Məleykə Əsədova kimdir? Özünə hasar çəkdirən qadın..

Şou-biznes 19:04, 28 sentyabr 2024, 167
Məleykə Əsədova kimdir? Özünə hasar çəkdirən qadın..



Məleykə Əsədova kimdir? – Özünə hasar çəkən gözəl

02 sentyabr 2024 20:15 (UTC +04:00)

Məleykə Əsədova kimdir? – Özünə hasar çəkən gözəl

- Məleykə Əsədova harada anadan olub?


Məleykə Əlifağa qızı Əsədova 1966-cı il aprel ayının 23-də Neftçala rayonunda anadan olub.


Ətraflı

- Məleykə Əsədova harada ali təhsil alıb?


1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub.


- Məleykə Əsədova hansı teatrda , hansı rolla işə başlayıb?


Bu barədə suala o müsahibələrindən birində belə cavab verib:

“Gənclər teatrı ilə başlamışam. İlk tamaşam “Aydın” tamaşası olub. Mən İncəsənət Universitetinin axırıncı kurslarında Lütfi Məmmədbəyovun təklifi ilə balaca bir rol oynamışdım. Həmişə mənə deyirdi ki, sən mütləq səhnədə olmalısan”.


- Sənətə gəlişi üçün ən çox kimə minnətdardır. İlk müəllimi kimi hesab edir?


“Hər zaman deyirəm ki, məni sənətə Lütfi müəllim gətirib. Məni Azərbaycan xalqına sevdirən Lütfi müəllimin tamaşaları olub. Bilirsiniz, mən istedadıma o qədər güvənirdim ki, uşaqlıqdan mahnılar oxuya-oxuya deyirdim ki, mən aktrisa olacam. İstedadıma çox inanırdım, mahnı oxuyurdum, rəqs edirdim, İncəsənət Universitetində oxuyanda hamı mənə deyirdi ki, çox istedadlısan. Özümə çox arxayın idim, həmişə ən çətinə varan aktrisa idim. Lütfi müəllim mənə deyirdi ki, Allah səni səhnə üçün yaradıb”,- deyə o bildirib.


- Məleykə Əsədova özü haqqında nə fikirdədir?


Bu sualın cavabı da özündən gəlsin: “İncə zərif olmağıma baxmayaraq, həmişə mərd qız olmuşam.

Daxilimdə də böyük güc var idi. Özümü 3 kəlmə ilə təsvir etsəm, səmimi, əsl insan, zəhmətkeş deyərdim” 


- Məleykə Əsədovaya şöhrəti hansı rol qazandırıb?


Orxan Kamalın “Yad qızı” tamaşasındakı Jalə və “İtkin gəlin” teletamaşasındakı Əfsanə rolları.

“Televiziya tamaşası idi. Özümə söz vermişdim ki, əgər tamaşaçı məni qəbul etməsə, başqa bir işlə məşğul olacağam. Gecə tamaşanı oynadıq, səhər piyada getdim “Aktyorlar evi”nə. Bilə-bilə piyada gəldim ki, görüm tamaşaçı məni görüb tanıyacaq, qəbul edəcək, yoxsa yox? İnandırım sizi, yolda gedəndə hamı deyirdi ki, aa, Jaləyə baxın, Jaləyə baxın. “Yad qızı” mənə böyük şöhrət gətirdi, ondan sonra neçə-neçə filmlərdən təklif gəldi. Obrazlar, baş rollar və sair, və ilaxır. Həsən Turabov da məni görmüşdü, çox bəyənirdi. Şəxsən özü, mənə dedi ki, gəl “Azdrama”ya işləməyə. 1993-cü ilin əvvəlindən başladım “Azdrama”da işləməyə. Orda da çox böyük obrazlar oynadım.


Həmin dövrlərdə Əlibala müəllimin “İtkin gəlin” tamaşası çəkilirdi televiziya üçün. Çox aktrisaları yoxlamışdılar, amma seçə bilmirdilər. Əlibala müəllim məni görən kimi dedi ki, mənim aktrisam Məleykədir. Sən Əfqanıstanda gördüyüm qıza bənzəyirsən”- deyə aktrisa bu barədə danışarkən bildirib.


-Məleykə Əsədova ailə qurub?


Bəli. Lakin qısa müddət sonra həyat yoldaşından ayrılıb.

“Bilirsiz, baş çox qarışıq oldu, həmişə səhnədə oluram, televiziya, film çəkilişləri, vallah, vaxt qalmır ailəyə. İndi çox işlərimi qızıma görə ləğv edirəm. Ailə qurmağım anamın istəyi ilə olub. Deyirdi ki, xəstəyəm, ailə qur. Sağ olsun, anam. Əgər anam olmasaydı, ailə qura bilməyəcəkdim. Nə yaxşı ki, qurdum. Mən bundan sonra heç vaxt istəmirəm ki, ailə quram. Çünki mən qız böyüdürəm. İş, sənət, övladım. Çox ağırdır, çox. Belə incə görünməyimə baxmayın, daxilimdə kişi qüdrəti daşıyıram. Amma artıq öyrəşmişəm və dözürəm. Qız övladımın yanına yeni bir ata gətirmərəm” - deyə o bildirib.


- Məleykə Əsədova kimisə sevib?


Bir dəfə "Söz baz" verilişinə qonaq olan aktrisa gənc yaşlarında ailə qurmaq üçün kifayət qədər şansının olduğunu, lakin sevdiyini sənətinə qurban verdiyini bildirib. O, yarım qalan məhəbbətindən də danışıb:


"Qarşımda gözəl şanslar olub. Ailə qura bilərdim. Amma bunun üçün neçə illər səhnədən uzaqlaşmalı idim. Sevdiyim insanı da səhnəyə qurban verdim. Xanım olacaqdım. Bilsəydim ki, bu şeylər var, səhnəni qoyub gedərdim. Həmin insan bu sənətdə olmağımı istəmirdi. Hətta dedilər, "Xalq artisti" adı da aldın. Dedim yox, səhnəsiz susuz balıq olaram. Bu gün qızım üçün tək qadınam. Sevgim illərlə çəkdi. Nə qədər sevdim. Azərbaycanlı idi və imkanlıydı. Başqa ölkədə yaşamalı idim. Sevə-sevə ondan ayrıldım və başqasıyla ailə qurdum. Şükür, Allah mənə Güləri bəxş etdi". Deyib.


- Məleykə Əsədova rol üçün radikal dəyişikliklərə razı olar?

 


“Xarici görünüşümdə dəyişiklik edərəm, amma kökəlməyə heç vaxt razı olmaram. Bunu heç istəmirəm. Səhnə arıqlığı, plastikanı sevir. Filmdə kök aktrisa lazımdırsa, kök aktyoru seçərlər və ya buna uyğun qrim yaradarlar” deyib.


- Məleykə Əsədovanın şöhrətə çatmasında gözəllik rol oynayıb?


Bu barədə o belə deyib: “33 ildir dayanmadan böyük səhnədə obrazlar yaradıram. Müxtəlif rejissorlarla işləmişəm. Oynadığım rolların 90 faizini klassik obrazlar təşkil edir. Təsdiq olunmuş aktrisa istedadından danışmamalıdır. Dünya teatrlarında bir aktrisa 3 klassik obrazı ifa edibsə, daha onun peşəkarlığı, təcrübəsi sorğu-sual edilmir. O özünü təsdiq etmiş sayılır”.


- Məleykə Əsədova xoşbəxt, qayğısız qadın kimi görünür. Görünməyən tərəfləri varmı?


“Görünməyən tərəfim var. Hər kəs məni obrazlarımla görür. Əslində ana kimi, qadın kimi çox zəhmətkeşəm. Məleykə öz zəhməti ilə evinin həm kişisi, həm qadınıdır. Bu zərif çiyinlərin altında bir kişi qüvvəti var. Onun çiynində bir ana məsuliyyəti var, öz çətinlikləri var və bu barədə danışmaq istəmir. Qoy elə Məleykəni öz obrazları ilə xatırlasınlar. Məleykə çox zəhmətkeş qadındır. Məleykə ömrü asan deyil. Allaha çox şükür edirəm. Nə yaxşı ki, mənə bu gücü, istedadı, qızımı verib. Allah məni özündən başqa kiməsə möhtac etməsin. Məni sevən, sevməyən hər kəsə övladının gözəl günlərini görmələrini arzu edirəm”,- deyib Məleykə xanım.


- Məleykə Əsədovanın neçə övladı var?


Bir qızı var. ADA universitetində təhsil alır.


- Məleykə Əsədova xoşbəxt qadındır?


“Demək olmaz ki, tam xoşbəxtəm. Amma buna da şükür edirəm. Qadın kimi ola bilər xoşbəxt deyiləm. Amma aktrisa, ana kimi xoşbəxtəm. Guya hər ailə quran xoşbəxt olur?” – o deyib.


- Məleykə Əsədova kinli insandır?


“Bağışlayıram, amma güvənimi qıran insanla ünsiyyət qurmuram. Bir dəfə edibsə, yenə edəcək. Xarakter dəyişilmir. İllər mənə hər şey verdi. Amma güvənimi apardı. Mən insanlara güvənə bilmirəm. Özümə hasar çəkmişəm”- deyə o bildirib.

 

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi

Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.

16:58, 14 yanvar Ölkə

Bunu etmək rəsmən qadağan edildi - Prezident TƏSDİQLƏDİ

Sayt və sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik hərəkətləri qadağan edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib. Qanuna əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan

15:05, 15 yanvar Sosial

Meyiti tapılan tələbə məşhur iş adamının qızı imiş

Xəbər verdiyimiz kimi, Naxçıvan Dövlət Universitetinin Türkiyədən olan iki tələbəsi dünyasını dəyişib. "Bakuinfo" xəbər verir ki, onlardan biri - tibb ixtisası üzrə təhsil alan II kurs tələbəsi Büşra Aksu əslən Türkiyənin Ordu ilindəndir. Tələbə Orduda tanınmış iş adamı Sezai Aksunun qızıdır. Xatırladaq ki, tələbələr ötən gün dəm qazından zəhərlənərək ölüblər. (Unikal.az)

12:30, 15 yanvar Sosial

Son Xəbərlər

Xameneinin oğlu Dubaya 1,5 milyard köçürdü

Son 48 saat ərzində İrandan Dubaya təxminən 1,5 milyon ABŞ dolları köçürülüb. “Bakuinfo” xəbər verir ki, bu barədə məlumatı İsrailin “14-cü kanal”ı İslam İnqilabı Keşikçilər Korpusu ilə əlaqəli şəxsə istinadən yayıb. Köçürmələrin bank sistemi vasitəsilə deyil, kriptovalyutalar yolu ilə həyata keçirildiyi bildirilir. Vəsaitlərin köçürülməsində iştirak edənlər arasında İranın ali lideri Əli Xameneinin oğlu Müctəba Xameneinin də olduğu iddia edilir. Məlumata görə, M.Xamenei təxminən 328 milyon

16:20, 15 yanvar Dünya

İş adamı Yusif Xəlilovun restoranı söküləcək

Rusiyanın 19-cu Apellyasiya Arbitraj Məhkəməsi Voronej şəhərində yerləşən “Yardi Superbar” restoranının sökülməsi haqqında qərarı təsdiqləyib. “Bakuinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, məhkəmə instansiyası Voronejdə “Alekseevski” bazarının həmsahibi, azərbaycanlı iş adamı Yusif Xəlilova məxsus tikilinin qanunsuz olması ilə bağlı bələdiyyənin iddiasını təmin edən regional arbitraj məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bildirilir ki, sözügedən restoran Voronej şəhərində

16:18, 15 yanvar Sosial

Hacıbala Abutalıbov paytaxtı tərk etdi – Harada yaşadığı MƏLUM OLDU

Uzun illər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutmuş Hacıbala Abutalıbov paytaxtdan köçüb. "Bakuinfo" xəbər verir ki, bu barədə onun ailə üzvləri bildirib. Məlumata görə, keçmiş mer Qaxın Ağçay kəndində özü üçün inşa etdirdiyi kiçik villada yaşayır. Onun bu kəndə köçməsinə səbəb isə həyat yoldaşının məhz Ağçaydan olmasıdır. Yaxınları deyi ki, Hacıbaba Abutalıbov təsadüfi hallarda kənd arasında olur. “Yaşlanıb, özü üçün həyət-bacada gəzir” – deyə yaxınları bildirib.

16:06, 15 yanvar Sosial

Prezident TƏSDİQLƏDİ: Bu proses artıq ödənişlidir

Müəllimlərin işə qəbulu (MİQ) ilə əlaqədar keçirilən müsabiqədə iştirak ödənişli olacaq. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib. Qeyd edilib ki, dəyişikliklərə əsasən, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə

16:02, 15 yanvar Sosial

İqbal Hüseynov işdən çıxarıldı - SƏRƏNCAM

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Əli oğlu Hüseynov vəzifəzindən azad edilib. "Bakuinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Qeyd edək ki, İ.Hüseynov müxtəlif vəzifələrdə çalışıb, 2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun iqtisadi məsələlər üzrə rəis müavini, 2010-2026-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini vəzifələrində çalışıb. (APA)

15:43, 15 yanvar Ölkə

Tanınmış azərbaycanlı alim ABŞ-da həbs olundu

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tanınmış azərbaycanlı alim, neyrobioloq və Buffalo Universitetinin (Nyu York) professoru Şövqi Hüseynovu həbs edib və onu deportasiya etməyə hazırlaşır. "Bakuinfo" xəbər verir ki, bu həbs Prezident Donald Trampın kütləvi deportasiya proqramının icrası ilə əlaqələndirilir. “The Investigative Post” nəşri Ş.Hüseynov üzərində heç bir cinayət əməlinin olmadığını yazıb. "Onun 2029-cu ilə qədər ABŞ-da işləməyə icazə verən vizası var. 7

15:38, 15 yanvar Sosial

Məhkəmə Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi

Ankara İnzibati Məhkəməsi Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib. "Bakuinfo" xəbər verir ki, bu barədə özü sosial şəbəkə hesabında məlumat paylaşıb: “Artıq iki aya yaxındır ki, Türkiyədə Çatalca Geri Göndərmə Mərkəzində qapalı həbsxana şəraitində saxlanılıram. Ötən gün İstanbul İnzibati Məhkəməsi barəmdə verilmiş deportasiya qərarının dayandırılması ilə bağlı müraciətimə baxaraq şikayətimi təmin etməyib"'. Hacıbəyli bildirib ki, bu gün Ankara İnzibati Məhkəməsi

15:31, 15 yanvar Kriminal

Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq

Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Sənədə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) enerji effektivliyi informasiya sistemi vasitəsilə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarəti, enerji auditorlarının və

15:22, 15 yanvar Ölkə

Hava kəskin dəyişir: Altı gün qar yağacaq - XƏBƏRDARLIQ

Yanvarın 17-si gündüzdən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. "Bakuinfo" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Bunu Xidmətin rəis müavini Gülnarə Abbasova bildirib. O qeyd edib ki, bu müddət ərzində

15:18, 15 yanvar Sosial

Bakıda binada yanğın başladı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən "Bakuinfo"ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.

15:11, 15 yanvar Hadisə

Powered by MirTech