanıda 2 saylı VVAQ-da bağlanıb. Rəsmi nikahdan sonra Solmaz Namiqin soyadını götürüb və Solmaz Şükürova kimi qeydiyyata alınıb.
Bu evlilikdən onların iki övladı dünyaya gəlib. Ümid 7 iyul 2002-ci ildə, Ülvi isə 27 noyabr 2003-cü ildə doğulublar. Başı şou-biznesdə uğur qazanmağa qarışan Namiq Qaraçuxurlunun ailəsi qısa müddətdə dağılıb. Artıq 2004-cü ilin mart ayından onlar ayrılıblar. Bir ildən sonra isə rəsmən boşanıblar.

Namiq və Solmaz Şükürovaların rəsmi nikahı 2 dekabr 2005-ci ildə Suraxanı rayon məhkəməsində rozulub. Keçmiş xanımının sözlərinə görə, Namiq Qaraçuxurlu 8 il övladları ilə maraqlanmayıb. Meyxanaçı boşanandan sonra keçmiş həyat yoldaşına 2 ev bağışlayıb.

- Namiq Qaraçuxurlu Aygün Kazımova ilə sevgili olub?

-Meyxanaçı bunu özü gizlətsə də,  Aygün Kazımova efirdə sevgili olduqlarını, 7 il ər arvad kimi yaşadıqlarını deyib. Sonradan Namiq Qaraçuxurlu Aygün Kazımovanı tərk edib.

- Namiq Qaraçuxurlu evlidir?

Bəli, o, özünə gəlinsiz toy edib, ikinci nikahından bir qızı doğulub. Xanımı bir zamanlar şou-biznesdə olsa da, sonralar peşəsini tərk edib.

- Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun münasibətləri indi necədir?

Uzun ayrılıqdan sonra bir araya gələn cütlük yenidən duet ortağı kimi məclislərdə tüğyan edirlər.

- Namiq Qaraçuxurlu ulduz həyatı yaşayır?

Öz dediyinə görə, yox. “Mən tam olaraq “ulduz həyatı” yaşamıram və çalışıram ki, özümü bu həyata öyrəşdirməyim. Heç bunu istəmirəm də. Mənə olmaz... Çünki çalışıram elə yaşayım ki, sabah bu şan-şöhrət, madiyyat və bu şərait olmayanda mənə ris təsir etməsin. Bəzi məqamlar var ki, orada qoyduğum qaydalardan çıxmıram. Misal üçün, öz dostumun məclisində necə ulduzluq edə bilərəm ki? Elə bir şey ola bilməz. Gördüyünüz kimi dostumun məclisinə tək gəlib, tək də gedirəm. 10 nəfər yanımda gətirim kimi şeylər ola bilməz. İşlə bağlı harasa xidmət göstərməyə getsəm, o zaman orada artıq sənətçi düşüncələri daha irəli gələcək”,- deyə o bildirib.

- Namiq Qaraçuxurlunun neçə avtomobili var?

O, bir neçə bahalı avtomobilə sahibdir. Heç birini kreditlə almayıb.

“Heç vaxt kredit götürməmişəm. Qorxuram. Sadəcə görürəm dəbdir. Hamı alır, mən də alıram. İçində əyləşəndə bahalı maşında olduğumu hiss etmirəm. Sənətçi şəxsi qaraını bəzəyən lüks “Bentley” markalı avtomobilindən də söz açıb: 

“Bahalı avtomobilin olmasını ulduz həyatı ilə əlaqələndirmirəm. Bizim o qədər bahalı maşın sürən sənətçilərimiz var ki, onlarda ulduzluqdan əsər-əlamət yoxdur. Və ya bizim lüks avtomobil idarə edən biznesmenlərimiz var ki, onlar ulduz deyillər. Bu, Allahın verdiyi bir fürsətdir, dəyərləndiririk.

Mənim üçün bu cür məqamlar heç zaman vacib olmayıb. Ürəyim istəyib, bahalı maşın alıb, sürürəm. Mən ona da özümü öyrəşdirmirəm. Dostumun məclisinə adi bir avtomobillə gəlmişəm. Özümü bahalı və ulduz həyatına öyrəşdirmirəm. Hərdən dadıram. O da ki, daimi deyil. Mənim üçün avtomobil ulduzluq yox, rahatlıq və komfortdur. “Bentley ” avtomobilimi də ara-sıra sürürəm”. 

- Namiq Qaraçuxurlu üçün ən çətin şey nədir?

Müğənni bu suala belə cavab verib. “İstənilən ayrılığı çətin keçirirəm. Dostdan da ayrılanda çətin keçirirəm. Hətta evi dəyişəndə, çarpayını dəyişəndə belə, bunu çətin keçirirəm”.

- Namiq Qaraçuxurlu sənətdən getmək barədə düşünür?

O, bu suala belə cavab verib: “Hərdən ağlıma gəlir ki, 5 və ya 10 ildən sonra bu sənətdən gedim. Bu kimi şeylər ağlıma gəlib-gedir. Amma indidən bunu açıqlaya bilmərəm. Gərək, bunu bir il öncədən deyim və buna hazır olum. Bu isə mənim üçün çox böyük məsuliyyətdir. Amma hələ ki, elə bir fikrim yoxdur”. 

- Namiq Qaraçuxurlu toylara neçəyə gedir?

Onun toy qonorarı 8 min manatdır.

Bakuinfo.net 

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi

Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.

16:58, 14 yanvar Ölkə

Bunu etmək rəsmən qadağan edildi - Prezident TƏSDİQLƏDİ

Sayt və sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik hərəkətləri qadağan edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib. Qanuna əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan

15:05, 15 yanvar Sosial

Meyiti tapılan tələbə məşhur iş adamının qızı imiş

Xəbər verdiyimiz kimi, Naxçıvan Dövlət Universitetinin Türkiyədən olan iki tələbəsi dünyasını dəyişib. "Bakuinfo" xəbər verir ki, onlardan biri - tibb ixtisası üzrə təhsil alan II kurs tələbəsi Büşra Aksu əslən Türkiyənin Ordu ilindəndir. Tələbə Orduda tanınmış iş adamı Sezai Aksunun qızıdır. Xatırladaq ki, tələbələr ötən gün dəm qazından zəhərlənərək ölüblər. (Unikal.az)

12:30, 15 yanvar Sosial

Son Xəbərlər

Xameneinin oğlu Dubaya 1,5 milyard köçürdü

Son 48 saat ərzində İrandan Dubaya təxminən 1,5 milyon ABŞ dolları köçürülüb. “Bakuinfo” xəbər verir ki, bu barədə məlumatı İsrailin “14-cü kanal”ı İslam İnqilabı Keşikçilər Korpusu ilə əlaqəli şəxsə istinadən yayıb. Köçürmələrin bank sistemi vasitəsilə deyil, kriptovalyutalar yolu ilə həyata keçirildiyi bildirilir. Vəsaitlərin köçürülməsində iştirak edənlər arasında İranın ali lideri Əli Xameneinin oğlu Müctəba Xameneinin də olduğu iddia edilir. Məlumata görə, M.Xamenei təxminən 328 milyon

16:20, 15 yanvar Dünya

İş adamı Yusif Xəlilovun restoranı söküləcək

Rusiyanın 19-cu Apellyasiya Arbitraj Məhkəməsi Voronej şəhərində yerləşən “Yardi Superbar” restoranının sökülməsi haqqında qərarı təsdiqləyib. “Bakuinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, məhkəmə instansiyası Voronejdə “Alekseevski” bazarının həmsahibi, azərbaycanlı iş adamı Yusif Xəlilova məxsus tikilinin qanunsuz olması ilə bağlı bələdiyyənin iddiasını təmin edən regional arbitraj məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bildirilir ki, sözügedən restoran Voronej şəhərində

16:18, 15 yanvar Sosial

Hacıbala Abutalıbov paytaxtı tərk etdi – Harada yaşadığı MƏLUM OLDU

Uzun illər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutmuş Hacıbala Abutalıbov paytaxtdan köçüb. "Bakuinfo" xəbər verir ki, bu barədə onun ailə üzvləri bildirib. Məlumata görə, keçmiş mer Qaxın Ağçay kəndində özü üçün inşa etdirdiyi kiçik villada yaşayır. Onun bu kəndə köçməsinə səbəb isə həyat yoldaşının məhz Ağçaydan olmasıdır. Yaxınları deyi ki, Hacıbaba Abutalıbov təsadüfi hallarda kənd arasında olur. “Yaşlanıb, özü üçün həyət-bacada gəzir” – deyə yaxınları bildirib.

16:06, 15 yanvar Sosial

Prezident TƏSDİQLƏDİ: Bu proses artıq ödənişlidir

Müəllimlərin işə qəbulu (MİQ) ilə əlaqədar keçirilən müsabiqədə iştirak ödənişli olacaq. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib. Qeyd edilib ki, dəyişikliklərə əsasən, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə

16:02, 15 yanvar Sosial

İqbal Hüseynov işdən çıxarıldı - SƏRƏNCAM

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Əli oğlu Hüseynov vəzifəzindən azad edilib. "Bakuinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Qeyd edək ki, İ.Hüseynov müxtəlif vəzifələrdə çalışıb, 2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun iqtisadi məsələlər üzrə rəis müavini, 2010-2026-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini vəzifələrində çalışıb. (APA)

15:43, 15 yanvar Ölkə

Tanınmış azərbaycanlı alim ABŞ-da həbs olundu

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tanınmış azərbaycanlı alim, neyrobioloq və Buffalo Universitetinin (Nyu York) professoru Şövqi Hüseynovu həbs edib və onu deportasiya etməyə hazırlaşır. "Bakuinfo" xəbər verir ki, bu həbs Prezident Donald Trampın kütləvi deportasiya proqramının icrası ilə əlaqələndirilir. “The Investigative Post” nəşri Ş.Hüseynov üzərində heç bir cinayət əməlinin olmadığını yazıb. "Onun 2029-cu ilə qədər ABŞ-da işləməyə icazə verən vizası var. 7

15:38, 15 yanvar Sosial

Məhkəmə Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi

Ankara İnzibati Məhkəməsi Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib. "Bakuinfo" xəbər verir ki, bu barədə özü sosial şəbəkə hesabında məlumat paylaşıb: “Artıq iki aya yaxındır ki, Türkiyədə Çatalca Geri Göndərmə Mərkəzində qapalı həbsxana şəraitində saxlanılıram. Ötən gün İstanbul İnzibati Məhkəməsi barəmdə verilmiş deportasiya qərarının dayandırılması ilə bağlı müraciətimə baxaraq şikayətimi təmin etməyib"'. Hacıbəyli bildirib ki, bu gün Ankara İnzibati Məhkəməsi

15:31, 15 yanvar Kriminal

Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq

Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Sənədə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) enerji effektivliyi informasiya sistemi vasitəsilə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarəti, enerji auditorlarının və

15:22, 15 yanvar Ölkə

Hava kəskin dəyişir: Altı gün qar yağacaq - XƏBƏRDARLIQ

Yanvarın 17-si gündüzdən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. "Bakuinfo" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Bunu Xidmətin rəis müavini Gülnarə Abbasova bildirib. O qeyd edib ki, bu müddət ərzində

15:18, 15 yanvar Sosial

Bakıda binada yanğın başladı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən "Bakuinfo"ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.

15:11, 15 yanvar Hadisə

Powered by MirTech